Doqquz ballıq geosiyasi zəlzələ Rusiyanın Qafqaz gedişi

Analitika 11:58 22.02.2021

Rusiya Qarabağda separatçı hərəkatın ildönümünün qeyd olunmasına şərait yaradır.

Niyə?

Çünki Rusiya göstərməlidir ki, problem hələ davam edir, sülhməramlılar da elə o səbəbdən burdadır. Əgər Azərbaycanın problem hesab etdiyi bütün məsələlər həllini tapacaqsa, Azərbaycanın suverenliyi bütün Qarabağ ərazisində bərqərar olacaqsa, bu, o deməkdir ki, sülhməramlı əməliyyatı zəruri edən səbəblər aradan qalxır və bu missiya başa çatmalıdır.

Digər tərəfdən, unutmayaq ki, Rusiya (eləcə də Qərbdə bir çox çevrələr) erməni separatizmini legitim sayır. Putin Qarabağ mövzusunda sonuncu bir neçə çıxışında hadisələrin Sumqayıtdakı erməni qırğınları ilə başladığını, Qarabağdakı ermənilərin özlərini (öz ləyaqətlərini) qorumaq üçün silaha sarıldıqlarını vurğulayıb.

Yəni bu xəmir hələ (qeyri-müəyyən müddət) su aparacaq. Rusiya gah bizdən yana görünəcək və bizim tələblərimizə həssaslıqla yanaşacaq (məsələn, ermənilərin Qərbdən gələn dostlarının Qarabağa buraxılmaması), bəzən də ermənilərdən yana görünəcək və onların istəklərinə uyğun davranacaq.

Bölgədə kommunikasiyaların (Azərbaycan-Ermənistan, Rusiya-Azərbaycan-Ermənistan, İran-Azərbaycan-Ermənistan, Bakı-Ermənistan-Naxçıvan-Türkiyə) Rusiyanın nəzarəti və moderasiyası altında açılması da Moskvanın geosiyasi maraqlarına uyğundur və onun uzunmüddətli planlarından xəbər verir. Bu məsələdə illüziyalara qapılmaq lazım deyil. Rusiya (eləcə də İran) indiki halda Türkiyənin Azərbaycan və türk dünyası ilə coğrafi birləşməsinə, şərti Turan tellurokratiyasına niyə şərait yaratsın? Bu, yalnız o vaxt mümkün ola bilər ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olsun; Türkiyə də öz növbəsində avroatlantik məkandan qopub, öz gələcəyini Rusiya və İranla birlikdə Avrasiya proyektində görsün. Yəni 9 ballıq geosiyasi zəlzələ...

Amma proseslər göstərir ki, Putin Rusiyası bu ehtimalı heç də imkansız saymır və həmin tektonik hərəkətlənmələri tətikləyəcək siyasət yeridir. (İstisna deyil ki, Türkiyədən də ümidverici mesajlar alıblar.)

Ümumiyyətlə, rus dövlət ağlı bu mərhələdə çox çevik hərəkət etdi və strateji oyun quruculuğu bacarıqlarını nümayiş etdirdi. Müharibədən əvvəl bölgədəki vəziyyəti təsəvvür edin - Rusiya Qafqazı itirirdi:

- Moskva Gürcüstanı çoxdan itirib və Cənubi Osetiya istiqamətindən çəpərləri arada qabağa sürüşdürmək heç nəyi dəyişmir;

- Ermənistanda, xüsusən gənc nəsil ermənilər arasında nüfuzu ciddi eroziyaya məruz qalan Rusiya 2018-ci il may inqilabı ilə İrəvan taxt-tacını da itirdi;

- Azərbaycan ictimai rəyində Moskva hələ 20 yanvar 1990-cı ildə "ölmüşdü", Azərbaycan hakimiyyəti üzərində isə hər nə qədər təsir gücünə malik olsa da, bu təsirini institutlaşdıra bilməmişdi.

Bizim qələbəmiz, ermənilərin sarsıdıcı məğlubiyyəti və iflası ilə bitən müharibənin yekununda Rusiya öz ordusunu bura yeridib, Azərbaycan üzərində institusional təsir-təzyiq aləti yaratmış oldu. Ermənistanı isə daha sıx özünə bağladı. (İctimai rəylər Moskvanı çox da narahat etmir.) Rus dövlət ağlı aqressiv əhval-ruhiyyədəki Bayden hökumətinin qurulması ərəfəsində çox sürətlə hərəkətə keçərək öz cənub-qərb sərhədlərində - həyati maraq zonası saydığı Qafqazda Qərb ekspansiyasına qarşı bir müdafiə səddi yarada bildi. Biz də bu səddin içindəyik. (Putin ötən günlərdə baş redaktorlarla guya qapalı görüşündə 2020-ci ildə postsovet məkanında Rusiyanın mövqelərini gücləndirməyə nail olmasını özünün ən böyük nailiyyətləri sırasında qeyd edib.)

İndi ən önəmli sual bu yeni reallığın nə qədər uzunmüddətli olacağıdır.

Şahin Cəfərli

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

BƏƏ-də leysan yağışlarına görə yollar bağlanıb, aviareyslər təxirə salınıb
00:07 17.04.2024
Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib
23:44 16.04.2024
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
23:23 16.04.2024
Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurladı - VİDEO
23:22 16.04.2024
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
Yeni Zelandiya baş nazirinin son videosu maraqlara SƏBƏB OLUB - VIDEO
23:08 16.04.2024
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
23:00 16.04.2024
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
22:40 16.04.2024
Körfəz ölkələri daşqınların əsarətində - VİDEO
22:30 16.04.2024
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
İran və İsrailin Azərbaycandakı səfirləri arasında MÜBAHİSƏ YARANIB - FOTO
22:25 16.04.2024
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
22:22 16.04.2024
Gürcüstan DİN Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib
22:00 16.04.2024
Almaniyanın maliyyə nazirindən şok açıqlama
21:59 16.04.2024
Ərdoğan: "İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə Netanyahu daşıyır" - VİDEO
21:53 16.04.2024
Biləsuvarda əmək yarmarkası keçiriləcək
21:40 16.04.2024
Taksi qiymətləri yenidən bahalaşıb? - Müştərilər şikayətçidirlər
21:33 16.04.2024
Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Hamısı