Dağlıq Qarabağ münaqişəsi niyə həll edilmir?

Analitika 09:43 07.09.2020

1988-ci ilin fevralında SSRİ tərkibində milli zəmində qarşıdurma kimi  baş qaldıran və 1991-ci ilin sonlarında Sovet İttifaqının iflası nəticəsində dövlətlərarası (beynəlxalq) münaqişəyə transformasiya edilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi otuz ildən artıqdır ki, öz həllini tapmır. 1992-ci ilin martından bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu amorf təşkilat kimi xarakterizə edilir.

Bu illər ərzində məlum münaqişənin həllinə mane olan əsas səbəbləri aşağıdakı formada qruplaşdırmaq olar:

  1. Bu münaqişə «identiklilərinin mübarizəsi» kimi xarakterizə edilir. Dərin tarixi köklərə malik olan bu cür münaqişələr sosial statuslar uğrunda aparılır və onların nizamlanması olduqca çətin və uzunsürən bir prosesdir. Belə münaqişələrdə qarşıduran tərəflərin bütün maddi və mənəvi resursları səfərbər edilir. 

  2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq və regional təhlükəsizliyə ciddi təsiri onun transmilli cinayətlərlə (silah alveri, narkotiklərin becərilməsi və yayılması, terrorçu təşkilatlarla iş birliyi  və s.) əlaqəsi fonunda nəzərə çarpır. Belə demək mümkündürsə, düçar olduğumuz  münaqişənin «kriminallaşması»  prosesi baş verib.  Bu gün cinayətkar qruplar münaqişəli zonalarda özlərini komfortlu hiss etməklə yanaşı, rahat şəkildə çirkli bizneslə məşğul olurlar. Nizamlanmayan münaqişələr cinayətkar şəbəkələrin (narkomafiyanın, silah və insan orqanı alverçilərinin) fəaliyyət coğrafiyasına (sxeminə) daxil olur. Münaqişənin kölgə iqtisadiyyatı və çirkli bizneslə əlaqəsi onun gəlir mənbəyi kimi qorunub-saxlanılmasında maraqlı qüvvələrin rolunu və müqavimətini artırır.

  3. Müasir dövrdə daxili münaqişələrin əksər tipləri: etnik, vətəndaş, ərazi-status və s. nəhəng geosiyasi oyunların tərkib hissəsi və onun realizə aləti qismində çıxış edir. Çox zaman süni yolla yaradılmış və idarəolunan münaqişələr vasitəsilə böyük dövlətlər strateji regionlara yol açır, zəngin enerji resursları mənbəyinə çıxış əldə edir və arzuolunmaz rejimləri devirmək üçün istifadə edirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində siyasi hakimiyyət dəyişikliyi, enerji resurslarının şaxələndirilməsi və daşınması prosesinə maneələr dəfələrlə özünü büruzə verib və bu gün də diqqəti cəlb etməkdədir

  4.  Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış erməni separatizmi SSRİ-nin süqutundan sonra dövlətlərarası (beynəlxalq) münaqişəyə transformasiya edilməklə regional və beynəlxalq təhlükəsizliyi ciddi təhdid edən ciddi geosiyasi qarşıdurmadır. Adətən xarici maraqların toqquşması səbəbindən münaqişələrin həlli yubanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində isə nə qədər qəribə olsa da xarici aktorların (Azərbaycan və Türkiyə istisna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı, hətta qonşu Gürcüstan da) maraqlarının üst-üstə düşməsi (maraqların simmetriyası) nəticəsində münaqişənin nizmlanması dalana dirənib. Bu münaqişə Rusiyanın I Protr tərəfindən təməli qoyulmuş “Şərq siyasəti”nin realizə mexnizmlərindən biri hesab edilir. ABŞ-ın isə regionda ciddi maraqlarının olmasına baxmayaraq, onları “həyati əhəmiyyətli” hesab etmək olmaz. İrana regionda güclü Ermənistanın və ya güclü Azərbaycanın olması maraqlı deyil. Ermənistanın Dağlıq Qarabağın ilhaqını legitimləşdirməsinə tərəfdar olmaq İranın müsəlman aləmində nüfuzuna kölgə sala bilər. Azərbaycanın isə öz ərazi bütövlüyünü təmin etməsi İranın dövlət səhədlərinin gec-tez təftişi məsələsini ortaya çıxara bilər. ABŞ-ın da bu münaqişədə aparıcı münsifə çevrilməsi onun milli bütövlüyünü ciddi təhdid edə bilər.

Avropa İttifaqının maraqları Azərbaycanın enerji resursları hesabına köhnə qitənin enerji təhlükəsizliyini təmin etmək və bu prosesi Rusiya ilə toqquşmadan həyata keçirməkdən ibarətdir. Daha dəqiq desək, Rusiya ilə əməkdaşlıq kontekstində Azərbaycan neftinin ixrac marşrutunu şaxələndirməyə nail olmaq və münaqişənin həllini Rusiyanın öhdəsinə buraxmaqdır. 

Gürcüstana gəlincə isə, məhz bu münaqişənin mövcudluğu sahəsində Azərbaycanın beynəlxalq neft-qaz (BTC, BTƏ, TANAP-TAP) və nəqliyyat-kommunikasiya (BTQ) lahiyələrində  əsas tranzit ölkəyə çevrilmiş, büdcəsinə gəlir gətirmişdir,  Qərbə inteqrasiyasını gücləndirmiş, Rusiyanın qaz şantajlarından xilas ola bilmişdir.

Qafqaz üzrə Almaniyalı mütəxəssis Uve Halbaxın belə bir fikri ilə tam şərikəm ki, “Qarabağ münaqişəsində Rusiyanın mövqeyi ABŞ və ya Fransa kimi digər Qərb oyunçularının mövqeyindən o qədər də fərqlənmir. Burada biz Gürcüstan və Ukraynadan fərqli olaraq, Rusiya ilə Qərb arasında kəskin geosiyasi rəqabəti görmürük”. Müəllifin sözlərinə qüvvət olaraq, deyə bilərəm ki, sanki münaqişənin tənzimlənməsi prosesində həmsədr dövlətlər və maraqlı qüvvələr arasında “centlmen sazişi” imzalanıb. Həmin qüvvələr Cənubi Qafqazın geosiyasi nizamına ciddi təsir göstərmək iqtidarında olan Azərbaycan neftinin istismarı və daşınması, həmçinin münaqişənin nizamlanması proseslərində bərabər təmsil olunmaqla, sanki geosiyasi kondominium şəklində regionda öz maraqlarının sabitliyinin təmin olunması barədə şifahi öhdəlik götürüblər.

Məhz bu səbədən, Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedən, ABŞ, Aİ və Gürcüstan ölkəmizin zəngin enerji resurslarından müxtəlif formalarda faydalanır, İran öz milli bütövlüyünə zəmanət alır.

Türkiyə də ölkəmizin enerji resurslarından faydalansa da, digər iştirakçılardan fərqli olaraq, Azərbaycanın milli maraqlarını etibarlı şəkildə qoruyur, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ciddi addımlar atır, Ermənistanın işğalçılıq siyasətinə və onun xarici havadarlarının geosiyasi planlarına qarşı “sanitar kordonu” funksiyasını yerinə yetirir. Qardaş ölkənin İyul hadisələri və ondan sonra ölkəmizə möhtəşəm dəstəyi Cənubi Qafqazda türk amili ilə hesablaşmağın  zamanı çatdığını demək olar.

  1. Münaqişənin nizamlanmasında ciddi əngələ çevrilmiş səbəblərdən biri də ATƏT-in Minsk Qrupudur. Bu qrup münaqişənin nizamlanmamasında mövqeləri üst-üstə düşən həmsədrlərin klubu hesab edilir. Yeganə təşkilatdır ki, hələ “soyuq müharibə” dövründə ideoloji düşmənləri – Qərblə Şərqi bir araya gətirə bilmişdir. Məhz bu səbəbdən bu gün də yeganə təşkilatdır ki, Rusiya və ABŞ bir arada fəaliyyət göstərir. Münaqişənin MDB-yə verilməsi Azərbaycanın maraqlarına cavab vermir. Onun NATO çərçivəsində nizamlanması isə qeyri-mümkündür. Bu dövlətlər NATO-nun üzvü deyil, digər tərəfdən də Rusiya postsovet məkanına NATO-nu buraxan deyil. Heç sonuncu da postsovet məkanında Rusiya ilə qarşıdurmaya getməkdə maraqlı deyil. Ona görə də ATƏT çarəsiz olsa da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində öz passiv rolunu davam etdirmək məcburiyyətindədir.
  1. Beynəlxalq hüququn imperativ normaları – ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə arasında kolliziya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə mane olan daha bir səbəbdir. Bu gün  öz müqəddəratını təyin etmə hüququnun terrorizm, separatizm, etnik təmizləmə və soyqırımı kimi bəşəri cinayətlərlə əlaqələndirilməsi qlobal və regional təhlükəsizliyə, o cümlədən çoxmillətli dövlətlərə ciddi təhdid edir. Maraqlı dövlətlərin öz geosiyasi maraqlarını gerçəkləşdirmək naminə separatçı qüvvələri dəstəkləməsi, iğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərdən əldə edilmiş gəlirlərin bölüşdürülməsində pay sahibi olması və s. neqativ əməllər öz müqəddəratını təyin etmə hüququna qarşı beynəlxalq miqyasda sərt profilaktik tədbirlərin görülməsinə mane olur, dövlətlərin suverenliyinin və bütövlüyünün pozulmasına rəvac verir. Monte Melkonyan kimi beynəlxalq terrorçunun milli qəhrəman kimi təqdim edilməsi, Xocalıda və işğal edilmiş ərazilərimizdə  azərbaycanlara qarşı etnik təmizləmə və soyqırımı aparılması və həmin əməllərin cəzasız qalması ikili standartların təntənəsi, beynəlxalq hüquq institutunun iflası hesab edilir.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə mütəxəssis

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı