Ordudan qovulmalar, Paşinyana istefa istəyi Ermənistanda siyasi hərarət artır

Analitika 15:11 25.02.2021

Hər keçən gün Ermənistanda siyasi proseslər gərginləşir. Hər verilən açıqlama və siyasi gedişlər hərarəti artırır. Bu həftə isə son zamanların ən qızğın günlərinə şahid oluruq.

İlk öncə Nikol Paşinyan Rusiyanın “İskəndər” raket sisteminin  müharibədə istifadə edildiyini etiraf edib və ardınca bu silahların işə yaramadığnı bildirib. Rusiya öz növbəsində cavab verməkdə gecikməyib. Rəsmi şəxslər və ekspertlər Paşinyana od yağdırıb. Ermənistanın baş naziri  təhqiramiz ifadələrdən tutmuş, ələ salmağa qədər ən ağır sözlər eşidib.

Nəhayət ki, sıra artıq orduya da çatıb. Müharibədən sonra Paşinyanı müxalifətin caynağından qurtaran güc strukturları indi baş nazirin hədəfinə çevrilib. Dünən “İskəndər” raketlərinə söz atan Paşinyanı ələ salan baş qərargah rəisinin müavini Tiran Xaçatryan vəzifədən qovulub. Növbəti gedişdə baş qərargah rəisi Onik Qasparyan da müavinin yanına göndərilib.

Bununla kifayətlənməyən Paşinyan hərbi islahatları gündəmə gətirib. Bu gün o, islahatlarla bağlı işçi qrupunun təsis edilməsi üçün qərar qəbul edəcəyini açıqlayıb. Bu hadisələr Ermənistanda ordu-iqtidar qarşıdurmasının yarandığını göstərir.

Digər bir yandan isə ölkənin əsas müxalifət partiyaları iclas edib, seçkilərdə iştirakı müzakirə ediblər. Partiyalar öz aralarında hansı formada iştirak edəcəklərini qərarlaşdırıblar.

Qızğın siyasi proseslərin pərdəarxasını öyrənmək üçün Eurasia Diary Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, beynəlxalq idarəetmə üzrə tədqiqatçı Əhməd Əlilinin şərhini alıb.

Tədqiqatçı hal-hazırda Ermənistanda baş verən siyasi proseslərdə keyfiyyət dəyişikliyi olduğunu bildirib: “Bu zamana qədər müxalifət tərəfdarları özlərinə asanlıqla qüvvə toplayacaqlarına inanırdılar. Sonradan məlum oldu ki, bu heç də belə deyil. Onlar bütün güclərini toplayıb, bu istiqamətdə daha çox səy göstərməlidirlər. Nəticədə isə son mitinqlərdə özlərinin dediyinə görə 40 minə yaxın insan toplaya biliblər. Hakimiyyət nümayəndələri bu sayı aşağı qeyd edirlər. Buna baxmayaraq, iştirak sayında artım var. Müxalifət tərəfdarları çalışıb bu yolda müəyyən uğura nail olublar. Onlar anlayır ki, nə etsələr indiki məqamda edə biləcəklər, çünki bu artıq pik nöqtəsidir. Pik nöqtə azalmağa doğru gedəndə müxalifət özünü zəif hiss edəcək. Bununla yanaşı biz nəzərə almalıyıq ki, doğurdan da Paşinyana qarşı etiraz edənlərin sayı artır”.

Əhməd Əlili Paşinyana qarşı artan narazılığın amilləri sırasında onun iqtisadi imkanları düzgün gözdən keçirməməsini qeyd edib. Tədqiqatçı Ermənistan baş nazirinin Azərbaycanla iqtisadi əməkdaşlığı düzgün dəyərləndirmədiyini bildirib.

Qeyd edək ki, bu gün bir sıra müxalif güclər iclas edərək erkən seçkilərdə necə iştirak edəcəklərini müəyyən ediblər. Ermənistanın siyasi gündəmində erkən parlament seçkiləri mövzusu yenidən canlanıb. Əhməd Əlili yaxın günlərdə bu sualın cavab tapacağını açıqlayıb.

“İqtisadi durumlarının yaxşılaşmasını gözləyən ermənilər tədricən bu istiqamətdə də Paşinyandan narazı olmağa başlayırlar. Ermənistanda belə bir fikir var idi ki, əgər Qarabağı uduzmuşuqsa, Azərbaycan Qarabağı alıbsa, iqtisadi durumda müəyyən keyfiyyət dəyişikliyi olacaq. Hal-hazırda Nikol Paşinyan və onun komandası hələ də ardıcıl olaraq neqativ bəyanatlar verməyə başlayıblar. Yalnız iki gün əvvəl tranzit koridoru ilə bağlı müsbət fikir söyləyiblər. Amma görək bunun ardı gələcək ya, yox. Hal-hazırda mən düşünürəm ki, Paşinyan və onun rəqiblərinin güc nisbəti nə qədər olmasını növbəti bir həftə və ya on gün müəyyən edəcək. Bundan çıxış edərək, deyə bilərik ki, seçkilərin keçirilməsi nə qədər mümkündür”, deyə tədqiqatçı söyləyib.

Vəzifədən qovulanlar və müxalif liderlər açıq-aşkar Paşinyanın istefasını tələb edirlər. Bu məqamda Ermənistan baş nazirinin devrilməsi təhlükəsi meydana gəlir. Tədqiqatçı Paşinyanın devrilməsi məsələsində bir neçə amilin nəzərə alınmalı olduğunu vurğulayıb. O, ilk öncə Rusiya faktorunu qeyd edib. Əhməd Əlili hesab edir ki, Ermənistanda kinqmeyker (yüksək nüfuzlu şəxs və ya qrup – red.) Rusiyadır.

“Paşinyanın hakimiyyətdə qalmasının bəlkə də ən böyük səbəbkarı Vladimir Putinin 10 noyabr bəyanatından sonra onun lehinə bir neçə fikir səsləndirməsidir ki, o da ermənilərin bu istiqamətdə fikirlərini dəyişməyə sövq edə bilib. Əgər Rusiya fikrini dəyişəcəksə, Ermənistan daxilində Moskvanın diqtəsi ilə hərəkət edən qüvvələr çoxdur. Onlar düşünürlər ki, vaxtilə Nikol Paşinyanı hakimiyyətə gətirməklə yanlış ediblər və Rusiyanın acığına gəlib. Nəticədə Rusiya onları cəzalandırıb və Azərbaycan Qarabağı alarkən Ermənistana heç bir yardım etməyib. Ermənistan cəmiyyəti artıq Rusiya liderinin barmağına baxırlar. O, ya baş barmağını qaldırıb Paşinyana həyat verəcək, ya da endirib ölüm hökmü oxuyacaq. Hal-hazırda mən düşünürəm ki, bu, vacib faktordur”, deyə Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru qeyd edib.

Lakin əsas sual Paşinyanı kim əvəz edəcək məsələsidir. Tədqiqatçı hesab edir ki, bu məsələ ilə bağlı həm Ermənistan, həm diaspora, həm də Qarabağ erməniləri arasında vahid fikir yoxdur: “Müəyyən bir konsensus olmalıdır və o da yoxdur. Bu da Paşinyanın hakimiyyətini davam etdirməsinə gətirib çıxarır. Bununla yanaşı, biz erməni diasporasının daxilində də ciddi fikir ayrılığı görürük. Paşinyandan xilas olmağa çalışan Rusiya erməniləri ortadadır və hərbi forma geyinərək onu saxlamağa çalışan Amerika erməniləri də var. Ona görə də diaspora daxilində ciddi fikir ayrılığı var. Əsas sual isə Paşinyanı kim əvəz edə bilərdir. Bu suala erməni cəmiyyəti cavab vermədikdə, Paşinyan hakimiyyətdə qalmağa davam edəcək. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, 2018-ci il inqilabından çox az müddət keçib. Belə ki, Paşinyanla bağlı miflər hələ də güclüdür. Keçmiş postsovet məkanında müxalifətin uğurunda vətəndaş cəmiyyətinin dəstəyi də rol oynayır. 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsində vətəndaş cəmiyyətinin üzvlərinin payı olub. Ona görə də bu istiqamətdə fəaliyyətdə müxalifət partiyalarına dəstək verən vətəndaş cəmiyyətləri ortada yoxdur. Bu da əlbəttə ki Paşinyanın xeyrinə işləyir”.

Nikol Paşinyanın “İskəndər” açıqlaması Rusiyanı qəzəbləndirə bilər. Əhməd Əlili düşünür ki, bu fikirlər bundan sonrakı mərhələdə həlledicidir: “Kreml bu istiqamətdə Paşinyana çox ciddi təzyiqlər göstərəcək. Rusiya üçün onun istehsalı olan silahların imici və reputasiyası çox vacibdir. Ona görə də Paşinyanın bir qədər əvvəl Rusiya istehsalı olan radioelektronika silahları ilə bağlı səsləndirdiyi fikirlər əlbəttə ki, Moskva və Yerevan münasibətlərinə ciddi təsir göstərə bilər”.

Son saatlardan etibarən siyasi proseslərdə hərbi nümayəndələrin adlarının qatılması da xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatçı hesab edir ki, “İskəndər”lərlə bağlı səsləndirilən fikirlər Ermənistan cəmiyyəti və Rusiya arasında böyük problemlərin başlanğıcı olacaq.

“Buradan da ən çox ziyan çəkən hərbiçilər olacaq. Birinci və İkinci Qarabağ müharibəsində hərbiçilərin fəaliyyətindəki məqamlar onların üzünə çox vurulacaq. Belə olanda isə Paşinyan və onun hərbiçiləri arasında ziddiyyətlərin yaranmasını görəcəyik. Mümkündür ki, hərbiçilərin Paşinyanın yanından ayrılaraq müxalifət partiyalarına yaxınlaşması onun devrilməsinə gətirib çıxarsın”, deyə Əhməd Əlili şərhinə nöqtə qoyub.

Ülvi Əhmədli

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO

Xəbər xətti

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Hamısı