Qarabağ razılaşması davamlı olarsa, Rusiya və Türkiyə istəklərinə çatır ekspert

Analitika 12:58 17.11.2020

İkinci Qarabağ müharibəsi Azərbaycanın qalibiyyəti ilə və bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsilə başa çatdı. Eurasia Diary redaksiyası Qarabağ ətrafında yaranmış vəziyyəti Türkiyəli ekspert Engin Özerlə müzakirə edib. O, Rusiyanın öz sülhməramlılarını Qarabağda yerləşdirməsinə münasibət bildirərkən bunları deyib:

“Rusiyanın Qarabağa sülhməramlılarını göndərməsi təəccüblü hal deyil. Anlaşılmayan məqam burada türk ünsürünün olmamasıdır. Türkiyə tərəfinin orada ortaq sülhməramlı qüvvələrin olacağına dair gözləntisi vardı. Bildiyiniz kimi, Dağlıq Qarabağ SSRİ dövründə muxtariyyət statusuna malik idi. O zaman yerli erməni əhalisinin təhlükəsizliyini Sovet İttifaqı qoruyurdu. Rusiya Federasiyası Konstitusiyasına görə, Rusiya Sovet İttifaqının varisidir. Buna görə, Rusiyanın sülhməramlı missiyasını yerinə yetirməsi təəccüblü deyil. Ancaq Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması və Rusiyanı neytral tərəf kimi ora daxil etməsi sual doğurur. Azərbaycanın polis qüvvələri bura daxil olduğu zaman, həmçinin erməni silahlı qüvvələrinin çıxarılması zamanı qarşıdurma olmaması üçün üçüncü dövlətin sülhməramlılarına ehtiyac vardı. Amma orada başqa bir neytral dövlətin, məsələn Almaniyanın sülməramlıları ola bilərdi”, E. Özer qeyd edib.

Ermənilərin Qarabağa yerləşdirilməsindən danışarkən ekspert burada əsas təhdidin ermənilərə Rusiya vətəndaşlığının verilməsi ehtimalı olduğunu qeyd edib.

“Rusiyanın yeni konstitusiyasına görə bu, keçmiş Sovet İttifaqı ərazisində xüsusi qərarla verilə bilər. Bunu Luqansk və Osetiyada gördük. Bilirik ki, Rusiyanın Qarabağda qalmaq fikri var. Azərbaycan qanunvericiliyinə görə, ermənilərə Azərbaycan vətəndaşlığı verilməli və erməni vətəndaşlara yaşayış icazəsi verilməlidir. Bir erməninin həm Ermənistan, həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı olmamalıdır. Azərbaycan buna ciddi nəzarət etməlidir. Azərbaycan Rusiyanın ermənilərə rus pasportu verməsini əngəlləməlidir. Belə bir addım atılarsa Türkiyə Azərbaycanın razılığı ilə orada yaşayan azərbaycanlılara Türkiyə vətəndaşlığı verə bilər”, ekspert bildirib.

E. Özerin sözlərinə görə, Qarabağa yerləşdirilən əhali 1988-ci ildən öncə burada yaşayanlardan ibarət olmalıdır. Azərbaycan, evini satmaq istəyən azərbaycanlılardan könüllülük əsasında mülkləri almalıdır. Bu işlə məşğul olan fond yaradıla bilər. Lazım gələrsə Türkiyə bu məsələdə Azərbaycana dəstək olar.

Müharibədən sonra erməni və azərbaycanlı əhalinin birgə yaşayışının necə mümkün olacağı ilə bağlı eskpert qeyd edib:

“Buna misal olaraq Beyrut nümunəsini göstərmək olar. Azərbaycanlılar və ermənilər bu bölgədə birgə yaşaya bilər. Qarşıdakı mərhələlərdə iki xalqın nümayəndələrindən ibarət qurum yaradıla bilər. Fikrimcə, bu ruslardan deyil, kənardan, proseslərlə əlaqəsi olmayan dövlət vasitəsilə təşkil edilə bilər. Referendum olacağı təqdirdə Rusiya bölgədə qala bilməsi üçün pasport verəcək. 5 il sonra ola bilsin ki, Xankəndidə bəzi məhlələrdə ermənilər, bəzilərində azərbaycanlılar yaşasın. Müharibədə iştirak etmiş hərbçi heyətin orada yaşamasına isə icazə verilməyəcək”, deyə o əlavə edib.

Ekspert, həmçinin Türkiyə və Rusiyanın münaqişənin həllinə təsir imkanları və Cənubi Qafqazda qüvvələr balansı barədə danışıb.

“Rusiyanın Qarabağda məqsədi prosesə təsir edə bilməkdir. Sülhməramlılarını da buna görə yerləşdirib. Bundan əlavə, Kreml Paşinyandan sonra Rusiyaya daha yaxın olan namizədin Ermənistanda hakimiyyətə gəlməsini istəyir. İndi bu mümkün olmasa da, sonrakı mərhələdə baş berə bilər. Türkiyə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün dəstək nümayiş etdirir. Digər tərəfdən, logistik baxımdan Naxçıvanla Azərbaycanı birləşdirmək üçün koridor açılır. Bu koridora hələ ki, Rusiyanın sərhəd xidməti nəzarət edəcək. Türkiyə logistik baxımdan qazanc əldə etdi. Razılaşma bu cür davam edərsə Rusiya və Türkiyə öz istəklərinə kifayət qədər çatmış olurlar. Hər hansı bir qarşıdurma olacağını gözləmirəm.

Ərdoğan və Putin arasında bölgədəki problemlərin region dövlətləri tərəfindən həll edilməsinə dair ümumi bir yanaşma var. Dünyada bəzi bölgələrdə Rusiya və Türkiyənin maraqları toqquşsa və konflikt həddinə çatsa da, problemlərə kənar gücləri daxil etməməkdə həmfikirdirlər. Məsələn, Qarabağ münaqişəsinə Fransanın müdaxiləsində Türkiyə və Rusiya həmfikirdirlər. Rusiya və Türkiyə arasında tez-tez problemlər olsa da, iki ölkə arasında olduğu üçün kənar təsirlər olmadan həll edilə bilir. Cənubi Qafqazda qüvvələr balansı Türkiyə və Rusiya ilə yenə dəyişir. Risklər və qazanclar Qərb gücləri əvəzinə region gücləri arasında bölünür. Türkiyə Qarabağda geri addım atdığı zaman İdlibdə Rusiya buna qarşılıq verir. Bu balans kritik olmasına rəğmən qarşıdurmaya səbəb olmur. Buna görə də, bu razılaşmanın davamlı ola biləcəyinə inanıram”, deyə ekspert fikrini tamamlayıb.

Müsahibəni aldı və tərcümə etdi: Gülnar Səlimova

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
Hamısı