Baydenin dövründə ABŞ Qarabağ məsələsini Rusiyanın öhdəsinə buraxa bilər Ekspert

Analitika 18:30 12.01.2021

Eurasia Diary ABŞ-da Konqres binasına Tramp dəstəkçilərinin etdiyi hücum və bunun nəticələri, eləcə də Bayden rəhbərliyinin Qarabağ münaqişəsinə dair gələcək siyasəti və Baydenin dövründə erməni lobbisinin gözlənilən xüsusi aktivliyi ilə bağlı siyasi məsələlər üzrə ekspert Qalib Məmmədovdan müsahibə alıb.

ABŞ-da etirazçı kütlənin Kapitoliyə daxil olması barədə iki ziddiyyətli fikir yarandı. Seçki nəticələrinin tanınmamasının bu cür nümayişini demokratik prinsiplərə hörmətsizlik hesab edənlərlə yanaşı əksinə, ümumilikdə ABŞ-ın bir daha özünü demokratiyanın bariz nümunəsi kimi təsdiqlədiyini hesab edənlər oldu. Siz necə düşünürsüz?

- Vaşinqtonda baş vermiş son hadisələr Demokratlar və Respublikaçılar tərəfindən fərqli şəkildə şərh edilir. Birincilər hazırki böhranı ölkənin dəyərlərinə hörmətsizlik və təhlükə adlandırırlar. Respublikaçılar isə əksinə, bu cür etirazların qanunauyğun olduğunu və tamamilə demokratiyanı əks etdirdiyini hesab edirlər. Lakin onlar Konqres binasının ələ keçirilməsi və etirazçıların şiddət xarakterli davranışlarını qanuni hesab etmirlər və hətta hesab edirlər ki, bu cür hadisələr Donald Tramp tərəfindən də qınanılmalıdır.

Eləcə də, Trampın dinc mitinqini amansız mübarizəyə çevirmək üçün heç bir tutarlı səbəbi yox idi. Bu cür hadisələr onu “hər şey daxil” vəziyyətinə salır, belə ki, o ya hakimiyyəti ələ keçirəcək, ya da məğlubiyyətlə üzləşəcək və öz davranışlarının cəzasısını qanuni şəkildə çəkməli olacaq. Şübhəsiz ki, Tramp böyük risklərə getməkdan çəkinməyən birisidir, lakin o indidən  son hadisələrin cəzasını çəkir. Məntiqli bir fərziyyə var ki, bu aqressiv mitinq demokratların özləri tərəfindən də təşkil oluna bilər. Məğlub olması halında, Tramp baş verənlərə görə istintaqa cəlb oluna və hətta həbs edilə bilər. Onun nüfuzu zədələnib və media (xüsusilə də sosial media) tərəfindən tənqid olunur. Təəccüblü deyil ki, bu kampaniya Respublikaçıları mat edərək, Tramp əleyhinə olan Demokratlara üstünlük qazandırdı. Əgər sözügedən fərziyyə doğrudursa, Demokratların bu davranışları Birləşmiş Ştatlarda demokratiyanı ciddi şəkildə zədələyəcək və ölkənin demokratik nüfuzuna mənfi təsir göstərəcəkdir.

Co Bayden hökumətinin Azərbaycana qonşu olan Türkiyə, Rusiya və İran kimi regional güclərlə münasibətləri fonunda Qarabağla bağlı xarici siyasəti necə olacaq?

Dağlıq Qarabağdakı 44 günlük müharibə zamanı, 13 oktyabrda Bayden xarici siyasətinin münaqişə ilə bağlı bir çox məqamlarını aydın şəkildə göstərən açıqlama verdi. Bəyanata görə:

  1. Azərbaycanın məsələni hərbi yolla həll etməsi qəbul edilməyəcəkdir.
  2. Dağlıq Qarabağın ətrafındakı ərazilər daim işğal altında qala bilməz.
  3. Türkiyə və İran münaqişə prosesindən kənarda qalacaq. 
Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olsa da, bəyanatda yalnız ətraf rayonlar mövzusuna toxunulur. Bayden Dağlıq Qarabağın gələcək statusu ilə bağlı erməni mövqeyinə xidmət edən və Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən fikirlərini ifadə etməkdən çəkinmir. Bundan başqa, Bayden İran və Türkiyə kimi regionda əhəmiyyətli təsirə malik qüvvələri münaqişədən uzaq tutmağa çalışır, ancaq bura Rusiyanı daxil etmir. 28 oktyabrda verdiyi bəyanatda Rusiya və Türkiyəni münaqişə tərəflərini silahla təmin etməyi dayandırmağa çağırmışdı. Hesab edirəm ki, Baydenin prezidentliyi dövründə Amerikanın Dağlıq Qarabağ məsələsini Rusiyanın ümidinə buraxması mümkündür.

Bayden dövründə erməni lobbisinin xüsusi aktivliyini görəcəyimizi güman etmək olar. Bu mənada, Dağlıq Qarabağın statusu məsələsində  Rusiya ilə ABŞ-ın fikirləri üst-üstə düşür. Azərbaycan xarici siyasətində bu istiqamətdə hansı addımlar atılmalıdır?  

- ABŞ və Rusiya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanımasına baxmayaraq, həm Putin, həm də Bayden Dağlıq Qarabağın gələcək statusundan danışarkən qeyri-müəyyən açıqlamalar verirlər. Görünən odur ki, Rusiya bu kartı hər iki tərəflə gələcək razılaşmalara dəstək üçün əlində saxlayır. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev müharibənin qalib tərəfi olaraq bu məsələ ilə bağlı mövqeyini qanuni şəkildə ortaya qoydu və Dağlıq Qarabağ üçün heç bir status olmayacağını və bölgənin Azərbaycanın digər bölgələrinə bənzər bir statusa sahib olacağını söylədi. Həmçinin Azərbaycan tərəfi çox diqqətli olacaq, Rusiyanın Dağlıq Qarabağdakı təsirini hər zaman nəzarətdə saxlayacaq. Burada, Türkiyənin prosesi izləmək kimi çox önəmli bir missiyası da var.

Azərbaycan diasporası ABŞ-da çox fəal olmalıdır və milyonlarla amerikalıya həqiqətləri çatdırmalıdır. Azərbaycan diasporasının beynəlxalq hüquq və onun prinsipləri nöqteyi-nəzərindən danışacağını nəzərə alsaq, erməni lobbisinə qarşı durmaq və Amerikanın münaqişə ilə bağlı xarici siyasətini dəyişdirmək mümkündür.

 
Müsahibəni aldı: Gülnar Səlimova

Tərcümə: Əminə Balakişiyeva

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Hamısı