"Putin Paşinyana təzyiq etməlidir, əks təqdirdə Azərbaycan öz münasibətini açıq şəkildə bildirəcək" İlqar Vəlizadə

Analitika 16:25 06.04.2021

Sabah bütün gözlər Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə dikiləcək. Bu görüş Ermənistan daxili siyasətində baş verən gərginlik və Qarabağla bağlı əldə olunan razılığın icrası baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, aprelin 1-də Ermənistanın XİN rəhbəri Ara Ayvazyan rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirib. Bu zaman ikitərəfli əməkdaşlıq və Azərbaycanda saxlanılan Ermənitana məxsus terrorçuların geri qaytarılması müzakirə edilib.

Kreml görüş çərçivəsində gündəmin 10 noyabr və 11 yanvar bəyanatlarının icrasının təşkil edəcəyini açıqlayıb.

Nəzərə alsaq ki, Paşinyanın Moskva səfəri növbədənkənar parlament seçkiləri ərəfəsinə təsadüf etdiyi üçün görüşün nəticələri onun xalq arasında etibarına da təsir edə bilər.

Eurasia Diary Moskva görüşü və mümkün mülahizələrlə bağlı politoloq İlqar Vəlizadənin fikirlərini alıb.

Regionda əsas nüfuza malik olan və Ermənistanı özündə asılı salan Rusiyanın Paşinyan qarşısında hansı öhdəliklər qoyacağı əsas suallar içərisindədir. Politoloq İrəvanın Moskva qarşısında bütün tələbləri yerinə yetirdiyini bildirib. O, Rusiyanın yeni tələblər irəli sürməsinə heç bir əsas olmadığını qeyd edib. İlqar Vəlizadə Ermənistanın Rusiyadan gözləntilərinə toxunub.

“Ermənistan Azərbaycanda saxlanılan terrorçuları geri almaq istəyir. Dağlıq Qarabağın statusu ilə bağlı məsələlərin yenidən gündəmə gətirilməsini istəyir. Açıq desək, Rusiya bunu hələ ki, istəmir. İstəsəydi bu günədək, dilə gətirərdi. Rusiya kommunikasiyanın açılması ilə bağlı məsələləri tələb edə bilər. Ermənistan isə sadəcə görüntü yaradaraq kommunikasiyanın açılmasını digər məsələlərlə şərtləndirir. Bu isə belə deyil, blöfdür. Çünki bu barədə qərarları Rusiya verir. Dəmir yolunun açılması və həmin xəttin təhlükəsizliyinə nəzarəti Rusiya həll edir. Bu, üçtərəfli sazişin 9-cu bəndində göstərilir”, deyə politoloq söyləyib.

Nikol Paşinyan müharibə zamanı Ermənistanın “İskəndər” raketlərindən istifadə etdiyini, lakin onların partlamadığını söyləyib. Onun bu çıxışını Rusiya rəsmi dairələri hərbi ekspertlər və deputatlar Paşinyanı sərt şəkildə qınayıb. Lakin Şuşa şəhərindən İskəndər-M tipli raketlərin qalıqlarının tapılması hadisələri fərqli məcraya sürükləyib. Bu hadisələrdən sonra ilk dəfə üz-üzə gələn liderlər köhnə məsələləri yada salacaqmı?

Politoloq Putinin bununla bağlı öz sözünü dediyini bildirib: “Bu məsələ artıq başqa müstəvidə davam edir. Azərbaycan da artıq məsələyə qarışıb. Açıq görünür ki, Ermənistan ali siyasi rəhbərliyi İskəndər raketlərinin texniki xarakteristikası, parametrlərindən xəbərsiz olub. Paşinyana necə deyiblərsə, o, da o cür dilə gətirib. Hərbçilər izah ediblər ki, qeyri-qanuni yollarla əldə edilmiş İskəndər raketləri keyfiyyətsiz olub. Ümumilikdə bu olaylarda qeyri-müəyyənlik çoxdur. Bununla bağlı hal-hazırda istintaq qrupu işləyir. İlkin nəticələr onu göstərir ki, bu raketlər Ermənistana qeyri-qanuni yolla daxil olub, çünki Ermənistan-Rusiya arasında olan sazişlərdə bu modelin satışı qeyd edilməyib. 2016-cı ilə qədər Ermənistana “İskəndər” raketləri verilib, lakin son modellə bağlı heç bir məlumat yoxdur. Müxtəlif ehtimallara görə, bunlar müharibə zamanında qeyri-qanuni yollarla regiona gətirilib. Bunu kimin və necə gətirməsi Putin-Paşinyan söhbətinin deyil, təhlükəsizlik məsələləri ilə məşğul olan nümayəndələr arasında ola biləcək danışıq mövzusudur”.

Azərbaycan Ermənistan tərəfindən mina xəritələrinin verilməsi və hərbi dəstələrini Qarabağdan geri çəkməsini və Ermənistan isə Azərbaycandan terrorçu ələ keçirilmiş terrorçuları tələb edir. Putin-Paşinyan görüşündə də bu məsələnin müzakirə edilməsi və Rusiyanın hansı səviyyədə qarşıa bilməsi maraq kəsb edir. Politoloq adı çəkilən problemlərdə mütləq şəkildə irəliləyişlərin olmasının vacibliyini vurğulayıb. O, əks təqdirdə bunun ümumi prosesə mənfi təsir edəcəyini deyib.

“Sıralanan problemlər sadəcə Azərbaycanın tələbi deyil, burada Türkiyənin də rolu var. Regionda Türkiyə Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Onlar isə bölgədə erməni silahlı dəstələrinin mövcudluğunu müşahidə edirlər. Azərbaycan və Türkiyənin narazılığı haqlı narazılıqdı. Çünki üçtərəfli sazişə əsasən bu dəstələr çıxmalıdır. Burada Rusiyanın da qolu olduğu üçün Paşinyandan bu məsələdə tələblər irəli sürə bilər. Rusiyanın müəyyən təzyiq mexanizmi işə salınmalıdır. Rusiya bunu Moskva görüşündə etməsə, Azərbaycan sabah öz münasibətini açıq şəkildə bildirəcək. Bunu isə Rusiya istəmir. Çünki Rusiya ikitərəfli münasibətlərdə açıq gərginlik istəməz. Bunun üçün mən düşünürəm ki, Rusiya məcbur olub Ermənistandan tələb edəcək. Paşinyan sadəcə vaxt yubadır. Çünki seçki ərəfəsində qeyri-populyar addımlar atmaq istəmir. O, seçkilərdə qalib gəlib sonra öhədlikləri yerinə yetirmək istəyəcək. Rusiya ola bilsinki, məsələ ilə bağlı rəsmi Bakını məlumatlandırsın. Ancaq mən düşünmürəm ki, Azərbaycan güzəştə getsin. Çünki bu zamanlar ərzində Azərbaycan həmişə öhdəliklərini edib, uzun zaman gözləyib, lakin Ermənistan isə üzərinə düşəni etməyib”, deyə İlqar Vəlizadə söyləyib.

Ülvi Əhmədli

Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO

Xəbər xətti

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors - VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 3 gün bağlı olacaq
11:05 18.04.2024
Aytən Səfərovanın vəziyyəti açıqlanıb
11:00 18.04.2024
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
10:55 18.04.2024
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un SATILACAQ
10:50 18.04.2024
Yeni qanun qadınlara təzyiqi artıra bilər
Yeni qanun qadınlara təzyiqi artıra bilər
10:45 18.04.2024
Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
10:35 18.04.2024
Umud Mirzəyev: “Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini anbaan gözləyirdim”
10:30 18.04.2024
Satanovski: Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu başa çatıb
10:20 18.04.2024
Teslanın Hindistan planı
Teslanın Hindistan planı
10:15 18.04.2024
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
10:13 18.04.2024
Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO
10:10 18.04.2024
ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Hamısı