Türkiyə Şərqi Aralıqda hüquqlarını qorumaq istədikdə Tovuzda hücum həyata keçirildi Türk ekspert

Analitika 10:46 31.08.2020

Şərqi Aralıq ətrafında yaranan gərginlik ötən həftə ən pik həddinə çatdı. 27 avqustda Türkiyənin beynəlxalq “NAVTEX” elan etdiyi bölgəyə yaxınlaşan Yunanıstan HHQ-yə aid altı “F-16” qırıcısı Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri tərəfindən bölgədən uzaqlaşdırıldı. Türkiyə ona qarşı göstərilən təzyiqlərin qarşısında duruş gətirməkdə və Şərqi Aralıq dənizindəki hüquqlarını müdafiə etməkdə davam edir. Maraqlıdır ki, ötən ayın 12-də baş vermiş Tovuz təxribatının ardından Şərqi Aralıq dənizində Türkiyəyə qarşı yenidən birləşmə yarandı. Əgər birinci halda böyük güclər tərəfindən Türkiyəyə qarşı istifadə olunan tərəf Ermənistan idisə, hazırda bu ölkə Yunanıstandır.  

TÜRPAV Milli Siyasət İnstitutunun beynəlxalq əlaqələr üzrə eksperti Doğacan Başaran məsələni Eurasia Diary-yə şərh edib.

Ekspert bildirib ki, bu hücumların paralel olaraq baş verməsi təsadüfi deyil.

"Çünki Ermənistandan Türk Dünyasının inteqrasiyasına qarşı piyada kimi istifadə olunur. Əslində, Türk Dünyasının inteqrasiyasına ən böyük maneə Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalıdır. Bu səbəbdən Şərqi Aralıq dənizi və Türk Dünyasının digər məsələlərinə ümumi bir mövzu kimi baxmaq lazımdır. Çünki Türkiyənin Liviyadakı fəallığı artdıqda, hücumların hədəfi Suriyalı türkmənlər olur. Türkiyə, Şərqi Aralıq dənizində hüquqlarını qorumaq istədikdə Azərbaycan türklərinə hücum həyata keçirilir. Bunlar təsadüfi deyil. Buna görə Türk Dünyasında ortaq bir şüur formalaşdırmaq lazımdır. Azərbaycanın ərazi bütövlüyünü zədələyən işğalın davam etməsi, digər bir bölgədə Türkiyəyə qarşı çevrilərək ona də zərər verə bilər. Bu mənada, Türk dövlətlərinin güclü və müstəqil dövlətlər olaraq mövcudluğunu davam etdirmələri çox vacibdir".

Bəs digər cəbhədə, xüsusilə Avropada Fransa və Almaniyanın strateji addımlarını nə ilə izah etmək olar? Makronun "Aralıq dənizinin suverenliyi məsələsində deyilən söz və etirazlarda qətiyyətli olmalıyam. Bu, qırmızı xətt siyasətidir, bunu Suriyada da etdim” sözlərinin arxasında nə durur?

D. Başaran qeyd edib ki, Türkiyənin Şərqi Aralıq dənizindəki hüquqlarına nail olunmasına əngəl olmaq istəyən aktorlardan biri də Fransadır.

"Fransanın istər indiki vəziyyətdə Şərqi Aralıq dənizində və istərsə də Türkiyənin Suriyada apardığı əməliyyatlarda Türkiyəyə qarşı açıqlamalar verdiyi məlumdur. Rəsmi Parisin bu açıqlamaları mahiyyət etibarilə Fransanın düşüncəsində yeni bir formada mövcud olmaqda davam edən müstəmləkəçi keçmişindən qaynaqlanır. Məlum olduğu kimi, Suriya Birinci Dünya müharibəsi dövründə fransızların işğal etdiyi ərazi olub. Buna görə Fransa keçmiş müstəmləkə günlərinin həsrətindədir. Eynilə Fransa, Aralıq dənizi ölkəsi olaraq Şərqi Aralıq dənizindəki prosesləri yaxından izləyir və hüquqi cəhətdən söz sahibi olmadığı Şərqi Aralıq dənizində Türkiyənin aktiv siyasət yürütməsindən narahatdır. Buna görə də Fransa həm keçmiş müstəmləkəçi coğrafiyasında, həm də Aralıq dənizindəki geosiyasətdə Türkiyəni rəqib olaraq görür. Bu səbəbdən bir tərəfdən terror təşkilatı PYD-ni dəstəkləyən açıqlamalar verir, digər tərəfdən Yunanıstan və Cənubi Kipr Yunan rəhbərliyini, İsrail və Misiri inandıraraq Türkiyəni cənubdan mühasirəyə almaq strategiyasına dəstək verir. Beləliklə, imperiya keçmişinin xatirələri ilə  yaşayan Fransa Türkiyənin siyasətindən narahatlıq duyduğu görünür. Ancaq bu məqamda vurğulamalıyıq ki, Türkiyə, həm Suriyada, həm də Şərqi Aralıq dənizində təcavüzkar siyasət həyata keçirmir. Yalnız öz hüquqlarını və milli təhlükəsizliyini üstün tutan addımlar atır.

Fransa hesab edir ki, Aralıq dənizində güclü olan Türkiyə Kiprdən Suriyaya kimi bir çox ərazilərdə hüquqlarını daha rahat qoruya biləcək. Əlbəttə ki, o bundan narahatdır. Daha da önəmlisi, Türkiyənin Şərqi Aralıq dənizində nüfuzunun artması, Fransanın Livana qədər uzanan geniş bir Aralıq dənizi coğrafiyasında Fransanın nüfuzunun azalmasına səbəb ola bilər. Buna görə də Paris Türkiyəyə qarşı addımları dəstəkləyir. Əlbəttə burada qeyd etmək lazımdır ki, Fransa Yunanıstanı öz maraqlarına uyğun olaraq dəstəkləyərkən, eyni zamanda, Avropanın "ərköyün uşağı" Yunanıstana sahib çıxır. Şübhəsiz ki, Fransanın bu səyləri Avropa Birliyini Şərqi Aralıq dənizi məsələsinə cəlb etmək səyi kimi izah oluna bilər. Düzgün strategiya hazırlanmadığı təqdirdə, Şərqi Aralıq dənizində hüquqi cəhətdən söz sahibi olmayan Avropa ölkələri Türkiyəyə qarşı təbliğat kampaniyası apara bilər. Bu səbəbdən Türkiyə AB-nin iqtisadi yükünü üzərində daşıyan Almaniya ilə münasibətlərini dərinləşdirmək üçün çalışmalıdır".

D. Başaran bildirib ki, Almaniyanın ziddiyyətli mövqeyini, Türkiyənin diplomatik səyləri ilə yoluna qoymaq mümkündür.

"Mövcud vəziyyətdə Almaniya, Yunanıstanın Aİ üzvü olmasının təsiri ilə Fransa və Yunanıstana yönəlik siyasətinə meyllənir. Əlbəttə ki, Aİ-nin prinsipial hesab etdiyi lakin müvəffəq olmadığı ümumi təhlükəsizlik və xarici siyasət yaratmaq istəyi və səyləri də təsirli olur. Nəticə etibailə, Aİ ölkələri ortaq xarici siyasət anlayışı yaratmağa çalışırlar. Ancaq hər dövlətin milli maraqları fərqlidir. Almaniya, həm daxilindəki türk icması səbəbilə, həm də iki ölkə arasındakı iqtisadi əlaqələrin genişliyi səbəbilə Türkiyəni itirmək istəməyəcək. Beləliklə, Berlin Ankara tərəfindən razı salına bilər. Türkiyənin beynəlxalq səviyyədə özünü təcrid etmək strategiyasını aradan qaldırmaq baxımından Almaniya ilə yaxınlaşması faydalıdır", deyə D. Başaran fikrini tamamlayıb.

Gülnar Səlimova

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Hamısı