"Paşinyanın "oyuncaq evi" bir anda, heç nədən yıxılıb dağıla bilər" eskpert

Analitika 17:35 29.10.2020

Rusiyalı politoloq, “Avrasiya İdeyalar Emalatxanası” Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri, politoloq Qriqori Trofimçuk Eurasia Diary redaksiyasına verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsi ətrafında aktual mövzular müzakirə edildi.

Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Ümumerməni konsolidasiyasına ehtiyacımız var. Ermənilərin taleyi risk altındadır. Qarabağın itirilməsilə razılaşa bilmərik” fikirləri barədə danışarkən politoloq dedi.

“Ermənistanın baş nazirini, ilk növbədə, öz siyasi taleyi maraqlandırır, çünki hamı onun hakimiyyətə necə gəldiyini çox yaxşı bilir – və indi elə özünün təhrik etdiyi çıxılmaz vəziyyətə düşüb. Buna görə də Paşinyan fəaliyyətinin nəticələrini bütün ermənilərin taleyi ilə əlaqələndirməyə çalışır. Əslində isə sual olduqca sadədir: dünyanın ən müxtəlif ölkələrində yaşayan ermənilərin heç olmasa müəyyən bir hissəsi bu liderin rəhbərliyi altında döyüşməyə hazırdırmı? Artıq erməni icmasının içərisindən Paşinyanın hakimiyyətdən kənarlaşdırılması və bir növ hərbi rəhbərliklə əvəzlənməsi təklifləri səslənir. Ermənilər bu şəxsin rəhbərliyi altında nəinki Qarabağı, hətta Süniki də itirə biləcəyinin fərqindədirlər (çünki Zəngilanı itirəcəkləri belə də aydındır). Bura Qaregin Njde və s. kimi əsas ideoloqlarının fikirləri ilə bəslənən Ermənistanın bütün güc mərkəzləri aiddir.

Bu, həqiqətən tarixi mərhələdir, lakin bu dövrə Paşinyan kimi liderlə daxil olmaq özlüyündə fəlakətdir. Başqa sözlə, liderin obrazı onunla tamamilə ziddiyyət təşkil edərək tarixi məqamla uyğunlaşmır".

Ermənistan Baş naziri dünənki çıxışında “Qarabağın mübarizə aparmaq üçün kifayət qədər silahının olduğunu” bildirdi. Fikrimizcə, Qarabağ deyərkən, o, Ermənistanı nəzərdə tutur, bu baxımdan Azərbaycan Laçın istiqamətində Ermənistanın sərhədlərinə yaxınlaşanda, Ermənistanın  yeni hərbi əməliyyatlara səbəb ola biləcəyi ehtimalı barədə sual verdik. Bununla bağlı Azərbaycanın cavabı nə olmalıdır sualını ekspertlə müzakirə etdik, o  isə bunları qeyd etdi:

“Son iki ildə Paşinyan özü dünya informasiya məkanında Ermənistanın getdikcə daha çox yeni silah sistemləri, o cümlədən ən son qırıcı təyyarələr, İskəndər və s. alması xəbərlərini yayıb. Eyni zamanda, ekspertlər həmişə sual verirdilər: əgər belə  bir silahınız varsa, Ermənistan özü lazım bildikdə onu istifadə edə biləcəkmi? İrəvan buna şübhəsiz “hə” ilə cavab verdi. İndi iki vəziyyətdən biri yaranıb: ya Ermənistan ordusunda belə bir silah yoxdur, ya ondan necə istifadə edəcəyini bilmir, ya da sadəcə istifadə etməkdən qorxur. Hər halda, Qarabağda hələ də erməni qırıcıları və bombardmançılarının izi-tozu görünmür. Qalır erməni xalqının qlobal səfərbərliyi ilə Azərbaycan ordusunu sözlə qorxutmaq. Digər tərəfdən, Azərbaycan açıq şəkildə Ermənistanın daha sərt addımlar atmasına hazırdır - məsələn, daha xaotik raket hücumları. Hər halda, Ermənistanın reaksiyasında yeni heç nə olmayacaq, çünki  hər iki tərəfin nəyə qadir olduğu onsuz da bütün müşahidəçilər üçün az-çox aydındır. Paşinyan yenə hamını sözlərlə qorxutmağa çalışır və göründüyü kimi bu, bacardığı yeganə şeydir. Ermənistan bu şəkildə müharibəyə çoxdan başlayıb, çünki Paşiyanın özü şəxsən Qarabağdakı müharibəyə erməni vətəndaşlarını açıq şəkildə göndərir. Ancaq bu hələ Rusiyada və ümumilikdə KTMT-də təəssürat oyatmayıb, çünki onlar Paşinyan üçün “işləməyə” başlamazdan əvvəl bir daha düşünəcəklər. Xatırladaq ki, bir-iki il əvvəl Paşinyan özü bu təşkilatın baş katibini həbs edərək KTMT-nin başsız qoymağa çalışmışdı. Buna görə də, Azərbaycan ordusu Laçına yaxınlaşsa, heç nə dəyişməyəcək, sadəcə, Ermənistan baş nazirinin qışqırtısı artacaq. Eyni zamanda, uzun müddətdir ki, əsas sualın üzərində düşünən aparıcı Qərb ölkələrinə daha  diqqətlə baxmağı məsləhət görərdim: nə vaxt və hansı formada Qarabağın suverenliyini tanımalıdırlar ki, o nə Ermənistan, nə də Azərbaycanın olsun. Nə qədər ki, Azərbaycan Qarabağın düzənliklərində irəliləyir, hələ bunu düşünməyə vaxtları var".

ATƏT-in Minsk Qrupuna üzv ölkələr döyüş əməliyyatlarının dayandırılmasına və münaqişənin diplomatik yolla həllinə çağırırlar, eyni zamanda Fransa açıq şəkildə Ermənistanı həm silahlarla bağlı, həm də Qarabağın müstəqil olaraq tanınmasına dair qanunsuz bəyanatlarla dəstəkləyir. Bəzi məlumatlara görə, Rusiya tərəfi də Ermənistanı silahlandırır, bu da hərbi əməliyyatların müddətini uzadır və danışıqlar prosesini ləngidir. Bu barədə Trofimçukla danışarkən bunları dedi:

“Fransa əslində bu anda Ermənistanı açıq şəkildə dəstəkləyən yeganə Qərb ölkəsidir. ABŞ kimi digər aparıcı Qərb qüvvələri hələ də kənardadır, çünki dediyim kimi gözləməyə vaxtları var. Fransanın bu mənada itirəcəyi heç nə yoxdur, çünki onsuz da bütün dünya üçün ermənipərəst görünür. Ancaq Parisin dəstəyi İrəvana çox kömək etmədi, çünki mövcud müharibə dövründə heç bir şey dəyişməyib.

Azərbaycan onsuz da öz ssenarisinə uyğun hərəkət edir. Parisin fransız ekspedisiya korpusunu Qarabağa göndərməsi ehtimalı yoxdur. Fransa hər iki ayağı ilə Ermənistan tərəfində durmasaydı, hər şeyə obyektiv baxsaydı, daha güclü görünərdü. Belə bir mövqe onun üçün də faydalı olardı. Bakı üçün daha vacibi Fransa tərəfindən Qarabağın suverenliyinin tanınması deyil, Vaşinqton və Ağ Ev tərəfindən də oxşar addım atılmasıdır. Ancaq Qərb indiyə qədər vəziyyəti ayrı-ayrı fransız və digər siyasətçilərin köməyi ilə yoxlamağa üstünlük verir.

Rusiya Federasiyasının son illərdə Ermənistanı silahlandırdığı heç kimə sirr deyildi nəzərə alsaq ki, Ermənistan:

KTMT-nin üzvüdür;

iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında əlavə razılaşma var idi.

Azərbaycan da bunu yaxşı bilirdi, ona görə də bu vəziyyəti nəzərə alaraq hərəkət edir. Eyni zamanda, daha öncə dediyim faktı da nəzərə almaq lazımdır: nədənsə Ermənistan ordusu Azərbaycanla müharibədə yeni silahlardan istifadə etmir. Düşünürəm ki, Bakı bunun səbəbini özü deyə bilər”.

“Avrasiya İdeyalar Emalatxanası” Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk ilə söhbətin sonunda danışıqlar prosesi, onun iştirakçıları və bu gün üçün münaqişənin mümkün həll yolu barədə fikirlərini öyrəndik:

“Azərbaycan Prezidenti İlham Əliyev bu suala dəqiq cavab verdi və düşünürəm ki, bu məsələdə heç bir dəyişiklik olmayacaq.

Bakı hələ də Ermənistanla danışıqlara hazırdır, ancaq yalnız bir şərtlə: Ermənistan ordusu razılaşdırılmış bütün əraziləri sülh yolu ilə tərk etsin. Məsələnin bu şəkildə qoyuluşunu təbii ki, Ermənistan bəyənməyə bilər. Ancaq bu vəziyyətdə, məğlubiyyətləri və uğurlarının sayını tarazlaşdırmaq üçün cəbhədə bir sıra inandırıcı qələbələr qazanması lazımdır - və sonra bu yeni mövqelərdən tələblərini irəli sürəcək. Ancaq hələlik Paşinyan nəyisə tələb edə bilmir. Buna görə gah danışıqların tərəfdarıdır, gah əleyhinədir, sonra yenə tərəfdarıdır, sonra da əleyhinədir.

Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda, əsas məsələ konkret olmaqdır, on illər boyu masa arxasındakı, Paşinyanın da "Qarabağ"ın nümayəndələrinin iştirakını tələb edən məqsədyönlü olmayan davranışıdır.

Əslində bütün bu qəribə "Qarabağ" tezisləri mövcud müharibəni təhrik etdi, çünki hətta Sarkisyanın dövründə və 2016-cı ilin aprel müharibəsi zamanı Ermənistan-Azərbaycan danışıqları hələ davam edirdi. Paşinyan gəldikdən sonra müharibə oldu. Anna Akopyan avtomatla “maraqlı” fotosessiya etməli deyildi, lap bu “silah” divara asılmış olsa belə.

Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan müharibənin bəzi sədlərini aşarsa, Azərbaycan istəməsə belə Ermənistanın öz ərazisinə keçə bilər. Sadəcə bu regionda hər şey bir-birinə o qədər yaxındır ki, Nikol Paşinyanın “oyuncaq evi təsadüfən, heç nədən yıxılıb dağıla bilər.

Müsahibəni götürdü: Sədrəddin Ağcayev

Tərcümə etdi: Gülnar Səlimova

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı