Normala dönmək məqsədi güdməməliyik

Analitika 21:22 11.06.2020

"COVID-19"dan əvvəlki dünya indi bizə çox cəlbedici görünür. Xəstəliyin, kütləvi işsizliyin və sosial məsafənin fonunda, pandemiyadan əvvəlki normal həyata qayıtmaq istəyi mövcuddur. Buna baxmayaraq, biz normal həyatın əslində nə olduğunu xatırlamalıyıq.

Normal dediyimiz o idi ki, enerjimizin 85 faizini tükənən enerji resurslarından əldə edir və ildə 7 milyon insan havanın çirklənməsi səbəbilə həyatını itirirdi. Normal sayılan bu vəziyyət əsrin sonunda temperaturun 3,5 C-dən yuxarı qalxmasıyla qlobal istiləşməyə gətirib çıxardı, ada dövlətləri məhv olmaq təhlükəsilə üzləşdi. Bura nəsli kəsilməkdə olan heyvanlarla qanunsuz ticarət və s. də daxildir. Pandemiyanın yaranmasında məhz normal həyatın rolu oldu.

Həmçinin yadda saxlamalıyıq ki, "COVID-19"un sağlamlığa, iş yerlərinə və iqtisadiyyata təsiri iqlim dəyişikliyinin gətirəcəyi nəticələrin kəskin formasıdır və bəzi yerlərdə bu artıq özünü büruzə verir. Əgər biz sağalaraq normal həyata can atmasaq, xəstəliyi deyil, simptomu müalicə etmiş oluruq. Biz əvvəlki vəziyyətdən daha yaxşısını qurmalıyıq.

Bir çox dövlətlər COVID-19 ilə mübarizəni dəstəkləmək üçün stimullaşdırıcı və yardım paketləri hazırlayır. Asiya və Sakit Okean ölkələrinin iqtisadiyyatına trilyonlarla dollar yatırılacaq. Bu stimullaşdırıcı tədbirlər bizə daha yaxşı, daha ədalətli bir normal həyatda yaşamağa kömək edəcək.  

Hələ pandemiyadan əvvəl BMT iqlim sahəsindəki fəaliyyətinin 2030-cu ilə qədər iqtisadiyyata 26 trilyon dollarlıq fayda verə biləcəyini, 65 milyondan çox yeni iş yerinin açılacağını və havanın çirkliliyi səbəbilə vaxtından əvvəl baş verən 700.000 ölüm halının qarşısını alacağını müəyyən etdi. 

Hökumətlər sıfır enerji istehlak edən səmərəli binaların inkişafı üçün tikinti sənayesinə dəstək ola bilərlər. Bu yüksək məşğulluq sektorudur və investisiyalar tez bir zamanda həyata keçirilə bilər.
 
Yol infrastrukturuna vəsait ayırmaq cəzbedici ola bilər, lakin bu maliyyə daha çox insana xidmət göstərmək üçün təkmilləşdirilmiş və daha da inkişaf etmiş ictimai nəqliyyat sistemlərinə ayrıla bilər. İctimai nəqliyyatdan çox istifadə yollarda tıxacı və beləliklə havanın çirklənməsini və tullantıları azaldacaqdır. Karantinlər, iş fəaliyyətini mərkəzləşdirmək, iş yerlərində və səyahət zamanı itirilən vaxtı və karbon qazını azaltmaq üçün IT-yə daha çox güvənməyin mümkünlüyünü göstərdi.  
 
Sənayenin bir çox sahələri normal vəziyyətə dönmək üçün yollar axtaracaq. İndiki vəziyyətdə hökumətlər şirkətlərin iqlimin yaxşılaşması istiqamətində fəaliyyət göstərmələri üçün şərtlər qoya bilər. Hökumət tərəfindən dəstəklənən avia şirkətlərdən üzərlərinə ciddi öhdəliklər götürmələri və tullantıların azaldılması üçün daha sərt tədbirlər görülməsi istənməlidir ki, bu da sənaye sahəsində milyonlarla insanın məşğulluğunu və uzunmüddətli davamlılığı təmin etmək üçün lazım olacaqdır. 
 
Avtomobil sənayesindəki güzəştlər elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin istehsalındakı investisiyalara və səmərəliliyin artırılması texnologiyalarına yönəldilə bilər. Dünyada enerji resurslarına ayrılan subsidiyaların təxminən üçdə biri inkişaf etməkdə olan Asiya ölkələrinin payına düşür. 
 
Asiya və Sakit okean bölgəsində hökumətlər lazımi tədbirlərini görmək üçün az maliyyə imkanlarına malikdirlər.  
 
Kənd təsərrüfatına və enerji resurslarına qoyulan subsidiyalar onların ləğvinin sosial təsiri azaldıqda, neft qiymətlərinin rekord həddə aşağı düşməsi zamanı effektli ola bilər.  
 
Yaşıl istiqrazlarla enerji səmərəliliyini təmin etmək və bərpa olunan enerji layihələrini maliyyələşdirmək mümkündür. Çin, Yaponiya və Koreya Respublikasından başqa bölgələrdə yaşıl istiqrazlar azdır. İndi "COVID-19"dan sonra davamlı və dayanıqlı bir inkişafı dəstəkləmək üçün əsaslandırılmış ideyalardan faydalanmağın zamanıdır.
 
COVID-19 təbiətdən bizə ötürülən bir mesajdır. Davam etməkdə olan iqlim böhranı da bu cürdür. Normal bildiklərimiz artıq işə yaramır. Daha yaxşı bir həyat qurmalıyıq.
 
 
Armida Salsiah Alisjahbana - Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi
 
 
İnger Andersen - Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və BMT Ətraf Mühit Proqramının icraçı direktoru 

 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Hamısı