Regiondakı aktiv diplomatiya danışıqlar prosesinin bərpasına hesablanıb Təhlil

Analitika 16:46 26.08.2020

İyul ayının 12-16 aralığında baş verən Tovuz döyüşlərindən sonra Ermənistanla Azərbaycan arasında cəbhədə olduğu kimi diplomatik arenada da qızğın proseslər gedir. Hər iki ölkə regionun geosiyasi reallıqları fonunda Cənubi Qafqazda söz sahibi olan dövlətlər ilə görüşlər keçirməyə başlayıb. Hazırda isə iki ölkənin bu istiqamətdə ard-arası kəsilməyən cəhdlərini müşahidə edirik.

Dünən Azərbaycanda rəsmi səfəri başlayan Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu Ermənistana göndərilən hərbi daşınmanın Rusiya bazası üçün həyata keçirildiyini bildirib və bunun Ermənistanı silahlandırmaq kimi yayılmış fikirləri təkzib edib. Ardınca isə Rusiyanın Azərbaycanın maraqlarına zidd addım atmadığnı və atmayacağını bəyan edib.

Təbii ki, Rusiyanın bu çıxışları Ermənistan tərəfini maraqlandırmaya bilməzdi. Bu gün Ermənistanın Müdafiə naziri Davit Tonoyan Rusiyanın ölkəsinin hərbi sahədə aparıcı tərəfdaş olduğunu Rusiyanın kanalı Zvezda-da öz çıxışnda bildirib. Eyni zamanda Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Qeyd edək ki, İyul ayından etibarən Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesi fiaskoya uğrayıb. Regional güclər isə müharibənin qarşısını almaq səyləri sezilir. Hazırki məqamda isə aparılan diplomatik gedişlərlə danışıqlar prosesinin bərpası üçün zəmin yaradılır.

Baş verən hadisələr özündə bir çox məqamları ehtiva edir. Yaranmış vəziyyəti anlamaq üçün hadisələrin qısa xronologiyasına nəzər yetirməkdə fayda var.

Regionda Rusiya və Türkiyə aktivliyi

Döyüşlərin bitməsinin sabahısı Rusiya Prezidenti Vladimir Putin Şimali Qafqazda həyata keçiriləcək “Qafqaz 2020” adı altında hərbi təlimlər üçün göstəriş verib. Təlimlərə 150 min nəfərlik  hərbi heyətlə yanaşı  yüzlərlə qırıcı və hərbi texnika cəlb olunub.

Bir çox politoloqlar tərəfindən xüsusilə azərbaycanlı siyasi şərhçilər Putinin bu qəfil qərarını Rusiyanın regionda söz sahibi olmasını nümayiş etdirmək cəhdi kimi də qələmə veriblər.

23 İyulda təlimlər bitdikdən dərhal sonra Ermənistan Müdafiə Nazirliyi Rusiya ilə hərbi təlimlər keçirəcəyini bəyan etdi.

Yaxın və Orta Şərqdə Rusiyanın əsas rəqiblərindən birinə çevrilən Türkiyə,  yaranmış vəziyyətdə regiondakı strateji müttəfiqi Azərbaycanı tək qoymamaq qərarına gəldi.

İyul ayının sonunda Türkiyə hərbi komandanları Azərbaycana səfər etdilər. İki ölkənin orduları quru qoşunlarının cəlb edilməsi ilə Avqust ayının 1-dən 5-dək aviasiya qüvvələrinin iştirakı ilə isə İyul ayının 29-dan 10 Avqusta qədər hərbi təlimlərə start verdi.

Avqust ayında baş tutan Azərbaycan-Türkiyə hərbi təlimləri Rusiyanın nəzərlərini cəlb etdi. Bununla da regionda öz təsirini saxlamaq və heç kimə güzəştə getməmək üçün Rusiya Azərbaycanla danışıqlara başladı.

Təlimlər bitdikdən sonra Avqust ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefon danışığı apardı. Azərbaycan Türkiyənin dəstəyindən əminliyini artırdıqdan sonra geosiyasi arenada əsas oyunçu olan Rusiyanı da əldə saxlamağa və  öz maraqlarını qorumağa çalışdı. Bu addım Azərbaycan tərəfindən doğru atılmış və hətta danışıqlar zamanı mümkün ki, İlham Əliyev vəziyyətlə bağlı öz narahatlığını ifadə etmişdir.

Avqust ayının 11-də Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramov ilk səfərini Türkiyəyə elədi. Bu addımın atılması Azərbaycanın Rusiyadan narazılığı və Türkiyədən isə məmnunluğunu ifadə edir.

Rusiyanın reaksiyası

Hal-hazırda baş verənlərin fonunda Rusiyanın reaksiyası müşahidə olunur. Azərbaycan rəhbərliyi Serbiyanın Gürcüstan üzərindən silah daşınması hadisəsindən sonra hər iki ölkədəki səfirlərini işdən azad etdi. Bu Azərbaycanın məsələyə nə qədər ciddi yanaşdığını göstərir. Bakıda Azərbaycan Serbiya nümayəndə heyətini qəbul etdi və vəziyyəti müzakirəyə çıxardı. Nəticə etibarı ilə bu danışıqlarda hər iki tərəf ortaq məxrəcə gələ bildi.

Mətbuatda Rusiyanın Tovuz döyüşləri zamanı və sonrası Ermənistana 400 tona yaxın hərbi daşınma həyata keçirməsi xəbəri yayıldı. Azərbaycan tərəfinin bu məsələ ilə bağlı narahatlığının Rusiyaya bildirməsi Şoyqunun dünənki çıxışından hiss olunub. Beləki Rusiya Müdafiə naziri xəbərləri təkzib edərək Rusiyanın Azərbaycan maraqlarına zidd addımlar atmadığını və atmayacağını bildirib. Şoyqu bu hərbi daşınmanın Gümrüdə yerləşən Rusiyanın 102-ci bazasına edildiyini vurğulayıb.

Bundan başqa Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarını Moskvaya dəvət edib. Azərbaycan bunu gözləyirdi, düşünmək olar ki, əslində Ankaraya Moskovadan əvvəl edilmiş səfər Rusiyaya bir mesaj idi və bu ünanına çatmışdı.

Ermənistan narahatdır

Azərbaycan Türkiyə ilə əməkdaşlıqda yeni bir mərhələyə qədəm qoydu, artıq Türkiyə Azərbaycana açıq dəstəyini nümayiş edir. Serbiya və Gürcüstan məsələsində isə Azərbaycan nəzərdə tutduğu nəticələrə nail ola bildi. Bundan əlavə regiona yaxın yerləşən Ukraynanın da açıq dəstək mesajları Azərbaycanın əlini gücləndirdi. Hal-hazırda Azərbaycan xarici işlər naziri  Rusiyada rəsmi səfərdədir. Demək olar ki, Azərbaycan Rusiya ilə də məsələni həll etmək üzərədir.

Ermənistan Türkiyə və digər ölkələrə cavab vermək iqtidarında deyil, çünki Azərbaycan zamanında həmin dövlətlərlə səmərəli əməkdaşlıq edərək tərəzidə öz yerini daha da ağırlaşdırıb. Onların Azərbaycandan vaz keçib Ermənistana üz tutma ehtimalları çox aşağı dəyərləndirilir. Maraqlı cəhətlərdən biri isə İrandır ki, o, da öz neytrallığını qoruyub saxlayır.

Ermənistan üçün yeganə variant isə öz torpağında hərbi mövcudluğu olan Rusiyaya pənah aparmaqdır. Azərbaycan tərəfinin apardığı aktiv danışıqlar Ermənistanı maraqlandırmaya və narahat etməyə bilməzdi.

Şoyqunun bəyənatından sonra Ermənistanın Müdafiə naziri Davit Tonoyan Rusiyanın ölkəsinin aparıcı hərbi tərəfdaşı olduğunu söyləyib. Rusiyanın Zvezda kanalı xəbər verir ki, o, bunu “Ordu 2020” çərçivəsində keçirilən konfrans zamanı bildirib.

“Hər il yeni sazişlər imzalanır. Bu indiyədək görülməyən bir dinamikadır”, Tonyan söyləyib.

Tonoyan qeyd edir ki, Ermənistan Rusiyadan müasir texnikalar əldə edir və iki ölkənin şirkətləri bu istiqamətdə çoxsaylı müqavilələr imzalayıblar.

Bunun ardınca isə Sentaybr ayının 14-də Rusiyanın İrkutsk şəhərinin Ermənistan-Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 15-ci görüşünə ev sahibliyi ediləcəyi elan olunub.

Bu gün isə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov isə Rusiyada Sergey Lavrovla görüşüb. Bu hadisədə öz varlığını hiss etdirmək üçün Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Sergey Lavrovla telefon danışığı apararaq “İyul döyüşləri”ndən sonra yaranmış vəziyyəti və Qarabağ münaqişəsinin həll prosesini müzakirə edib.

Görüş çərçivəsində Ceyhun Bayramov həmsədrlərin Ermənistana təsir göstərməli olduğunu və həmçinin Rusiyanın aktivliyinin vacibliyini bildirib.

 

Ermənistanın bəyanatları anlaşılandır, Azərbaycan diplomatik sferada Ermənistanı qabaqlayır və sahib olduğu imkanları artırır. Təbii ki, unutmaq lazım deyil ki, əsas nəticə praktikada müəyyən edilir. Danışıqlar və söz oyunları tərəflərin fikirlərini ifadə etməsi, eyni zamanda ictimaiyyəti sakitləşdirmək üçündür. Mümkündür ki, bu hadisələrdən sonra Ermənistan tərəfi öz dərsini alıb və müəyyən yumşaqlıqlar göstərsin.

Hadisələrin gedişatı onu göstərir ki, regionda aktiv diplomatiya Tovuz döyüşlərindən sonra həm Azərbaycan və həm də Ermənistan cəmiyyətində yaranmış gərginliyi yatırtmaq və danışıqlar prosesini bərpa etmək üçün şəraitin yaradılmasına hesablanıb. Lakin danışıqların hansı abu-havada keçməsini söyləmək isə çətindir. Cəmiyyətin təzyiqini də nəzərə alsaq, Azərbaycan və Ermənistan hökuməti öz mövqelərindən geri addım atmayacaqlar. Bu məqamda isə 3-cü ölkələrin müdaxiləsi labüddür. Eyni zamanda yaxın gələcəkdə Türkiyənin də Qarabağ münaqişəsinin həll prosesində aktiv iştirakını görə bilərik.

 

Ülvi Əhmədli

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Hamısı