Qarşımızdakı kimdir?

Analitika 19:50 23.09.2020

Dövlət başçısının, 19 sentyabrda Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda – “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra yerli TV-lərə verdiyi müsahibə gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Bu müsahibədən çıxan ən diqqətçəkici məqamlardan biri də, hərbi ritorika ilə bağlı düşüncələrə rəvac verməsidir. Hərbi ritorika anlayışına münasibətdə işğalçı ilə işğala məruz qalan, ədalətsiz və ədalət axtaran tərəf eyni cərgədə ola bilməz. Cənab Prezidentin bütün böyük nitqlərində, mötəbər tribunalardakı çıxışlarında,  müsa­hibələrində QARABAĞ həmişə ana xətt olaraq keçib; bu anlamda, 19 sentyabrdakı müsahibə də istisna deyildi. Bizim hərbi ritorikamız işğalçının etdiklərinə cavab dəyərindədir; düşmən hətta daha heç nə etməsə, səhərdən-axşamadək sülhdən danışsa belə, onların işğalı davam etdirməsi faktının özü hərbi ritorikanı doğurur. Lakin Ermənistan tərəfinin hərbi ritorikası qanunsuzluq üstünə qanunsuzluq mənasına gəlir; işğalı möhkəmləndirmək, genişləndirmək niyyətini ifadə edir və əlbəttə, qəbul oluna bilməz.

Özü də, söhbət o ölkədən gedir ki, o ölkə tarixi Azərbaycan torpaqlarında yerləşir, o ölkə ərazisindəki erməni hakimiyyətinin uzağı 100 ildən azca artıq tarixcəsi var. Ermənistan bir ölkənin forpostudur, burada Rusiyanın hərbi bazası yerləşir, strateji önəm daşıyan iri müəssisələrinin, demək olar, hamısı başqa ölkələrə məxsus şirkətlərin idarəçiliyindədir və s. Bax belə bir ölkədə buğun söz sahibi Sorosdur. Təzaddır, deyilmi? Ermənistan təzadlar ölkəsidir. Ümumən Ermənis­tanda Ermənistanlıq qalmayıb (yaxud qalma­malıdır). Başqa bir təzad – guya qalib Ermənistanın məğlublara bərabər həyat şərtləri içində olmasıdır. Bu gün orada yürüdülən siyasət heç erməni xalqının özünün maraqlarına da xidmət etmir. Bədnam siyasət və işğalçılıqda şinimək Ermə­nistanı uçuruma aparır.

Cənab Prezidentin “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” fikri açıq siyasi mesaj kimi qəbul edilməlidir. Bu mesaj, hadisələrin inkişaf trayek­to­riyasından asılı olmayaraq, Azərbaycanın hər zaman müharibəyə hazır olduğunun nü­mayişdir. Bu mesaj Azər­baycanın gücünü – dövlət siyasətimizin nə dərəcədə müstəqil olduğunu göstərir. “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır”. – Beynəlxalq icti­maiyyət, dünya birliyi bilməlidir ki, bu sözlər hərbi ritorikanın təzahürü yox, məhz tarixi ədalətin bərpasına dair bir çağırışdır və mövcud hərbi-siyasi duruma adekvatdır.

Qarşımızdakı kimdir? – qarşıdakı o zehniyyətə sahibdir ki, havadarlarının davamlı hərbi-siyasi dəstəyi ilə həyata keçirdiyi işğalın dırnaqarası nəticəsini pozulmaz nəticə sayır; hətta, yeni işğala həvəslənir. Cənab Prezidentin “Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub” fikri artıq Ermənistana inamın sıfırlarda olduğunu çox açıq şəkildə göstərir. Və Pşainyanın ötən il Xankəndində “Qarabağ Ermənistandır. Nöqtə” deməsindən sonra bizi hərbi ritorikada suçlaması, sadəcə gülüş doğurur. Gülüş doğurur ki, guya danışıqlara hazır olan, guya demokrat olan Paşinyan, Azərbaycana Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmağı təklif edir. Heç Ermənistanın özünün belə tanımağa cürət etmədiyi xunta rejimini muhatab alıb, danışacağımızı zənn etməsi, təzadlar ölkəsi başbilənlərinin mən­tiqsizliyinin daha bir göstəricisidir. – “Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan.” – Prezidentin bu fikri “Azərbaycanı mü­haribəyə sövq edirlər” kimi də qəbul oluna bilər. Beynəlxalq ictimaiyyət çox gec olmadan bu barədə düşünməlidir.

Cənab Prezidentin “Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Onların konstitusiyasında bu, öz əksini tapıb, təsbit edilibdir” fikiri isə işğalçı ölkənin bir başqa üzünü, daha doğrusu üzsüzlüyünü dəqiq təsvir edir. – Ermənistan:

- Azərbaycan Respublikasının torpaqlarını işğal altında saxlayır, işğal bölgəsində qanunsuz məskunlaşma hə­yata keçirir;

- Gürcüstanla qeyri-səmimi davranır, Axalkalaki səmtində “gələcək ikinci Qarabağ” bəsləyir, gürcü soyadlı ermənilərlə gürcü dövlətinin materiyasınadək nüfuz etməyə çalışır;

-  İranla “zorən dost”dur – dünyanın ən qeyri-tolerant dövləti olan, İslam abidələrini dağıdan, Allah evi sayılan məscidlərə öz sevimli heyvanlarını dolduran, İslam müqəddəslərini təhqir edən bir zehniyyət İslam Respublikası ilə səmimi dostmu olacaq? – Özü də, bu tayda torpağını işğal etdiyi azərbaycanlıların o taydakı soydaş sayını yaxşı bilən Ermə­nistanın əlinə düşən ilk fürsətdəcə İranın kürəyinə bıçaq saplamayacağına kim zəmanət verə bilər? 110-120 il öncələrdə Osmanlının “millet-i sadıka”sı, “tebay-ı sadıka”sı olan, paşa rütbəsinədək yüksəldilən ermənilər, içində yaşadığı, suyunu içib, çörəyini yediyi Osmanlıya göstərmədiyi sədaqəti, qonşu İranamı göstərəcək, yəni?!

-Bayaq da vurğuladığımız kimi, forpostu olduğu ölkənin deyil, okeanın o tayındakı qüvvənin idarəetmə formuluna uyan təzadlar ölkəsinin ictimai-siyasi gerçəkliyi etibara, inama yer qoyurmu? (Bu, əlbəttə, ritorik sualdır). – Dörd qonşunun dördü ilə də açıq-gizli düşmənçilik aparan, ciddi problemlər yaşayan, etnik tərkib (98.1% - ermənilər,  1.2% - yezidilər,  0.4% - ruslar, 0.3% digərlər...) baxımından, demək olar, monoetnik dövlət olan Ermənistanın sifətini, ismini və təyinini bir kəlmə ilə ifadə edən cənab Prezident “Fail state” (“Uğursuz ölkə”) dedi. – Bu, mövcud kontekstdə yeni siyasi ritorika kimi, dəqiq təsbit kimi qəbul edilməlidir.

Və nəhayət, sonda qısa şəkildə və obrazlı da olsa, “milli prioritetlər ritorikası”na toxunaq. –

Prezidentin Bakı dərin özüllər zavodundakı müsahibəsi rəsmi Bakının mövqeyinin ifadəsi olması ilə, ifadə etdiyi dərinliklə və söykəndiyi özüllərlə bir əsər təşkil edir. Bu əsər-müsahibə ərazi bütövlüyü ilə bağlı, işğalın aradan qaldırlması ilə bağlı məsələlərdə emosiyalara deyil, məhz milli maraqlara istinad olunmasını diqtə edir. Dövlət başçısının təcrübəsi, uzaqgörənliyi, siyasi pe­şəkarlığı və malik olduğu bilgilər emosiyalardan üstün olmağa imkan verir. Ona görə də, işğalçı dövlətin ünvanına deyilənlər emosiyaları təzahür etdirmir, adekvatlığı təcalla etdirir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Yazının müəllifi: Əkbər Qoşalı

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı