Türkiyə-Rusiya dialoqu Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə gətirəcək İrlandiyalı tarixçi

Analitika 15:54 21.10.2020

27 sentyabrda müharibə başlayandan bəri, Ermənistan Silahlı Qüvvələri döyüşlərdə Azərbaycan ordusuna məğlub olduqları üçün münaqişə zonasından uzaq Gəncə və digər şəhərlərdəki mülki yaşayış məntəqələrini artilleriya, kasetli bombalar və raketlərlə atəşə tutdular. Bir sıra ekspertlər münaqişə olmayan bölgələrdə yaşayan günahsız mülki şəxslərin hədəf alınmasının beynəlxalq hüquq normalarını və Cenevrə Konvensiyalarını açıq şəkildə pozduğunu bildirdilər.

İrlandiyalı tarixçi Patrik Uolş Eurasia Diary portalına müsahibəsində, erməni təcavüzünü və beynəlxalq medianın erməni vəhşiliyinə qarşı haqsız yanaşmasını, həmçinin ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllimdə riyakarlıq nümayiş etdirməsini tənqid etdi.

No peace unless major players involved in Garabagh issue - Expert | Eurasia  Diary

Dr. Patrik Uolş, tarixdə erməni iddiaları və soyqırımı mövzusunda tənqidi yazılar yazan azsaylı qərb tarixçilərindəndir. O, çox sayda kitabın müəllifi, siyasi analitikdir, vətəni İrlandiyada tarix və siyasət fənnlərindən dərs deyir.

- Hörmətli professor, ilk növbədə yeni Qarabağ müharibəsi haqqında fikirlərinizi bizimlə bölüşməyə razılıq verdiyiniz üçün sizə təşəkkür edirəm. Yaxşı bilirsiniz ki, günahsız mülki insanlara qarşı erməni vəhşiliyinə məhəl qoymayan beynəlxalq mediada Qarabağ müharibəsində Ermənistanı “qurban” və Azərbaycanı “təcavüzkar” kimi göstərən acınacaqlı vəziyyət yaranıb. Deyə bilərsinizmi bunun əsas səbəbi nədir?

- Səbəblərdən biri budur ki, Qərbin və xüsusən də ABŞ-ın və İngiltərənin indi koronavirus, seçkilər və Brexitlə bağlı o qədər problemi var ki, Qarabağla bağlı xəbərlərin geniş yayılması üçün şərait yoxdur. Gündəmdə ABŞ və İngiltərədəki daxili böhranlarla bağlı xəbərlər üstünlük təşkil edir. İkincisi, Qərbdə insanlar Qafqaz haqqında demək olar ki, məlumatsızdırlar və buradakı həqiqətlər barədə az bilirlər. Üçüncüsü, tarixi səbəblərdən, xristian təəssübkeşliyindən və Qərb mediasında erməni lobbisinin müvəffəqiyyətindən dolayı Ermənistanın lehinə qərəz mövcuddur.

- ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində göstərdiyi riyakarlıq haqda nə düşünürsünüz?

- Rusiya və Fransanın erməniləri dəstəkləməkdə böyük maraqları var. ABŞ bölgəyə təsirini azaldıb. Regionda balansın yaradılması naminə ABŞ-ın iştirakı olmadan ədalətli tarazlıq qurmaq mümkün deyil. Minsk Qrupu Azərbaycana qarşı yönəlib və münaqişənin davamlı və sülh yolu ilə həll edilməsi üçün Türkiyə/Rusiya dialoqu olacaq.

- Azərbaycan, ərazilərinin erməni işğalından azad edilməsi ilə bağlı davranışı necə olmalıdır?

- Keçmişdə olanlara rəğmən, erməni sakinlərinə alicənablıq göstərməklə. Onlar Atatürkün məğlub etdiyi düşmənlərinə münasibətini nümunə götürməlidirlər. Bu davranış gələcəkdə yaxşı münasibətlər qurmağa imkan verir. İrlandiyalı vətənpərvər Bobby Sands bir dəfə “İntiqamımız uşaqlarımızın gülüşü olacaq” ifadəsini işlədib. Bu ən yaxşı münasibətdir. Yüksək mənəviyyata sahib olaraq və ermənilərin aşağı səviyyədə yollarına davam etməsinə icazə verməklə. Dünya buna görə Azərbaycanı mükafatlandıracaq.

- Sizcə, Qarabağın erməni işğalçı qüvvələrindən azad edilməsi Cənubi Qafqazda sülh və təhlükəsizliyə necə təsir göstərəcək?

- Bu yeganə davamlı həll yoludur. Münaqişənin başqa cür həlli gələcək nəsillərin eyni döyüşlərə cəlb olunacağı yeni qarşıdurma ilə nəticələnəcək. Əsas məqsəd bu şansdan hər kəs üçün birdəfəlik həll yolu tapmaq üçün istifadə etmək olmalıdır. Güzəştlər edilə bilər və qələbə tamamilə son qoymayacaq. Müharibələr nadir hallarda tam qələbə ilə nəticələnir. Ancaq davamlı barışı təmin edərsə, davamlı qələbə daha yaxşı olar. Azərbaycanın suverenliyini əlində saxlaması üçün çətin və incik erməni əhalisi ona həm qan, həm də maliyyə baxımından baha başa gələcək.

- Osmanlı İmperiyası və Cənubi Qafqazın tarixi ilə bağlı kitablarınızı və araşdırma yazılarınızı gördük. Tarixçi kimi Azərbaycanın Qarabağ tarixindəki mövqeyi barədə nə deyə bilərsiniz?

- Azərbaycanlılar və ermənilər Qarabağda uzun müddətdir birgə yaşayıblar. Bir əsr əvvəl rus müstəmləkəçiliyi xristian çoxluğa kömək etmək üçün erməniləri məskunlaşdırana qədər azərbaycanlılar burada çoxluq təşkil edirdilər. 1918-ci ildən və Çar hakimiyyətinin süqutundan, 1990-cı illərə qədər Qarabağ Azərbaycan hakimiyyəti altında, ADR, Britaniya və Sovet işğalı altında olub. Yalnız ermənilər Qarabağın yalnız onlara aid olduğunu hesab ediblər. Əslində bu, Azərbaycan faktiki suverenliyi altına qaytarılmalı və bərabərlik və sabitliyi təşviq etmək üçün möhkəm təminat alan muxtariyyət verilməli olan ortaq bir ərazidir. Qarabağ 1920-ci ildən 1990-cı ilədək buna bənzər sistemdə olanda hər şey mükəmməl olmasa da, insanlar birlikdə yaşayırdılar və buranı sərbəst ziyarət edirdilər. Son 28 ildə etnik cəhətdən təmizlənmiş və hər mənada - iqtisadi, sosial və demoqrafik cəhətdən azalan bir yerdir. Qarabağ üçün erməni həlli tamamilə uğursuz oldu. Ermənistan pariah bir dövlətə çevrildi, böyük ölçüdə dünyadan qopdu. Bütün tərəflərin, bütün bölgə üçün barışıq və sabitliyi təmin edən yeni, funksional bir həll yoluna ehtiyacları var.

Müsahibəni götürdü: Yunis Abdullayev 

Tərcümə etdi: Gülnar Səlimova

BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO

Xəbər xətti

Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
17:59 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
Hamısı