İsraildə səfirliyi hansı dövlət açacaq: Ermənistan yoxsa Azərbaycan?

Analitika 13:02 18.06.2020

Ermənistanın baş naziri Nikol Paşinyan İranla əməkdaşlığa əhəmiyyət verir. O İranda rəsmi səfərdə oldu və iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi vacibliyindən danışdı.

Buna baxmayaraq, Ermənistan hakimiyyəti İsraildə səfirlik açılması istiqamətində də müəyyən işlər görür. Ermənistan və İsrail rəsmiləri arasında görüşlər olub. Ermənistan rəsmiləri və diplomatları İsraildə səfirliyin açılması mümkünlüyünü istisna etməyiblər. Ermənistan ona görə İsraildə səfirlik açmaq istəyir ki, İsrail-Azərbaycan əməkdaşlığına mane olsun. İrəvan bu əlaqələrdən narahatdır. İsrailin Azərbaycana müasir silahlar və hərbi texnika satması Ermənistanda böyük narazılıq yaradır. İsrailin Azərbaycana satdığı son raketlər İrəvana çatmaq imkanına malikdir. Buna görə də Ermənistanın hakimiyyət nümayəndələri İsraildə səfirlik açmaq və bu yolla İsrail-Azərbaycan hərbi əməkdaşlığına mane olmaq istəyirlər. Ancaq İrəvan ciddi mane ilə üzləşib.

Tehranda Ermənistan səfirliyi qarşısında etirazların sayı artıb. İran vətəndaşları Ermənistanın İsraildə səfirlik açmaq istəyinə etiraz edirlər. İranlılar tələb edirlər ki, Ermənistan İsraildə səfirlik açmaq planından əl çəksin və İsrail ilə bütün əlaqələri kəssin. İrandakı eitrazlar İrəvanı qorxudub. Çünki, Ermənistan rəsmiləri anlayırlar ki, səfirlik qarşısında etirazların arxasında İran hakimiyyəti dayanır. Tehran Errmənistan səfirliyi qarşısında etirazlara şərait yaratmaqla İrəvana xəbərdarlıq mesajı göndərir.

Bu arada, İsrail prezidenti Reuven Rivlinin Azərbaycan prezidenti İlham Əliyev məktubu diqqəti cəlb edir. Məktubda belə bir hissə var: “Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edəcək. Cənab Prezident, fürsətdən istifadə edib münasibətlərimizdəki bu əlamətdar hadisəni qeyd etmək üçün Sizi İsrail dövlətinə tarixi səfərə dəvət edirəm”.
Məktubun ikinci hissəsindəki fikir də maraqlıdır: “Azərbaycanın yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına səmimi qəlbdən ümid edirəm. Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək və bu da xalqlarımıza böyük fayda gətirəcək”.

Beləliklə, İsrail prezidentinin Azərbaycan prezidentindən iki xahişi var:

Birinci xahiş odur ki, Tel-Əviv Azərbaycan prezidentinin İsrailə rəsmi səfərə gəlməsini istəyir;

İkinci xahiş isə odur ki, Azərbaycan İsraildə səfirlik açsın.

İsrail rəsmiləri illərdir bu iki xahişi səsləndirirlər. Eyni sözləri İsrailin Azərbaycandakı səfiri son müsahibəsində vurğulayıb.

Səfir öz ölkəsinin prezidentinin fikirlərini təkrarlayıb.

Əlbəttə, Azərbaycan İsraillə əməkdaşlığın inkişafında maraqldır. İsrail neftə tələbatının təxminən 35-40 fazini Azərbaycan nefti hesabına ödəyir. Azərbaycan İsraildən aldığı müasir hərbi texnikadan məmnundur. Misal üçün Azərbaycanın İsraildən aldığı LORA müasir raket kompleksləri böyük dağıdıcı gücə malikdir.

Buna baxmayaraq, rəsmi Bakı da İran faktorunu nəzərə alır. İran indiki halda belə Azərbaycan-İsrail münasibətlərindən narazıdır. Halbuki, bu münasibətlər İrana qarşı yönəlməyib. Aydındır ki, Azərbaycanın İsraildə səfirlik açması ilkin aylarda Tehranın Azərbaycana qarşı siyasətinin sərtləşməsinə gətirib çıxaracaq. Buna baxmayaraq, rəsmi Bakı Tel-Əvivdə səfirlik açdıqdan bir müddət sonra İran-Azərbaycan münasibətlərinin yenidən əvvəlki axarına qayıdacağını da ehtimal etmək olar. Türkiyənin illərdir İsraildə səfirliyi var və bu amil Ankara-Tehran münasibətlərini gərginləşdirmir.

Tel-Əvivin istədiyi kimi Azərbaycan prezidentinin yaxın müddətdə İsrailə səfər edəcəyini proqnozlaşdırmaq çətindir və bu yalnız İran amili ilə əlaqəli deyil. Rəsmi Bakı Türkiyə və ərəb dünyası amili ilə də hesablaşır. Belə bir səfər nə vaxtsa reallaşacaqsa, Azərbaycan prezidenti İsraillə yanaşı Fələstinə də keçəcək və bu ərəb ölkəsinin lideri ilə də görüşəcək. İsrailə səfər edənlər digər liderlə də belə edir. Elə Rusiya prezidenti Vladimir Putin bir neçə ay əvvəl İsrarilə səfərini yekunlaşdırdıqdan sonra Fələstinə keçərək bu ölkənin rəhbəri Mahmud Abbasla da görüşdü.

Hazırki vəziyyətdə Azərbaycanın müxtəlif nazirlərinin İsrailə səfərləri reallaşa bilər. Ayrıca, iki ölkənin hökumətlərarası komissiyaları fəaliyyət göstərir ki, nazirlər il əzrində müxtəlif görüşlər həyata keçirirlər. Azərbaycanın İsraildə səfirliyi olmadan da iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirmək mümkündür. və bu əməkdaşlıq İrana qarşı yönəlməyib. Azərbaycan İranla əməkdaşlığın inkişafında və dost münasibətlərinin davamında maraqlıdır. Rəsmi Bakı müstəqil xarici siyasətində həm İran, həm də İsraillə yaxşı münasibətlərə malik olmaq istəyir.

“Atlas” Araşdırmalar Mərkəzi

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Hamısı