ABŞ-da “qaralar”la “ağlar"ın seçki savaşı: irqlərin toqquşmasından noyabr seçkilərində kim qazanacaq?

Analitika 09:18 09.06.2020

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 2 iyun 2020-ci il

ABŞ-da qaradərili amerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən öldürülməsi  ölkə miqyasında etirazlarla qarşılanıb. Bəzi şəhərlərdə etirazlar kütləvi talana və oğurluğa çevrilib.

Respublikaçılar bu talanlarda radikal sol qruplaşmaları təqsirləndirir, Demokratlar isə “ağ irqçi” təxribatçıların etirazçılara sızdıqlarını iddia edirlər.

ABŞ indi pandemiya böhranının ortasındadır və yüz mindən çox insan həyatını itirib. Eyni zamanda, 30 milyondan çox vətəndaşın da işini itirdiyi ABŞ-da iqtisadiyyat böyük zərbə alıb.

ABŞ 1929-cu ildə baş verən “Böyük Tənəzzül”dən bu yana ən pis vəziyyəti yaşayır. Trilyonlarla dollara başa gələn tədbirlərə baxmayaraq, iqtisadiyyatın qısa müddət ərzində bərpa olunacağı gözlənilmir.

ABŞ-da 5 aydan sonra noyabr ayının ilk həftəsində seçkilər başlayır. Bəs bu “Qara etirazlar” seçkilərə necə təsir göstərəcək?

Bəzi analitiklərin fikrincə, talan və oğurluq halına çevrilən etirazlar ağ seçicilər arasında Trampın dəstəyini artıracaq. Başqa analitiklərin fikrincə isə, etirazlar səs verməyən milyonlarla qaradərili və ağ olmayan immiqrant qrupları aktivləşdirəcək. Bu hərəkət demokratların səsvermə nisbətini artıracaq.

ABŞ-da əhalinin aktivliyi “Ağ Amerika”nın əleyhinə işləyir. Tədqiqatlara görə, ağ amerikalılar 20-25 ildə azlığa düşəcəklər. Tramp 2016-cı il seçkilərində də bu hadisədən siyasi dəlil olaraq istifadə etmişdi.

Əhalinin qeyri-ağdərili amerikalıların əleyhinə olması demokratların işinə yarayır. Çünki ölkədəki “qaralar”, “ispanlar” və digər ağ olmayan immiqrant qrupların əksəriyyəti (yəhudi amerikalılar da daxil olmaqla) Demokratlara səs verirlər.

Hal-hazırda “qaralar” ABŞ əhalisinin 15 faizini təşkil edir. Latın Amerikasından gələn ispanların sayı isə, təxminən, 18 faizdir.

Doğum nisbəti ilə müqayisədə ən yüksək artım göstərmiş qrup Asiya mənşəlidir.

Ölkədəki ağ amerikalıların sayı 60 faizdən bir qədər çoxdur. Qara və ispan şəhərlərinin sayı isə “daxili köç” səbəbiylə getdikcə artır. 2045-ci ilə qədər ağ amerikalı əhalinin 50 faizdən aşağı düşəcəyi təxmin edilir.

ABŞ-da seçkilərdə səs verməyən böyük bir kütlə var. Bill Klintonun dövründə Əmək Nazirliyini quran iqtisadçı professorlarından biri olan Robert Reyx bu kütləni “ABŞ-ın ən böyük partiyası” adlandırırdı.

Reyxin yanvar ayında yazdığı məqalə “Amerikanın heç eşitmədiyiniz ən böyük siyasi partiyası” adlanırdı. O vurğulayır ki, seçicisi olmayan amerikalılar səs verərsə, ABŞ-ın siyasi sistemində kəskin dəyişiklik baş verəcək.

2016-cı il seçkilərində yüz milyonlarla insanın səsverməyə getmədiyini qeyd edən Reyxin sözlərinə görə, bu böyük kütlə ağ olmayan amerikalılar, gənclər və aşağı gəlirli qruplarıdır.

Reyx onu da qeyd edib ki, bu kütlə kövrək siyasi sistem, iqtisadi bərabərsizlik və səsverməni çətinləşdirən qanunlardan ən çox təsirlənən qruplardır (Xatırladaq ki, Tramp qətiyyətlə poçtla səsverməyə qarşıdır).

2020-ci ildə 7 milyon qaradərili amerikalı gənc səsvermə hüququna sahib olacaq. Reyx bildirir ki, bu 7 milyon gənc balansları dəyişdirə bilər. Buna görə, Demokratlar seçicilərin iştirakını artırmaq üçün təşviqat aparırlar.

Alabama əyalətində respublikaçı Cef Şessinsin Ədliyyə naziri olması ilə Senatda bir kreslo boşaldı. Demokrat namizədi Daq Cons rəqibi Roy Muru 2017-ci ilin dekabrında yenilənən seçkilərdə cəmi 20 min səs fərqi ilə məğlub etmişdi. 60 faizinin ağdərililər olduğu Alabama əyalətində qaradərililər əhalinin 28 faizini təşkil edir.

Alabamadakı irqçi fikirləriylə tanınan, “Respublikaçıların sarsılmaz qalası” olaraq bilinən Mur əvvəllər səs verməyən qaradərili seçicilərin sonradan səsvermədə aktiv iştirakına görə seçkiləri uduzdu.

Beləliklə, Alabamada yaşayan qaradərili vətəndaşlar keçmişdə baş verən qəddar irqçi siyasətləri unutmadıqlarını göstərmiş oldular.

Demokratlara dəstək verən analitiklərin fikrincə, daha çox qaradərililərin və digər gənc mühacirlərin prezidentliyə namizəd Co Baydenə səs verməsi üçün Bayden öncəliklə vitse-prezident olaraq qaradərili qadın seçməlidir.

2020 seçkiləri Tramp və Respublikaçılar üçün çantada kəklik deyil. Kritik vəziyyətlərdə kiçik səs nisbətləri belə, bütün balansı dəyişə bilər.

Tərcümə Strateq.az-ındır.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı