Ermənistan qanunsuz hərəkətlərinə görə beynəlxalq məhkəməyə necə verilə bilər? Ekspert

Analitika 17:23 27.08.2020

Livanlı ermənilərin iki ailəsi daimi yaşayış üçün işğal olunmuş Dağlıq Qarabağa, Şuşaya köçüblər. Bu barədə ötən gün Ermənistanın Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat xidmətinin rəhbəri Zare Sinanyan məlumat verib. Bundan əvvəl isə Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərləri müxtəlif şəhər və kəndlərdə Livan ermənilərinin 100-150 ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdilər. Məsələnin hüquqi tərəflərinə aydınlıq gətirmək üçün beynəlxalq hüquq məsələləri üzrə ekspert Fərhad Mehdiyev Eurasia Diary-yə açıqlama verib. 

"Müharibə qanunları 1949-cu il Cenevrə Konvensiyaları və ona əlavə olunan 1 və 2 saylı protokollarla tənzimlənir. Həmin konvensiyalara görə, işğalçı qüvvə işğal etdiyi ərazidə öz əhalisini gətirib yerləşdirə bilməz və yerləşdirməməlidir. Hətta yerli mülki əhalinin də yerini dəyişdirə bilməz. Yerli əhalinin yerini istisna olaraq ancaq təhlükəsizlik səbəbilə, məsələn həmin yer atəşə tutularsa dəyişdirilə bilər. Amma öz əhalisini heç vaxt bura gətirmək hüququ yoxdur", ekspert bildirib.

F. Mehdiyev qeyd edib ki, işğal faktı varsa, icazə verilən addım kimi BMT nizamnaməsinin 51-ci maddəsinə görə işğala məruz qalan dövlətə zəruri müdafiə hüququ tanınır.

"Atəşkəs olubsa və ya münaqişənin başlanmasından uzun müddət keçibsə bu o demək deyil ki, zəruri müdafiə hüququ itirilir. Bəzən bu hüququn yalnız dərhal hücumdan sonra başladığını deyirlər. Bu belə deyil. Zəruri müdafiə hüququ atəşkəs olsa belə 5-6 il həmin dövlətdə saxlanılır. Bu hüquqdan həm fərdi, həm də kollektiv şəkildə istifadə oluna bilər. Yəni Azərbaycan, məsələn əks hücuma keçdiyi halda başqa dövlətlər ona kollektiv şəkildə kömək edə bilərlər".

O, qaçqınların yerləşdirilməsi məsələsindən danışarkən söyləyib ki, 1949-cu il Cenevrə Konvensiyaları pozulduğu halda orda mübahisəyə baxmalı olan orqan Beynəlxalq Ədalət Məhkəməsi olan Haaqa Məhkəməsidir.

"Lakin həmin konvensiya Beynəlxalq Ədalət Məhkəməsinə avtomatik olaraq yuridiksiya vermir. Yəni hər hansı bir tərəf həmin konvensiyanın pozulduğunu irəli sürüb Beynəlxalq Ədalət Məhkəməsinə getmək istəsə, şikayət etdiyi dövlət də bu məhkəmənin yuridiksiyasını qəbul etməldir. Əks təqdirdə, Haaqa Məhkəməsi mübahisəyə baxa bilməyəcək. Cenevrə Konvensiyaları var, lakin onu effektiv şəkildə həyata keçirməyə imkan verən hüquqi mexanizm mövcud deyil", deyə hüquqşünas qeyd edib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi də müharibə hüququndan yaranan ixtilaflara hər zaman baxa bilmir.

"Avropa İnsan Hüquqları Məhkəməsi həm Azərbaycan, həm Ermənistan tərəfindən 2020-ci ildən əvvəl törədilən hər hansı bir pozuntuya baxa bilmir. Çünki bu "rasioni temporis" məsələsidir. Bütün beynəlxalq tribunalların bir qaydası var. Tərəf həmin məhkəmənin qərarını qəbul etdiyi tarixdən sonrakı hadisələrə baxa bilər. Nəzərə alaq ki, Qarabağ hadisələri əsasən 1991-93-cü illərdə baş verib. Həmin illərdə olan pozuntulara görə Avropa İnsan Hüquqları Məhkəməsi o işlərə baxa bilməyəcək. Ancaq Haaqa Məhkəməsinə müraciət edilsə və tərəflər də Haaqa Məhkəməsinin yuruidiksiyasını qəbul etsə o zaman o ixtilafa baxa bilər", deyə F. Mehdiyev fikrini tamamlayıb.

Gülnar Səlimova

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Hamısı