Çin - Hindistan böhranının pərdəarxası: Qlobal hadisələrlə bağlılığı var

Analitika 12:36 22.06.2020

Çin və Hindistan arasındakı sərhəddə hegemonluq mübarizəsi hərbi müstəviyə keçib. Onlarla Hindistan və Çin əsgərinin ölümü ilə nəticələnən böhranın ardından hər iki ölkənin Himalay dağlarının qərbindəki Ladakh bölgəsinə çox sayda silah-sursat və əsgər göndərməsi faktı narahatlıqları artırdı...

Koronavirus epidemiyası bütün dünyanı təsiri altına aldığı bir zamanda, Çin ilə Hindistan arasında ciddi hərbi gərginlik yaşanır. Dünya əhalisinin ən sıx məskunlaşdığı və nüvə gücünə sahib bu iki ölkənin sərhəddindəki gərginlik zamanı onlarla əsgərin həyatını itirməsilə dünyanın diqqəti bölgədə cərəyan edən hadisələrə yönəldi. Bəs Hindistan və Çin arasındakı böhranın pərdəarxasında nə dayanır? Bu hərbi gərginliyin yaranma səbəbi nədir? Ekspertlər hesab edir ki, sərhəd mübahisəsini və tarixi rəqabəti yenidən gündəmə gətirən gərginliyin ABŞ-ın Çinə qarşı başladığı soyuq müharibə prosesi ilə əlaqəsi var.

Cənubi Asiya regionu üzrə ekspert Dr. Çingiz Topel Mərmər mövzunu Yeni Şafak-a şərh edib. "Hindistan və Çin arasındakı sərhəd mübahisəsi ərazi amili ilə bağlıdır, ancaq problemin tarixi kökü var. Problemin əsasında Çin imperiyası, Rusiya İmperiyası və Britaniya Hindistanı arasındakı 19-cu əsrdə yaşanan rəqabət durur. Bununla yanaşı, yeni böhranın ABŞ-ın Çinə qarşı başladığı soyuq müharibə ilə aşkar bir əlaqəsi var. 2000-ci illərin əvvəllərindən bəri ABŞ Hindistanı Çinə qarşı tarazlıq ünsürü olaraq qəbul edir və onu bütün sahələrdə dəstəkləyir, bununla da, Çini öz təhlükəsizliyi üçün təhdid hesab edən və 1962-ci ilə müharibəsində ərazi itirən Hindistanı cəsarətləndirir", o deyib.

ABŞ Hindistanı tarazlıq ünsürü olaraq görür

"Bu böhran ABŞ-ın Çinə təzyiq siyasətinin bir hissəsidir, yoxsa bunun bu proseslərlə əlaqəsi yoxdur?" sualına cavab olaraq, "Yeni böhranın ABŞ-ın Çinə qarşı başladığı soyuq müharibə ilə aşkar bir əlaqəsi var. 2000-ci illərin əvvəllərindən bəri ABŞ Hindistanı Çinə qarşı tarazlıq ünsürü olaraq görür və hər sahədə dəstəkləyir. Bununla da Çin ilə təhlükəsizlik problemi olan 1962-ci ildəki müharibədə ərazi itirmiş Hindistanı təşviq edir. Əslində, son böhranın əsasında ABŞ-ın dəstəyi ilə hərəkət edən Hindistanın Ladakh bölgəsində başlatdığı yol inşası və infrastrukturun inkişaf etdirilməsi durur".

Çin və Pakistan arasındakı münasibətlər həyati əhəmiyyət daşıyır

Çin və Pakistan arasındakı möhkəmlənən əlaqələrlə bu hərbi gərginlik arasında bağlılıq olduğunu vurğulayan Topel Çin və Pakistan arasındakı müttəfiqlik əlaqələrinin hər ikisi üçün çox vacib olduğunu deyib. “2002-ci ildə Çinin maliyyə dəstəyilə inkişaf etdirilən Pakistanın Bəlucistan əyalətinin sahilindəki Gvadar limanı (Çin-Pakistan İqtisadi Dəhlizi) Layihəsi ilə Sincan Uyğur Muxtar Vilayətinin paytaxtı Kaşqara uzanması  ticarət, inzibati, hərbi və bir çox  digər sahələrdə hər iki ölkə üçün böyük dəyər qazandırsa da, Hindistanı əksinə olaraq əlverişsiz duruma saldı. Çin 1962-ci il müharibəsində işğal etdiyi Ladakh bölgəsindəki Aksai Çin səhrasının yüksək nöqtələrində nəzarət məntəqələri inşa edərək Pakistan-Sincan-Tibet yolunun təhlükəsizliyini təmin edilməsində taktiki  üstünlük qazandı.  Hindistan, Ladakh bölgəsində yol tikintisi və infrastruktur işləri ilə Çin və Pakistanın təmas nöqtəsi olan Karakurum aşırımına nəqliyyat təmin etmək məqsədi daşıyır və indiki böhranın səbəbi də budur. Son böhranın başlaması ilə əlaqədar təfərrüatlar ortaya çıxdıqda, Hindistanın 1962-ci ildə yaşadığı məğlubiyyəti aradan qaldırmağa çalışdığı, lakin bunun Çin əsgərləri tərəfindən bunun qarşısının alındığı görülür".

Pandemiya dövrü hadisələrə təsir etdi

Bundan əlavə, qlobal hadisələrin də problemə təsiri böyükdür. Pandemiya mübarizəsində böyük itki verən Qərb dünyasının, pandemiyanın yaranmasındakı roluna görə Çinə təzyiq göstərməyə başladığı bir vaxtda ortaya çıxan Çin-Hindistan sərhəd böhranı təsadüfi deyil. Pandemiya səbəbi ilə təzyiqi görən Çin artıq qabaqlayıcı tədbirlər görməyə çalışır. Çin pandemiya ilə mübarizənin birinci mərhələsini uğurla geridə qoysa da, Hindistanın pandemiya prosesinin ilk mərhələsini hələ başa çatdırmadığı və bu prosesi uğurla həyata keçirə bilmədiyi də nəzərə alınmalıdır.

Hindistan müsəlmanları marginallaşdımağa davam edir

Pandemiya dövrünə daxili parçalanma və zorakılıqla daxil olan Hindistan rəhbərliyi, müsəlmanlara qarşı marginallaşdırma siyasəti yürütməyə davam edir. Kəşmiri yarı açıq bir həbsxana olaraq saxlamağa davam edən Modi hökuməti Babi Məscidinin yerində qurulması planlaşdırılan Ram Məbədinin tikinti işlərini başladıb. Üstəlik, Modi və BJP'nin hind millətçiliyi zehniyyətini sürdürməklə müxalifətin güclənməsinə şərait yaratdığının fərqində deyil.

"Çin növbədə Tibetin olduğunu düşünür"

Düşünürəm ki, Çin əvvəllər daxili təhlükəsizlik problemləri yaşadığı problemli bölgələrdə Qərb və Hindistan xüsusi xidmət orqanlarının rolunun olduğunu bilir. ABŞ-ın ticarət müharibələri ilə başladığı soyuq müharibənin davam edəcəyini və Hindistanın bu strategiyada əsas rol oynayacağını bilən Çin növbədə Tibetin olduğunu görür. Buna görə Çin artıq Tibet siyasətini və Pakistanla əlaqələrini gücləndirməyə çalışır. Bu böhranda yaşanan hadisələrdən anlamaq olur ki, Çin, Tibet sərhədlərinin dəyişməsi və Tibet separatizmini dəstəkləməkdə rol oynayacağı ehtimal edilən Hind Sərhəd Yolu layihəsinə icazə verməməkdə qərarlıdır. Hindistanın ABŞ-ın dəstəyini alaraq müdafiə strategiyası hazırlamağa çalışdığını düşünən Çin Himalay dağlarında, xüsusən də Ladakh bölgəsində güzəşt etməyəcəyi mesajını verir. Çinin Pakistandakı iqtisadi sərmayələrini nəzərə alsaq, Hindistana bu əlaqələrdəki taktiki üstünlüklərini azaltmağa imkan verməyəcəyi aydın görünür.

"Çin Hindistana onun zəif tərəflərini xatırladır"

Çin Qərb Sektorunda (Ladakh bölgəsi) təşəbbüs göstərərək hadisələrin gedişatımnı yönləndirərək Orta Sektorda Nepalı da proseslərə cəlb edir. Çinin bu böhrana Nepalı cəlb etməsi və Nepal vasitəsilə mesaj göndərməsi vacib amildir. Çin Hindistanın problem dairəsini genişləndirməklə yanaşı, ona hərbi sahədəki zəif nöqtələrini xatırladır. Əksəriyyəti tropik coğrafiyada yaşayan hindlilərin Himalay dağlarının sərt iqlimdə hərbi xidmət keçməsi çox çətindir. Bu səbəbdən Hindistan Ordusu bu ərazidə Nepal əsilli əsgərlərdən (Gurkhalar) və separatizm problemlərinin  olduğu Şimal-şərq ştatlarından olan əsgərlərdən istifadə edir. Çin bu əsgərlərin kimliyi ilə Hindistana bölgənin həssaslığını xatırladaraq da, xüsusi təyinatçılar vasitəsi ilə yeni problemlər yarada biləcəyi mesajını verir".

Bölgədəki böhranın tarixi   

İki ölkənin yaşadığı sərhəd probleminin 1962-ci ildən sonra xroniki hal aldığını deyən Topel bölgədəki Çin və Hindistan arasındakı tarixi rəqabəti belə izah etdi.

"Qərbi Himalaydakı Rusiya təhlükəsini nəzarət altına alan İngilislər, 1890-1895 illər arasındakı danışıqlar nəticəsində Ruslarla Kiçik Pamir dağlarındakı sərhədləri müəyyənləşdirdilər. Şərqi Himalayda rəqibi olmayan Britaniya İmperiyası yalnız I Dünya Müharibəsindən əvvəl Çin İmperiyası ilə danışıqlar masasına oturmuşdu. Hindistanın şimalındakı Simla şəhərində, 1914-cü ilin iyul ayında İngiltərə Xarici İşlər Naziri ilə Çinin nümayəndəsi arasındakı danışıqlarda Britaniya Hindistanı ilə Çin arasındakı sərhədi müəyyən edəcək prinsiplərə dair Simla sülh razılaşması əldə olunsa da, Birinci Dünya Müharibəsi yaxınlaşdığı üçün Çin hökuməti tərəfindən təsdiq olunmamışdı. Müqavilənin imzalanmasında rolu olan Xarici İşlər Naziri McMahon'ın (McMahon xətti) adını daşıyan Simla razılaşması  İngiltərə bölgədən çəkilənədək ciddi bi problem yaranmadığı üçün gündəmə gəlmədi. Çin və Hindistan  20-ci əsrin ilk yarısının sonlarında müstəqillik qazandıqda İngilis mirası problemlə üzləşməli oldu.

1949-cu ildə qurulan Mao hökuməti, Çinin tarixi irsinə sahib çıxdı və McMahon Xəttini qəbul etmədi. Özünü Britaniya Hindistanının davamçısı hesab edən Hindistanın McMahon Xəttini qəbul etməsilə böhran dərinləşdi və müharibəyə səbəb oldu. 8 sentyabr 1962-ci ildə Çinin hücumundan sonra Çin ordusu Hindistanın Arunaçal Pradeş vilayətində və Ladakh bölgələrində bəzi strateji nöqtələri işğal etdi. Çin 21 noyabr 1962-ci ildə birtərəfli qaydada atəşkəs elan edərək müharibəyə son qoyaraq, Ladakh bölgəsində işğal etdiyi Aksai Çin Çölünü Çinə ilhaq etmiş və Arunaçal Pradeş əyalətində işğal etdiyi ərazidən çıxmışdı.

Bu müharibədən bəri tərəflər Himalaydakı sərhədləri ilə bağlı razılığa gələ bilməyib və tarixi iddialar səbəbindən daim yeni böhranlar yaşanır. Minilliyə güclü dövlətlər kimi qədəm qoyan iki ölkə güc siyasətinə meylli olduğundan son on ildə problem daha da mürəkkəbləşib. Çinin inkişaf potensialının onun qlobal hegemonluğunu təhdid edəcəyini düşünən ABŞ-ın Hindistanı ÇXR-nin yüksəlişini tarazlamaqda Hindistanı alət olaraq görməsi və onu təşviq etməsi böhranı sürətləndirdi. "

Mənbə: Yeni Şafak

(Dr. Cengiz Topel MERMER, Müsahibə | 19.06.2020 | Hasan HIZ - Yeni Şafak)

Tərcümə EDNews.net-indır

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı