Rusiya Ermənistan-Azərbaycan münaqişəsindən bəhrələnən ölkədir

Analitika 10:54 07.01.2021

Türk sülhməramlı qüvvələrinin Azərbaycanda yerləşdirilməsi Bakının qərarıdır, Moskvanın deyil. Türk sülhməramlı qüvvələrini Qarabağda yerləşdirməklə Azərbaycan Rusiyanın bölgədəki təsirini tarazlaşdırmağa çalışır - deyə Avrasiya məsələləri üzrə amerikalı analitik Pol Qobl bildirib.

Eurasia Diary xəbər verir ki, Pol Qobl, ABŞ dövlət katibinin Sovet milli məsələləri və Baltikyanı məsələlər üzrə xüsusi məsləhətçisi vəzifəsində çalışmışdır.

Amerikalı jurnalist Coan Lisoski, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyət və regional güclərin bu münaqişədəki rolu ilə bağlı Pol Qobldan müsahibə alıb.

Qobl müsahibəsində Türkiyənin dünya arenasındakı gücü, türk sülhməramlı qüvvələrinin Azərbaycanda yerləşdirilməsi, Rusiyanın sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı rolu, ABŞ-ın Bayden administrasiyası dövründə post-sovet məkanında gələcək fəaliyyəti, Qarabağın dağılmış ərazilərinin bərpası və Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə dair sülh sazişi üzrə növbəti onillikdə aparılan danışıqlar kimi bir sıra vacib məsələlərdən bəhs edib.  

Qobl hesab edir ki, türk sülhməramlı qüvvələrinin Azərbaycanda yerləşdirilməsi Ankara ilə Moskva arasında razılaşdırılmamışdı, bu, Azərbaycan hökumətinin qərarı idi.

"Türk sülhməramlı qüvvələrinin Azərbaycanda yerləşdirilməsi Bakının qərarıdır, Moskvanın deyil. Türk sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsi ilə Azərbaycan Rusiyanın bölgədəki təsirini tarazlaşdırmağa çalışır", o dedi.

"Sabah və ya bir sonrakı gün rəsmi Bakı ərazisinin hansısa hissəsində türk hərbi bazasının olmasını istədiyinə qərar verərsə, Azərbaycanın buna suveren haqqı var", o dedi.

Azərbaycan, Ermənistan və Rusiya tərəfindən atəşkəs və Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə 10 noyabrda imzalanan üçtərəfli bəyannaməyə toxunan Qobl, noyabr bəyannaməsinin tam hüquqlu bir razılaşma olmadığını qeyd etdi.

"Noyabr ayından bəri üçtərəfli bəyannamənin müqavilə olmadığını söyləyirəm. Müqavilə daha çox səhifədən ibarət olmalı və iki tərəf arasında mübahisəli məqamları göstərməlidir", o dedi.

Bundan əlavə, Qobl hesab edir ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhrələnən ölkədir.

"Otuz ildir ki, Qarabağ mübahisəsi ilə bağlı razılaşmanın olmamasının sadə bir səbəbi var. Bu sadə səbəb ATƏT-in Minsk qrupunun həmsədrlərindən birinin münaqişənin nizamlanmasında maraqlı olmamasıdır. Çünki, qrup üzvlərindən biri güman edir ki, sülh yolu ilə həllin axtarışı hələ sizin axtarışda olduğunuzu ifadə etmir. Bəzi ölkələr bu gərginlik və qarşıdurmadan faydalanır", deyə o vurğuladı.

"Cənubi Qafqazda münaqişənin sülh yolu ilə həll olunması Rusiyanın istədiyi şey deyil. Təsəvvür edək ki, sabah Ermənistanla Azərbaycan arasında bir-birlərini tanımaq barədə razılaşma əldə olunarsa, Ermənistanla Azərbaycan arasındakı sərhəd normal beynəlxalq sərhəd halına gələrsə, Ermənistan və Azərbaycan şərq-qərb nəqliyyatı barədə razılığa gələrsə, bundan ən çox itirən Rusiya olacaq", o dedi.

Bundan əlavə, amerikalı ekspert Ermənistan və Azərbaycan arasında danışıqların müxtəlif səviyyələrdə aparılmalı olduğunu vurğuladı. Onun sözlərinə görə, Qarabağ mübahisəsi ilə bağlı danışıqların təkcə prezidentlər səviyyəsində aparılması dayandırılmalıdır və danışıqların nazirlər, səfirlər, biznes səviyyələrində aparılmasına ehtiyacı var.

Qobl Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh sazişi üzrə danışıqlar üçün gələcək imkanların olmadığını da vurğuladı.

Eurasia Diary videonu təqdim edir:


Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO

Xəbər xətti

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Hamısı