Putin Qarabağ nizamlanmasında Ermənistanla “bütün körpüləri” yandırmaq istəmir

Analitika 11:15 20.11.2020

Üç gün öncə KİV-də Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələrə münasibət bildirib. Kreml rəhbərinin münasibətini 3 istiqamət üzrə şərh etmək olar:

1. 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməsi; 2. Münaqişənin tənzimlənməsində Azərbaycanın üstünlükləri; 3. Nizamlanma prosesində Türkiyənin yeri.

Ermənistan münaqişədə məğlub tərəf olduğu üçün 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Həmin öhdəliklər arasında heç şübhəsiz ən əsası noyabrın 15-dən dekabrın 1-dək işğalda saxladığı Ağdam, Laçın və Kəlbəcərin boşaldılması hesab edilir. Artıq Ermənistan rəhbərliyi V. Putinə yalvararaq, Kəlbəcərin boşaldılması prosesini 10 gün (15 noyabrdan - 25 noyabradək) artırmağa müvəffəq olub. Rəsmi İrəvan bunu vaxtın azlığı və Kəlbəcərdən Ermənistana yalnız bir yolun olması ilə əlaqələndirib. Ölkədə isə siyasi abu-hava heç də yaxşı deyil. İstefaların və həbslərin genişlənməsi, Paşinyana münasibətdə narazılıqların durmadan artması və mitinqlərin ara verməməsi, Ermənistan prezidentinin barış hökuməti yaratmaq və növbədənkənar seçkilərə getmək fikirləri ölkədə ciddi siyasi böhranın olmasına və ondan çıxış yolunun axtarılmasına dəlalət edir. Belə bir mürəkkəb şəraitdə işğal altında olan torpaqlardan erməni qoşunlarının çıxmaq istəməməsi, Rusiya sülhməramlılarına müqavimət göstərməsi açıq-aşkar özübü büruzə verməkdədir. Hətta yayılan qeyri-rəsmi məlumatlara görə Ağdamda erməni qoşunları ilə rus sülhməramlıları arasında baş vermiş ciddi atışma nəticəsində rus sülhməramlıları və erməni əsgərləri arasında itkilərin olduğu bildirilib. Bütün bunlara baxmayaraq, Putin bəyanatdan irəli gələn öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirildiyini bəyan edib. Əks tədirdə, Ermənistanın həmin Bəyanatdan imtinası onun üçün intihara bərabərdir. Çünki real vəziyyət Ermənistan üçün daha ağır nəticələr doğura bilər.

Belə görünür ki, Rusiya çətin vəziyyətdə olan müttəfiqi ilə bütün körpüləri yandırmaq fikrində deyil. Əks halda Ermənistanda anti-Rusiya eksperimenti yenidən həyata keçirilə bilər. Çünki buna şübhə var. Paris merinin Qarabağdakı qeyri-legitim rejimi rəsmən tanımağa hazırlaşması, Niderland parlamentinin Türkiyənin silah satışına moratorium elan etməsi və Azərbaycan hakimiyyətinə münasibətdə fərdi saksiya tətbiq etməsi, ABŞ dövlət katibi Mayk Pompeonun Sergey Lavrovu  onları Dağlıq Qarabağda son hadisələrlə bağlı zəruri məlumatlarla təmin etməməkdə günahlandırması mahiyyət etibarı ilə Dağlıq Qarabağda sülh prosesinə və Rusiyanın sülhyaratma fəaliyyətinə mane olmaq məqsədi güdür. Pompeonun fikirləri həmsədrlərin problemin tənzimlənməsində Rusiyanın rolunun artmasına yol verməmək anlamına və öz ölkəsinin bu prosesdən kənarda qalmamasına dəlalət edir. Fransalı həmsədrin rolu isə öz ölkəsinin açıq ermənipərəst rolunu ört-basdır etmək və rəsmi Parisin həmsədr ölkələrdən biri kimi “netrallığını” nümayiş etdirməkdir.

Azərbaycana gəlincə, Putin Dağlıq Qarabağın həmişə Azərbaycan ərazi olmasını və beynəlxalq hüquqla ona məxsus olduğunu bəyan edib. Status məsələsinə toxunarkən qeyd edib ki, “biz bugünkü status-kvonu, mövcud vəziyyəti saxlamaq barədə razılığa gəlmişik. Sonra nə olacaq - bunu gələcəkdə, ya da gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları həll etməlidirlər. Lakin, mənim fikrimcə, əgər normal həyat, Azərbaycan və Ermənistan, məişət səviyyəsində insanlar arasında, xüsusən də münaqişə zonasında, münasibətlərin bərpa olunması üçün şərait yaradılsa, bu Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yaradacaq". Şübhəsiz, müxtəlif istiqamətlərdə yozula və Rusiyaya manevr imkanı yarada bilən bu fikirdə bir həqiqət ondan ibarətdir ki, əgər ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaşamaq istəsələr ölkəmizin qanunlarına tabe olmalıdırlar. Belə olarsa, Dağlıq Qarabağda birgəyaşayış üçün etimad mühitinin və tolerantlığın əsasını qoyacaq, multikultural mədəniyyəti formalaşdıracaq. Multikulturalizm – bütün mədəniyyətlərin bir arada dinc və diskriminasiyasız yaşaması və inkişafı deməkdir.  

Azərbaycanla Türkiyə arasında müttəfiqlik ölkəmizin suveren dövlət kimi etdiyi seçimdir və bu hüququ heç kim məhdudlaşdırmaq iqtidarında deyil.  

Rusiya-Türkiyə monitorinq mərkəzlərinin harada yerləşməsinə Azərbaycanın qərar verəcəyi olduqca mühüm faktdır. Bu  mərkəzlərin seçimində Azərbaycanın daha çox hazırkı təmas xəttinə daxil olan Dağlıq Qarabağ ərazilərinə - Xankəndi, Xocavənd və Əsgərana üstünlük verəcəyi daha çox ehtimal edilir.

Türkiyəyə gəlincə, Putin onun Minsk Qrupunun üzvü olması və münaqişənin nizamlanmasına yönəlmiş beynəlxalq səylərdə yer almasını dilə gətirməklə rəsmi Ankaranın beynəlxalq hüququ pozmaqda ittiham edilməsinin yolverilməz olduğunu bəyan etdi. Bundan əlavə, Rusiya ilə Türkiyə arasında atəşkəsə birgə nəzarət məsələsinə toxunan Putin belə bir təcrübənin Türkiyə Suriya sərhəddində yerləşən İdlibdə birgə patrul xidmətinin yerinə yetirilməsi zamanı yarandığını bildirib.

Daha vacib məqam isə Putinin “Türk əsgərinin Dağlıq Qarabağda təmas xəttində olması erməni təxribatına səbəb ola bilər” fikridir. İlk baxışdan bu firkrin səsləndirilməsi Rusiyanın Türkiyəni erməni təxribatı ilə təhdid etmək və onun ambisiyalarını azaltmaq niyyəti ilə bağlı ola bilər. Digər tərəfdən, təmas xəttinin rus-türk sülhməramlıları tərəfindən birgə idarə edilməsi Ermənistanda Rusiyaya qarşı güclənməkdə olan apatiyanı bir qədər də artıra, hətta bunu Ermənistana qarşı rəsmi Moskva ilə Ankara arasında gizli saziş kimi qələmə verə bilər. Bu cür yanaşma Ermənistanın strateji müttəfiqi kimi Rusiyanın planlarına daxil deyil.  

Lakin Putinin fikirlərində müəyyən həqiqətin olmasını da danmaq olmaz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi və bu prosesdə beynəlxalq sənədləri əldə rəhbər tutduğu bir şəraitdə bəzi ermənipərəst və xristian təəssübkeşliyini gizlətməyən Avropa ölkələri ölkəmizə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqe ortaya qoymaqdadır. Yuxarıda qeyd etdiyimiz Fransa və Niderlandın, habelə qardaş Türkiyəyə qarşı Kanadanın qərəzli mövqeyi buna misaldır. Düşündürücü məqam ondan ibarətdir ki, hələ biz Dağlıq Qarabağın ətrafında bufer adlanan torpaqlarımızı işğaldan azad edərkən bu cür neqativ reaksiyalarla rastlaşırıq. Bəs Xankəndinə daxil olsaydıq, Ermənistanın havadarları buna necə reaksiya verərdilər? Çox güman ki, bütün dünyaya hay-həşir salıb “Artsak əhalisini qırırlar” - deyə süni ajiotaj yaratmaqla ölkəmizə və qardaş Türkiyəyə qarşı daha geniş cəbhə yaratmağa və müxtəlif məzmunlu siyasi-iqtisadi xarakterli (neft satışına, silah satışına embarqo və s.) sanksiyaların qəbul edilməsinə nail olmağa çalışacaqdılar. 

Şübhəsiz ki, hazırkı şəraitdə Rusya sülhməramlılarının münaqişə bölgəsində olması Azərbaycanın və qardaş Türkiyənin milli təhlükəsizlik maraqları baxımından bəzi nüanslara görə məqbul hesab edilə bilər:

- tənzimlənmə prosesində milli zəmində antaqonizmin erməni-azərbaycanlı qarşıdurmasından, rus-erməni ixtilafına (ermənilərin boşaldılacaq torpaqlardan çıxmaq istəməməsi, rus sülhməramlıları ilə atışması və ölüm faktının olması, rusların onları tərk-silah etmək cəhdləri və s.) çevrilməsi;

- Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri və Ermənistanın hərbi müttəfiqi olması (həm fərdi, həm də KTMT çərçivəsində) faktını nəzərə alaraq, onun Dağlıq Qarabağa sülhməramlı qüvvələr yeritməsi, Azərbaycan və Türkiyəni ermənipərəst qüvvələrin qərəzli münasibətlərdən və təzyiqlərdən sığortalanması anlamına gəlir;

- Azərbaycanın erməni işğalından azad edimiş sərhədyanı rayonlarında məskunlaşma işlərinin aparılması, yaradılacaq infrastrukturun möhkəmləndirilməsi prosesi Ermənistan tərəfindən vaxtaşırı təxribatlarla, hətta hərbi xarakterli insidentlər də rastlaşacağı ehtimalını istisna etmir. Rusiyanın münaqişə bölgəsində olması həmin təxribatların baş verməsinə imkan verməyəcək.

- Türkiyənin Dağlıq Qarabağa daxil olması NATO-nun Cənubi Qafqaza yolunu açmış olur. ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayzanın fikrinə əsasən, “indiki reallığa görə NATO-nun ən güclü ikinci ordusuna malik olan Türkiyənin bölgəyə sülhməramlı qüvvə göndərməsi və ya regiondakı mövcudluğu, NATO üçün böyük geosiyasi məqamdır. Düşünürəm ki, ABŞ və ya Avropada kifayət qədər insan bunu başa düşür. Türkiyə hərbi qüvvələrinin Azərbaycanda olmağı NATO üçün çox xeyirlidir”.

Yaxın 5 il ərzində Rusiyanın sülhməramlı fəaliyyətindən işğaldan azad edilmiş ərazilərdə mövqelərimizin möhkəmləndirilməsində, xarici təzyiqlərin üzərimizdən götürülməsində, Türkiyənin beynəlxalq siyasətdə və regionda rolunun artmasından və nəhayət 44 günlük müharibənin Ermənistanın mövcud siyasi kursunun və ictimai şüurunun mümkün transformasiyasından məqsədyönlü şəkildə istifadə edə bilərik.

Zəfər Nəcəfov,

beynəlxalq münasibətlər üzrə ekspert

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Hamısı