"COVID-19"un Orta Asiya və Qırğızıstan iqtisadiyyatına təsiri

Analitika 21:11 11.06.2020

Məlumdur ki, Covid 19 pandemiyası sadəcə insanların həyat və sağlamlıqlarına deyil, eyni zamanda dövlətlərin iqtisadiyyatına da ciddi zərər vurur. Pandemiyanın mikro və makro səviyyəli iqtisadi böhranlara səbəb olduğu regionlardan biri də Orta Asiyadır.

Orta Asiya dövlətləri iqtisadi gəlir və imkanlarına görə iki qrupa ayrıla bilər. Birinci qrupa Qazaxıstan, Türkmənistan və Özbəkistsan kimi enerji resursları ilə zəngin dövlətlər daxildir. Bu dövlətlərin həm ÜDM göstəriciləri, həm də əhalisi və təbii sərvətləri digər region dövlətlərinə nisbətən olduqca yüksəkdir. İkinci qrupa daxil olan Orta Asiya dövlətləri isə zəngin təbii sərvətləri məhdud olan Qırğızıstan və Tacikistandır.

Orta Asiya dövlətləri arasında kəskin iqtisadi fərqlərə rəğmən  Covid 19 bütün region  dövlətlərinin iqtisadiyyatında ciddi fəsadlar yaradıb. OECD-nin 2020-ci il may ayı hesabatına görə enerji resurslarının böyük bir qismini Çin və Rusiyaya ixrac edən Qazaxıstan, Türkmənistan və Özbəkistan pandemiya dövründə bu dövlətlərin idxal tələbinin azalmasından böyük zərərə uğrayıb. Həmçinin neft qiymətlərində müşahidə edilən kəskin ucuzlaşma bu ölkələrin milli gəlirlərini bir xeyli azaldıb. Məsələn, 2020-ci il dövlət büdcəsini hazırlayarkən neftin bir barrelinin qiymətini 50-60 dollar hesablayan Qazaxıstan aprel ayında neft qiymətlərinin 20 dollara düşməsi nəticəsində öz büdcəsini yenidən formalaşdırmağa məcbur qalıb. Hazırda neft qiymətləri 35-40 dollara qədər yüksəlib. Buna rəğmən 2020-ci ilin birinci yarısında Qazaxıstanin enerji ixracından əldə etdiyi gəlirlər ən az 45-50% azalacağı proqnozlaşdırılır. Türkmənistan və Özbəksitanda da vəziyyət bir o qədər də fərqli deyil.

Ümumilikdə Orta asiya regionunda isə pandemiya istehsal şəbəkələri, kənd təsərrüfatı, turizm, ticarət, sənaye, enerji və digər sektorlarda kiçik böhranlar yaradıb. Bu böhranların yaşanmasında əsas səbəbsə region ölkələrinin koronavirusun ilk yayıldığı Çinin və ən geniş yayıldığı Avropanın ticarət partnyorları olmasıdır.

Orta Asiya regionunda daha çox Qırğızıstan, Özbəkistan və Tacikistan kimi ölkələrdə kölgə iqtisadiyyatının mövcudluğu, işçilərin bir qisminin qeyr-qanuni işləməsi və ən əsası bu ölkələrin əhalisinin böyük bir qisminin miqrant olaraq başqa ölkələrdə çalışması ölkə iqtisadiyyatına pandemiya dövründə dəyən zərərin başqa bir səbəbidir. Belə ki, Orta Asiya ölkələrinin iqtisadiyyatları üçün ölkə xaricində çalışıb ölkəyə pul göndərən miqrantların rolu çox önəmlidir. Lakin Koronavirusun səbəb olduğu iqtisadi daralma, xaricdən bu ölkələrə yönələn pul axınına da mənfi təsir göstərib.

Qırğızıstan iqtisadiyyatı pandemiyadan öncə və sonra

Pandemiya dövründə Orta Asiya dövlətləri iqtisadi baxımdan asılı olduqları Rusiya və Çin iqtisadiyyatlarında baş verən durğunluqdan zərər görür və bu durum xüsusilə Qırğızıstan kimi iqtisadi problemləri olan dövlətlər üçün yeni risklər yaradır.

Qırğızıstan iqtisadi göstəricilərinə görə Orta Asiyanın ən zəyif dövlətlərindən biridir. 8,1 milyard dollarlıq (2019-cu il)  ÜDM göstəricisinə sahib olan Qırğızıstan enerji resursların məhdudluğu və siyasi qeyri-sabitliyin mövcudluğu səbəbindən tez-tez iqtisadi böhranlarla üzləşir. 6,3 milyon əhalisi olan Qırğızıstanda adam başına düşən ÜDM 1270 dollar civarındadır.

Koronavirus pandemiyası son dövrlər iqtisadiyyatında irəliləyişlər müşahidə edilən Qırğızıstanda yeni iqtisadi problemlərin yaranmasına səbəb olub. Orta Asiyanın bu türkdilli dövlətində ilk Covid 19-a yoluxma 18 mart tarixində baş verib. 4 iyun 2020-ci il etibarilə Qırğızıstanda son 24 saat ərzində 29 nəfərdə koronavirus aşkar edilməsi ilə yoluxma sayı 899-a çatıb.

Buna baxmayaraq pandemiya öncəsində Qırğızıstan iqtisadiyyatı Soronbay Ceenbekov liderliyində aşağı tempdə də olsa inkişaf edirdi. Belə ki, 2019-cu ilin yekunlarına görə Qırğızıstan ÜDM-si 590 milyard som olub və real iqtisadi böyümə səviyyəsi 4,5% olaraq gerçəkləşib. Bu 2018-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 0,7% daha artıq nəticədir. Eyni ildə Qırğızıstanda aylıq ortalama maaş 17 min 166 som olub (245,75 dollar) Bu dövrdə Qırğızıstan ixracatı 7%, artıb, idxalı isə 7,3% azalıb.

2020-ci ilə də Qırğızıstan iqtisadi cəhətdən yaxşı başladı. Bu ilin yanvar ayında UDM 31 milyard 78,1 milyon qırğız somu oldu. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% daha artıq idi. Ümumilikdə 2020-ci ilin yanvar-fevral aylarında Qırğızıstan ÜDM-si 69 milyard som olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artıb.

Pandemiya dövründə isə 1 Mayıs 2020 etibarilə ÜDM həcmi 140 milyard som olub və əvvəlki dövrlə (2019-cu ilin ilk 5 ayı ilə) müqayisədə  3,8% azalıb.

                  Qırğızıstanda dövrlər üzrə UDM artımın faizlə ifadəsi

 

Qırğız iqtisadiyyatında bu geriləməyə pandemiya dövründə büdcə daxilolmalarının proqnozlaşdırılandan daha aşağı səviyyədə gerçəkləşməsi səbəb olub. Belə ki,  Qırğızıstanda yanvar-aprel aylarında proqnozlaşdırılan gəlir koronavirus səbəbilə əldə edilməyib. Hökumət vergilərin sadəcə 77,2%-ni yığa bilib. Bu dövrdə Qırğızıstanın dövlət büdcəsində 121 milyon 250 min dollarlıq kəsr yaranıb. Ümumilikdə, Ceenbekov  hökuməti 2020-ci ili 400 milyon dollarlıq büdcə kəsri ilə bitirmək ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, Qırğızıstan Baş naziri Ceenbekov pandemiyanın bir müddət daha davam etməsi halında 2020-ci il yekunları üzrə ÜDM-nin artım göstəricisinin 2%-dən aşağı ola biləcəyini qeyd edib. Ceenbekov pandemiyanın Qırğız itidasiyyatına 450 milyon dollar dəyərində zərər vuracağını da əlavə edib.

Covid 19 Qırğızıstanda daha çox sənaye sektoruna zərbə vurub. Yanvar-aprel ayları ərzində Qırğızıstanda sənaye istehsalı təxminən 99 milyard som dəyərində reallaşıb. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% daha az göstəricidir. Ümumilikdə yanvar-may aylarında neft məhsulları (63,1%), miniral məhsullar (36,7%), dəri və dəri məhsulları, ayaqabı (27,6%) və içki (11,9%) məhsullarındakı istehsal göstəriciləri olduqca azalıb.

Qırğızıstan Mili Statistika Komitəsinin hesabatına görə sadəcə aprel ayında ölkə 4,8 milyard som gəlir itirib. Bütün bunlar hökuməti dövlət büdcəsinə yenidən baxmağa vadar edib.

Baş nazir Ceenbekova görə Qırğızıstan liberal iqtisadiyyata sahib olduğundan xüsusilə regionda və dünyada baş verən iqtisadi proseslər ölkə iqtisadiyyatına daha ciddi təsir edir.

Koronavirusun Qırğız iqtisadiyyatına ən böyük mənfi təsirlərindən biri infilyasiya səviyyəsinin yüksəlməsi olub. 14 fevral 2020-ci ilə qədər Qırğızıstanda infilyasiya səviyyəsi 3,9% idi. Pandemiya dövründə isə Qırğızıstan hökuməti il sonuna qədər infilyasiyanın 5% və üzərində ola biləcəyini proqnozlaşdırıb. Qeyd edək ki, 2019-cu ildə Qırğızıstanda illik infilyasiya səviyyəsi 1,5% olub.

Pandemiya dövründə Qırğızıstanda infilyasiya səviyyəsinin yüksəlməsinə təsir edən əsas amillərdən biri ölkənin xarici ticarət dövriyyəsi həcminin azalması və nəticədə dolların qırğız somu qarşısında sürətlə bahalaşması olub. 2 aprel tarixində Qırğızıstanda növbəti devalvasiya nəticəsində 1 ABŞ dolları 83 soma bərabər olub. Qeyd edək ki, Qırğızıstan Mərkəzi Bankının sədri Tolkubek Abdıgulov devalivasiyanın əsas səbəbini sərhədlərin bağlanması ilə əlaqələndirib.

Qırğızıstan iqtisadiyyatında yaşanan devalvasiya və digər mikro iqtisadi problemlərin yaranmasına mənfi təsir göstərən amillərin başında Çinlə ticarətdə yaşanan durğunluq gəlir. Belə ki, Çin Qırğızıstan üçün əsas investor dövlətdir. Üstəlik Qırğızıstanın ən çox məhsul idxal etdiyi dövlət də Çindir. Qeyd edək ki, koronavirusun Çində meydana gəlməsi və dünyaya yayılması Qırğızıstanı əsas ticarət prantyorlarından biri olan Çinlə ticarət dövriyyəsinin 2019-cu ilin ilk ayları ilə müqayisədə 26,6% azalmasına səbəb olub. (143 milyon dollar)

Pandemiya Qırğızıstanın sadəcə Çinlə deyil, digər iqtisadi pratnyorları ilə də ticarəri əlaqələrinə zərbə vurub. Belə ki, 2020-ci ilin ilk aylarında Qırğızsıstanın xarici ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 15,8% azalıb.

Qırğızıstan iqtisadiyyatı üçün əsas lokomativlərdən biri ölkədən kənarda çalışan miqrantların ölkəyə (ailələrinə) göndərdikləri vəsaitlərdir. 2015-ci ilin statistik göstəricilərinə görə 550 min Qırğızıstan vətəndaşı Rusiyada çalışır. 2012-ci ilin statistikasına görə isə 800 minə yaxın qırğızın ölkə xaricində çalışdığı və ölkənin ÜDM-sinin 25-30%-ninin bu miqrantların göndərdiyi vəsaitlər hesabına ərsəyə gəlir.

Hazırda təxminən bir milyondan çox Qırğızıstan vətəndaşı xarici ölkələrdə, daha çox Rusiya, Çin və Qazaxıstanda çalışır. 2020-ci il koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada müəssisələrin bir çoxu fəaliyyətini dayandırıb. Bu isə qırğız miqrantların ölkələrinə göndərdikləri vəsaitin azalmasına səbəb olub. Qırğızıstan Mərkəzi Bankının sədri Abdıgulov 2020-ci ilin ilk yarısında miqrantlardan gələn vəsaitin əvvəlki illə müqayisədə 19% azaldığını və  343 miylon dollar civarında olduğunu açıqlayıb.

Pandemiyanın səbəb olduğu iqtisadi böhran Qırğızıstan üçün yeni problemlər yaradır. Belə ki, bu il Qırğızıstan 29 milyard som dəyərində xarici borc ödənişi etməlidir. Lakin hökumətin vergilərin bir qismini yığa bilməməsi, ölkəyə yatırılan investisiya səviyyəsinin düşməsi, ixrac və idxal əməliyyatlarının azalması və digər amillər Qırğızıstanın bu il xarici borclarını ödəməsinə mane ola bilər. Məhz bu səbəbdən Qırğız hökuməti ən çox xarici borcunun olduğu ölkələrin başında gələn Çindən öz iqtisadiyyatını ayaqda tuta bilməsi üçün ödəmə şərtlərini  yüngülləşdirməsi və təxirə salmasını xahiş edib. Ceenbekov 15 apreldə çinli həmkarı Şi Cinpingə zəng edib sözügedən məsələdə güzəşdə gedilməsini xahiş edib. Lakin qırğız mətbuatında yer alan xəbərlərə görə rəsmi Pekin bu güzəştə getməyib. Qeyd edək ki, Qırğızıstan Çinə ən çox borcu olan beşinci dövlətdir və bu ölkənin Çinə milli gəlirinin 30%-i qədər borcu var.

Qırğız iqtisadiyyatını korona böhranından xilas etmək üçün atılan addımlar

Qırğızıstan hökuməti pandemiyanın iqtisadi fəsadlarının qarşısını almaq üçün həyata keçirdiyi iqtisadi siyasətdən savayı əməkdaşlıq etdiyi bir çox qurum və ölkələrə yardım üçün müraciət etdi. Bu müraciətlər nəticəsində 28 aprel tarixində Avropa İttifaqı koronavirusla mübarizədə Qırğızıstanı dəstəkləmək üçün 36 milyon avro ayıracağını bəyan etdi. 9 may tarixində isə İMF eyni səbəbdən Qırğızıstana 121,1 milyon dollar ayırdığını elan etdi.

Həmçinin 12 may 2020-ci ildə Rusiya Qırğız İnkişaf Fondu sayca üçüncü anti-böhran tədbirlər paketini qəbul etdi. Bu fonda görə böhranla mübarizə üçün:

1. Kənd təsərrüfatının inkişafı üçün kredit təmin edilməli;

2. Ölkənin regionlarında istehsalı təşviq etmək üçün subsidiyalar ayırılmalı;

3. Koronavirus əlehinə fəaliyyət göstərən müəssisələrə maliyyə dəstəyi ayırmalıdır.

Pandemiya dövründə Türkiyə Respublikasının, TİKA kimi təşkilatların Qırğızıstana humanitar yardımları da xüsusi olaraq qeyd edilməlidir.

Bunlardan savayı 22 may tarixində Qırğızıstanın iqtisadiyyat nazirliyi ölkədən yanacaq və yağ ixracını qadağan edən bir qanun qəbul edilməsini təklif edib. Nazirlik xüsusilə ölkə ərazisindən çıxarılan neftin məhsullarının ixracını qadağan etməklə ölkənin bu məhsullara olan tələbatını ödəməyi planlaşdırır. Lakin qırğızıstanda çox cüzi neft yataqları mövcuddur. Ölkənin neftlə təminatının 80-90%-i idxal yolu ilə həyata keçirilir. Qırğız hökuməti pandemiya dövründə xüsusilə ölkənin enerji ilə təminatı problemini həll etmək üçün Rusiya ilə bu çərçivədə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Beləliklə, pandemiya dövründə qırğız iqtisadiyyatını araşdırdığımız zaman bu Orta Asiya ölkəsinin çox ciddi iqtisadi böhranla üz-üzə qaldığını müəyyən etmiş oluruq. ÜDM artım faizinin kəskin düşməsi, infilyasiya səviyyəsinin yüksəlməsi, xaricdən ölkəyə vəsait axının azalması, ardıcıl devalvasiyaların yaşanması və ölkənin xarici ticarət dövriyyəsinin azalması bu böhranın əsas elementləridir. Qırğız iqtisadiyyatı tsiklik iqtisadi böhranlardan alternativ enerji sektorunu inkişaf etdirmək və enerjidə xaricdən asılılığı məhdudlaşdırmaq, ölkənin turizm potensialını inkişaf etdirmək və xarici investisiya qoyuluşlarını təşviq etmək metodları ilə qurtula bilər. Lakin iqtisadi sistemdə sabitliyin və inkişafın qarantı siyasi sistem daxilindəki sabitlikdir. Bu baxımdan Qırğızıstanın post-pandemiya dövründə iqtisadi problemlərdən qurtulması üçün ölkə daxilində siyasi sabitliyin təmin edilməsi zəruridir.
 
 
Nicat İSMAYILOV

 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Hamısı