Cənubi Qafqazı dəyişən “əks-həmlə”nin bir aylıq uğurları … Davamı da gələcək

Analitika 11:05 28.10.2020

Sentyabrın 27-dən başlanmış əks-həmlə əməliyyatlarının bir ayı tamam oldu. Bu müddət ərzində Ermənistanın işğalçılıq siyasəti həm diplomatik, həm də hərbi əməliyyatlar meydanında ciddi zərbə alıb. Həmin zərbələrin ümumiləşdirilmiş (statistik) mənzərəsi aşağıdakı faktlarda öz əksini tapıb:

1. Status-kvo və təmas xətti aradan qaldırılıb. 150-dən artıq yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən tapdağından azad edilib. Yeni yaşayış məntəqələrinin – Kəlbəcərin və Laçın dəhlizinin azad olunması istiqamətində qanlı döyüşlər davam edir. Deokkupasiyanın arealı genişlənməkdədir.

2. Düşmənin xeyli sayda hərbi texnikası məhv edilib. Sentyabrın 26-da Prezidentin xalqa müraciətində son bir ayda Ermənistanın məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasının bir hissəsi diqqətə çatdırılmışdır: tank – 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tank. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə - 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Düşmən toplam 404 yük avtomobilindən məhrum edilib.  Son bir ayda Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir.

3. Düşmənin mənəvi-psixoloji durumu olduqca aşağı səviyyədədir. Ermənistan ordusunda fərarilik halları xeyli artıb. Koronovirus diaqnozu ilə ordudan yayınma halları artmaqdadır; Erməni separatizmi və onun ideoloji kökü olan Miatsum və Böyük Ermənistan ideyasına sağalmaz zərbə vurulmaqdadır. Müzəffər Azərbaycan Ordusu işğalçı ölkəni “yeni müharibə - yeni torpaqlar” ideyasını “əks-həmlə və Azərbaycan ərazilərinin deokkupasiyası” əməliyyatları ilə əvəzləyərək onu “ərazi əvəzində status” formulundan əl çəkməyə vadar etdi. ƏN ƏSASI İSƏ ARTIQ STATUS ADLI BİR ANLAYIŞ YOXDUR və REFERENDUM OLMAYACAQ.

4. Azərbaycan son 27 il ərzində itirmiş olduğu 132 km-lik Azərbaycan-İran sərhədlərini  erməni işğalından azad etməklə ölkəmizin həmin istiqamətdə ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş oldu. Bu sərhəd xəttinin nəzarətə götrülməsi və yaxın gələcəkdə Dağlıq Qarabağın işğaldan azad edilməsi istər ölkəmiz, istərsə də region və beynəlxalq aləm üçün ciddi təhlükə və təhdid mənbəyi olan transmilli cinayətkarlığın bütün təzahürlərinin (terrorizm, insan alveri, silah alveri, narkotiklərin becərilməsi və daşınması və s.) qarşısı alınacaq, həm də regionu erməni və kürd terror şəbəkəsinin işbirliyindən xilas edəcək.

5. Münaqişənin beynəlmilləlləşməsinə yol verilməyib. Düşmənin hərbi əməliyyatlar zonasını genişləndirmək və Ermənistan ərazisinin içərisinə gətirməklə KTMT-ni münaqişəyə cəlb etmək niyyəti puç olub. Minsk Qrupunun vasitəçilik missiyasi isə de-fakto dayandırılıb. Onlar işğalçının xeyrinə həm fərdi (Makronun Dağlıq Qarabağla bağlı qərəzli bəyanatı), həm də kollektiv şəkildə (Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər etməklə yeni sənəd qəbul etməyə səy göstərmişlər. Həmin sənəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş (822, 853, 874 və 884 saylı) qətnamələrin kölgədə qalmasına və onların qüvvədən düşməsinə, işğalçıya dəstək göstərilməsinə edilmiş cəhddir) addımlar atmaqla fəaliyətinin neytrallığını sual altına qoyub. Cəbhədə qazanılmış uğurlar danışıqlar prosesində Ermənistanın mövqeyini ciddi şəkildə zəiflədib, hətta onlar üçün dialoqun əhəmiyyətini tamamilə itirib. Hazırda işğalçı ölkə həm diplomatik, həm də döyüş səhnəsində yenidən uğur qazanmaq, bu yolla danışıqlar masasına qayıtmağa və yenidən tələblər irəli sürməyə ümid edirlər. Lakin onun hazırda mat vəziyyətinə düşdüyündən tezliklə təslim olacağı daha çox ehtimal edilir.

6. Ermənistan cəmiyyəti ictimai-siyasi sabitliyin pozulması ərəfəsindədir. Cəbhədə hərbi uğursuzluq nəticəsində istefalar bir-birini əvəz etməkdədir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan vəzifəsindən azad edilib. Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduqları vəzifədən azad olunublar.

Müxalif qüvvələrlə hakimiyyət arasında uçurum dərinləşməkdədir. Dünən Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan Nikol Paşinyan hökumətini hakimiyyəti hərbçilərə verməyə çağırıb. Manukyan öz müraciətində ölkədəki vəziyyəti erməni tarixinin ən rüsvayçı və dağıdıcı səhifələrindən biri kimi qiymətləndirib. Bu, Paşinyanın hakimiyyətdən dinc yolla kənarlaşdırılması ilə bağlı ikinci cəhddir. Birincisi, oktyabrın 17-də (müharibənin 20-ci günündə) olmuşdu. Öncə 13 partiya, sonra isə 16 partiya birgə bəyanatla çıxış etmişdilər. Bəyanatda Ermənistanın və Qarabağ separatçılarının keçmiş və indiki prezidentləri, baş nazirlər və xarici işlər nazirlərinin iştirakı ilə operativ qərargahın formalaşdırılması təklif olunurdu. Təklif edib ki, qərar qəbul etmək hüququ olan qərargah dövlət orqanı statusuna malik olsun. O zaman Paşinyan 16 partiyanın hücumuna reaksiya verməyib, “Qarabağı xilas etməyə” hazırlaşan eks-prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın fəal hərəkətlərinə qarşı çıxmışdı. Paşinyan Köçəryana Putinlə görüşmək üçün Moskvaya getməyə səlahiyyət vermədi.

Göründüyü kimi, N.Paşinyanın hətta milli məsələdə belə müxalifətlə, xüsusən də Rusiya meyilli qüvvələrə kompromisə getməsi inandırıcı görünmür. Belə bir kompromis hərbi uğursuzluqlar fonunda onun hakimiyyətinin zəifləməsi və getdikcə legitimliyinin itirilməsi anlamına gəlir. Cəbhədəki uğursuzluq davam edəcəyi təqdirdə Ermənistanda hakimiyyətə qarşı təzyiqlər artacağı, hətta “Post-aprel ssenarisinin” (2016-cı ilin Aprel döyüşlərindən sonra S.Sarkisyan istefa verməli oldu) təkrarlanacağı istisna edilmir. 

7. Son bir ay ərzində Azərbaycan ordusunun cəbhədə göstərdiyi performans dünyanın aparıcı ölkələrinin (xüsusən də ABŞ-ın) qərargahlarında tədqiq edilməkdədir. Azərbaycan ordusu 6-cı nəsil müharibəsi aparır. Bu müharibə yüksək dəqiqlikli silahların tətbiqi və manevr müharibəsi hesabına aparılan silahlı qarşıdurma hesab edilir. Belə demək mümkündürsə, müzəffər Azərbaycan Ordusu müasir dövrün hərb tarixində 6-cı NƏSİL MÜHARİBƏLƏRİNİN APARILMASININ PİONERİDİR. 

8. Azərbaycanın apardığı müharibə regionda yeni geosiyasi nizamın rüşeymlərini səpməkdədir. Azərbaycan üçün Türkiyə ilə “bir millət, iki dövlət” şüarına söykənən qardaşlıq əlaqələrınin, habelə Pakistan ilə də bu səviyyədə əməkdaşlığın daha da dərinləşəcəyi, lakin bununla belə coğrafi yaxınlıq prinsipinə görə Türkiyənin alternativsiz vektora çevriləcəyi istisna edilmir. Rusiya, İran və Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlığa söykənən mehriban qonşuluq və işgüzar münasibətlərinin inkişaf etdiriləcəyi ehtimalı da yüksək dəyərləndirilir. Müharibənin Azərbaycanın xeyrinə nəticələnməsi regionda ayrıcı xəttləri aradan qalıracaq, etimad mühitini möhkəmləndirəcək, hətta regional təhlükəsizlik sisteminin yaranmasına zəmin yaradacaq, ən əsası isə Cənubi Qafqazı sabitlik, əməkdaşlıq və inkişaf məkanına çevirəcək. 

Zəfər Nəcəfov,

beynəlxalq münasibətlər üzrə ekspert

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi

Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək
17:19 18.03.2024
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
Böyük Britaniya XİN: "Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir"
17:15 18.03.2024
Ceyhun Bayramov Türkiyəni təbrik etdi
17:08 18.03.2024
“Azərbaycan Qarabağdakı yenidənqurma işləri ilə dünyaya nümunə olacaq” – Məhəmməd Yunus
17:00 18.03.2024
Ötən həftə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI
16:56 18.03.2024
Hamısı