Dünya Ermənistanı sabitliyə çağırdığı zamanda Rusiya həqiqətən bitərəfdirmi? Diplomatik gediş

Analitika 11:31 27.02.2021

Ermənistan cəmiyyəti tarixi baxımdan ən ziddiyətli hadisələrə şahidlik edir. Son günlərdə siyasi proseslərin dinamikliyi günbəgün artır. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanla Baş Qərargah rəisi Onik Qasparyan və generallar arasında açıq qarşıdurma yaranıb.

Generalların istefa tələblərini Paşinyan “hərbi çevrilişə cəhd” kimi dəyərləndirib. Baş nazir mümkün ola biləcək təhlükənin qarşısını almaq üçün xalqı küçəyə səsləyib. Beləliklə, Paşinyan hakimiyyəti ələ keçirdiyi üsulla onu qorumağa müvəffəq olub.

Təbii ki, oyun hələ bitməyib, növbəti həftələr Paşinyanın taleyini həll edəcək. Baş verən hadisələr xarici qüvvələrin də diqqətindən kənarda qalmayıb. Belə ki, ABŞ səfirliyi ordunu siyasətdən kənar durmağa səsləyib, Türkiyə də daxil olmaqla bir sıra dövlət ölkədə stabilliyə çağırış edib. Rusiya hadisələri öz iqlimi kimi soyuq baxışlarla nəzərdən keçirib. Baş verənlər Ermənistanın daxili məsələsidir deyərək özünü bitərəf göstərməyə çalışıb. Lakin regionda ən çox marağı olan dövlətlərdən birinin bu reaksiyası ciddi narahatlıq və şübhə doğurur.

Eurasia Diary Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, mətbuat xidmətinin rəhbərinin müavini, politoloq Tural İsmayılovun Ermənistan-Rusiya münasibətləri ilə bağlı şərhini alıb.

Politoloq ilk öncə Nikol Paşinyanın siyasi mövqeyinə toxunaraq Rusiya əleyhinə siyasi xəttin mənbəyini izah edib: “Bildiyiniz kimi Ermənistanda “sorosçu”ların rəngli inqilabı baş verəndən bu günədək anti-Rusiya mövqeyi dövlət siyasətinin və iqtidarın əsas strateji xəttinə çevrilib. Bu da təbiidir. Paşinyan və onun iqtidar komandası uzun illər Qərb siyasi fondları tərəfindən maliyyələşib və Qərbin müəyyən imperialist təşkilatları tərəfindən  müxtəlif layihələr çərçivəsində müxtəlif təlimlərdə iştirak ediblər. Hətta Ermənistanın keçmiş prezidentləri olmuş Robert Koçaryan və Serj Sarkisyan xuntasının hakimiyyət illərində də Nikol Paşinyan konkret olaraq Soros fondu ilə, ona bağlı olan bir çox təşkilatlarla, ABŞ Milli Demokratiya İnstitutu daxil olmaqla buna bənzər insan haqlarını müdafiə etdiyini bəyan edən təşkilatlarla və QHT-lərlə sıx əməkdaşlıq edib. Rəngli inqilab ssenarisi gerçəkləşəndən sonra həmin qurumların maraqlarına uyğun olaraq Rusiya əleyhinə mövqeyi dövlət siyasətinin mərkəzinə çevirib. Nəzərə alaq ki, ABŞ-ın dünyada ən böyük səfirliklərindən biri Ermənistanda yerləşir. Bu baxımdan uzun illər ölkəni tar-mar edən rusiyapərəst qüvvələrin hakimiyyətdən uzaqlaşdırılıması əsas məqsəd idi. Ona görə də Paşinyan hakimiyyətə gələndən sonra Rusiya elitası da yaxşı anlayırdı ki, bundan sonra Ermənistanın siyasi xətti regionun digər ölkələrindən fərqli olaraq balanslı və ya bitərəfli deyil, konkret olaraq qərbin istədiyi addımların atıldığı ölkə halına gələcək”.

Politoloq Paşinyanın hakimiyyətdə olduğu bu müddət ərzində sırf anti-Rusiya siyasəti apararaq Rusiya ilə bağlı olan şəxsləri cəzalandırıb, qondarma ittihamlar qaldırıb və vəzifədən uzaqlaşdırdığını qeyd edib

“Nikol Paşinyan siyasi yetkinliyi və təcrübəsi olmayan bir adamdır. Həm İkinci Qarabağ müharibəsi dövründə, həm də sonra Rusiya dövləti ilə əlaqələri qurmaq üçün ikiüzlü bəyanatlar verirdi. Hətta o, Rusiya mediasında və Rusiyaya yaxın olan ekspertlər tərəfindən məsxərə mövzusuna çevrilib. Bir tərəfdən Qərb institutları və müəyyən dairələri ilə əlaqəyə girib onlardan tapşırıqlar alıb yerinə yetirsə də, digər tərəfdən də dayanmadan Rusiya prezidentinə zənglər həyata keçirib. Bu həm müharibə dövründə, həm də dünən baş verən hadisələr fonunda qeydə alınıb. Rusiya regionda öz maraqları və tarixi olan böyük dövlətdir. Ona görə də, onun Ermənistanla bağlı açıqlamasını kifayət qədər diplomatik hesab edirəm. Ancaq eyni zamanda dünən Rusiya Müdafiə Nazirliyinin rəsmi sözçüsü də video bəyanat yayıb. Həmin bəyanatda konkret olaraq Nikol Paşinyanın “İskəndər” raketləri ilə bağlı yalan danışdığı söylənilib. Rusiya Müdafiə Nazirliyi timsalında rəsmi şəkildə Paşinyanın yalançı olduğu deyilib. Onun son olaraq “İskəndər” taktiki raketləri ilə bağlı səsləndirdiyi fikirləri həqiqətə uyğun olmadığını söyləyib. Bu baxımdan Rusiya kifayət qədər siyasi təcrübəsi olan və dünyada önəmli mövqelərə sahib dövlət kimi diplomatik şəkildə addım atıb. Lakin Müdafiə Nazirliyi vasitəsi ilə də Ermənistana yerini göstərdi, həm də Paşinyanın “yalançı” olduğunu üzünə çırpdı”, deyə Tural İsmayılov bildirib.

Politoloq Paşinyanın hakimiyyətdə olduğu zaman atdığı addımların hakimiyyətə gəlməzdən əvvəl dediyi sözlərlə uyğun gəlmədiyini dilə gətirib: “Paşinyan bu günədək Rusiyaya yaxın olan bir çox iş adamlarını və məmurları vəzifədən uzaqlaşdırıb. Təsəvvür edin ki, hakimiyyətə gəlməmişdən əvvəl fərqli fikirlərdən, demokratiyadan, insan haqlarından danışsa da, hakimiyyətə gəldikdən sonra özünə müxalif olan, Rusiya ilə bağlı daha balanslı fikirlərə malik siyasi xadimlərə qarşı repressiya həyata keçirib. Misal olaraq Rusiya ilə yaxşı əlaqələri olan Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qaqik Tsarukyanı həbs etdirib, Robert Koçaryanı həbs etdirib və ona cinayət işləri qaldırıb. Bu açıq-açığına  Paşinyanın Rusiyaya qarşı atdığı addımlar idi. Bundan başqa, o, Ermənistanın dövlət televiziyalarında və ümumiyyətlə Ermənistan mediasında oxşar cəhdlərlə yadda qalıb. Eyni zamanda təhsil sistemində rus dilinə qarşı qərarlar verib. Bununla bağlı aqressiv çıxışlar edib. Bu baxımdan Paşinyan öz aləmində güvəndiyi və dəstək aldığı müəyyən Qərb dairələrinin təhriki ilə anti-Rusiya addımı atırdı. Burada gerçək məqam da var kı, Ermənistan regionda coğrafi baxımdan Rusiyaya yaxın hesab olunur, nəinki ABŞ-a. Baxmayaraq ki, erməni lobbisi Rusiyada da kifayət qədər kompakt şəkildə olsa da, daha çox ABŞ-da, Belçikada və digər Avropa ölkələrində mənzillənib. Ancaq həm də real gerçək fakt var ki, Rusiyanın Ermənistanda hərbi bazası yerləşir. Paşinyanın atdığı bütün addımlar ölkənin siyasi vəziyyətini, müstəqilliyini və dövlət təsisatlarını təhlükə altına salır”.

Hal-hazırda Nikol Paşinyan digər siyasi liderlərlə müqayisədə daha çox xalqın dəstəyə malikdir. Bu keçirilən rəy sorğularında da öz əksini tapır. Politoloq Ermənistanın müharibədə məğlub edilərək kapitulyasiyaya uğradılmasına, Paşinyanın verdiyi vədlərə nail olmamasına baxmayaraq onun Koçaryan və Sarkisyandan daha çox dəstək aldığını bildirib.

“Sarkisyan və Koçaryanın hakimiyyətdə olduğu illərdə o qədər dövlət büdcəsi talanıb və xalq acılıq və səfalət içində yaşayıb ki, hətta Nikol Paşinyan kimi siyasi savadı olmayan adamın hakimiyyətdə qalmasını istəyirlər. Həm də erməni əhalisinin içərisində artıq başqa dövlətlərin ərazilərini işğal altında saxlamağın, qonşu dövlətlərə ərazi iddiaları irəli sürməyin və uydurma tarixi keçmişlə yaşamağın gələcək üçün perspektivliyi olmadığı qənaəti mövcuddur. Düşünürəm ki, nə qədər Paşinyan gözləntiləri doğrultmasa da, erməni xalqında olan inamı və ümidləri sıfıra endirsə də, Ermənistan xalqı əvvəlki mafioz qruplaşmaların ölkəni necə dağıtdığını gördüyü üçün hələ bir müddət də Nikol Paşinyana şans vermək istəyəcək”, deyə politoloq vurğulayıb.

Ermənistan cəmiyyətinin Paşinyana və Rusiyaya meylli qüvvələrə dəstək nisbəti xalqın Rusiyaya olan münasibətində önəmli amil hesab olunur. Politoloq buna diqqət yetirərək erməni cəmiyyətində güclü anti-Rusiya mövqeyinin formalaşdığını bildirib.

“Bir çox rəy sorğularından alınan nəticələr Nikol Paşinyanı dəstəkləyənlərin sayının daha çox olduğunu göstərir. İstər Koçaryan, Manukyan, Sarkisyan kimi Rusiya yönümlü siyasi xadimlər olsun, onları dəstəkləyənlərin ümumi sayı Paşinyanı dəstəkləyənlərin ümumi sayından aşağıdır. Paşinyanı dəstəkləməyib, ona müxalif olanlar belə alternativsizlik mühitinin əziyyətini çəkirlər. Paşinyan pisdir, ancaq digərləri ondan da pisdir. Bu baxımdan Paşinyana olan bu göstərici düşünürəm ki, erməni xalqının Rusiyaya olan münasibətinin göstəricisidir. Erməni xalqının böyük əksəriyyətinin Rusiya əleyhinə olduğunu söyləmək olar”, deyə Tural İsmayılov şərhini bitirib.

Ülvi Əhmədli

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Hamısı