Türkiyə daxili siyasətində bomba Admiralların Montrö bəyanatı əslində kimə sərf edir?

Analitika 20:16 05.04.2021

Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şəntopun “Türkiyə Montrö sazişindən çıxa bilərmi sualına cavabı” ölkədə böyük siyasi gərginliyə səbəb olub. Şəntopun “bəli” deməsi 103 təqaüddə olan admiralın etirazına tuş gəlib.

Admirallar bəyanat yayaraq TBMM rəhbərinə öz etirazlarını bildiriblər. Onlar bəyanatda bu sazişin Türkiyəyə İstanbulda, Çanaqqalada, Mərmərədə və boğazlarda suverenlik verən sənəd olduğunu vurğulayıblar. Etirazçı qrup bu məsələnin müzakirəyə belə, çıxarmağın doğru olmadığını qeyd edib.

Lakin admiralların bəyanatı Türkiyə hökumət üzvləri tərəfindən sərt qarşılanıb. Onlara “Həddinizi bilin”, “Rütbələri sökülsün və təqaüdləri kəsilsin” kimi ifadələr yağdırılıb. Bundan başqa, iqtidar tərəfdarları hətta bu bəyanatı hərbi çevrilişə cəhd kimi də qələmə veriblər.

Türkiyə daxili siyasətində bütün qüvvələrin reaksiyasına səbəb olan hadisənin pərdəarxası xüsusi maraq kəsb edir. Bu, nəinki daxili, hətta xarici siyasi kursa da təsir etmə gücünə malikdir. Qeyd edək ki, bəyanatı imzalayan admiralların bir neçəsi artıq saxlanılıb.

Eurasia Dairy admiralların bəyanatı və Montrö sazişi ilə bağlı politoloq Şahin Cəfərlinin fikirlərini alıb.

Politoloq ilk öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2016-cı il hərbi çevrilişə cəhddən sonra avrasiyaçı qruplarla razılığa gəldiyini qeyd edib. O, bəyanatı imzalayan admiralların bu qrupa məxsus olduğunu qeyd edib: “Avrasiyaçı, ulusalçı, kamalist kimi adlandırılan çevrələrə məxsus zabitlər və digər qruplar Türkiyənin strateji seçiminin dəyişdirilməsini tələb edirlər. Onlar NATO-dan, Qərbdən uzaqlaşmaq, əvəzində Rusiya və Çinə yaxınlaşmağı təbliğ edirlər. Onlar bu cür siyasətin Türkiyə üçün daha perspektivli olduğuna inan qrupdur”.

2016-cı il 15 iyul hadisəsindən sonra Türkiyənin Qərblə, xüsusilə ABŞ ilə münasibətlərində soyuqluq yaranmağa başlayıb. Türkiyə ABŞ-ı Fətullah Gülənin himayə etməkdə, kürd terrorçu qruplaşmalarına dəstək olmaq kimi hadisələrdə ittiham edib. Politoloq deyir ki, avrasiyaçılar bu məqamı fürsət bilərək öz geosiyasi konsepsiyalarının dövlət siyasətinə çevrilməsinə ümid ediblər.

“2016-cı ildən sonra bu qruplar Ərdoğan hökuməti ilə yaxınlaşdılar. Bundan sonra həmin qruplar üçün geniş imkanlar yaradıldı. Ancaq son aylarda bu ittifaqın pozulması müşahidə olunur. Türkiyə öz xarici siyasətində düzəlişlər etməyə qərar verib. Həmin çevrələrin “Mavi Vatan” adlı konsepsiyası da mövcud idi. Bu, dənizlərdə Türkiyənin maraqlarının aqressiv şəkildə qorunmasını ehtiva edir. Bu siyasət 2016-cı ildən sonra qısa müddətdə dövlət siyasətinə də çevrildi. Lakin bu siyasi xətt Türkiyənin region ölkələri münasibətlərinin korlanmasına və bölgədə təklənməsinə səbəb oldu. Son zamanlar Ərdoğan hökumətinin də bu siyasətdən geri durduğunu müşahidə edirik, sanki hətta avrasiyaçılarla ittifaqı ehtiyacı qalmayıb kimi də görünür. Bütün bunlardan sonra həmin çevrələrin Ərdoğan hökuməti ilə narazılığı yenidən artdı”, deyə Şahin Cəfərli söyləyib.

Politoloq son baş verən bir sıra hadisələrin də iki tərəf arasında münasibətlərə ciddi zərər vurduğunu bildirib. Hökumətin qərarı ilə hərbi medalların üzərindən Atatürkün şəkilinin qabartmasının götürülməsi, orta məktəblərdə Atatürk andının yığışdırılması kimi nüansların bu prosesə təsir etdiyini qeyd edib: “Bu qərarlar avrasiyaçı, Atatürkçülər kimi çevrələrlə Ərdoğan hökuməti arasında çat yaratdı. Düşünürəm ki, bu bəyanatın imzalanması da qeyd olunan proseslərin nəticəsidir. Yəni avrasiayçı çevrələrlə Ərdoğan hökuməti arasında narazılığın təzahürüdür”.

Politoloq TBMM sədrinin Türkiyənin Montrö sazişindən texniki baxımdan çıxa biləcəyini söyləməsinin heç də əhəmiyyətsiz olmadığını bildirib. O, adı çəkilən çevrələrin Montrö sazişinə böyük önəm verdiyini bildirib.

“Həmin çevrələr Montrö sazişinin Lozan sazişindən sonra Türkiyə Cümhuriyyətinin müstəqilliyinin və suvernliyinin əsası olan sənədlərdən biri kimi hesab edirlər. Onlar buna çox həssaslıqla yanaşırlar və düşünürlər ki, bu saziş ləğv olunarsa, Türkiyə oradan çıxarsa və yaxud da hansısa şəkildə əhəmiyyətsiz sənədə çevrilərsə, onda Türkiyə boğazlar üzərində suverenlik hüquqlarını itirəcək. Bununla da ABŞ boğazları, o cümlədən Qara dənizi nəzarətinə alacaq. Montrö sazişinə əsasən Qara dəniz sahili olmayan ölkələrin Türkiyə boğazlarından keçməsinə müəyyən məhdudiyyətlər tətbiq edilir. Burada həm zaman, tonnaj məhdudiyyəti var. Qeyd etdiyim çevrələr hesab edir ki, Türkiyə bu sazişdən çıxması boğazları və Qara dənizi ABŞ-a verməkdir. Eyni zamanda onlar “Kanal İstanbul” layihəsinin Montrö sazişini əhəmiyyətsiz edən layihə kimi hesab edirlər. Çünki bununla gəmilər boğazlardan yan keçərək Qara dənizə keçə bilərlər. Bütün bunların nəticəsində belə bir bəyanat ortaya çıxıb”, deyə politoloq qeyd edib.

Yaranmış vəziyyətdə Türkiyənin ümumiyyətlə Montrö sazişindən çıxmaq hüququna sahib olması kimi sual yaranır. Eyni zamanda bu sazişin nə kimi əhəmiyyətli olması da xüsusi diqqət çəkir. Politoloq bunun Türkiyə milli maraqları baxımından sərfəli olduğunu düşünür: “Türkiyənin Montrödən çıxmaq hüququ var. Çünki dövlətlər öz qərarları ilə beynəlxalq razılaşmaya qoşulursa, demək oradan çıxmaq haqqı da var. Lakin müxalifət bu haqqın Türkiyə prezidentinin deyil, parlamentdə olduğunun mübahisəsini aparır. Ancaq mən düşünürəm ki, Montrö Konvensiyası Türkiyənin milli suverenliyinin təmin edən sənəd kimi uyğundur. Məhz geosiyasi baxımdan yanaşsaq, Rusiyanın da maraqlarına uyğundur, lakin ABŞ-a uyğun deyil. Hər halda, nə olursa olsun, sırf Türkiyənin milli maraqlarından çıxış etsək, boğazlarda Türkiyənin suverenliyini təmin etdiyinə görə sərfəlidir”.

Admiralların bəyanatı iqtidar və dəstəkçiləri tərəfindən olduqca sərt qarşılanıb. Bir sıra media vasitələri bu xəbəri gündəmdə saxlayıb və yayılmasına şərait yaradıb. Politoloq hökumət tərəfdarlarının narahatlığını mənasız hesab edir. O, istefada olan admiralların çevriliş etmə imkanlarına malik olmadığını bildirib.

“Onların komandanlıq etdiyi hər hansı hərbi birlik yoxdur və silahlı qüvvələr üzərində ciddi təsirə malik deyillər. Bu cür adamların çevriliş etdiyi görülməyib. Bunun üçün də bu hadisənin mediada qabardılması siyasi məqsəd daşıyır. Çünki türk toplumunda hərbi çevrilişlərə çox ciddi həssaslıq var. Hər nə qədər türk xalqı ordunu sevsə belə, ordunun çevrilişlərinə neqativ yanaşıb. Qeyd edək ki, ordunun sıxışdırıb çıxardığı siyasi qüvvələr xalq tərəfindən nüfuzu olan şəxslər olub. Türkiyədə hər nə qədər ordu sevilsə də, onların devirdiyi şəxslərə qarşı simpatiya olub. Həmin adamlara “mağdur” kimi baxıblar. Ölkədə dərin iqtisadi böhran və problemlərin nəticəsində iqtidar partiyasının reytinqi ciddi şəkildə düşüb. Bu prosesi dayandırmaq və partiyadan ayrılan keçmiş tərəfdarları, milliyətçi qrupları da şəxsən Prezident Ərdoğan ətrafında birləşdirmək üçün bu hadisədən məqsədyönlü şəkildə istifadə edirlər. Xalqı da çevrilişə cəhd ehtimalı olmasına inandıraraq, onların da dəstəyini qazanmağa çalışırlar”, deyə Şahin Cəfərli şərhini bitirib.

Ülvi Əhmədli

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Hamısı