Ermənistanın rəsmi dövlət ideologiyası “Tsexakron” faşizmin analoqudur

Analitika 14:14 10.06.2020

Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir. Qeyd etmək istərdim ki, bu məsələdə həm Rusiyanın, həm də Azərbaycanın mövqeləri tamamilə eynidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu “Milli müdafiə” (“Национальная оборона”) jurnalına müsahibəsindən

Bu gün biz bir sıra dövlətlərdə müharibə hadisələrinin şüurlu şəkildə təhrif edildiyinin, şərəf və ləyaqəti unudaraq faşistlərə qulluq edən, övladlarına utanmadan yalan söyləyən, nəsillərinə xəyanət edənlərə necə bütlər ucaldıldığının şahidi oluruq.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9 May 2019-cu il Qələbə paradındakı çıxışından

Qaregin Njde və onun rasizm ideologiyası

1932-ci ildə Bolqarıstan erməniləri o dövrdə Sofiyada yaşayan Qaregin Njdeni öz rəsmi nümayəndələri kimi, “Daşnaksütyun” partiyasının XII qurultayına nümayəndə seçdilər. Bu hadisə Njdeni “Daşnaksütyun”u ideoloji olaraq islah etmək üçün “tsexakron” adlı sağçı bir millətçi nəzəriyyə yaratmağa sövq etdi. Düşüncələrini formalaşdırmaq və açıq şəkildə ifadə etmək üçün Njde “Daşnaksütyun” partiyasının Bolqarıstan komitəsinin digər bir lideri Hayk Asatryan ilə birlikdə dərc etdirdiyi silsilə məqalələrdə ermənilər üçün yeni “icad” etdiyi ideoloji “konsepsiyanı” təbliğ etməyə başladı. Sonradan bir neçə dəfə dəyişdirilmiş həmin “konsepsiya” II Dünya müharibəsinin başlanğıcında “tamamlanmış” səviyyəyə çatdırıldı.

İlk vaxtlarda bu ultra millətçi ideologiyadan hətta daşnaklar da ehtiyatlandı və qurultayın qərarı ilə Njde partiyadan qovuldu. SD və Abverin keçmiş agenti, Njdeni Üçüncü reyxin Xarici Kəşfiyyat Xidmətinə cəlb etmiş etnik erməni Peter Kamsarakanın SSRİ Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı verdiyi və arxivdə saxlanılan yazılı ifadələrində göstərilir ki, “tsexakron” sözünün rus dilinə tərcüməsi irqçilik, millətçilik deməkdir. (ГАРФ. – ф. 9401 сч, оп. 2,д. 234. – л. 210-228.). SSRİ Daxili İşlər naziri, general-polkovnik ­

S.N. Kruqlovun I.V. Stalinə yazdığı 18 oktyabr 1948-ci il tarixli arayışda göstərilir ki, Njde Kamsarakanın ifadələri ilə tanış olmuş və erməni irqçilik ideologiyasının yaradıcısı olduğunu təsdiqləmişdir (Bax: Кузнецов О.Ю. Государственная политика героизации нацизма в Армении: политико-правовой и историко-философский анализ – Баку: Сабах, 2019. стр. 61).

2007-ci ildə İrəvanda SSRİ DTK-nin hərbi əks-kəşfiyyat xidmətinin polkovniki V.M. Ovsepyanın “Garegin Njde və DTK: kəşfiyyatçının xatirələri”(“Гарегин Нжде и КГБ: Воспоминания разведчика”) memuarı dərc olunmuşdu. O, 1952-1953-cü illərdə kapitan rütbəsində və Ermənistan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 1-ci şöbəsinin (xarici kəşfiyyat) baş əməliyyat müvəkkili vəzifəsində Njde ilə bağlı iş aparmışdı.

Xatirələrində o, Ermənistanın Dövlət Təhlükəsizliyi Agentlikləri Veteranlar Şurasının sədri kimi ölkənin xüsusi xidmət orqanlarının arxivinə daxil olmaq hüququndan istifadə edərək, oxucuları bir sıra sənədlərlə, həmçinin Njdeyə aid Ermənistan SSR DTN-nin 11411 nömrəli işi (1945-1947) ilə və Njdenin partiya həmkarı Ovanes Devedjyanın istintaq protokolları ilə də tanış edir. Hazırda həmin sənəd Ermənistanın milli təhlükəsizlik xidmətinin arxivində saxlanılır (iş №8882).

1923-1933-cü illərdə Devedjyan da Sofiyada yaşamışdı və “Daşnaksütyun”un Bolqarıstandakı komitəsinin üzvü idi. 1932-ci ildə Njde ilə birlikdə Parisdə keçirilən “Daşnaksütyun” partiyasının XII qurultayına o da nümayəndə seçilmişdi. Sonradan Rumıniyaya köçmüş, İkinci dünya müharibəsi illərində alman kəşfiyyatında çalışdığına, görə Sovet hərbi əks-kəşfiyyatı tərəfindən tutulmuş, əməliyyat-istintaq tədbirləri aparması üçün İrəvana köçürülmüşdü. Hətta Njde ilə eyni həbsxana kamerasında saxlanılmışdı. 28 avqust 1947-ci ildə baş verən dindirmə zamanı Devedjyan bildirir: “Əgər ­“tsexakron” kəlməsini aydınlaşdırsaq, “irq qarşısında təzim” mənasını verir ki, bu da nasizmə-hitlerizmə bərabərdir”.

Beləliklə, Njde öz “Tsexakron”u ilə erməni reallığında faşizmi təbliğ edirdi (bax:”Овсепян В.М. Гарегин Нжде и КГБ: Воспоминания разведчика... –с. 22.).

İkinci dünya müharibəsi illərində Njde, sovet təhlükəsizlik orqanları tərəfindən yalnız Abver, SD və ya Gestaponun agenti olaraq deyil, erməni diasporunun Avropada üzdə olan nümayəndəsi, Üçüncü reyxin maraqlarına xidmət etmiş siyasi lideri kimi də axtarılırdı.

18 iyul 1943-cü ildən başlayaraq dövlət təhlükəsizlik və hərbi əks-kəşfiyyat orqanları SSRİ DTK-nın 2/6/3563 nömrəli təlimatına uyğun olaraq onu “keçmişdə fəal daşnak, Bolqarıstan ordusunun keçmiş poruçiki, Hitlerinkinə bənzər “Erməni Millətçi Sosialist Partiyasını təşkil etmiş” və nəhayət Berlindəki Erməni Milli Komitəsinin üzvü kimi axtarırdılar (Архив СГБ АР. – д. АД-705. – л. 128 об, 175-175 об.).

Beləliklə, 1943-1948-ci illərdə Njdenin nasist olmasına və erməni nasist partiyasının yaradıcısı olduğuna heç kim şübhə etmirdi.

Uzun müddət Bolqarıstandakı erməni diasporunun lideri olan Njde öz ideologiyasını təbliğ etmək üçün Sofiyada milliyyətçi “Xrovk” jurnalını, daha sonra isə “Razmig” qəzetini nəşr etdirirdi (1943-cü ilə qədər nəşrlərin redaktoru Njdenin həmfikiri və ortağı Ayk Asatryan idi. 1943-cü ildə onun ölümündən sonra Garo Kevorkyan oldu). 1932-ci ildə bu jurnalda Njde “Tsexakron qələbənin qarantı kimi” məqaləsində öz nəzəriyyəsini açıqlamış, tsexamardın-erməni-arinin təsvirini vermişdi.

Beləliklə Njdenin fəal jurnalist və nəşriyyat fəaliyyəti sayəsində Bolqarıstan müasir erməni millətçiliyinin məkanına çevrilmişdi. O dövrdə bu məqalənin yazılması təsadüfi deyildi, daha çox Adolf Hitlerin getdikcə məşhurlaşmasından və siyasi yüksəlişindən Njdenin ruhlanmasının və fəaliyyət istiqamətini dəqiqiləşdirməsinin məntiqi nəticəsi idi. Njde intiutiv şəkildə anlayırdı ki, erməni diasporunun yeni ideologiyası nəinki Almaniyada, həmçinin bir sıra Avropa ölkələrində getdikcə populyarlıq qazanan nasizm ideologiyasına bənzəməlidir, ona görə də onlardan bir çox müddəaları olduğu kimi götürmüşdü.

Bu yaxınlarda Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun apardığı araşdırma nəticəsində ABŞ Konqresinin arxivlərində erməni daşnaklarının Hitleri və onun Holokost siyasətini dəstəklədiyi tarixi sənəd aşkar edilmişdir. Məlumata görə, 1945-ci il mayın 4-də ABŞ-ın Miçiqan ştatından olan Nümayəndələr Palatasının üzvü, konqresmen Frank Hook konqresin plenar iclasına erməni daşnaklarının Hitlerə necə dəstək verməsi, Holokostu, irqçiliyi tərifləməsi və onlar tərəfindən ­ABŞ-da həyata keçirilən terror aktlarını təsdiq edən məqalə təqdim etdi.

Bu məqalə ABŞ Konqresinin qeydiyyat kitabına daxil edilmiş və hökumət tərəfindən nəşr olunmuşdur. Məqalədə daşnak hərəkatının yaranma tarixi şərh edilir və qeyd olunur ki, onların əsas siyasi aləti terrordur. Sənəddə daşnakların qəti antisemit olduqları, bu mövzuda çox sayda məqalə yazdıqları və 1936-cı ildə “Hairenik” qəzetinin avqust sayında Holokostu dəstəklədikləri vurğulanır (mənbə:drive.google.com/file/d/15pLVHUHWplhgitOCu9l7p0lkMDL56epx/view).

Qeyd olunan sənəddə Tsexakron ideologiyasının əsasını qoyan, erməni irqçiliyini təbliğ edən və bu fikri əsasən erməni gəncləri arasında yayan, faşizmə xidmət etmiş erməni nasisti Qaregin Njde haqqında da məlumat verilir. Həmçinin bildirilir ki, o, Hitlerin rasizm ideyasının öz ideologiyası üçün əsas götürmüşdür. Bundan əlavə, qeyd olunur ki, ­ABŞ-da hiyləgərcəsinə Azərbaycana qarşı fəaliyyət göstərən əsas erməni lobbi qurumu daşnak təşkilatı olan Amerikanın Erməni Milli Komitəsidir.

Bolşevizmə qarşı mübarizə zəminində qalan “Daşnaksütyun” bu mübarizənin nüfuzunu möhkəmləndirmək və ona döyüş ruhu vermək üçün yeganə yol olaraq faşizmi seçdi. Bu bədnam yolun “ardıcıllığını” təmin etmək üçün daşnak ideoloqları faşistlərin əsaslandığı “ari”çilik nəzəriyyəsinin erməni millətinə tətbiqini irəli sürdülər, qarşıya çıxan suallara isə “Daşnaksütyun” partiyasının Avropadakı əsas simaları aydınlıq gətirirdilər. Məsələn, Njde “Ermənilərin gənc nəslinə mənim sözüm” məqaləsində yazırdı:

“...Din haraylayır – bu, erməni ruhunu yüksəldən və mənəvi orqanizmimizi yad mühitdə ölüm təhlükəsi ilə təzadlandıran yeni bir dalğadır ...”. Njdenin “gənc nəsillərə” “necə davranmağı Hitlerdən öyrənmək” çağırışı o zaman olduqca simptomatik idi.

Tsexakron nəzəriyyəsi bütün erməniləri üç “həssas hissəyə” bölür: tsexamard, joxovurd və takank. Njdenin təsirində tsexamard erməni millətinin ən yaxşı hissəsidir, məqsədi də Ermənistanda ermənilərin varlığını əbədiləşdirməkdir. Onlar erməni xalqının ideologiyasının daşıyıcısı və nəsillərə ötürücüsüdür, məhz onlar vətəninin şərəfini qorumaq üçün şüurlu şəkildə mübarizə aparır və özünü qurban verirlər.

Njdenin anlamında, joxovurd ermənilərin qərarsız və dəyişən hissəsidir. Joxovurd, gündəlik həyatını yaşayan kütlənin təsirinə məruz qalır. Tsexamard isə əbədi idealları və hədəfləri, keçmişin xatirələri ilə, eyni zamanda gələcəyə möhkəm inamla və gündəlik mübarizələrlə yaşayır.

Takank onlardan fərqli olaraq qorxaqdır, xarici düşmənin sanki bir hissəsidir, daxili düşməndir. Bir erməni kimi, takank səbatsız və qürur hissi olmayan, milli özünüdərk hissindən uzaq olduğundan təfəkküründə millət və dövlət qarşısında heç bir öhdəlik daşımır, ancaq həmişə özü üçün tələb edir. Njdenin anlayışında takankın milliyyəti yoxdur. Onun erməni dilində danışması, valideynlərinin ona bu dili ünsiyyət vasitəsi olaraq verməsinin nəticəsidir. Takank vətəni Ermənistanı tanımır, diaspordan faydalanmağa, onların hesabına yaşamağa çalışır. Onun üçün ən yüksək dəyər maddi rifahdır.

Njdeyə görə, tsexamard passionerləri, joxovurdları öz ­arxasınca aparmalı və takankları isə erməni millətinin tərkibindən qovmalıdırlar.

Tsexakron nəzəriyyəsini yaradan Njde: özünü tsexamard – yəni erməni milli düşüncəsinin daşıyıcısı hesab edərək, digər ermənilərin, əsasən də joxovurdların emosional-mənəvi və maddi münasibətlər baxımından ona tabe olmalarını tələb edir, onun aftoritetini tanımayanları isə takanka – yəni xalqın maraqlarına və milli ideyaya xain çıxanlar adlandırırdı.

Hitlerin nasizm proqramının müddəaları Njdenin tsexakron ideologiyasında

Njdenin irəli sürdüyü ideoloqiyanın nəzəri əsası Alman Milli Sosialist İşçi Partiyasının (NSDAP) 1 aprel 1920-ci il tarixində qəbul etdiyi “25 Punkt-Programı” idi. Alman nasistləri onu 1926-cı ildə “toxunulmaz” prinsiplər kimi bəyan etmişdilər. Njde də həmin pirinsiplərin xeyli hissəsini, demək olar ki, olduğu kimi özününküləşdirmişdi. Onlardan bəziləri ilə tanış olaq:

– “Vətən kultu”, erməni millətinin təbii olaraq yarandığı, dövlət və sivilizasiya qurduğu, mədəniyyət yaratdığı torpağa sədaqət və təzim tələb edirdi. Eyni tələb alman nasistlərinin(NSDAP) proqramının 10 və 20-ci bəndlərində yer almışdır: “Hər bir alman vətəndaşı üçün əsas tələb zehni və ya fiziki işi yerinə yetirməkdir. Hər bir vətəndaşın fəaliyyəti bütövlükdə cəmiyyətin maraqlarına zidd olmamalıdır: “Bütün təhsil müəssisələrinin proqramları praktik həyatın tələblərinə uyğunlaşdırılmalıdır. Uşağın şüurunun inkişafının ilk vaxtlarından məktəb məqsədyönlü şəkildə ona dövlətçilik ideyasını dərk etməyi öyrətməlidir”.

– “Qan kultu” ermənilərə başqa etnosların nümayəndələri ilə evlənməyi qadağan edir. Erməni qadınları isə fərqli millətdən olan kişilərdən uşaq dünyaya gətirə bilər, bir şərtlə ki, uşaqların tərbiyəsi “tsexakron”un prinsiplərinə uyğun olmalıdır. Njdenin nöqteyi-nəzərinə görə, yalnız vətən qarşısında öz vəzifələrini yerinə yetirən etnik erməni, Ermənistan vətəndaşı ola bilər.

Qeyd etdiyimiz bu məzmun nasist partiyasının proqramının 4-cü və 6-cı bəndlərinin məzmunu ilə eynidir: “Almaniya vətəndaşı, dini mənsubiyyətindən asılı olmayaraq damarlarında alman qanı axan, alman millətinə mənsub şəxs ola bilər”; “Qanunvericiliklə və dövlət idarəedilməsi ilə bağlı vəzifələri tutmaq hüququ istisnasız olaraq yalnız vətəndaşlara məxsusdur”.

– “Dil kultu” ermənilərdən bir-biri ilə yalnız erməni dilində danışmağı tələb edir, ləhcələrin tədricən aradan qaldırılmasını və erməni ədəbi dilinin formalaşdırılmasını irəli sürür.

– Erməni milləti üçün “özlərini fəda edənlər kultu”, həlak olmuş tsexamardları erməni-qriqorian inancının qaydalarına uyğun olaraq, Erməni Apostol Kilsəsinin (EAK) müqəddəsləri elan edir və onların xatirəsinə xalq və kilsə ibadətləri təşkil olunmasını tələb edir. Bunun üçün EAK Vardanank adlanan xüsusi bir kilsə bayramı da təsis etmişdir. Bu bayram Pasxa bayramından səkkiz həftə əvvəl, fevralın ortalarında, guya Avarayr döyüşündə ölənlərin xatirəsinə həsr olunur (əslində isə bu döyüş təxminən 26 may və ya 2 iyun 451-ci ildə baş vermişdir). Həmin gün erməni düşmənlərinin əlində ölənlərin hamısı EAK-ın müqəddəs şəhidləri kimi xatırlanır. Bu da onu qan kultu ilə çulğalaşdıraraq, ictimai mentallıqda əhəmiyyətini artırır.

–”Nəsil kultu” erməni millətinin əvvəlki və sonrakı nəsilləri arasındakı mənəvi əlaqəni kəsməyi ən böyük pislik elan edir. Tsexamard və joxovurdlardan klassik tarix elminin qanunlarına uyğun gəlməsə belə, rəsmi milli tarixi bilmələri tələb olunur. Bu kult, ermənilərin təfəkkürünün guya “ermənilərin ulu babası”nın Ayka Naapeta(guya, Nuh peyğəmbərin nəvəsi)olması cəfəngiyyatı ilə yüklənməsi məqsədini daşıyır. Bu da öz növbəsində bütün mövcud xalqlar arasında ermənilərin “birinciliyi” ideyasına gətirib çıxarır.

– Njdenin “güc kultu” ermənilərdən fəal fiziki inkişaf, daimi fiziki gücün məşqlərlə artırılmasın tələb edir. Njdenin nəzəriyyəsinə görə, həyat güclü ruha, güclü ağıla və güclü bədənə malik olanlara yol açır. Ədalətli olanlar yox, güclülər qalib gəlirlər. Bu kült nasist partiyasının proqramının 21-ci bəndinin, demək olar ki, olduğu kimi təkrarıdır.

–Njdenin nəzəriyyəsinin alman faşist ideologiyasının təsirində olmasının nəticəsidir ki, 30-cu illərdə ermənilər arasında neobütpərəstlik yayılmağa başlayır. Belə ki, güya qədim erməni tanrısı olan Vaagn ibadət obyekti kimi seçilir. Bu hadisənin özü də erməni məkrliyinin bariz nümunəsi, tsexakron ideologiyasının faşist ideologiyasının anoloqu olmasının təsdiqidir. Belə ki, həmin dövrdə alman nasistləri arasında qədim alman tanrısı hesab edilən və SS-çilərin himayədarı sayılan Votana pərəstiş və ibadət geniş vüsət almışdı. Faşist təbliğatı bu ideyanı Hitlerin öz karyerasının ilkin çağlarında təsiri altında olduğu Avstriya filoloqu və filosofu Qvida fon Listdən götürmüşdü. O hesab edirdi ki, votanizm bütpərəstliyi qədim alman din formasıdır.

–”Lider kultu”, yalnız erməni millətinin maraqlarına subyektiv baxışı ilə fərqlənən, tsexamardlar sırasından olan “sparapet”ə – bütün ermənilərin ali rəhbərinə və ya fürerinə hörmət və qeyd-şərtsiz tabe olmağı tələb edirdi. Njde, təbii ki, bütün dünya ermənilərinin sparapeti statusunda özünü görürdü. Nasist Almaniyasında bu təcrübə 1934-cü il avqustun 9-da – Hitlerin öz şəxsində iki ən ali vəzifəni – Reyxs Prezidenti və Reyxs Kansleri vəzifələrini birləşdirməsində ifadə olunurdu. “Bir xalq, bir imperiya, bir Fürer”(EinVolk, EinReich, EinFührer) şüarı şəklində “Führer prinsipi”(Föhrer-prinzip) meydana gəldi.

(ardı var)

Eyyub Kərimov,

Azərbaycan Texniki Universitetinin professoru

Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO

Xəbər xətti

Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Naxçıvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər SAXLANILIB
23:38 22.04.2024
Boksçumuz erməni rəqibini məğlub edib 1/4 finala yüksəldi
23:25 22.04.2024
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
23:06 22.04.2024
Azərbaycan və ABŞ maliyyəçilərinin görüşü keçiriləcək
23:00 22.04.2024
Leninin məqbərəsi BAĞLANIB - SƏBƏB
22:40 22.04.2024
Azərbaycanla Keniya arasında iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
22:21 22.04.2024
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22:00 22.04.2024
Prezident İlham Əliyev: Fəxr edirik ki, azərbaycanlı mütəxəssislər BAM-ın tikintisində fəal iştirak ediblər
21:49 22.04.2024
Hamısı