Hadrut qəsəbəsində erməni silahlı birləşmələrinin törətdiyi təxribatla əlaqədar Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Eurasia Diary-yə şərh verib.
Hadrutda erməni hərbçilərinin törətdiyi təxribat nəyə hesablanıb və rəsmi İrəvanın mövqeyini hansı formada əks etdirir?
- Erməni qanunsuz silahlı birləşmələrinin Dağlıq Qarabağ ərazisindəki hərəkətləri məqsədyönlü şəkildə həyata keçirən təxribatdan başqa bir şey deyil. Bu, yalnız Ermənistan daxilində məlumatın ötürülməsi üçün deyil, həm də bu hadisələrin beynəlxalq səviyyədə təkrar yayımlanması məqsədilə müqavimətin və qəhrəmanlığın, ancaq əslində quldur birləşmələrinin yaradılmasıdır.
Bu, Ermənistanda qaçılmaz hakimiyyət dəyişikliyinin və daha aqressiv və daha çox Rusiyayönümlü bir siyasi qüvvənin hakimiyyətə gəlməsinin əsas leytmotivi olacaq "qisas" ideologiyası üçün ictimai dəstəyin stimullaşdırılmasıdır. Əslində bu hərəkətlər indi Ermənistan cəmiyyətinə yeridilən və hakimiyyət dəyişikliyinin şüarına çevriləcək fikirləri əks etdirir. Və bu, əlbəttə ki, atəşkəs razılaşmalarını pozaraq Azərbaycan hərbçilərini informasiya sayəsində nüfuzdan salmaq üçün hazırlanmış yeni saxtakarlıq və manipulyasiyaların yaradılmasıdır.
Bu cür təxribatlar erməni terrorunun regionda yenidən baş qaldırmasına gətirib çıxara bilərmi?
- Əlbəttə. Həqiqətən də, Ermənistan silahlı qüvvələrindən açıq şəkildə istifadə edə bilmədiyi zaman partizan müharibəsi taktikalarından, xüsusilə Azərbaycan hərbçilərinə və hətta mülki şəxslərə qarşı təxribat və terror hücumlarından istifadə edəcəkdir.
Azərbaycan-Ermənistan sərhədi və bütövlükdə Dağlıq Qarabağ ərazisi üzərində tam nəzarətin olmaması, erməni terror qruplaşmalarının bölgədə kifayət qədər sərbəst fəaliyyət göstərməsinə imkan verir.
Dağlıq Qarabağ ərazisində silahlı ermənilərin qalmasının qarşısını necə almaq olar? Bu məsələdə Rusiya sülhməramlılarının üzərinə hansı vəzifələr düşür?
- Hesab edirəm ki, Dağlıq Qarabağda erməni terrorunu minimuma endirmək üçün ideal şərtlər Azərbaycanın bu bölgəyə tam nəzarət etməsidir. Ancaq təəssüf ki, mövcud vəziyyət buna imkan vermir.
Öz növbəsində RF Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı "sülhməramlı" kontingenti erməni tərəfinin bu cür hərəkətlərini yatırmalıdır. Ancaq, fikrimcə, məhz Rusiya kontingentinin məsuliyyət zonası Ermənistan qanunsuz silahlı birləşmələri və onların Azərbaycan tərəfinə qarşı sonrakı hərəkətləri üçün əsas bufer zonasına çevriləcək.
Müsahibəni aldı və tərcümə etdi: Gülnar Səlimova