Koçaryan hakimiyyətə gəlsə, yeni müharibə qaçılmazdır Politoloq

Analitika 17:59 06.04.2021

Robert Koçaryanın Ermənistanda 20 iyunda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri öncəsi Vladimir Poznerlə müsahibəsi bir sıra məqamlarla diqqət çəkir. 

Koçaryan "əgər hakimiyyətə gəlsəniz, revanş haqqında düşünəcəksinizmi" sualının cavabında "Ermənistan ordusu indi elə bir vəziyyətdədir ki, ayıq düşüncəli heç bir insanın ağlına revanş haqqında fikir gəlməz" deyə bildirib. Lakin daha sonra "ədalətsiz sülh uzunmüddətli və əbədi ola bilməz" deməklə revanşist əhval-ruhiyyəsini yenidən ortaya qoyub. O, həmçinin, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti rayonlarına daxil olan, hazırda Azərbaycanın nəzarət etdiyi ərazilərin bəzi hissələrinin qaytarılması ətrafında danışıqlar aparılmasını mümkün hesab edir.

Qeyd edək ki, Koçaryan parlament seçkilərində iki partiyadan ibarət blokda təmsil olunacaq. Və bu partiyalardan birinin ARF “Daşnaksütyun” ola biləcəyi barədə şayiələr dolaşır.

Eurasia Diary Robert Koçaryanın bu və digər açıqlamalarıyla bağlı vacib məqamlara aydınlıq gətirmək üçün politoloq Əlimusa İbrahimova müraciət edib.No description available.

Koçaryan Poznerlə müsahibəsində Ermənistanın bugünkü vəziyyətində revanşizmin məqbul olmadığını deyib. Bunu necə anlamaq olar? Moskvadan gələn tapşırıq, Koçaryanın həqiqəti anlaması, yoxsa müharibədən bezmiş və müharibə istəməyən erməni cəmiyyətinin nəbzini tutmaq istəyi?

- Nikol Paşinyanın müxalifət qüvvələri ilə razılaşıb iyun ayının 20-nə növbədənkənar parlament seçkilərinin keçirilməsi Koçaryan üçün olduqca güclü zərbə oldu. O, ətrafına topladığı digər qatı müxalifət qüvvələri ilə birlikdə Paşinyanı istefaya göndərib Vazgen Manukyanın başçılığı altında müvəqqəti hökumət yaratdıqdan sonra növbədənkənar seçkilərin keçirilməsi tələbini irəli sürür və bu istiqamətdə mübarizə aparırdı. Paşinyan isə onları qabaqladı və növbədənkənar seçkilərin ssenarisini digər iki çox ciddi sayılmayan müxalifət nümayəndələri ilə birlikdə yazdı. O, müxalifət qüvvələrinin onu siyasi səhnədən uzaqlaşdırmaq və hətta həbsə atmaq planını pozdu.

Koçaryan indiki halda olduqca çətin vəziyyətdədir və Paşinyanın növbədənkənar seçkilərdə qalib gələrək yeni, daha güclü qüvvə ilə hökumət formalaşdırması Robert Koçaryan və ümumilikdə Ermənistanda mövcud olan Qarabağ klanı üçün siyasi hakimiyyətin bitməsinin başlanğıcı olacaq. Buna görə də Koçaryan indi həm Rusiyanın yanında yaxşı olmaq, həm də seçicilər arasında nüfuzunu artırmaq üçün fəaliyyətə başlayıb. “Ermənistanda bugünkü vəziyyətdə revanşizmə yer yoxdur” deməklə məhz Rusiyanın xoşuna gəlməyə çalışır. Axı bu gün mövcud olan status-kvonun saxlanmasında ən çox maraqlı olan tərəf məhz Rusiyadır. Bunu Moskvadan gələn tapşırıq kimi qiymətləndirmək bəlkə doğru olmazdı. Moskva Koçaryana siyasi səhnədə baş rol verməkdən uzaq kimi görünür. Çünki Koçaryanın arxasında dayananların çəkisi Moskvanı razı salacaq səviyyədə deyil. Moskva onu diriltmək fikrində olsaydı, bunu bir neçə ay bundan öncə, Paşinyanın ən ağır günlərində edərdi. Putin oynadığı böyük siyasətdə Robert Koçaryanla dostluğuna yer saxlamayıb.

Qeyd olunduğu kimi, Koçaryan Nikol Paşinyanın Moskvada keçirəcəyi görüşləri ərəfəsində müraciətini oraya ünvanlayıb. Növbəti dəfə isə seçkilərə ünvanlanan çıxışların şahidi olacağıq. Müharibədən qısa müddət vaxt keçməsi ilə əlaqədar onun müharibəni bitirmək haqqında çıxışları düzgün qiymətləndirilməyə bilər. Ən azından rəhbəri olduğu klan Koçaryana satqın gözü ilə baxar ki, bu da indiki halda arzuolunan deyil.

Koçaryan Azərbaycanın ərazi bütövlüyünü hələ də tanımır. Belə ki, o müsahibəsində danışıqların “Artsax”a aid ərazilərin qaytarılması ətrafında aparıla biləcəyini deyir. Bu siyasət nəyə hesablanıb?

- Koçaryanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması, Qarabağı “Artsax” adlandırmasında heç də təəccüblü bir şey yoxdur. Çünki indi malik olduğu var dövlət və siyasi səviyyəyə görə o, məhz Qarabağda baş verən hadisələrə borcludur. Azərbaycanın ərazi bütövlüyünü tanımaq onun üçün bütün əldə etdiklərini bir gündə itirməyə bərabərdir. Koçaryan isə itirmək yox, qazandığını saxlamaq uğrunda mübarizə aparır. Bu gün onu növbədənkənar seçkilərə qoşulmağa məcbur edən səbəb də elə budur.

O bilir ki, Paşinyan hakimiyyətdə olduğu müddətdə onun fiziki mövcudluğu belə təhlükə altındadır. Növbəti seçkilərdən dərhal sonra yaxşı halda Koçaryan və Sarqsyanın məkanı Ermənistan həbsxanaları olacaq. Amma mən yeri gəlmişkən, bu iki Xocalı cəlladından qurtulmaq üçün gələcəkdə Beynəlxalq Məhkəmənin hökmü ilə onların  Azərbaycana veriləcəyini də istisna etmirəm.

Koçaryanın bu müsahibəsini seçkiqabağı kampaniyasının başlanğıcı hesab edənlər var. Sizcə Rusiya Koçaryanın lobbiçiliyi ilə məşğul olur?

- Əlbəttə, Koçaryanın müsahibəsi yaxın gələcəkdə Ermənistanda baş verəcək siyasi proseslərlə bağlıdır və onun müsahibəsini seçkiqabağı kampaniyanın tərkib hissəsi də hesab etmək olar. Amma mən gələcək seçkilərdə keçmiş prezidentin siyasi olimpin yüksək pilləsi uğrunda mübarizə apardığını düşünmürəm. Onun indiki nüfuzu, üstəgəl seçkiyə qədər olan müddətdə toplaya biləcəyi elektorat Parlamentə girmək üçün tələb olunan baryeri aşmağa kömək etsə bu böyük uğur hesab olunacaq. Artıq qeyd etdiyim kimi, Koçaryan siyasi səhnədən vurulub salınmamaq uğrunda mübarizə aparır. Bu mübarizədə onun yanında Qarabağ klanının pərakəndə salınmış və Ermənistanı tərk etməyə hələ imkan tapmamış hissəsindən başqa heç kim yoxdur. Rusiya isə Koçaryna lobbiçilik edə bilsəydi onun həbsxanaya girməsinin qarşısını alardı. Moskvanın edə biləcəyi gələcək seçkilərdə keçmiş prezidentə bir-iki yer verməsini xahiş etməkdən başqa bir şey olmayacaq.

Amma bu o demək deyil ki, Rusiyanın yüksək dairələrində Koçaryana rəğbət bəsləyən və onun yenidən siyasi səhnəyə qaytarılmasında maraqlı olan qüvvələr yoxdur. Bu qüvvələr zaman-zaman öz istəklərini siyasi rəhbərliyin arzusu kimi də təqdim etməkdən çəkinmirlər.

Robert Koçaryanın hakimiyyətə gəlməsinin qarşısını alan səbəblərdən biri və ən böyüyü onun Qarabağ münaqişəsinin həll olunmasında tutduğu destruktiv mövqedir. O hakimiyyətdə olduğu müddətdə bu münaqişənin həll olunması üçün deyil, daha da dərinləşməsi üçün fəaliyyət göstərib. Məhz buna görə də Paşinyan məğlubiyyətlərinin ən böyük səbəbkarlarının Sarqsyan və Koçaryan olduğunu bəyan edir. Onun sözlərinə görə, eks prezidentlərin verdiyi yalançı vədlər sonradan erməni xalqının başında partladı.

Ermənistanın keçmiş prezidenti yenidən hakimiyyətə gəldiyi təqdirdə bu, münaqişənin tam həllinə necə təsir edə bilər?

- Koçaryan yenidən hakimiyyətə qayıtması halında o köhnə fəndlərini yenidən işə salacaq. Bu vəziyyətdə yeni müharibə qaçılmazdır. Koçaryanın hakimiyyətə gəlməsi münaqişənin Azərbaycan torpaqlarının tamamilə işğaldan qurtarılaraq tam həll olması anlamına gələ bilər.

O, müsahibəsində Türkiyəni Ermənistana əsas təhdid olaraq görür. Bu halda regional təhlükəsizlik üçün hansı təhdid yarana bilər?

- Robert Koçaryan, Serj Sarqsyan və hətta ilk prezident Levon Ter-Petrosyan da hakimiyyətdə olduqları müddətdə Türkiyəni Ermənistana əsas hədəf görmüş və bütün sahələrdə ona qarşı mübarizə aparmışlar. Amma bu düşmənçilikdən regionda ən çox əziyyət çəkən də elə məhz Ermənistan olmuşdur. Əgər bundan sonra da orada hakimiyyətə gələn insanlar Türkiyə ilə düşmənçilik kursunu davam etdirəcəklərsə, yenə təhdidə özləri məruz qalacaq. Ermənistan-Türkiyə düşmənçiliyi regionun təhlükəsizliyinə Ermənistanın təhlükəsizliyinə olan təhdidlərdən çox-çox aşağı olacaq. Uzun müddət Ermənistansız yaşayan Türkiyə və Azərbaycan Gürcüstanla birlikdə yollarını eyni qaydada davam etdirəcəklər. Amma düşmənçilik aradan qalxarsa regionun inkişafı üçün daha yaxşı olar. Heç kim ac qonşu ilə yaşamaqda maraqlı deyil.

Gülnar Səlimova

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
17:40 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hamısı