Gürcüstanın keçmiş Prezidenti və Ukraynanın Milli İslahat Şurasının icraçı komitəsinin rəhbəri Mixeil Saakaşvili ölkəsinə geri qayıtmaq arzusunu dilə gətirib.
Saakaşvili Ukraynanın ona ikinci vətən olduğunu və ən ağır zamanlarda onu qəbul etdiyini söyləyərək təşəkkürünü bildiirb. Bundan savayı, Saakaşvili etdiyi səhvlərə görə Gürcüstan xalqından üzr istəyib.
“Onun sözləri əlbəttə ki, reallığı əks etdirir, Saakaşvili geri dönmür, çünki o, heç zaman Gürcüstan siyasətini tərk etməyib”, deyə gürcü politoloq Qela Vasadze Eurasia Diary-yə açıqlamasında söyləyib.
Nəzərə alsaq ki, bu il 31 Oktyabr tarixində Gürcüstanda parlament seçkiləri keçiriləcək. Saakaşvilinin bu zamanda belə bir açıqlama etməsi təsadüf deyil.
“Gürcüstanda seçki kampaniyası başlayıb və Mixeil Saakaşvilinin Milli Hərəkat partiyasının reytinqi onun öz reytinqinə bərabərdir. Bu səbəbdən isə onun açıqlaması seçiciləri səfərbər etmək üçün güclü faktordur. Bunun olmaması çox qəribə olardı”, politoloq deyib.
Politoloq düşünür ki, fiziki olaraq Saakşvilinin hakimiyyət dəyişikliyindən əvvəl gəlməsi müəyyən şübhələr doğurur.
“Lakin bu baş versə və o, həbsə atılsa, o zaman Saakaşvili sadəcə elektoratın səfərbərliyi amili kimi deyil, hətta inqilabın hərəkətverici qüvvəsi ola bilər”.
O, düşünür ki, bu şəraitdə nəinki Avropanın hətta beynəlxalq dəstək qazanması şübhə doğurmur.
Gürcü politoloq Qela Vasadze onun bəyənatı və eyni zamanda başqa partiya rəhbərlərinin da fikirləri seçkilər zamanı xalq tərəfindən qiymətləndiriləcəyini hesab edir.
Ülvi Əhmədli