Ermənistanın yeni müdafiə strategiyasının təcavüzkar və militarist mahiyyəti

Analitika 10:02 24.09.2020

Ermənistan 2016-cı ilin aprelində baş vermiş dörd günlük savaşda xeyli sayda canlı qüvvə və 2 min hektar ərazini itirmiş, erməni cəmiyyətində, orduda mənəvi-psixoloji durum aşağı düşmüş, əvvəlcə hərbi rəhbərliyin bir sıra aparıcı xidmət rəisləri tutduqları vəzifələrdən kənarlaşdırılmış, sonda isə Müdafiə naziri Seyran Ohanyan öz vəzifəsini tərk etməli olmuşdur. Aprel döyüşlərinin ən mühüm nəticəsi Ermənistanı 1998-ci ildən bəri idarə edən Qarabağ klanının hakimiyyəti “məxməri inqilabçıya” – Ermənistan ermənisi Nikol Paşinyana təhvil verməsilə tamamlanmışdır. Aprel döyüşlərinin erməni cəmiyyəti üçün kabusa çevrilməsi bununla bitməmişdir. Mənəvi-psixoloji cəhətdən düşgün vəziyyətdə olan Ermənistan iki ilin tamamında daha bir ciddi zərbə almışdır. Belə ki, Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunmuş, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçmişdir. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunmuşdur. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan - Yeğeqnadzor - Gorus - Laçın - Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Hakimiyyəti ələ keçirən N. Paşinyan öz siyasi mövqelərini möhkəmləndirmək, erməni cəmiyyətindəki ruh düşkünlüyünü aradan qaldırmaq, sarsılmış və mənəvi-psixoloji durumu aşağı düşmüş ordunu özünə tabe etdirmək məqsədilə bir sıra siyasi xarakterli manevrlər etməyə başladı. O ölkədə sosial-iqtisadi problemlərin (kiçik biznes üçün verginin həcminin, hökumətdə nazirlik və idarələrin sayının azaldılması, ölkəyə sərmayə qoymaq istəyən xarici şirkətlər üçün vergi güzəştlərinin tətbiq edilməsi, iqtisadi monopoliyanı məhv etməklə, Ermənistanı kənd təsərrüfatı ölkəsindən yüksək texnologiyaya malik bir dövlətə çevirmək və s.) həlli istiqamətində təxirəsalınmaz işlərin görüləcəyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkünlüyü barədə fikirlər səsləndirməyə və bu yolla daxildə və xaricdə siyasi reytinq toplamağa başladı. Parlament seçkilərində qazandığı mütləq qələbədən (132 yerdən 88-nə onun lideri olduğu “Mənim addımlarım” bloku yiyələnib) ruhlanmış Paşinyan öz siyasi rəqiblərini bir-bir sıradan çıxarmağa, hərbi və separatçı rejimin rəhbərliyində öz tərəfdarlarını yerləşdirdirməyə nail olduqdan sonra münaqişənin nizamlanması prosesində sərt və barışmaz mövqe nümayış etdirməyə, danışıqlar formatını dəyişməyə çalışmağa cəhd etmiş və D.Tonoyanın müəllifi olduğu “yeni müharibə – yeni ərazilər” formuluna keçidə xeyir-dua vermiş oldu.

Ermənistanın yeni müdafiə strategiyasını dərindən təhlil edərkən, onun əsas postulatları qismində aşağıdakıları qeyd etmək olar:

  1. Müdafiə fəlsəfəsinin dəyişməsi: müdafiənin (səngərin) hücumla (ön cəbhə) əvəzlənməsi. Belə ki, hələ ötən ilin əvvəllərində Ermənistanın müdafiə naziri David Tonoyan yerli İctimai TV-nin efirində Ermənistanın müdafiə strategiyasından hücum strategiyasına keçərək ordu quruculuğu fəlsəfəsini dəyişmək niyyətində olması fikrini dilə gətirmişdir. Onun sözlərinə görə, “müdafiənin təşkili ideologiyasına münasibətdə insanların düşüncələrində dəyişiklik müdafiə naziri olaraq onun üçün ən mühüm göstərici hesab edilir. Bəşər tarixi çoxdan sübut edib ki, əsas formulu səngər müdafiəsi hesab edilən istənilən ordu gec-tez məğlubiyyət acısı yaşayır. Qılıncla qalxanın əbədi mübarizəsinin hansısa məqamında qılınc qalib gəlir və bu həqiqət dəfələrlə özünü təsdiq edib. Erməni ordusu səngərdə oturmayacaq, günü-gündən daha döyüş qabiliyyətli, güclü və düşmən üçün olduqca təhlükəli olacaq. Biz – silahları müxtəlif, müasir və öldürücü olan bir orduyuq. Biz – döyüşçüləri mükəmməl təhsil alan, dövlətin himayəsində olan və ən mühüm missiyanı yerinə yetirməyə qabil olan bir orduyuq”.

Ötən il ABŞ-da erməni disporu ilə keçirdiyi görüşdə Ermənistanın müdafiə naziri David Tonoyan bəyan etmişdir ki, “ərazi qarşılığında sülh” formulunu dəyişərək, onu “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləyib. “Biz bu “səngər vəziyyətindən”, daimi müdafiə vəziyyətindən çıxacağıq. Hərbi əməliyyatları düşmənin ərazisinə transfer edə biləcək həmlə bölmələrimizin sayını artıracağıq”.  

N. Paşinyan Aprel döyüşlərinin 3-cü ildönümü ilə eyni vaxta təsadüf edən bir tədbirdə müdafiə nazirinin irəli sürdüyü həmin formula bu cür dəstək vermişdir: “David Tonoyan başqa bir açıqlama versəydi, mən onu müdafiə naziri vəzifəsindən azad edərdim. Müdafiə naziri nə dedi? Dedi ki, əgər müharibə olarsa, bu müharibədə qalib gəlmək üçün çalışacağıq. Müdafiə naziri başqa cür düşünsəydi, o zaman öz vəzifəsi ilə vidalaşmalı olacaqdı. Bu, heç bir halda münaqişənin həlli üçün sülh prosesinə kölgə salmır, əksinə danışıqlar prosesinin vacibliyini vurğulayır".

Bu fikirlər onun danışıqlar tərəfdarı olmadığını, açıq-aşkar setsessiya tərəfdarı olduğuna dəlalət edir. Onun hakimiyyəti illərində Ermənistanın hərbi büdcəsinin nəzərə çarpan artımı belə düşünməyə dəlalət edir. Belə ki, 2020-ci ildə Ermənistanın müdafiə xərcləri 2018-ci ilə nisbətən 28 % artıb. Belə ki, 2019-cu ildə işğalçı ölkə müdafiəyə təxminən 629,5 milyon dollar (2018-ci illə müqayisədə 129 mln.dollar artıb) sərf edib, 2020-ci ilin müdafiə büdcəsi isə təxminən 631 milyon dollar (ötən illə müqayisədə yalnız 1,5 milyon dollar çoxdur) həcmindədir. Statistikadan göründüyü kimi, Ermənistan hərbi büdcəsini artırmaq iqtidarında deyil.

Ermənistanın müasir ordu quruculuğunda silahlanma ölkənin müdafiə siyasətinin strateji vektorlarından bəlkə də ən birincisi hesab edilir. Azərbaycanın, o cümlədən Türkiyənin müasir silahlar aldığı bir vaxtda Ermənistanın kiçik maliyyə resurslarına malik olduğunu nəzərə alsaq, silahlanma parkında istənilən yenilik işğalçı ölkənin işinə yarayır və onun təhlükəsizliyini möhkəmləndirir. Rəsmi İrəvanın fikrincə, Ermənistanın əldə etdiyi hər bir müasir silah son bir neçə il ərzində digər oyunçuların xeyrinə dəyişimış güc balansının bərpa edilməsinə xidmət edir.

Belə bir maliyyə sıxıntısı şəraitində işğalçı ölkə yeni silahlarla silahlanır. Ermənistan demək olar ki, bütün silahları Rusiyadan idxal edir. Xatırladaq ki, keçən il Ermənistan xeyli miqdarda silah və sursat – çoxfunksiyalı Su-30SM qırıcıları, TOR-M2KM və Osa-AK zenit raket sistemləri və digər silah və hərbi texnika əldə etmişdir. Ermənistan hökuməti Rusiyanın Su-30SM qırıcılarının yeni partiyasının alınması barədə danışıqlar aparır. Bu təyyarələrdən dördü 2019-cu ildə Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib. Su-30SM həm hava, həm də yerdəki hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Uçuş məsafəsi 3000 km, döyüş radiusu 1500 km-dir. 150 mm-lik kalibrli topla təchiz edilmiş bu təyyarə göyərtəsində hava bombaları və idarə olunan “hava-hava” tipli raketləri daşıyır. Bu siyasəti yürütməklə Ermənistan regional militarizasiya və qızğın silahlanma kursunun dominantlığına təkan verir, Cənubi Qafqazın demilitarizasiyasına zidd siyasi xətt yürüdür.

Hərbi-texniki əməkdaşlıq üzrə Rusiya Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev ötən il Ermənistana Su-30SM, atıcı silahlar, Mi-17 helikopterlərinin ehtiyat hissələrinin təhvil verildiyini və əvvəllər çatdırılmış təyyarələrin əsaslı təmir edildiyini və "Kornet"lərin (tank və zirehli hərbi maşınların məhv edilməsi üçün nəzərdə tutulub) istismarı üzrə mütəxəssislərə təlim keçirildiyini dilə gətirmişdir. Bu siyasəti yürütməklə Ermənistan regional militarizasiya və qızğın silahlanmaya təkan verir, Cənubi Qafqazın demilitarizasiyasına zidd siyasi xətt yürüdür. SİPRİ-nin məlumatlarına görə, Ermənistan ÜDM-nin 4.9%-ni hərbi məqsədlər üçün xərcləyir. Hərbi xərclərin ÜDM-ə nisbəti baxımından Ermənistan dünyanın bütün ölkələri arasında altıncı yeri tutur.

N.Paşinyanın rəhbərliyi altında hazırlanmış “2050-ci ilədək Ermənistanın transformasiyası Konsepsiyası”nda qeyd edilib ki, həmin tarixə qədər Ermənistan ordusu dünyanın ən döyüşqabiliyyətli 20 qabaqcıl ordusu arasında yer almalıdır. “Məhz bu səbəbdən hər bir əsgərimiz potensial düşmənin 7 və ya 10 əsgərinə müqavimət göstərmək iqtidarında olmalıdır. Təbii ki yalın əllə yox” – deyə o bildirib. Eyni zamanda həmin sənəddə Ermənistan xüsusi xidmət orqanının yaxın 30 il ərzində dünyanın ən yaxşı 10 kəşfiyyat oranları arasında yer alması arzusu ifadə olunub..

  1. Ekspansionizm və yeni münaqişə ocaqlarının yaranması. Bu məntiq düşmənin hərbi əməliyyatları Azərbaycanın yeni ərazilərinə keçirilməsi istəyindən qaynaqlanır. 12-16 iyul Tovuz təxribatı buna canlı misaldır. Düşmən yeni münaqişə ocağı yaratmaqla diqqəti Dağlıq Qarabağda işğal edilmiş ərazilərdən yayındırmağa, danışıqları arxa plana keçirməyə, münaqişə bölgəsində mövcud status-kvonu saxlamağa çalışır. Bu plan Rusiyanın Krımın setsessiyasından sonra yürütdüyü siyasəti xatırladır. 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya beynəlxalq təzyiqləri neytrallaşdırmaq məqsədilə Ukraynanın cənubunda Luqansk Xalq Respublikası (ЛНР) və Donetsk Xalq Respublikası (ДНР) adlı separatçı qurumlar yaratmış və hərbi-siyasi proseslərin ağırlıq mərkəzini ora keçirmişdir.
  1. Yeni strategiyanın ideoloji dayaqları. Burada əsas məqsəd erməni identikliyi məsələsi ətrafında cərəyan edir. Ermənistanla separatçı ''DQR'' arasında unifikasiyalı təhlükəsizlik sisteminin yaradılmasını öz yeni Milli Təhlükəsizlik Strategiyasına daxil edib.  Bu şərtin ideya məzmunu "Miatsum''la (erməni dilində birləşmə) sıx bağlıdır. Məlumdur ki, "DQR''ə münasibətdə Ermənistanın setsessiya (ayrılmaq) planında separatçı rejimin müstəqilliyi deyil, onun Ermənistana enozisi (yunanca ittifaq, birlik) əsas yer tutur. N.Paşinyanın məqsədi separatçı “DQR”i Ermənistanın təhlükəsizlik sisteminə inteqrasiya etməklə "Miatsum''u leqallaşdırmaq, qondarma qurumu anklav vəziyyətindən çıxartmaq, bütün parametrlər üzrə onu rəsmi İrəvanın tabeliyinə keçirtməkdir. Hazırda Ermənistanla qondarma qurum arasında strateji ittifaq haqqında sənədin hazırlanması üzərində işlər davam edir. Belə bir sənədin qəbulu de-yure olmasa da, de-fakto “DQR”in Ermənistan tərəfindən tanınması anlamına gəlir.            

Ermənistan Prezidenti Armen Sarkisyan Dağlıq Qarabağda erməni setsessiyasını “erməni identikliyi” və “panermənizm” anlayışları ilə əlaqələndirir. O, 1991-ci ilin sentyabrın 2-də erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri qeyri-qanuni referendun nəticəsində əldə etdikləri “müstəqilliyin” 29-cu ildönümünə toxunaraq qeyd etmişdir ki, “həmin qələbə” ümumerməni qüvvələrinin – separatçı rejimin, Ermənistanın və diasporun birgə səyləri nəticəsində əldə edilmiş və həmin mübarizə bu gün də davam edir. Ermənistan prezidentinin sonuncu fikri də separatçı rejimin setsessiya cəhdlərinin Ermənistan və diaspora tərəfindən açıq-aşkar dəstəklənməsi mənasını verir.

  1. Yeni strategiyanın geoiqtisadi imperativləri. Bu, Azərbaycanın beynəlxalq neft-qaz xətlərini, o cümlədən digər mühüm strateji infrastrukturlarını – Bakı-Tbilisi-Qars (BTQ) və Bakı-Qazax avtomagistralını nəzarətə götürmək anlamına gəlir. Tovuz Azərbaycan Respublikasının şimal-qərbində əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Rayon ərazisindən Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Cənub Qaz Dəhlizi (TANAP-TAP) və Böyük İpək Yolu keçir. Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir. Artıq Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya test rejimində nəqlinə başlanılıb. TAP-ın 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi bildirilib.        

12-16 iyul hadisələri zamanı Ermənistanın hərbi əməliyyatlar səhnəsi qismində Tovuzu seçməsi məhz qeyd edilən məqsədlə əlaqəli hesab edilir. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da etiraf etmişdir. O qeyd etmişdir ki, “münaqişə tam bir kompleks səbəblər nəticəsində baş verib. Coğrafi amil də bir növ tətik rolunu oynayıb: Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 km aralıda yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini yenidən işə salmaq qərarı bir tərəfin narahatlığına, o biri tərəfin isə əsassız reaksiyasına səbəb olub və nəticədə ən gözlənilməz nəticələri olan qarşıdurma çarxı işə salınıb".

Ermənistan, Azərbaycan ərazisindən Avropaya uzanan beynəlxalq neft-qaz və strateji nəqliyyat və kommunikasiya xətllərinin keçdiyi ərazini hərbi əməliyyatlar meydanına çevirməklə, bu lahiyələrin fəaliyyətini pozmağa, həm onları, həm də Bakı-Qazax avtomagistralını zərbə altında saxlamağa, Gürcüstan strateji dəhlizini bağlamağa, Ağstafa və Qazax rayonlarını təcrid həlqəsinə salmağa və bu yolla Azərbaycana təzyiq etməklə onun danışıqlar prosesində mövqeyini zəiflətməyə çalışmışdır.

  1. Yeni strategiyanın assimetrik müharibə, “dolayı fəaliyyətlər strategiyası” və “yumşaq güc” konsepsiyası ilə əlaqəsi. Yeni strategiya hərəkətlərin sinxronizasiyasından xəbər verir. Bu versiya əməliyyat məharətinin konvensional və qeyri - konvensional savaş elementlərinin sintezinə (hibrid) söykənir. PKK və Livandan gətirilmiş erməni ailələri adı altında terrorçuların (bu hərəkət “terrorçuların sivilləşməsi” adlanır) münaqişə bölgəsinə yerləşdirilməsi düşünülmüş addımdır. Bu bir tərəfdən Ermənistanın demoqrafik ekspaniya planlarına xidmət edir. Digər tərəfdən, Ermənistan beynəlxalq miqyasda terrorizmin sponsoru kimi tanınmasa da, bu qanlı cinayətin Türkiyə və ölkəmizə qarşı tətbiq edilməsində kifayət qədər təcrübəyə malikdir. 1991-1994-cü illərdə baş vermiş hərbi əməliyyatlar zamanı Ermənistanın Yaxın Şərqdə təlim keçmiş erməni əsilli terrorçu və muzdlulardan təşkil edilmiş “Arabo” kimi cinayətkar qrupların köməyindən yararlanmağa çalışmışdır. Atəşkəs müqaviləsi imzalandıqdan sonra Ermənistanın işğal olunmuş əraziləri erməni və PKK terrorçu ailələri ilə doldurması onun gələcəkdə labüd müharibə şəraitində ölkəmizə qarşı assimetrik müharibə aparmaq istəyindən xəbər verir. Rəsmi İrəvan həmlə bölmələri qismində və ya onların tərkibində həmin terrorçu və muzdlu qüvvələrdən istifadə edə biləcəyi şübhə doğurmur. Ölkəmizə qarşı Ermənistanın assimetrik müharibəsi münaqişə meydana çıxandan bu günədək özünə büruzə verməkdədir. Son günlər rəsmi İrəvanın Gəncə və Mingəçevir SES-i vurmaq barədə təhdidedici bəyanatları onların assimetrik savaş üsulundan yararlanmaq istəyində olmasından xəbər verir.

Bundan əlavə, işğalçı dövlətin “yeni müharibə — yeni ərazilər” forulunu gerçəkləşdirmək məqsədilə xüsusi texnologiyalardan — “dolayı fəaliyyətlər strategiyası” və "yumşaq güc"dən yararlana bilməsi heç də az ehtimal olunmur. “Dolayı fəaliyyətlər strategiyası”nı elmə Basil Liddel Hart gətirib. Həmin strategiyanın məqsədi müharibə zamanı düşmən üzərində sürətli qələbəyə nail olmaq üçün onun ordusunun arxa cəbhə obyektlərinə və kommunikasiyalarına kütləvi zərbələr endirmək, bu yolla müharibə zamanı düşmənin güvəndiyi arxa cəbhədə maddi baza və nəqliyyat infrastrukturu məhv etməkdir. Bu, rəqib ölkənin ordusunu səmərəli mübarizə aparmaq və uzunmüddətli müqavimət göstərmək qabiliyyətindən məhrum edir. B. Liddel Hart müharibənin əsas məqsədinin düşmən dövlətinin silahlı qüvvələrinin və onun iqtisadi potensialının tamamilə məhv edilməsində deyil, əksinə "düşmən" ölkənin hakim dairələrini (hətta bir neçə düşmən dövləti) təcavüzkar dövlətin siyasi, iqtisadi və hərbi maraqlarına tam cavab verəcək şərtləri qəbul etməyə məcbur edilməsində görür.  Hazırda “dolayı fəaliyyətlər strategiyası” beynəlxalq arenada həqiqi və potensial düşmənin zəifləməsi üçün istifadə olunan ən təsirli geosiyasi mübarizə vasitəsidir. O "düşmən" dövlətin siyasi və idarəetmə, sosial-iqtisadi, müdafiə, mədəni, ideoloji və digər əsas sahələri üzərində üstünlüyü ələ keçirməyə yönəldilmişdir. Bu geosiyasi qarşıdurma strategiyasına görə təcavüzkarın qurban-ölkəyə təzyiqi həm birbaşa qarşıdurmanın olmadığı, həm də silahlı qarşıdurma da daxil olmaqla açıq münaqişə şəraitində, həyata keçirilə bilər. Düşmən Tovuz istiqamətində ölkəmizin həyati əhəmiyyətli neft-qaz xəttlərinə və digər kommunikasiya infastrukturlarına yiyələnməklə danışıqlar prosesində üstünlük qazanmaq, öz şərtlərini diqtə etmək və ya öz maraqlarına uyğun şərtləri qəbul etdirmək məqsədi güdüb.

"Yumşaq güc" isə nəinki beynəlxalq siyasi proseslərin həyata keçirilməsi üçün əlavə bir resursdur, həm də müəyyən bir şəkildə destruktiv təsir vasitəsi, informasiya müharibəsində bir silah kimi başa düşülür.  "Yumşaq güc" isə bütövlükdə dövləti sabitsizləşdirir, dövlətin sosial nizamına ciddi ziyan vurur. Napoleon haqlı olaraq qeyd etmişdir ki, müharibə — bu, 90 faiz informasiyadır.

“Yumşaq güc” tarixi proseslərin gedişinə, dünya nizamının dəyişməsinə ciddi təsiri ilə yadda qalıb. Sənaye inqilabı, informasiya əsri və Soyuq müharibənin finalı məhz “yümşaq güc”ün tətbiqi nəticəsində əldə edilmiş nailiyyətlər hesab edilir.    

İnformasiya müharibəsi silahlı əməliyyatlardan fərqli olaraq daha davamlı və təsirli mübarizə vasitəsidir. Şübhəsiz ki, bu günədək Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və törətdiyi bəşəri cinayətlərə görə cəzasız qalması onun apardığı informasiya müharibəsinin nəticəsidir. Ermənistan  Azərbaycana qarşı “yumşaq güc”ün aşağıdakı elementlərindən — diaspora, xalq diplomatiyası, lobbi strukturları, sosial şəbəkələr və s.-dən yararlanır. Təqribən bir əsrdən az olmayaraq, dünyanın müxtəlif nöqtələrində erməni millətçiləri “yümşaq güc” elementlərinin köməyi ilə ekspansiv və təcavüzkar ruhlu “Böyük Ermənistan” planının gerçəkləşməsi üçün əlverişli ideoloji-siyasi zəmin hazırlamağa, ölkəmiz haqqında isə həqiqətə zidd məlumatlar yaymağa nail olmuşlar.        

Ermənistan MDB-nin nadir ölkələrindəndir ki, yeni qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında “yumşaq güc”ün normativ - hüquqi təsbitini verib. Bu tendensiya işğalçı ölkənin bundan sonra da “yumşaq güc”ün elementlərindən ölkəmizə münasibətdə həm dinc dövrdə, həm də müharibə zamanı geniş istifadə edəcəyinə dəlalət edir.   

         Nəticə:

  1. Ermənistanın yeni müdafiə strategiyası hücum xarakterlidir və ekspansiv ruhludur;
  2. Münaqişə ocaqlarının plüralizminə əsaslanır və yayındırıcı məqsəd güdür;
  3. Konsensusu deyil, konfrantasiyanı və zorakılığı təbliğ edir;
  4. Konstruktiv danışıqlara yox, imitasiyaya meyillidir;
  5. “Dolayı fəaliyyətlər strategiyası”na və “yumşaq güc” vasitələrinə ciddi önəm verir;
  6. Bütövlükdə isə regionda dezinteqrasiyaya və militarizasiyaya xidmət edir.

Zəfər Nəcəfov,

beynəlxalq münasibətlər üzrə mütəxəssis

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı