Kosova razılaşması Qarabağ münaqişəsinin həllinə təsir edə bilərmi? Elxan Şahinoğlu

Analitika 11:56 08.09.2020

ABŞ Prezidenti Donald Tramp BƏƏ-İsrail razılığından sonra Kosova və Serbiya arasındakı gərginliyi azaltmağa doğru addım atıb. Belə ki, Tramp administrasiyası Kosova və Serbiya liderlərinin bir araya gətirərək iqtisadi və siyasi məsələlərdə saziş imzalanmasına vəsilə olub.

Bu hadisə mətbuatda siyasi şərhçilər və təhlilçilər tərəfindən geniş müzakirələrə səbəb olub. Belə ki, Kosovanın tanınmasına doğru aparan siyasi gedişatlar Qarabağ münaqişəsinin həlli prosesinə təsir imkanları da bizim üçün önəmli məqamdır.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri və politoloq Elxan Şahinoğlu Eurasia Diary-yə açıqlamasında bildirib ki, Kosovanın tanınması ilə bağlı bir problem yoxdur.

“Kosovanın tanınması ilə bağlı problem mövcud deyil, bir çox ölkə onun müstəqilliyini tanıyır, o cümlədən Azərbaycanın strateji müttəfiqi Türkiyə. Son Vaşinqtondakı görüş isə əsasən iqtisadi aspektləri əhatə edib. Kosova lideri ilə Serbiya prezidentinin görüşü isə Serbiyanın tanıması demək deyil. Hələki, iqtisadi əlaqələrin bərpası ilə bağlı saziş imzalanıb”.

Politoloq hesab edir ki, bu razılığın əldə olunmasında bir çox siyasi məqamları nəzərə almaqda fayda vardır.

“Bu sazişin bir neçə aspekti var. Nəzərə alsaq ki, Noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək, bu, Tramp üçün xüsusi əhəmiyyət kəsb edir. O, seçkilərə qədər xarici siyasətdə bir sıra uğurlarla yadda qalmaq fikrindədir. Buraya həm də BƏƏ-İsrail əlaqələrinin bərpasında vasitəçilik etməsini də qata bilərik”.

“Digər bir məqam isə Rusiyanın regionda təsir gücünün azaldılmasıdır. Serbiya Avropada Rusiya ilə sıx əməkdaşlıq edən nadir ölkələrdəndir. Lakin tədricən ABŞ və Avropa Serbiyanı NATO-ya tərəf çəkir. Bununla da Serbiya tədricən Kosovanın müstəqilliyini tanıyacaq. Serbiyanın prezidenti də əslində buna qarşı deyil, lakin bunun tədricən olunmasını istəyir, çünki serb əhalisini də buna hazırlamaq və anlatmaq vacibdir”.

Politoloq bu hadisənin Serbiyanın xarici siyasət kurusna ciddi təsir edəcəyini də istisna etmir.

“Bu prosesin gedişatında Serbiyanın Aİ və NATO-ya yolu açılacaq və faktiki Rusiyadan qopacaq. Rusiya bunu əngəlləməyə çalışsa da hesab edirəm ki, gücü çatmayacaq”.

Elxan Şahinoğlu Kosova məsələsinin Dağlıq Qarabağ münaqişəsi və keçmiş Sovet ölkələrində mövcud olan ərazi münaqişələrindən fərqli olduğunu hesab edir.

“İnanmıram ki, bu üsullar Dağlıq Qarabağ məsələsi və post-Sovet münaqişələrində istifadə olunsun. Çünki həqiqətən də vəziyyətlər çox fərqlidir. Burada ortaq baxış yoxdur. Avropada münaqişənin həlli metodlarını burda tətbiq etmək mümkün deyil. Ola bilsin ki, post-Sovet regionunda uğur əldə edəcək həll müəyyən mənada Dağlıq Qarabağda tətbiq oluna bilər, lakin Avropada mövcud üsulları buraya inkas etmək olmaz. Misal üçün Finlandiya və İsveç arasında ərazi münaqişəsinin həllinə dair Aaland modeli var. Lakin bu cür üsula isə ermənilər razı deyil. Hətta Azərbaycan Prezidenti İlham Əliyev ən yüksək muxtariyyat vermək fikri səsləndirsə də Ermənistan buna razı olmadı. Burada Ermənistan və Rusiya faktorunu nəzərə almaq vacibdir”.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycanın bu münaqişəyə olan mövqeyini də izah edib.

“Kosovanı tanımayan ölkələr sırasında Azərbaycan da var. Burada bizim öz mövqeyimizi nəzərə almaq lazımdır. Xatırladım ki, Yuqoslaviya münaqişəsi zamanında Azərbaycan sülhməramlı qüvvələri NATO çərçivəsində Kosovada olub. Lakin müstəqillik məsələsi qalxanda Azərbaycan sülhməramlılarını geri çəkdi”.

Politoloq iki münaqişə arasında oxşar və fərqli amillərə də diqqət yetirib.

“Mənim şəxsi fikrimə görə Kosovanın müstəqillik qazanması onun haqqıdır. Bundan əlavə, Kosova ilə Dağlıq Qarabağ problemi arasında paralel yoxdur. Tam fərqli olaylardır. Kosovada etnik albanlara qarşı etnik təmizləmə yürüdülərkən, Azərbaycanda isə tam tərsi oldu, separatçılar bizə qarşı hücum etdi. Lakin dövlətin siyasəti məsələsi var və biz Kosovanın müstəqilliyini tanıya bilmərik”, deyə politoloq Elxan Şahinoğlu fikirini tamamlayıb.

 

Ülvi Əhmədli

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı