Hindistan-Çin gərginliyində Azərbaycan üçün ibrət dərsi Qarabağa necə nəzarət etməli?

Analitika 13:49 22.06.2020

May ayının əvvəllərindən Hindistanla Çin arasında müşahidə edilən gərginlik günbəgün şiddətləndi və 15 iyunda 20 hind əsgərinin öldürülməsi ilə nəticələnən toqquşma baş verdi. Çin və Hindistan mübahisəli Kəşmir regionunda qarşılıqlı itkilərin olduğu insidentdə bir-birini ittiham edir. Hindistan 20 əsgərinin öldüyünü açıqlasa da Çin indiyədək itkilərinin sayını bəyan etməyib. Maraqlıdır ki, tərəflər arasında baş verən toqquşmada hərbi silahlardan istifadə edilməyib və dəyənək, daş kimi soyuq silahlarla əsgərlərinin bir-birilərilə döyüşdüyü müşahidə edilib. Toqquşma sonrasında dövlət rəsmilərindən gələn ilk açıqlamalarda Hindistan Çini sərhəddindəki mövcud vəziyyəti öz xeyrinə dəyişməkdə ittiham edib, Çin isə Hindistan əsgərlərinin ərazidəki Çin hərbçiləri üzərinə hücum etməkdə günahlandırıb.

Bu insident iki nüvə gücü arasında rəqabəti münaqişəyə çevirəcək riskləri özündə ehtiva etsə də Kəşmirdəki mübahisəli ərazilər üstündə Çin və Hindistan arasında baş verən ilk belə hadisə deyil.

Çin və Hindistan arasında gərginliyin tarixi səbəbləri

Məlum olduğu kimi Kəşmir Hindistan, Pakistan və Çin arasında mübahisəli ərazi hesab olunur və burada xüsusilə Çin və Pakistanın mövqeləri üst-üstə düşərkən Hindistan Pakistan ərazilərini işğal etməkdə, Çin isə Hindistan torpaqlarına soxulmaqda ittiham edilir. Bu qarışıq məsələ üstündə Hindistan və Çin arasında yaşanan problem tarixdə bir neçə dəfə münaqişə səviyyəsinə eskalasiya edib.

Hindistan və Çin 3 min 440 km-lik bir sərhəddə sahibdir və bu sərhəd boyunca tərəflər müxtəlif ərazilər üzərində qarşılıqlı iddialar irəli sürür. Problemi yaradan amil də elə budur. Çin 1950-ci ildən bu yana Hindistanla İngiltərə müstəmləkəsi olduğu dövrdə çəkilmiş sərhədləri tanımaqdan imtina edir. Çin Cənubi Tibet adlandırdığı Hindistanın Arunaçal Pradeş əyalətinin tamamı üzərində haqqı olduğunu iddia edir. Həmçinin tərəflərin sərhəddin bir çox istiqamətlərində anlaşa bilmədikləri nüanslar var. Xüsusilə Ladakh bölgəsində sərhəddin dağlıq, buzlaq və axar sularla əhatə olunan bir relyefdə yerləşməsi sərhəd xəttinin dəqiq müəyyənləşdirilməsini çətinləşdirir.

Hindistan Çini Ladakhdakı Galvan vadisinə minlərlə əsgər yerləşdirməkdə ittiham edir və Çinin 28 min km-lik hind torpağını işğal etdiyini irəli sürür. Bu məsələdə iki dövlət arasında ilk hərbi toqquşma (həm də son real müharibə) 1962-ci ildə baş verib və Hindistan ağır məğlubiyyətə uğrayıb, 3 min hindistanlı vəfat edərkən 700 çinli dünyasını dəyişib. Hindistanın şimal-şərqinə qədər daxil olan Çin sülhün əldə olunması ilə tutduğu ərazilərdən qoşunlarını geri çəkib.

Çin və Hindistan arasında diplomatik gərginliklərin qısa xronikasına nəzər saldığımız zaman görürük ki, 2020-ci ilədək, son 45 il ərzində tərəflər arasında ciddi hərbi toqquşmalar baş verməyib. 2014-cü ildən tərəflər arasındakı hərbi insidentlərin və diplomatik böhranların sayında ciddi artım müşahidə edilir. Maraqlıdır ki, 2014-cü ildən Hindistana millətçi mövqeyi ilə tanınan  Bharatiya Janata Partiyası lideri Başnazir Modi rəhbərlik edir və o, xüsusilə Kəşmir məsələsində Pakistan və Çinə qarşı yürütdüyü uzlaşmaz siyasətlə diqqət çəkir.

Çin və Hindistan arasındakı gərginliyə səbəb olan geopolitik amillər

İlk baxışdan Çin və Hindistan arasında gərginliklərin sadəcə sərhəd demokrasiyasının həyata keçirilmədiyi üçün baş verdiyini söyləmək mümkündür. Ciddi təhlil apardıqda  isə gərginliyin təməlində gepolitik rəqabətin durduğu üzə çıxır.

Çinin “Kəmər Yol” layihəsi əsasında qlobal hegomoniya strategiyasını həyata keçirdiyi bir zamanda Hindistan artan iqtisadi-hərbi gücü ilə regionda Çinin alternativi olmağa səy göstərir. Çinin “sıçrama” sayılacaq intensiv iqtisadi yüksəliş yolunu son 15 ildə ABŞ-ın dəstəyi ilə Hindistan getməkdədir. Hindistan ABŞ-ın Asiyada Çin gücünü çərçivələndirmək üçün istifadə etdiyi aktorudur. Bu baxımdan Hindistanın regiondakı aktivliyi Çin maraqlarını təhdid edir. Xüsusilə 2019-cu ilin avqustunda Hindistanın Cəmmu və Kəşmirin, həmçinin özünə aid olduğunu iddia etdiyi, lakin Çinin nəzarətində olan Aksai Çin regionunu da əhatə edən, Kəşmirin Ladakh bölgəsinin muxtar statusunu ləğv etməsi, bununla da sözügedən əraziləri birbaşa mərkəzə bağlaması Yeni Dehlinin Çinin (həm də Pakistanın) strateji maraqları üçün nə dərəcədə təhdidlər doğurduğunu gözlər önünə sərdi.

Çin və Hindistan arasında son illərdə intensivləşən qarşıdurmaların baş vermə səbəblərinə diqqət yetirsək görərik ki, bu səbəblər əsasən Hindistanın Ladakh ətrafındakı ərazilərdə həyata keçirdiyi infrastruktur layihələri, yol, körpü və nəqliyyat-komunikasiya sistemlərinin inşa etdirilməsi, hərbi düşərgələr salması və s. addımlarla bağlıdır. Hindistanın bütün bu addımları Çinin sərt mövqeyi, hərbi təhdidləri və həmlələri ilə müşahidə olunur. Lakin buna baxmayaraq Hindistan geri addım atmır. Baş Nazir Modinin də qeyd etdiyi kimi Ladakhda inşa edilən nəqliyyat sistemi və infrastruktur layihələri bütün manilərə rəğmən 2022-ci ildə başa çatacaq. Bəs bu layihələr Çinin strateji maraqlarını niyə təhdid edir? Çin niyə bu layihələrə şiddətlə etiraz edir?

Birincisi, 2008-ci ildə Hindistanın regiona yaxın ərazilərdə yaratdığı aviabazalar və hazırda inşa etdiyi nəqliyyat-kommunikasiya sistemləri Hindistanın Ladakh və digər mübahisəli ərazilərə hərbi müdaxiləsini asanlaşdıracaq və tezləşdirəcək. İkincisi, bu ərazi Tibetin Sincana bağlanması baxımından Çin üçün strateji əhəmiyyət kəsb edir və Çinin bu ərazilərə nəzarəti itirməsi Sincanla Tibeti birləşdirən sərhədin bir hissəsinin əlindən çıxması mənasına gəlir.

Üçüncüsü, ABŞ Çinlə rəqabətdə üstünlüyünü qorumaq üçün Uyğur problemindən intensiv istifadə edir. Gələcəkdə Hindistanın Ladakhda və ətraf ərazilərdə möhkəmlənməsi ABŞ-ın bu ərazi üzərindən Sincandakı seperatçılara hərbi-iqtisadi dəstək verməsi riskini özündə ehtiva edir.

Beləliklə, iki nüvə gücü olan Çin və Hindistan arasındakı gərginlik hərbi müstəvidə olmasa da siyasi-iqtisadi müstəvidə davam edəcək. Hindistanın ən çox məhsul idxal etdiyi ikinci dövlət olan Çin eyni zamanda bu dövlətin regiondakı rəqibidir. Rəqabətdən savayı bu dövlətlərin strateji maraqları toqquşur, Hindistan Çini və onun dəstəklədiyi Pakistanı öz milli təhlükəsizliyi üçün təhdid hesab edir. Üstəlik ortada ABŞ faktoru da var. Çinlə ticarət savaşlarını soyuq müharibəyə çevirməkdə olan Vaşiqton Çinə qarşı Yaponiya, Hindistan və Avstraliya üçbucağını formalaşdırmaqla rəsmi Pekini Sakit Okean-Hind okeanı hövzəsində sıxışdırmağa çalışır...

Çin və Hindistanın iddia etdikləri ərazilərə qarşı sərgilədiyi mövqe Azərbaycan üçün real örnək təşkil edir

Azərbaycan və Ermənistan arasında 32 ildir davam edən Qarabağ münaqişəsi 26 ildir sülh danışıqlarının və atəşkəsin kölgəsində davam edir. Bu 26 il ərzində Azərbaycan nəinki Dağlıq Qarabağda, heç Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl kimi Ermənistan tərəfindən işğal edilmiş, lakin Dağlıq Qarabağ zonasına daxil olmayan ərazilər üzərində belə nəzarət mexanizmi formalaşdıra bilməyib. Çin və Hindistan örnəyindən də göründüyü kimi ola bilər ki, dövlətin ərazisi işğal altında olsun və ya “mübahisəli ərazi” satusuna sahib olsun. Lakin bütün bunlar dövlətin öz sərhəddində yerləşən, özünün hesab etdiyi ərazilərə nəzarət etməsinə əngəl deyil. Diqqət yetirsək son 6 ildə Çin iki dövlət arasında mübahisə mövzusu olan ərazilərdə Hindistanın bütün nəqliyyat-kommunikasiya və infrastruktur layihələrinə “ordu manevr”ləri ilə cavab verir. Yəni, Hindistan Çinin ərazi iddiası olan ərazilərə yol çəkəndə, körpü tikəndə Çin dərhal öz hərbi birləşmələrini sərhəddə yeridir və qarşı tərəfi bu layihələri durdurmağa məcbur edir. Hindistan Çinin təhdidlərinə reaksiya verməyəndə rəsmi Pekin bir güllə atmadan 20 hind hərbçisini öldürür.

Azərbaycan isə bu illər ərzində Kəlbəcərdə yeni qızıl mədənlərinin qurulmasına, Laçından Dağlıq Qarabağa yeni yollar çəkilməsinə, Cəbrayıl və Zəngilanın Ermənistan üçün kənd təsərüffatı mərkəzinə çevrilməsinə sadəcə göz yumub. Bu gün Azərbaycan ictimaiyyətində tez-tez gündəmə gətirilən ermənilərin getdikcə azğınlaşması da bizim “əli-qolu bağlı” oturmağımızın nəticəsidir. Bəli, biz Çin kimi supergüc deyilik, lakin düşmənimiz də 1,4 milyard əhalisi olan, dünyanın ən böyük beşinci iqtisadiyyatı hesab edilən və nüvə silahına malik Hindistan deyil, hər cəhətdən bizdən kiçik Ermənistandır. Ermənistanın arxasında Rusiyamı var? Hindistanın da arxasında Qərb var, ABŞ var. Bəli, hər müqayisə biraz qüsurludur, nə Azərbaycanı Çinlə, nə də Ermənistanı Hindistanla müqayisə etmək doğru olmaz, lakin bizim kimi kiçik dövlətlər xüsusilə ərazi münaqişələrinin həllində böyük dövlətlərin təcrübələrini daim izləyiblər. Çin və Hindistanın iddia etdikləri ərazilər üzərində nəzarət mexanizmi qurması və bu ərazilərdəki infrastruktur layihələrinə qarşı sərgilədiyi həssas yanaşma Azərbaycan üçün örnək təşkil edir. Əgər Azərbaycan Qarabağdakı infrastruktur və nəqliyyat layihələrinə mane ola bilməsə regiona hərbi müdaxilə imkanları getdikcə məhdudlaşacaq və Qarabağ iqtisadi cəhətdən de fakto Ermənistan ərazisinə çevriləcək...

Nicat İsmayılov

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı