“Türk axını” siyasi layihə kimi uğursuzluğa düçar olacaq ekspert

Analitika 16:53 03.09.2020

Rusiya qazının taleyi və xüsusən də Rusiyanın dövlət şirkəti olan “Qazprom”un düşdüyü çətin vəziyyət ekspertlər arasında geniş müzakirə edilir. Bu mənada, Rusiya üçün mühüm enerji layihəsi olan “Türk axını”da müzakirə mövzusudur. Tez-tez Rusiyanın türk qaz bazarını tamamilə itirdiyini eşitmək mümkündür.

Mövcud vəziyyətlə bağlı Eurasia Diary Yeni Türkiyəni Araşdırma Mərkəzinin direktoru, rusiyalı politoloq Yuri Mavaşevin fikirlərini öyrənib.

Ekspert, ilk olaraq təsəvvürləri dəyişəcək fantastik rəqəmlərə toxunub. Söhbət 2020-ci ilin zərərlərindən gedir:

“Beynəlxalq maliyyə hesabatı standartlarına görə, “Qazprom”un ilin birinci yarısında xalis mənfəətinin 45,46 milyard rubl olduğu bildirilir. Bu, 2019-cu ilin birinci yarısından 19,3 dəfə azdır. O zaman xalis mənfəət 713,358 milyard rubl təşkil edirdi. Göstəricilər 93,7 % azalıb. Yarım illik gəliri 4,076 trilyon rubldan 2,903 trilyon rubla düşüb. Bir sözlə, ört-basdır edilən bir maliyyə böhranı. Buna görə narahat olmağa dəyər. “Qazprom”un rəhbərliyini nəzərdə tuturam. Nəticədə valyuta gəlirlərinin əsas mənbələrindən biri məhz Qazpromdur".

“Türk axını” haqqında danışarkən Mavaşev qeyd edib ki, Qazpromun "adət  olunmuş" hegemonluğundan söz gedirsə, şübhəsiz, Rusiya Türk qaz bazarını itirib. Və belə bir vacib xəbərdarlıqla:

"Rusiya enerji tədarükçüsü kimi Türkiyəni maraqlandırıb və maraqlanmağa davam edəcək, ən azından ona görə ki, başqa bir tədarükçüyə yönələndə digərlərindən asılı olmamaq vacibdir. Moskva ağıllı siyasət (o cümlədən informasiya sahəsində) yürütməklə bundan istifadə edə bilər".

O, həmçinin qeyd etdi ki, 2020-ci ilin mart ayında, qlobal pandemiyanın başlanğıcında Türkiyə Rusiyadan qaz alışı həcmini 1,418 milyarddan 210 milyon kubmetrə qədər kəskin şəkildə azaldıb.

"Rusiyadan alınan aylıq qaz tədarükünün həcmi təxminən yeddi qat azaldı. Bu çox böyük rəqəmdir. Türkiyənin dövlət enerji şirkəti Botaş, Rusiya boru kəməri ilə ötürülən qazdansa pandemiya və dünya sənayesindəki durğunluq fonunda kəskin şəkildə ucuzlaşan Qətər, Əlcəzair, Nigeriya və ABŞ-ın mayeləşdirilmiş qazını üstün tutdu.

Bu baxımdan, bir çox ölkədən alınan mayeləşdirilmiş təbii qaz ucuzlaşdığı halda “Qazprom”un borusundan ötürülən qazın ucuzlaşmamasının səbəbi sual doğurur. Səbəbi sadədir: əgər Türkiyə mayeləşdirilmiş təbii qazı spot bazarında alırsa (sifariş üçün ödəniş edərək hamısını birdən alır), Rusiyadan həyata keçirilən satınalmalar uzunmüddətli müqavilələr əsasında həyata keçirilir. Spot bazarında qiymət hər saat dəyişə bilərsə, müqavilə olduqda qiymətdə bir qədər sabitlik nəzərdə tutulur. Və lirə xeyli ucuzlaşıb. Beləliklə, Türkiyənin “Qazprom”un borusunun klapanını açmaqdansa, mayeləşdirilmiş təbii qaz tədarükçülərindən qaz alması daha sərfəlidir.

Mayeləşdirilmiş təbii qaz ucuz alına bilər, amma müqavilənin olması öhdəliklər qoyur. Və bu öhdəliklər yalnız Qazprom tərəfindən deyil, müqaviləni bağlayan bütün Türk şirkətləri, xüsusən də Botaş tərəfindən yerinə yetirilir. Və, güman ki, öhdəliklərin ən əhəmiyyətlisi, satın alınan qazın 80 %-nin türk şirkətləri tərəfindən alınması öhdəliyidir. 2019-cu ildə Türkiyə 24 milyard kubmetr qaz almalı idi, bunun 19 milyardı məcburi xarakter daşıyırdı. Əslində, Türkiyə yalnız 15 milyard kubmetr almışdı ki, bu da mayeləşdirilmiş təbii qaz alışlarındakı artımla və 2019-cu ilin sonlarında tam gücü ilə istifadəyə verilmiş Azərbaycan TANAP qaz boru kəməri ilə bağlıdır".

Daha sonra ekspert “Mavi axın” qaz borusu ilə bağlı danışdı. Xatırladaq ki, daha əvvəl yeni “Türk axını” qaz kəmərinin işə düşməsindən sonra “Mavi axın”dan paralel istifadəyə ehtiyacın olmadığı bildirilmişdi. Bundan əlavə, “Mavi axın” fəaliyyət göstərməli olsa da hazırda işləmir.

O, 2003-cü ildə istismara verilmiş boru kəmərlərindən biri olan “Mavi axın” 2020-ci ilin may ayının əvvəlində profilaktika və təmir səbəbilə bağlandığını xatırlatdı:

“Bu fasilənin nə qədər davam edəcəyini bilmirik, amma dəqiq bilirik ki, Türkiyə,  istənilən halda bir il ərzində ümumi müqavilə həcminin 80%-ini almaq məcburiyyətindədir. Hər iki boru kəməri də vacibdir, lakin iqtisadi və siyasi konyuktura onların işi üçün əlverişli deyil".

Politoloqun fikrincə, bu vəziyyətin yaranmasının səbəbi yalnız mayeləşdirilmiş təbii qazın qiymətinin aşağı olması deyil, burada həm də siyasi səbəb var. O hesab edir ki, Rusiya və Türkiyə arasındakı tərəfdaşlıq münasibətlərində Suriya və Liviyadakı hadisələrə görə uzun zamandır ki, gərginlik var. Digər tərəfdən, Mavaşev burada siyasətin ikinci dərəcəli olduğuna əmindir, iqtisadi maraq birincidir.

Xatırladaq ki, “Türk axını”, Qazpromun Cənubi Avropadakı mövqeyini gücləndirməyə və Ukrayna ərazisinin tranzit kimi istifadəsindən yan keçməyə  yönələn siyasi layihədir. Artıq tələb artdığı təqdirdə ehtiyat tədarük variantı kimi və ya lazım olduqda Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün “Türk axını”nın əhəmiyyəti minimuma endirilə bilər. Ancaq hər halda, bu boru kəmərinin nəticəsiz olacağı barədə fikir var.

Ekspertin fikrincə, ilk növbədə, Türkiyə bazarına deyil, beynəlxalq bazara, Cənubi Avropa bazarına ümidlər vardı:

“Türk axını ilk olaraq 2014-cü ildə siyasi layihə olaraq düşünülmüşdü. İndi də bu cürdür. Və məhz siyasi layihə kimi iflasa uğradı, çünki Ankara Moskvaya bunu nümayiş etdirir: “Bunun sizin üçün vacib olduğunu bilirik, ancaq bizim üçün vacib olanı - maraqlarımızı da nəzərə almalısınız.” İndiki halda iqtisadi və beynəlxalq- siyasi maraqlar. Bir xalq deyimindəki kimi, “Heç vaxt heç vaxt deməyin”. Ancaq yaxın gələcəkdə qəti şəkildə demək olar ki, bu heç bir nəticə verməyəcək".

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı