Navalnının çəkisi Moskvanın xarici siyasətini dəyişdirəcək qədər ağır deyil

Analitika 16:04 11.09.2020

20 avqust 2020-ci ildə rus müxalif siyasətçi, Korrupsiyaya Qarşı Mübarizə Fondunun qurucusu Aleksey Navalnı Tomskdan Moskvaya uçdu. A.Navalnının özünü pis hiss etməsi səbəbindən təyyarə Omskda təcili eniş etdi. O, ağır vəziyyətdə Omsk xəstəxanalarından birinə aparıldı. Komaya düşən xəstəni yerli həkimlər süni tənəffüs cihazına qoşdu. Omskdakı həkimlər A.Navalnının həyatını xilas etmək üçün lazımi tədbirlər gördülər. Aparılan müayinələrdən sonra həkimlər onun bədənində zəhər və ya onun mövcudluğuna dair hər hansı bir izə rast gəlmədiklərini bildirdilər. Vəziyyəti sabitləşdikdən sonra, xəstə ailəsinin və rəsmi nümayəndələrin xahişi ilə 22 avqustda Almaniyaya, Berlindəki Charite klinikasına aparıldı. Bir neçə gündən sonra alman həkimlər A.Navalnının zəhərləndiyi ehtimalını elan etdilər. 2 sentyabrda Almaniya səlahiyyətliləri, A.Navalnının orqanizmində “Noviçok” qrupuna aid hərbi dərəcəli kimyəvi maddənin izinin tapıldığını dedilər. Almaniya kansleri Angela Merkelin sözlərinə görə, Navalnının başına gələnlər onu susdurmaq cəhdidir. O, həmçinin Rusiyadan izahat tələb edib. Tədqiqat məlumatları barədə Aİ və NATO səlahiyyətliləri məlumatlandırıldı. Qeyd etmək lazımdır ki, Rusiyadakı tərəfdarları onun zəhərləndiyini əvvəldən deyirdilər və hadisəni Alekseyin müxalifətçi fəaliyyəti ilə əlaqələndirirdilər.

A.Navalnının müalicə üçün Rusiyadan Almaniyaya köçürülməsinə dair danışıqlar mərhələsində, xüsusilə alman həkimlərinin bəyanatından və baş verənlərlə əlaqədar Almaniyanın, Aİ-nin, NATO-nun, ABŞ-ın yüksək vəzifəli şəxslərinin reaksiyasından sonra məsələ artıq beynəlxalq cameədə müzakirə olunmağa başladı.

Bu ittihamlara dair heç bir sübut təqdim olunmadığını hələ bir kənara qoyaq. Çünki, bu, Qərbdə artıq çoxdan tətbiq olunur. Dəlillər bir növ manipulyasiya alətinə çevrilib. BMT Təhlükəsizlik Şurasının iclasında İraqdakı kütləvi qırğın silahlarının guya nümunələrinin olduğu sınaq borusunu silkələyən ABŞ Dövlət katibi Kolin Pavel hər kəsin yadındadır. Bundan sonra nələrin baş verdiyi də hamıya məlumdur – ABŞ-ın rəhbərliyi ilə koalisiya qoşunlarının İraqı işğal etməsi, Səddam Hüseynin devrilməsi, bu ölkədə uzun illər davam edən silahlı qarşıdurma, İŞİD-in yaradılması və s.

Rəsmi Berlinin açıqlamalarına cavab olaraq Almaniyanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinin Smolenskaya meydanındakı binasına çağırıldı və burada Almaniya tərəfinin Rusiya Federasiyası Baş Prokurorluğunun sorğusuna cavab olaraq A.Navalnının müayinələrinin nəticələri və test nümunələrini verməyəcəyi təqdirdə Rusiyanın bunu AFR səlahiyyətlilərinin həqiqəti ayırd etməkdən və obyektiv istintaqdan imtina edilməsi kimi dəyərləndirəcəyini söylədi.

Həqiqətən, Berlin, Vaşinqton, Brüssel və başqaları Moskvadan açıqlama gözlədiklərini söyləyirlər. Əslində heç bir izahata ehtiyacları yoxdur - günahkar artıq müəyyənləşdirilib və "mütərəqqi" dünyanın bu "barbar" hərəkətlərə verə biləcəyi  cavabın geniş müzakirəsinə başlanıb.

Hazırda Qərbdən Kremlin ünvanına yağan tələblər Rusiyanın daxili işlərinə açıq şəkildə müdaxilədir! Ölkəmiz heç kimə hesabat vermək məcburiyyətində deyil! Baş verənləri hərtərəfli araşdırmaq, günahkarları müəyyənləşdirmək və cəzalandırmaqda onun özü maraqlıdır. Və xaricdən gələn qışqır-bağıra ehtiyac yoxdur. Qərb yenə də unudub ki, Rusiya ilə belə danışmaq olmaz!

Sanksiyalardan da qorxutmağa dəyməz. Ölkəmiz 2014-cü ildən bəri bunlarla yaşayır. Üstəlik geniş miqyaslı bir sanksiya olmayacaq. Aİ və ABŞ, Ukrayna böhranı dövründə Rusiyaya qarşı sanksiyaların böyük bir arsenalını tətbiq etdi. "Navalnı işi"nin istintaqını özlərinin aparmaq imkanı olmadan Qərbin yeni geniş sanksiyalar tətbiq etməsi çətin olacaq.

Moskvaya qarşı mümkün sanksiyalar kontekstində Şimal Axını 2 qaz kəməri haqqında çox şey deyilir. ABŞ Prezidenti D.Tramp artıq A.Navalnı ilə bağlı vəziyyətə görə bu boru kəmərinin tikintisinin dayandırılmasını dəstəkləyəcəyini söylədi. "Almaniyanı Rusiyadan qoruyuruq və Almaniya enerjiyə görə Rusiyaya milyardlarla dollar ödəyir və enerjisinin 60-70% -i Rusiyadan gəlir", Tramp deyib. Amerika Birləşmiş Ştatları, enerji sektorunda uzun müddətdir Moskva ilə Berlin arasında sıx əməkdaşlığı qəbul edə bilmir. Rusiyanın, Avropa qaz bazarındakı bütün tədarüklərin 1/3 hissəsindən çox olan və artmaqda olan payına ABŞ iddia edir. Başqa sözlə, Almaniyanın (Avropanın) Rusiyadan müdafiəsi olunmasının arxasında Avropanın qaz bazarını Amerikanın mayeləşdirilmiş qazını tədarük etməklə yenidən bölüşdürmək cəhdi gizlənir. Şəxsi heç nə yoxdur - sadəcə biznesdir. Buna görə də "Navalnının zəhərlənməsi hadisəsi"nin belə bir biznesin qurulmasına cəhd olduğu istisna edilməməlidir. Bu o demək deyil ki, xaricdə baş verənlərin izlərini okeanın o biri tərəfində axtarmaq lazımdır (böyük ehtimalla onlar Rusiyanın daxilində müxalif bloqerin əhatəsindədir). Ancaq baş verənlərdən istifadə etməmək tərəfdaşlarımız üçün ağılsızlıq olardı, işləyib-hazırlamaq üçün çox maraqlı bir süjetləri var.

“Navalnının zəhərlənməsi”nin Rusiyanın xarici siyasətini Qərbin ona qarşı apardığı hərəkətlərə cavab olaraq tənzimləməsinə təsir edib-etməyəcəyini soruşurlar. Xeyir. Moskva xarici siyasətini çoxdan - postsovet məkanında inteqrasiya proseslərini gücləndirərək və “Şərqə dönüş” etməklə düzəliş edib. Buna indi gördüyümüzdən daha təlatümlü hadisələr təsir edib. Navalnıya insan kimi yazığım gəlir, lakin onun çəkisi xarici siyasət kursunu dəyişdirəcək qədər ağır deyil.

Tarix elmləri doktoru, Beynəlxalq münasibətlər nəzəriyyəsi və tarixi kafedrasının professoru

Rusiya Xalqlar Dostluğu Universiteti

Konstantin Kurılyov özəl olaraq Eurasia Diary üçün

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı