Qarabağdakı proseslər məntiqi sonluqla nəticələndi Realpolitik və regional güclər

Analitika 14:54 10.11.2020

Azərbaycan xalqı gecəni sevinc hissi ilə keçirdi. Ölkə rəhbərinin çıxışı və müharibənin bitməsi insanların içində bir rahatlıq yaratdı. Lakin bu hələ də son deyil, müharibənin başlaması və bitməsi xalqın çiyinlərindən bir yük götürüb başqa yük qoydu.

Artıq vəziyyət dəyişib, tarixdən dərs alıb, hərəkət etmək lazımdır. Yanlış etdiklərimizi dərk edib, səhv qərarlar almamaq vaxtıdır. Hadisələr Ermənistanın tam məğlubiyyəti ilə yekunlaşdı. Azərbaycan siyasi rəhbərliyi “Realpolitik” və geosiyasi durumu nəzərdən keçirərərək qərarını açıqladı. Nəticə etibarı ilə istədiyinə nail oldu, lakin münaqişənin həllində digər Cənubi Qafqazda siyasi çəkisi olan qüvvələrin də maraqları nəzərə alındı.

Hadisələrin gedişatını isə bir neçə aspektdən izah etmək vacibdir. İlk öncə Azərbaycanın maraqlarını nəzərə alaq. Azərbaycan xalqı böyük bir şücaət göstərərək Orduya hər cür dəstək oldu və bunun nəticəsində isə ard-arda qələbə xəbərləri səsləndi. Bununla da birinci müharibədəki məğlubiyyət hissindən qurtuldu. Bunu müharibənin bitməsindən sonra xalqın Şəhidlər Xiyabanına və şəhər küçələrinə axın etməsindən anlamaq olar. Azərbaycan siyasi rəhbərliyi “Madrid prinsipləri” çərçivəsində Qarabağın statusu məsələsində kölgəli qalan məqamlarla heç bir zaman razı olmayıb. Bu müharibənin sonu və Ordunun qələbəsi Azərbaycana imkan verdi ki, status məsələsini gündəmdən yığışdırsın.

Bundan əlavə, Qarabağ ərazisindən məcburi köçkün düşən əhali mümkün yaxın zamanda öz yurdlarına geri dönəcək. Daha bir məqam isə Naxçıvana quru yolu ilə dəhlizin əldə olunmasıdır. Bir sözlə Madrid Prinsiplərinin Azərbaycana daha da sərfəli variantının yerinə yetirilməsi nəzərdə tutulur. Təbii ki, əksi düşünülə də bilməz. Azərbaycan Ordusunun müdaxiləsi bu şəraiti təmin etdi.

Daha sonra isə düşmən Ermənistan tərəfinin müharibədən itkilərinə nəzər salaq. Qeyd edək ki, Ermənistanın heç bir qazancı yoxdur. Çünki bu zamana qədər işğal altında saxlayaraq de-fakto nəzarət etdiyi Qarabağ artıq onların nəzarətində olmayacaq. Nəinki Dağlıq Qarabağ hətta ətraf ərazilərə də iddia edən Ermənistan tamamilə bu istəyindən məhrum oldu. Qarabağın azadlığını tələb edən Ermənistan bu tələbi bir daha səsləndirə bilməyəcək. Daha sonra Ermənistan siyasi rəhbərliyinin qərarı əhali arasında ciddi narazılıqla müşahidə olundu və hətta Nikol Paşinyan devrilmək və ya istefa vermək təhlükəsi ilə üz-üzədir. Müharibə nəticəsində hərbi texnikasının yarısını və on mindən çox canlı qüvvəsini itirən Ermənistan Ordusunun bərpa prosesi də ciddi suallar doğurur. İqtisadi tənəzzül, siyasi qeyri-sabitlik bir qədər Ermənistanın sosial vəziyyətini çətinləşdirəcəyi şübhəsizdir. Rusiyaya hami kimi baxan Ermənistan bu məsələdə də öz cavabını aldı.

Regionun əsas gücü olan Rusiya öz maraqlarını tam şəkildə təmin etdi. Ermənistanda hərbi varlığa sahib olan Rusiya artıq Azərbaycanda da bu imkanı əldə etdi. Bu isə Yaxın Şərqə çıxış üçün olduqca vacib elementlərdən hesab olunur. Orta Şərqə çıxış İran vasitəsi ilə aparılacaq. Müharibə zamanı Ermənistana Rusiya hərbi yüklərini öz ərazisindən keçirməsinə razılıq verən İran üçün bu proses heç də yeni deyil. Rusiya nüvə silahına malik donanması ilə artıq isti dənizlərdə hərbi varlığını təmin edə bilər. Güman etmək olar ki, bu işdə Türkiyənin su ərazisindən istifadə də problem çox az görünəcək.

Müharibənin sonunda hələ də tam şəkildə bəlli olmayan lakin təxminlər üzərindən dəyərləndirilən razılıqda Türkiyə də öz payına sahib durdu. Naxçıvana quru yolu ilə Azərbaycan vasitəsi ilə birbaşa Mərkəzi Asiyaya da çıxış əldə edən Türkiyə regionda öz təsirini bir qədər artıra bildi. Münaqişənin tənzimlənməsində rol əldə edən Türkiyə Rusiya ilə birlikdə Fransa və ABŞ kimi ATƏT-in Minsk Qrupunun üzvlərini faktiki olaraq prosesdən kənar qoya bildi. Bununlada Cənubi Qafqazda problemlərin həllində regiondan kənar qüvvələrin iştirakı olmayacaq.

Cənubi Qafqazda nisbətən az təsirə malik olan İranın da bu müharibə prosesində Azərbaycanı dəstəkləməsi artıq kifayət qədər nəzərə çarpacaq nüansdır. İran üçün münaqişənin tam şəklidə Azərbaycanın üstünlüyü ilə bitməsi müəyyən mənada problemli görünür. Lakin regionda qüvvələr balansının təmin olunması və hərbi qarşıdurmaların bitməsi İranın şimal sərhəddinin təhlükəsizliyini tam təmin edəcək. Nəzərə alaq ki, sərhədlərinin əksəriyyəti Orta Şərqin qaynar nöqtələri ilə əhatə olunub, bu, İran üçün dəyəri kiçiləcək qazanc deyil.

Qərb artıq regionda maksimum şəkildə potensial təsirini itirdi. Müharibə zamanı Azərbaycana heç bir dəstək bildirməyən və Nikol Paşinyanın zənglərinə sakit qalan Qərb bloku Cənubi Qafqazda sadəcə Gürcüstan üzərindən kiçik təsirə malik olacaq.

Proseslər tam bitməyib və növbəti baş verənlər hadisələrin inkişafından asılı olacaq. Azərbaycan siyasi rəhbərliyi və xalqı qarşısında ciddi məsələlər dayanır. Ordunun inkişafı bu prosesdə əsas nöqtə hesab olunur. Daha sonra isə iqtisadi gücə və islahatlara ehtiyac yaranacaq. Ehtimal ki, Azərbaycan dövləti bunları artıq nəzərə alıb.

Nəticə olaraq isə Qarabağda heç bir statusdan söhbət gedə bilməz, Ermənistanın tam məğlubiyyətini etiraf etdi. Münaqişənin həllində ATƏT-in Minsk Qrupunun rolu heçə endi. Bundan sonra Azərbaycan-Ermənistan münaqişəsinin həlli Rusiya və Türkiyənin iştirakında davam edəcək. Hadisələrin nəticəsi isə tam olaraq növbəti baş verənlərdən asılı olacaq. Realpolitik gücə dayanır və Cənubi Qafqazda istənilən münaqişənin həllində regional güclərin iştirakının olmamasını təsəvvür etmək sadəcə mümkünsüzdür. Azərbaycanın nailiyyəti onun gücünün sərhədləri ilə müəyyən olunur. Nəzərə alaq ki, yekun qərar səsələndirilməyib və baş verənlərin təhlili spekulyativ xarakter daşıyır.

Ülvi Əhmədli

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı