“Biz öz seçimizi etməliyik, həmsədrlərə və danışıqlara arxayın olmaq olmaz” Politoloq

Analitika 11:57 03.09.2020

Son dövrlərdə və xüsusən Tovuz döyüşlərindən sonra Azərbaycan xarici siyasi kursunda müəyyən dəyişikliklər hiss olunur. Belə ki, Azərbaycanın Rusiyaya narazılığını bildirməsi və Türkiyəni açıq dəstəkləməsi bu fikri əsaslandıran vacib məqamlardır.

Dünən ölkə rəhbəri İlham Əliyevin Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqosla müzakirələri zamanı da bunun bir daha şahidi olduq. Prezident Yunanıstan-Türkiyə gərginliyində Türkiyəni müdafiə etdiyini və Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığından narahatlıq keçirdiyini bəyan edib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Eurasia Diary-yə açıqlamasında baş vermiş bu siyasi tendensiyaların fonunda Azərbaycanın seçim etməli olduğunu və artıq bunu etməyə doğru getdiyini bildirib.

“Balanslaşdırılmış siyasi xəttin yanlış olduğunu əvvəllər də bildirmişəm. Biz seçim etməliyik, çünki hamı ilə eyni məsafədə olmaq çətindir, xüsusilə kiçik dövlət olduğumuzu və bölgədə böyük təhlükələrin mövcudluğunu nəzərə alsaq”, deyə politoloq söyləyib.

O, Azərbaycanın bu siyasi kursda düzəlişlər etməyə başladığını deyib.

“Artıq rəsmi Bakı bu siyasəti korrektə etməyə başlayıb. Məsələn Rusiyaya onun Ermənistana silah daşımasına dair ciddi iradlarımız var. Dünən İlham Əliyev Yunanıstan səfiri ilə görüşdükdə silah daşınması problemini bir daha bildirib və Yunanıstanın da bu istiqamətdə siyasi addımlarını qınadığını diqqətə çatdırıb”.

Qeyd edək ki, ölkə başçısı çıxışında Yunanıstan-Ermənistan-Cənubi Kipr hərbi əməkdaşlığından narahatlığını ifadə edib. O cümlədən, prezident Şərqi Aralıq məsələsində Türkiyənin yanında olduğunu da bəyan edib və Yunanıstanın enerji məsələsində bizə qarşı mövqeyini vurğulayıb. Belə ki, ölkə başçısı Yunanıstan enerji şirkəti DESFA-nın səhmlərinin SOCAR tərəfindən alınmaması məsələsində Yunanıstan dövlətinin əlindən gələnini əsirgəmədiyini söyləyib.

“Bu artıq balanslaşdırılmış xarici siyasət deyil və hesab edirəm ki, doğrudur. Biz artıq seçimimizi edirik və bu seçim Türkiyədir. Bu isə Türkiyə ilə hərbi ittifaqın gücləndirilməsi deməkdir”.

Payızda ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü bildirilib. Politoloq bu görüşlərin nəticə verməyəcəyini izah edib.

“Biz hələki danışıqlarda iştirak etməməliyik, bu bizim maraqlarımıza ziddir. 2016-cı ildən sonra da biz bu siyasəti yürütdük, lakin faydalı olmadı. Biz ikinci dəfə bu oyuna getməməliyik. Görüş olacaqsa belə, bu prosesə qədər zəruri addımlar atılmalıdır. Yəni Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik və Türkiyə hərbi bazalarının yerləşdirilməsini gündəmə gətirməliyik ki, əlimiz güclənsin. Bu halda bəli, görüş olacaqsa, bizim iştirakımız mümkün ola bilər. Ancaq mən yenə də təkrar edirəm. Nə mən bu görüşdən nəticə gözləyirəm, nə də vasitəçilərdən yeni fəaliyyəti. Eyni zamanda onların bölgəyə səfərinin ciddi nəticə verəcəyinə ümidim yoxdur”.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, 25 ildir əgər qarşı tərəfdən və Rusiyadan konkret açıqlamalar yoxdursa bundan sonra da olacağını gözləmək mənasızdır.

“25 ildir əgər Rusiya və Ermənistan tərəfindən konkret açıqlamalar olmayıbsa bundan sonra da gözləmək faydasızdır. Onların siyasəti dəyişməyəcək. Bu 25 il, acı siyasət onu göstərdi ki, biz öz yolumuzla getməliyik, nə Rusiyaya arxayın ola bilərik, nə də Ermənistanın “mərhələli həll planı”nın qəbul edəcəyinə”.

Qeyd edək ki, Tovuz döyüşləri zamanı və sonrasında Rusiya ciddi səylə Ermənistanı silahlandırır və Azərbaycan isə cəbhəboyu zonalarda istehkam sistemlərini gücləndirir. Bundan əlavə, Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı artırır. Bu hadisələrin gedişatını izah edərkən, Elxan Şahinoğlu hadisələrin hərbi toqquşmaya apardığını deyib.

“Bu addımların sonu müharibəyə aparır. Görünür ki, Ermənistan da bunu anlayır və onlar da hazırlaşır. Tovuzdakı təxribat da məhz bununla bağlı idi. Niyə məhz bu Tovuzda baş verdi, çünki Ermənistan Azərbaycanın artıq Dağlıq Qarabağ istiqamətində hücuma hazırlaşa biləcəyini proqnozlaşdırırdı. Bizim Ermənistan tərəfdə problemimiz yoxdu, bizim ora hücum etmək deyə bir fikrimiz yoxdur. Bizim problemimiz Qarabağdır. Hücum olacaqsa oradan olacaq. Ona görə də bizim diqqətimizi yayındırmaq üçün Tovuzdan təxribat yaradıldı. Müvəqqəti olsa da bu baş verdi. Ordu proseslərə cəlb olundu”.

Lakin bu hərbi toqquşmanın miqyasını əvvəlcədən hesablamaq çətindir.

“Biz də və onlar da müharibəyə hazırlaşırıq. Lakin bunun lokal və ya irimiqyaslı olacağını deyə bilmərəm. Nəzərə alaq ki, bu illər ərzində 2 dəfə lokal toqquşma olub və hər biri də 4 gün çəkib. Növbəti toqquşmanın isə neçə gün çəkəcəyini demək də çətindir”.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində bir sıra bəyənatlar verib. Lavrov tərəflərin gərginliyi azaltmaqda maraqlı olduğunu və həmsədrlərin sadəcə görüşlər keçirməkdə məsul olduğunu qeyd edib. Politoloq onun çıxışlarını bu şəkildə izah edib:

“Lavrov ümumiyyətlə son günlər çox absurd açıqlamalar verir. Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin tələbələri qarşısında çıxış edərkən bir tərəfdən deyir ki, gərginliyin azalmasında tərəflər maraqlıdır, axı biz hər hansı bir maraq dilə gətirməmişik. İkinci olaraq, o deyib ki, həmsədrlər ssenari hazırlamırlar, görüşləri təşkil edirlər. Sadəcə görüşləri təşkil edəcəklərsə bizim həmsədrlərə ehtiyacımız yoxdur. Necə ki, Rusiya və Gürcüstan rəsmiləri 2008-ci il müharibəsindən sonra görüşüb müzakirələr aparırlar, biz də neytral bir dövlətdə ermənilərlə fikir mübadiləsi apara bilərik. Bunun üçün Rusiya, Fransa və ABŞ onda nəyə lazımdır?. Axı bunlar doğru yanaşma deyil. Bunlar illər boyu planlar hazırlayırdılar, misal üçün, “paket həll” planı və ya “ümumi dövlət” planını biz, digərini “mərhələli həll” planını isə ermənilər qəbul etməyib”.

Elxan Şahinoğlu düşünür ki, bu açıqlamalar nəinki Rusiyanın hətta digər həmsədrlərin də problemin həllinə biganə yanaşdığını göstərir.

“Bu açıqlama onu göstərir ki, həmsədrlər tərəfdən nə qədər qeyri ciddi yanaşma var. Biz həmsədrlərə və danışıqlara arxayın ola bilmərik. Azərbaycan konkret addımlar sxemi hazırlayıb. Bunu isə biz prezidentin Azərbaycanın hərbi yola hazırlaşdığını qeyd edən bəyanatından görə bilərik, bunun isə nə demək olduğunu izah etməyə ehtiyac yoxdur”, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri fikrini tamamlayıb.

Ülvi Əhmədli

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı