Müharibə olacaqmı? - Politoloq cavablandırır | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


Müharibə olacaqmı? - Politoloq cavablandırır

Analitika A- A A+

Son zamanlar danışıqlar prosesində durğunluq cəbhədə aktivliyin artmasına səbəb olub. Keçən həftə erməni əsgərinin öldürülməsi və dünən düşmən PUA-sının vurulması və bu gün Azərbaycanın bir şəhid və bir yaralısının olması da bunun göstəricisidir.

Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimov öz Facebook səhfəsində vəziyyətlə bağlı fikirlərini paylaşıb.

Politoloq son zamanlar dolaşan söhbətlərin insanlarda müharibə olacağı düşüncəsini formalaşdırsa da yaranmış vəziyyətdə genişmiqyaslı hərbi qarşıdurmanı az ehtimal edir.

Çoxunu indi maraqlandıran sual budur böyük müharibə olacaqmı? Buna əsaslar gətirirlər: Ruslarla münasibətlərin gərginliyi (halbuki bu həqiqi gərginlik heç deyil: 1991-1998-ci illəri hatırlayan məni yaxşı başa düşər), səfərbərlik (bu normal prosedurdur, bizdə olmurdu, Koreyada hər il bir neçə günlüyünə bütün oğlan tələbələrim yox olur, ayrıca onların hərbi geyimi evlərindədir), Türkiyənin dəstəyi (Türkiyənin başı bir neçə istiqamətə qarışıb indi, ən əsası isə bu günlərdə Aralıq dənizində qarşıdurma hər gün getdikcə artır)”.

O, hazırkı vəziyyəti belə izah edib:

“Biz artıq neçə ildir ki, geridönülməz sikla girmişik: cəbhədə və sərhəddə zaman zaman təsirli gərginlik olacaq. Bu həmişə olub, sadəcə son 5-6 il istifadə edilən silahlar dəyişib. Qabaq snayperlər və minomyotlar atəşkəsi pozurdu, indi artilleriya, uçan apparatlar, hətta tanklar. Vertolyot vuruldu, 2016-da torpaq qaytarıldı, eyni şey Naxçıvanda baş verdi, yenə olacaq. Çünki taktiki xarakter daşıyan bu gərginliyə etiraz gəlmir. Torpaq da azad olunacaq, bunun şahidi olacağıq”.

Rövşən İbrahimov indiki şəraitdə irimiqyaslı müharibənin olmasını az ehtimal edərək bir sıra səbəblər gətirib:

“Qış başlayır, bəzi istiqamətlərdə qışda hərbi əməliyyatlar aparmaq olmur, biz qışın soyuğunda görə çox adam itirdik 1994-də qədər.

Koronavirus, tan faktordu, necə özünü hərbi şəraitində göstərəcək heç bir ssenariyamız yoxdur. Əsgərlər Allah göstərməmiş yaxalansa, iki düşmənlə mübarizə aparmalı olacağıq.

Neft qiymətlərin gözləniləndən aşağı düşməsi. Dərin müharibə aparmaq üçün, kifayət edəcək mənbəyə lazım olacaq. Bunun rahat şəkildə xərcləyə bilməliyik. Hal hazırda ciddi problem var.

Beynəlxalq arenadakı vəziyyət, Aralıq dənizindəki gərginliklə paralel başqa böyük münaqişəyə heç kim imkan verməz, hətta rusları qabağa itəcəklər ki, susdurulub bunları.

İki ay sonra TAP güvvəyə minir, əlavə böyük həcmdə qaz Avropa bazarına çıxacaq, meqalayihələr münaqişə sevmir. Başqa layihələr də var, Abşeron yatağı kimi və digərləri”.

Rövşən İbrahimov hazırda lokal səviyyədə gərginliklər yaşanması daha çox real heasb edir.

“Nə ola bilər, yenidən nöqtəli vuruşlar. Prezident də narahatdır son Tovuz döyüşlərindən, ordu da, cəmiyyət də. Bir ictimai sifariş var: vur!

Ola bilsin ki, Qarabağda bəzi qanunsuz məskənlər vurulsun (bu daha az ehtimallardan), yeni ərazilər azad edilsin, düşmənin hərbi mövqeləri və texnikası məhv edilsin. Bu eskalasiyanın yeni mərhələsidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...