Rusiya Ermənistanın hərbi müttəfiqi olsa da, Azərbaycanla hərbi-texniki əməkdaşlıqda maraqlıdır

Analitika 14:28 26.08.2020

Dünən Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun Azərbaycana səfəri baş tutub. Həmkarı general polkovnik Zakir Həsənovla görüşdə ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluq hiss edən S.Şoyqu qeyd edib ki, Rusiya regionda hərbi gərginliyin eskalasiyasında maraqlı deyil və onun ölkəsi bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq. Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib.

Təbii ki, Rusiyalı nazirin diplomatik protokol qaydalarına xas olaraq, qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə müəyyən ifadələr işlətməsi təbiidir. Onun öz ölkəsini sülhsevər dövlət kimi təqdim etməsi Rusiyanın həm Azərbaycanla strateji tərəfdaş, həm Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi beynəlxalq vasitəçi missiyasına uyğun gəlir. Lakin bu ifadənin altında daha çox onun öz ölkəsinin milli təhlükəsizlik maraqları dayanır. Xüsusən də 12-16 iyul döyüşlərindən bir gün sonra həyata keçirilmiş Ermənistana silah və hərbi texnikanın daşınması məhz milli təhlükəsizlik maraqları ilə sıx bağlıdır. Məncə bu ilk və sonuncu hadisə olmayacaq. Belə ki, 1994-96-cı illərdə Rusiya vasitəsilə Ermənistana qeyri-leqal yollarla 1 mlrd. dollardan artıq silah və döyüş sursatı daşınması həyata keçirilmişdir. 2008-ci ildə isə KİV-də Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından Ermənistana əvəzsiz şəkildə 800 mln. dollar dəyərində rus silahının  verilməsinə dair faktlar üzrə çıxmış, lakin rəsmi Moskva bunu inkar etmişdir.

Maraqlı məqam ondan ibarətdir, bu günədək həmin silahlar ölkələrin illik hərbi potensialını və müdafiə iqtisadiyyatını müəyyənləşdirən “The Military Balance”ın hesabatlarında yer almayıb.

Sonuncu daşımaların Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilməsi fikri bəzi qaranlıq məqamlardan xəbər verir. Belə ki, həmin daşımaların 12-16 iyul hadisələrindən 1 gün sonraya təsadüf etməsi və radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” kimi silahların tədarük edilməsi düşünməyə əsas verir.

Bütün bunlara baxmayaraq, Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq (HTƏ) yüksək səviyyədədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev 17 oktyabr 2016 il tarixində “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin suallarını cavablandırarkən qeyd edib ki, “Rusiya ilə təxminən 5 milyard dollara qədər dəyərində müqavilələr bağlanıb və bu müqavilələrin xeyli hissəsi artıq həyata keçirilib. Yəni, bu gün Azərbaycan Ordusunun silahları əsasən Rusiyadandır. Biz bu əməkdaşlıqdan razıyıq və Rusiya silahının ən ciddi, ən iri alıcılarından biriyik”.

Ötən ilin oktyabrında Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdə ölkələrimiz arasında HTƏ səviyyəsinə toxunan Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, "Rusiya texnikalarının alınması çərçivəsində yalnız bizim aramızda imzalanmış müqavilələrin 5 milyard dollar olmasına baxmayaraq, bunun 3 milyard dolları artıq realizə edilib”.

Azərbaycan ordusunun arsenalında çox sayda Rusiya istehsalı olan hərbi texnika mövcuddur: T-72 və T-90S tankları, BTR-80 zirehli nəqliyyat vasitələri, "Smerch" və "Grad" reaktiv artilleriya sistemləri, çoxməqsədli helikopterlər, S-300 zenit-raket sistemləri və radioelektron müharibə (REM).

Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (ФСВТС) direktoru Dmitri Şuqaev jurnalistin “Azərbaycanla yeni maraqlı layihələr varmı? – sualını cavablandırarkən qeyd etmişdir ki, “hazırda Azərbaycanla qarşılıqlı fəaliyyətimiz satış sonrası xidmətə yönəlib. Quru qüvvələrinin texnikası üçün xidmət mərkəzinin və Mi-8 ailəsinə daxil olan helikopter avadanlıqları üçün təmir mərkəzinin yaradılması üzərində işləyirik. Eyni zamanda, əlbəttə ki, son məhsulların tədarük olunması imkanları barədə azərbaycanlı tərəfdaşlarımızla danışıqlar aparılır”.

Bütövlükdə 2020-ci ilin başlanğıcından bu yana Rusiya 7 milyard dollar həcmində silah satıb və 55 milyard dollar dəyərində sifariş portfelinə mailikdir.

Rusiyalı hərbi ekspertlər istisna etmirlər ki, Rusiya Azərbaycana öz müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə yeni silahlar – zenit-raket sistemləri “S-400 " və "Tor-M2" və çoxfunksiyalı qırıcı Su-35 təyyarələri və s. təklif edə bilər.

Əməkdaşlığın digər istiqaməti hərbi təhsillə bağlıdır. Belə ki, yüzlərlə azərbaycanlı zabit (kursant) RF Müdafiə Nazirliyinin universitetlərində təhsillərini artırırlar. Bu əməkdaşlıq forması həm Azərbaycan Respublikası Silahlı Qüvvələrinin potensialının artırılması, həm də regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Hər iki ölkənin hərbi əməkdaşlığı, həm də Xəzərdə birgə təlimləri əhatə edir.

Bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycanda 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatı müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəlib (bu il üçün Azərbaycanın müdafiə büdcəsi təqribən 2,3 milyard dollardır).  Bu isə, 2019-cu ilə nisbətən 666 milyon manat və ya 20,9 faiz çoxdur və ən qabaqcıl silah sistemlərini almağa imkan verir. Müqayisə üçün deyək ki, qonşu Gürcüstanın hərbi xərcləri təxminən 510 milyon manat təşkil edir. Bu isə Azərbaycanla müqayisədə təxminən 6 dəfə azdır. Ermənistanın isə hərbi xərcləri 1 milyard 71 milyon manat civarındadır. Bu isə Azərbaycanla müqayisədə təxminən 3 dəfədən aşağıdır.

Zəfər Nəcəfov

beynəlxalq münasibətlər üzrə mütəxəssis 

Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
09:40 23.04.2024
Polşadan Rusiyaya “nüvə” hədəsi
Polşadan Rusiyaya “nüvə” hədəsi
09:37 23.04.2024
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
Paşinyan: "İşğalda olan bütün ərazilər Azərbaycana geri qaytarılacaq"
09:34 23.04.2024
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:30 23.04.2024
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir
09:21 23.04.2024
Bu gün Bakıda beynəlxalq konfrans keçiriləcək - DAVAMI LAÇINDA OLACAQ
09:20 23.04.2024
Malayziyada helikopterlər toqquşub, azı 10 nəfər ölüb - VİDEO
09:13 23.04.2024
Makronu tənqid edən erməni jurnalist İrəvana buraxılmadı - VİDEO
09:08 23.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
09:02 23.04.2024
Paytaxtın bu küçələrində TIXAC VAR
08:55 23.04.2024
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
08:42 23.04.2024
Rus ordusu cəbhə xəttini yardı: sürətlə irəliləyir
06:21 23.04.2024
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
05:19 23.04.2024
Məktəb direktorunun MƏHKƏMƏSİNDƏN: Həmin qadından 300 min alıbmış
03:08 23.04.2024
Modriç gələcəyi ilə bağlı qərar verdi
02:06 23.04.2024
Aİ ölkələri yaxın vaxtlarda Ukraynaya HHM sistemləri göndərə bilər
01:00 23.04.2024
Peskov: “Sülhməramlıların Qarabağdan çıxarılması regiondakı reallıqlara uyğundur”
00:05 23.04.2024
Hamısı