Vaşinqton danışıqları işğalçını məğlubiyyətdən xilas edə bilməyəcək

Analitika 21:22 23.10.2020

Hərbi əməliyyatların 25-ci günü bir sıra həlledici məqamlarla yadda qaldı. Belə ki, Azərbaycan Ordusu 27 ildən sonra Qarabağ istiqamətində İranla 132 km-lik sərhəd xəttinə nəzarəti bərpa etdi. Bu istiqamətdən separatçı rejim qanunsuz fəaliyyətlər həyata keçirirdi. Həmin yolun bağlanması cənub qapısının separatçı xuntanın üzünə bağlanması deməkdir. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlmiləlləşməsinə rəvac verə biləcək istiqamətlərdən biri məhz işğal altında olan 132 km-lik ərazilərimiz idi. Belə ki, həmin istiqamətdə gedən hərbi əməliyyatlar zamanı İranın sərhədyanı əraziləri raket atəşinə məruz qalmış və dağıtılar qeydə alınmışdır. Əgər münaqişə eskalasiya olunsaydı, istər-istəməz onun həmin ərazilərə yayılması və oradakı azərbaycanlıların buna biganə qalmayacağı mütləq idi.

Azərbaycan-İran sərhəddində nəzarətin bərpa olunması ordumuzun cənub-şərq istiqamətində irəliləməsinə imkan verir. Orada isə separatçı rejimi Ermənistanla bağlayan strateji Laçın dəhlizi mövcuddur. Onun da ələ keçirilməsi işğalçı ölkəni separatçı rejimlə bağlayan strateji dəhlizin bağlanması deməkdir.

Hərbi cəbhədə ciddi uğursuzluq Ermənistanda siyasi qüvvələr arasında vahid hərəkət üçün konsensusun əldə edilməsini mümkünsüz edir. Belə ki, Nikol Paşinyan öz siyasi oppentləri ilə keçirdiyi görüşdə onların təzyiqlərini sığortalamaq üçün danışıqların olmayacağı və müharibənin davam edəcəyini bildirib. Burada təəccüblü heç nə yoxdur. Ermənistanın və Dağlıq Qarabağın keçmiş prezidentlərindən ibarət Məşvərət Şurasının üzvlərinin demək olar ki, hamısı (Levon Ter-Petrosyan istisna olmaqla) Rusiya meyilli şəxslərdir. Serj Sarkisyanı devirmiş, Robert Köçəryanı həbs etdirmiş bir insanın onların məsləhətinə qulaq asacağı inandırıcı görünmür. Məhz bu səbəbdən Paşinyanın müharibəni davam etdirmək zorunda qalması başa düşüləndir.

Rusiya Prezidenti Vladimir Putinin “Azərbaycan torpaqları uzunmüddətə işğal altında qala bilməz” fikirləri Erməninstanın təcavüzkar olması və belə olan təqdirdə ona dəstəyin verilməyəcəyi, ən nəhayət isə Azərbaycanın bu işğala son qoymaq hüququna malik olması mənasını verir. Rusiya prezidentinin bu fikirləri onun Azərbaycan torpaqları işğaldan azad olunanadək neytral qalacağına dəlalət edir.

Rusiyanın və KTMT-nin Ermənistana kömək etməyəcəyinə tam əmin olan Ermənistan NATO və Avropa İttifaqından kömək istəməkdədir. Ermənistan prezidentinin Brüsselə səfəri, tez-tez Fransa prezidenti Emmanuel Makronun Putinə zəng etməsi, habelə bu gün ABŞ-da hər iki ölkənin xarici işlər nazirləri arasında baş tutacaq danışıqlar Ermənistanı qələbəyə susamış Azərbaycan əsgərinin polad pəncəsindən xilas etməyə yönəlmiş addımlardır.

ABŞ-ın Dövlət katibi Mayk Pompeonun işə qarışması gözlənilən idi. İndiki hakimiyyətin Corc Sorosun yetirməsi olması belə düşünməyə əsas verir.  N. Paşinyan siyasi hakimiyyətə gələndə onun rəhbərlik etdiyi hərəkat Yerk (erməni dilində Çıxış) çox böyük ehtimalla antirusiya təmayüllü geooriyentasiyanı təbliğ edirdi. Azərbaycan Prezidenti İlham Əliyev xarici telekompaniyaların birinə verdiyi müsahibəsində Paşinyanın bu adı seçməsini onun Rusiyanın təsirindən çıxıb alternativ yolla hərəkət etməsinə dəlalət etdiyini bəyan etmişdir. Həmin alternativ Sorosun mənsub olduğu dövlətin təbliğ etdiyi yol hesab edilir. Son iki il ərzində N. Paşinyan Rusiyaya məxsus 3 telekanalı bağlamış, Xocalı soyqırımının Rusiya hərbçiləri tərəfindən törədildiyini bəyan etmiş, Rusiya yönümlü qüvvələri həbs etdirmiş, dostlarının Berlində, Parisdə və Vaşinqtonda olması barədə fikirlər səsləndirmişdir. ABŞ-a sarı “drayv”ı əsaslandıran məsələlərdən biri də bu ilin yayında ABŞ-ın Ermənistan hakimiyyətində korrupsiyaya qarşı mübarizə aparmaq məqsədilə mütəxəssis ayırmasıdır. Həmin mütəxəssis ölkədə korrupsiyaya qarşı mübarizə aparmalı və yeni antikorrupsiya orqanlarının yaradılması və onların fəaliyyətlərinin effektliyini artırmaq məqsədilə Ermənistan hökumətinə kömək etməlidir. Bu məqsədlə ABŞ Ermənistana 10 mln. dollar ayırıb. Bu müşavirin əsas vəzifəsi ABŞ-a təhsil səfərləri və treyninqlər təşkil etməli, əslində isə erməni dövlətinin əsaslarını dağıtmaq və onu ABŞ-ın təsir dairəsinə keçirməkdən ibarətdir. Bu ilin başlanğıcında Ukraynada da analoji addım atılmış və həmin fəaliyyət üçün 22 milyon dollar ayrılmışdır. Görünür ki, tarixi satelliti olan Ermənistanın bu xəyanətindən xəbərdar olması V. Putinin məlum münaqişədə neytrallığı Paşinyanın məğlubiyyətinə və hakimiyyətdən getməsinə hesablanıb.

M. Pompeonun danışıqlar ərəfəsində səsləndirdiyi sözlər münaqişənin həllindən daha çox ABŞ-ın regionda aparmaq istədiyi təhlükəli oyundan, Türkiyə ilə Rusiyanın arasını vurmaqdan, Türkiyəyə qarşı Avropanı bir araya gətirməkdən və bütün bunlara nail olmaq üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bir alət kimi faydalanmağa çalışmasından xəbər verir. O, Dağlıq Qarabağ ətrafındakı vəziyyəti şərh edərkən bunları söyləyib: “Bu, çətin bir diplomatik vəziyyətdir. Biz, əksər Avropa ölkələri kimi, hələ də doğru yolun münaqişəyə son qoymaq olduğuna inanırıq. Deskalasiya olduqca vacibdir, bunun üçün heç bir ölkə müdaxilə etməməli, münaqişə alovuna yanacaq tökməməlidir. Silah yoxdur, dəstək də yoxdur. Məhz bu nöqtədə hər kəs üçün məqbul olan diplomatik həll yolu əldə edilə bilər. Cümə günü onlarla danışacağım mövzu budur”. Dövlət katibi “heç bir ölkə müdaxilə etməməli” və “münaqişə alovuna yanacaq tökməməlidir” deyərkən təbii ki, Türkiyəni nəzədə tutub. Şübhəsiz belə bir mövqe həm də işğalçının Türkiyə ilə bağlı planlarına tam cavab verir.

Bütün bunlara baxmayaraq, ABŞ-ın münaqişə zonasında hərbi əməliyyatları dayandırmaq iqtidarında olması çox az ehtimal edilir. Əgər bunu Rusiya edə bilmədisə, o zaman rəsmi Vaşinqtonun edəcəyi inandırıcı görünmür. İndiki şəraitdə Cənubi Qafqazda Türkiyənin Rusiya ilə daha sıx ittifaq yaratması və ondan S-400 raket kompleksi alması, həmçinin Avropanın anti-türk qüvvələrinə inamla meydan oxuması Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın hətta cüzi uğur qazana biləcəyinə şübhə yaradır. Digər tərəfdən, İranın özünü ABŞ meyilli Ermənistandansa, Rusiya-Türkiyə tandeminin yanında daha rahat hiss etməsi həm regionda, həm də hərbi əməliyyatlar zonasında ABŞ-ın geosiyasi maraqlarının offsaydda qalmasına və ya şahmat dili ilə desək seytnota düşməsinə dəlalət edir. 

Putinin Minsk Qrupunun formatının dəyişə bilmə ehtimalını dilə gətirməsi, Türkiyə ilə əməkdaşlığa yüksək qiymət verməsi, İranın regional problemləri 3+2 formulu (Rusiya+Türkiyə+İran, Azərbaycan və Ermənistan) üzrə daha məqbul şəkildə həll edilə bilməsi fikrini səsləndirməsi Ermənistanın son ümidi olan Vaşinqtonun münaqişə bölgəsində təsir imkanlarının minimuma bərabər olduğuna işarədir.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı