Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Moskva, Paşinyan və seçki kampaniyası arasında qalıb.
Bunu Amerikalı politoloq Qreq Vayner, keçmiş Ermənistan prezidenti Robert Koçaryanın təxribatçı açıqlamalarını Eurasia Diary-yə şərh edərkən deyib.
Xatırladaq ki, iki gün öncə Rusiya mediası üçün keçirdiyi mətbuat konfransında Koçaryan, “tərəflərdən biri müharibənin nəticələri ilə razılaşmırsa, əlverişli şəraitdə o yenidən başlaya bilər” demişdi.
Politoloqun fikrincə, Koçaryanın əsas vəzifəsi Moskva ilə, xüsusən də Müdafiə Nazirliyi ilə münasibətləri korlamamaqdır: “İkinci vəzifəsi Paşinyanın əlindən seçicilərini almağa çalışmaqdır. Nəhayət, üçüncüsü, seçkilərə getmək və mümkün olan ən yüksək nəticə ilə onu qazanmaqdır. Onun hərbi əməliyyatların bərpa olunması ilə bağlı açıqlaması seçkiqabağı ritorikadır.
Düşünürəm ki, o, məsələn, dünyada erməni diasporasının konsolidasiyasının baş vermədiyini çox yaxşı anlayır. Müxtəlif ölkələrdə olan erməni diasporları Ermənistanın gözlədiyi dəstəyi vermədilər. Bu isə vacib dəstəkdir. Bundan əlavə, hər şeyə rəğmən Paşinyanın dəstəkləməyə davam edən seçicilərinin sarsılmaz mövqeyi. Paşinyan bunu çox yaxşı hiss edir, ona görə də istefaya getmək fikrində deyil”.
Rusiyanın hərbi əməliyyatların bərpasına icazə verib-verməyəcəyinə dair suala ekspert cavab verdi ki, Rusiya yeganə oyunçu deyil:
“Rusiyadan başqa Türkiyə, Avropa, Amerika Birləşmiş Ştatları da var. Düşünürəm ki, hərbi əməliyyatların bərpası ümumiyyətlə mümkün deyil. Bu barədə heç söhbət belə ola bilməz".
Tarix elmləri namizədi, Rusiya Federasiyası Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin Elmi direktoru Anton Bredixin də öz növbəsində Ermənistandakı daxili siyasi vəziyyətin qeyri-sabit olduğunu qeyd etdi:
“Ermənistandakı mövcud vəziyyət“ əzələ oyunu”dur. Gah biri mitinq keçirir, gah da digəri. Bundan əlavə, indi Robert Koçaryanın hakimiyyətə gəlməsi ehtimalından danışılmır. Bildiyiniz kimi, Ermənistan Baş Qərargahının rəisi Ovik Qasparyanın rəhbərlik etdiyi generalların mitinqləri və təxribatları heç nəyi dəyişməyib. Paşinyan rahat şəkildə baş nazir kürsüsündə oturub və göründüyü kimi onu tərk etməyə hazırlaşmır".
Bredixin, eyni zamanda, İkinci Qarabağ müharibəsinin nəticələrinin yenidən nəzərdən keçirilməyəcəyini də qeyd etdi: “Ermənistanda yeni hökumətin gələcəyi təqdirdə, Moskvadakı danışıqların nəticələrinə yenidən baxılmayacaq. Bundan əlavə, Rusiya bölgədə sabitliyin qarantı kimi çıxış edir. Düşünürəm ki, yalnız Qarabağda deyil, Ermənistanın özündə də”.