Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk Qrupundan niyə imtina etmir? Politoloqların mövqeyi

Analitika 14:01 11.09.2020

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində vacib və məsul mexanizm ATƏT-in Minsk Qrupudur. Lakin münaqişə tarixi boyu bu qrup xüsusi bir nailiyyəti ilə yadda qalmayıb.

1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılıb və 1994-cü ildə isə Budapeştdə keçirilən zirvə toplantısında həmsədrlik institutu formalaşdırılıb. 1997-ci ildən etibarən həmsədrlər qismində ABŞ, Rusiya və Fransa çıxış edirlər.

Onun fəaliyyətinin nəticə verməməsi isə bir sıra suallar ortaya çıxardır. Eurasia Diary Azərbaycanlı politoloqlardan bu mexanizmin funksionallığına dair fikirlərini alıb.

Politoloq İlqar Vəlizadə ilk öncə ATƏT-in Minsk Qrupunun yaradılmasının qısa tarixinə toxunub.

“ATƏT-in Minsk qrupu ümumiyyətlə 11 üzvdən ibarətdir. Bu format münaqişə tərəflərinin razılığı ilə yaranıb. Hər iki tərəf ATƏT-in üzvüdür və bu münaqişə ATƏT çərçivəsində həll edilməlidir. Minsk Qrupu isə ATƏT-in üzvlərindən ibarətdir”.

O, bu günə qədər münaqişənin həlli üçün müxtəlif təkliflərin irəli sürüldüyünü qeyd edib. Politoloq hesab edir ki, münaqişənin ATƏT çərçivəsndə həlli məqsədəuyğundur.

“Pakistan, İran və s. yəni ATƏT-dən kənar ölkələrin cəlbini də təklif ediblər. Biz isə ATƏT-dən kənara çıxa bilmərik. Formatın dəyişməsi yanaşmanın dəyişməsi deməkdir bu isə düzgün deyil. Sadəcə ATƏT-in üzvlərini aktivləşdirmək lazımdır”.

İlqar Vəlizadə hesab edir ki, müxtəlif yanaşmaların irəli sürülməsi mövcud formatın nəticə verməməsindən yaranır. O, hesab edir ki, ATƏT təşkilat kimi formatı yenidən nəzərdən keçirməlidir.

“Həmsədrlər müəyyən maraqların təmsilçiləridir. ABŞ böyük güc qismində iştirak edir, Rusiya həm regionda əsas dövlət kimi həm də münaqişə tarixində iştirak edən ölkədir, 1992-ci ilə qədər Moskva münaqişədə bir başa iştirak edib və Fransa isə Avropa İttifaqı üzvüdür. Mövcud həmsədrlərin dəyişməsi isə yalnız bütün tərəflərin razılığı ilə mümkündür”

Politoloq Şahin Cəfərli də İlqar Vəlizadənin fikri ilə razılaşaraq struktur dəyişikliyinin yalnız razılıq əsasında mümkünlüyünü qeyd edib. O, ATƏT-in Minsk Qrupunun uzun illər fəaliyyət göstərməsinə baxmayaraq konkret bir nəticəyə nail olmamasını əlavə edərək bu mexanizmə Azərbaycan ictimaiyyəti tərəfindən inamın azaldığını da bildirib.

O, mümkün dəyişikliklərin isə çətin bir prosesə dayandığını hesab edir.

“Hazırkı şəraitdə Azərbaycanın Minsk qrupundan imtina etməsi sadə məsələ deyil. Əgər Azərbaycan bu strukturdan imtina etmiş olarsa, bu, Azərbaycanın sülh prosesindən çıxması və müharibəyə başlaması niyyətinin olması deməkdir. Bu vəziyyət isə Azərbaycanı diplomatik və siyasi cəhətdən çətin vəziyyətə salır. Biz əgər Minsk qrupundan imtina ediriksə, bu o deməkdir ki, biz müharibə variantını seçirik. Bunun üçün isə siyasi və diplomatik hazırlıq lazımdır. Biz böyük dövlətlərin və həmsədrlərin bizə mane olmamasını əvvəlcədən hesablamalıyıq, yalnız bundan sonra biz imtina edə və müharibə edə bilərik”.

Türkiyənin daxil olmasının mümkünlüyünə dair sualı cavablandıran Şahin Cəfərli bu variantın müzakirəyə ehtiyac olmadığını qeyd edib.

“Türkiyənin daxil olmasını mümkün görmürəm. Çünki bu iki tərəfin razılığı ilə olan məsələdir. Nəzərə alsaq ki, Ermənistan heç zaman razı olmayacaq, onun üçün də bunun müzakirəyə ehtiyacı yoxdur”.

Şahin Cəfərli mövcud vəziyyətdə çıxış yolunun olmadığını və müəyyən müddət bu prosesin bu cür davam edəcəyini bildirib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu da həmkarları ilə eyni fikirdədir. Beləki, o, da ATƏT-in Minsk Qrupundan imtinanı məqbul hesab etmir.

“Azərbaycanın ATƏT-in Minsk Qrupu formatından çıxmağı artıq onun müharibəyə başlaması deməkdir. Bununla da Minsk Qrupunu tərk etmək uyğun deyil”.

Elxan Şahinoğlu isə çıxış yolu kimi ATƏT-in mövcud formatından çıxmayaraq sadəcə danışıqlara getməməyin daha uyğun variant hesab edir. Politoloq bu durumda isə hərbi hazırlıqlara başlamağı məsləhət bilib.

“Minsk Qrupunun fəaliyyəti münaqişə dövründə bir nəticə verməyib. Bu baxımdan da Azərbaycan sadəcə bir müddət danışıqlara getməyə bilər və hərbi hazırlıq nümayiş etdirə bilər”.

Ülvi Əhmədli

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
Hamısı