“Müharibə qaçınılmazdır və hər kəs buna hazır olmalıdır" Üzeyir Cəfərov

Analitika 13:34 22.09.2020

Dünən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəliləri təlim toplanışlarına çağırıb. Lakin bu məlumatla bağlı yanlış fikirlər və qiymətləndirmələr də kifayət qədərdir.

Eurasia Dairy yaranmış vəziyyətə aydınlıq gətirmək üçün hərbi ekspert və ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun fikirlərini alıb.

Üzeyir Cəfərov hazırkı vəziyyətdə heç bir təşvişə ehtiyac olmadığını bildirib. Ümumilikdə isə müharibə vəziyyətində hər bir qurum öz vəzifəsini düzgün təşkil etməli olduğunu söyləyib.

“Hər kəs üzərinə düşəni görməlidir. Bu iş insanları döyüş əməliyyatları olduğu təqdirdə əvvəlcədən hazır etmək üçün aidiyyatı qurumlar tərəfindən görülməlidir”.

Dünən bir sıra vətəndaşın pikap markalı avtomobillərinin dövlət qurumlarının vəzifəliləri tərəfindən alındığı ilə bağlı məlumatlar yayılıb. Hərbi ekspert bu məqamdan da yan keçməyib.

“Yasamalda bir pikap maşını saxlayıblar, vətəndaşa deyiblər ki, guya sənin maşının hansısa uşağı vurub. Hər bir vətəndaş bilməlidir ki onun mülkiyyətində olan maşın, təkcə ona aid deyil, bu bütövlükdə dövlətə aiddir. Yəni, müharibə olacağı təqdirdə ehtiyac olarsa alına bilər. Lakin bunun da qanuni proseduru var”.

Üzeyir Cəfərov hərbi əməliyyatlara lazım olan avtomobil və texnikaların vətəndaşlardan yığılma qaydasını izah edib:

“2005-ci ildə hərbi nəqliyyat haqda əsasnamə qəbul olunub və ona uyğun 2006-cı ildə qəbul olunmuş Nazirlər Kabinetinin müvafiq qərarı var. Bu qərara əsasən bütün yüksək keçmə qabiliyyətinə malik avtomobil texnikası, minik maşınları, tibb maşınları və digərləri zərurət yarandıqda təlimlərə, toplantılara cəlb oluna bilirlər. Lakin bunun da qəbul olunma qanunu var və bu aktla həyata keçirilir. Burada maşın alınanda həmin şəxsə akt verilir ki, hansı vəziyyətdə alınıb. Geri qaytarılanda da tam saz vəziyyətində verilir. Əgər zərər yetirilirsə kompensasiya  ödənilir. Misal üçün, İsraildə və digər inkişaf etmiş ölkələrdə bu belədir”.

Hərbi ekspert yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışanları qınayıb və bunu Azərbaycanın adına xələl kimi qiymətləndirib.

“Gecə vaxtı gedib vətəndaşı evindən çıxarmağın adı yoxdur.  Şükür Allaha, hazırda hansısa fors-major vəziyyət yoxdur ki, belə hərəkətlər edilsin. Misal üçün Yasamalda vətəndaşı saxlayan yol patrul xidmətinin əməkdaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab, Qəbələ, Kürdəmir və başqa rayonlar üzrə qurumları bu prosesi düzgün aparmayıb. Mən vətəndaşlara da dedim ki, siz baş idarəyə verilən tapşırığı hansı formada yerinə yetirilməsi ilə bağlı ərizə ilə müraciət. Mən anlayıram ki, insanlar arasında maarifləndirmə işi aparılmayıb, lakin aparılmalıdır, amma istənilən halda  vətəndaşın da məsuliyyəti olmalıdır ki, ərazi bütövlüyünün təmin olunması dövlətin ən əsas vəzifəsidir. Bunun  üçün isə hər kəs hazır olmalıdır, hər kəs öz sahəsində jurnalist, mühəndis, tibb işçisi və s.”.

Ekspert vətəndaş məsuliyyəti məsələsinə diqqət yetirərkən bunları da əlavə edib.

“İlk öncə vətəndaş özü məsuliyyət hiss etməlidir. Bundan əlavə, qanunvericilik var, misal üçün İsraildə əgər vətəndaş çağrılan vaxt gəlməsə, onu 210 Avro pul cəriməsi gözləyir, ikinci dəfə təkrarlanarsa bu məbləğ artır, üçüncü dəfə buna artıq inzibati və cinayət məsuliyyəti yaradan qanunlar tətbiq olunur. Bunlar dünyada sınaqdan keçirilir, sadəcə olaraq çoxdandı tətbiq edilmirdi, bir az naşılıq var. Amma bu gün Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu qanunları gözəl bilir və bu texnikalara ehtiyacı yoxdu, sadəcə gələcəkdə səfərbərlik olacağı təqdirdə bu texnikaların sayı nəzərdə tutulmalıdır”.

Bir daha olaraq, Üzeyir Cəfərov vətəndaşlara səslənərək narahatlığa heç bir əsasın olmadığını bildirib.

“Yenə də təkrar edirəm, narahatlığa əsas yoxdur, amma bəzi görülməli işlər var. Son hadisələr də bunu göstərdi ki, bəzi görülməli işlər var və onlar da mütləq mənada görülməlidir”.

Uzun zamandır davam edən sülh danışıqları son zamanlar sanki hərbi məcraya keçir. Bu məsələyə münasibət bildirən hərbi ekspert müharibədən bəzi tərəflərin qazanc əldə etdiyini və danışıqların isə heç bir nəticə əldə etməsinin mümkün olmadığını vurğulayıb.

“Qarabağ müharibəsindən kifayət qədər qazananlar olub, xüsusən də beynəlxalq qurumlar. ATƏT-in Minsk Qrupunun həmsədrləri dünənə qədər tanınmayan şəxslər dünyanın ən bahalı otellərində dövlət başçıları ilə görüşürlər, guya nəsə müzakirə edirlər.  27 ildir danışıqlar aparırlar heç nəyə də nail olmurlar, heç nail də olmaycaqlar, çünki bunun mexanizmi yoxdur. Bunun mexanizmi Azərbaycan əsgəridir. Müharibə kimə sərf edir bilmirəm, amma istənilən halda Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir. Bunu Prezident 3 gün bundan qabaq da dedi, bunu hərk kəs başa düşür, bundan çəkinmək lazım deyil. Bu bizim haqq işimizdir, biz haqq işimizdə sona qədər davam edəcəyik, bu yolda itkilərimiz də olacaq. Bu müharibədir və uzun illər gözə görünmədən Rusiya, Fransa və lobbi fəaliyyəti ilə dəstəklənən  bir azğın düşmən qarşımızda dayanıb”.

Ekspert Rusiyanın münaqişə ətrafında son addımlarına da şərh verib:

“Rusiya deyir ki, biz danışıqları səbrsizliklə gözləyirik, 27 ildir Rusiya Ermənistanı beynəlxalq hüququ yerinə yetirməyə məcbur edə bilmirsə, bundan sonra nə danışıq aparacaq?”.

Üzeyir Cəfərov müharibədən silah satanları da qazananalar siyahısına daxil edib:

“Bundan əlavə, müharibə silah satanlara sərf edir. Azərbaycan uzun illər müdafiə və təhlükəsizliyə pul sərf edib, hansı ki biz bunu  çox rahat şəkildə iqtisadi və sosial inkişafa yönləndirə bilərdik. Amma buna şərait yaratmırlar və biz məcburuq ki, bu silahları alaq. Bizim başqa yolumuz yoxdur, Azərbaycan öz işini görür və görəcək”.

Ekspert son vəziyyəti və bəyənatları nəzərə alaraq müharibənin qaçınılması olduğu qənaətinə gəlib.

“Müharibə qaçınılmazıdr, bunu prezident də deyib, danışıqlar ölü duruma gəlib, məskunlaşma həyata keçirilir. Buna isə beynəlxalq qurumlar susur. Bunun nəticəsində isə müharibə olacaq. Lakin vaxtını dəqiq demək mümkün deyil. Amma müharibə qaçınılmazdır və hər kəs buna hazır olmalıdır”.

Müharibənin ola biləcəyi təqdirdə, ekspert hesab edir ki, Azərbaycana qarşı çıxış edənlər sakit dayanacaqlar.

“Azərbaycana qarşı çıxış edən ölkələr danışıb susacaqlar. Kim nə edəcək, rus gəlib Azərbaycanın ərazisində Azərbaycana qarşı döyüşəcək?. Bu 90-cı illər deyil ki, ruslar gəlib pul müqabilində soxulsunlar. Xocalı qətliamın törədən 366-cı Rusiya alayı və digərlərini nəzərdə tuturam”.

Üzeyir Cəfərov son olaraq ordunun kifayət qədər hərbi potensiyalının olduğunu bundan əlavə də Türkiyənin dəstəyinin də vacib məqam olduğunu vurğulayıb

“Heç nədən qorxmaq lazım deyil. Azərbaycanın kifayət qədər hazırlıqları var və ciddi silahlar alıb. Türkiyədən indiyənəcən müqayisədə daha çox dəstək gəlib. Türkiyə müharibə olacağı şəraitdə müdafiə sənayesini Azərbaycanın sərəncamına verəcəyini səsləndirib”.

Ülvi Əhmədli

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Hamısı