“Rusiya Ukraynaya yox, Estoniyaya hücum edə bilər” Amerikalı politoloq

Analitika 17:54 06.04.2021

Amerikalı politoloq, professor Aleksandr Con Motıl Estoniyanın “Postimees” qəzetinə müsahibə verib. Qreqorio Qarsiya Maestronun götürdüyü müsahibədə professor ABŞ-Rusiya münasibətlərinə dair sualları cavablandırıb.

1953-cü ildə Nyu-Yorkda ukraynalı mühacirlərin ailəsində doğulan Aleksandr Con Motıl SSRİ və Rusiya, eləcə də Ukrayna üzrə ekspert kimi tanınır. 10-a yaxın kitabın müəllifidir, tez-tez elmi jurnallarda, qəzetlərdə, siyasi nəşrlərdə məqalələrlə çıxış edir, ABŞ-ın Rutgers-Nyuark Universitetində politologiyadan dərs deyir.

Eurasia Diary Novator.az saytına istinadən xəbər verir ki, professorun “Postimees”ə müsahibəsini ruscadan çevirərək təqdim edir.

– Cozef Baydenin Vladimir Putinə qarşı belə aqressiv münasibəti, onu qatil adlandırması haradan qaynaqlanır? Bunun Baydenin sələfi ilə bağlılığı varmı?

– Donald Trampdan fərqli olaraq Cozef Baydenin administrasiyası Vladimir Putinə həmişə tənqidi yanaşıb. Aleksey Navalnının zəhərlənməsi bütün Qərb siyasətçilərini silkələdi. Halbuki onlar əvvəllər Putini yaxşı insan hesab edirdilər, hətta onunla normal dialoq apara biləcəklərinə inanırdılar. Yeri gəlmişkən xatırladım ki, qatil ifadəsini öncə jurnalist işlətdi. O, Baydendən Putini qatil hesab edib-etmədiyini soruşdu. Ola bilsin, bu sualdan diplomatik tərzdə yayınmaq da olardı, amma heç vaxt öz tendesiyasından geri çəkilməyən Bayden məhz buna görə suala birbaşa, açıq cavab verməli oldu. Mövcud vəziyyət elə bunu tələb edirdi.

– Bayden dövründə ABŞ-Rusiya münasibətləri hansı yöndə inkişaf edə bilər? 

– ABŞ-la Rusiya arasında münasibətlər çox bərbad vəziyyətdədir. Bu əlaqələrin daha da pisləşəcəyini təsəvvür etmək isə çətindir. Düşünürəm ki, tərəflər hərbi qarşıdurmaya səbəb ola biləcək addımlar atmaqdan çəkinəcəklər. Güman edirəm k, ABŞ da, Rusiya da hərbi öhdəliklərinə əməl edəcək. Ancaq bununla belə mən Putinin təxribatlara gedəcəyini də istisna etmirəm. Putin göstərmək istəyir ki, oyunu yalnız özü idarə edir. Bax, bunu Qərbə göstərmək üçün o, bütün üsullara əl ata bilər.

– Təxribat deyəndə nəyi nəzərdə tutursunuz?

– Qısamüddətli və kiçik miqyaslı müharibə hər zaman diktator taktikalarına daxil olan üsul sayılıb. Ukraynaya birbaşa hərbi müdaxilə çox riskli ola bilər, ancaq kiçik Estoniyaya hücum versiyası daha asan görünür. Onsuz da Rusiyadakılar uzun zamandır Estoniyada yaşayan rusların sıxışdırıldığını iddia edirlər. Rusiya belə gedişlə həm də NATO-nun “kağız pələng”ə bənzədiyini sübut etməyə çalışacaq.

– NATO Estoniyaya hücuma necə reaksiya verə bilər?

– NATO ölkələrinin bağladığı müqavilənin 5-ci maddəsində alyansın hərbi münaqişədə mütləq şəkildə iştirakına dair öhdəliyi göstərilməyib. Sənəddə deyilir ki, hər ölkə aqressiyaya qarşı cavab tədbirinə özü qərar verməlidir. Bu isə o deməkdir ki, almanlar diplomatiyanı tələb edəcək, fransızlar iclas keçirəcək və sair.

– Bayaq dediniz ki, Estoniyanın kiçik ölkə olması Rusiya üçün cəlbedici ola bilər. Bəs Putini Estoniyada bundan savayı daha nə cəlb edə bilər?

– Estoniya əhalisinin dörddə bir hissəsini ruslar və rusdillilər təşkil edir.  Putin isə açıq-aşkar anladır ki, o, bütün rusdilli insanların, yəni rus dünyasının müdafiəçisi olacaq. İstər Krım olsun, istərsə də Donbas və yaxud da Baltıkyanı dövlətlər, fərq etməz… Onu da nəzərinizə çatdırım ki, milli azlıqların siyasi hüquqları barədə söz-söhbətlər hələ 1991-ci ildə Moskva ilə Tallin arasında baş vermiş münaqişənin əsas səbəbi olmuşdu.

– ABŞ-ın sanksiyaları Rusiya iqtisadiyyatına nə dərəcədə ziyan vura bilir? 

– Sanksiyalar artıq Rusiya iqtisadiyyatına təsirini göstərib və bundan sonra da göstərəcək. “Şimal axını” layihəsinin dayandırılması ən böyük zərbə ola bilərdi, ola bilsin, bu da baş verər. Qərbin ata biləcəyi ən təsirli addım isə biznes qurulması metodlarının dəyişdirilməsi olardı. Rusiyadan xarici banklara axıdılan qanunsuz pul köçürmələrinin, əmlaka yatırılan investisiyaların qarşısı mütləq alınmalıdır.

– Rus xalqı Putinə necə dəyər verir? 

– Putinin populyarlığı azalıb, daha ona münasibət əvvəlki kimi deyil. Ancaq insanların bir qismi üçün Putin hələ də populyar liderdir. Əsas məsələ odur ki, Putin Moskva və Sankt-Peterburq kimi şəhərlərin sakinləri arasında öz legitimliyini çoxdan itirib. Onu gənclər də sevmir. Böyük şəhərlərin və gənc nəslin etirazları liderlərə daha çox təsir edir, nəinki əyalətlərin və yaşlı insanların etirazları.

– Putin söyləmişdi ki, Rusiya yeni qlobal təhlükəsizlik sistemi yaratmaq niyyətindədir. Bu, Rusiyanın beynəlxalq arenada öz təsirini və gücünü itirirməsi anlamına gəlirmi?

– Putin sadəcə öz istəklərini dilə gətirir. O çalışır ki, Rusiya dünyaya təsir göstərəcək yeganə dövlət olsun. Halbuki həmin ölkələr elə ABŞ-la Çin olacaq. Avropa Birliyi iqtisadi, Rusiya isə hərbi güc olaraq qalacaq. Ancaq onların heç biri nəhəng gücə çevrilə bilməyəcək. Təəssüf ki, Rusiyanın Belçika iqtisadiyyatına bərabər olan iqtisadiyyatı Putinin arzularının çin çıxmasına imkan vermir. Ona görə də Rusiya o zirvəyə çata bilməyəcək. Bununla belə mövcud durum Putinə Rusiyanın böyük güc olmasını nümayiş etdirməyə mane olmur.

– Qərbin sanksiyaları fonunda Çinlə Rusiyanın münasibətlərində istiləşmə ehtimalı nə qədərdir? Ümumiyyətlə, tarixən bu iki dövlət arasında münasibətlər necə olub? 

– Sovet İttifaqından fərqli olaraq çar Rusiyası Çinlə yaxın əlaqələr qurmamışdı. Onların əlaqələri Mao Tszedun Nikita Xruşşovdan üz döndərənədək davam etdi. 1960-cı illərdə Ussuri çayı üzərində baş verən kiçik müharibə isə iki ölkə arasında münasibətləri tamamilə korladı. İndi Putin problemlər içində ilişib qalıb. Bir tərəfdən Çin Qərbə müqavimət göstərən təbii bir tərəfdaşdır. Digər tərəfdən Çin hər cəhətdən elə qüdrətli dövlətdir ki, çox yaxın tərəfdaşlıq Rusiyanı onun müstəmləkəsinə çevirə bilər. Bundan başqa, Çin həm də Mərkəzi Asiya ölkələri, Ukrayna və Şərqi Avropa ilə güclü iqtisadi əlaqələrə malikdir. Bu isə Rusiyanın hegemon dövlətə çevirilmək cəhdinə mane olur.

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Hamısı