“Moskva gözə kül üfürür” "İskəndər-M" səssizliyi

Analitika 17:23 07.04.2021

Şuşada tapılan “İskəndər-M” raketinə məxsus qalıqlar nəzərləri Moskvaya yönəldib. Görünən odur ki, yaranan suallardan mat qalan Rusiya vaxt uzatmaqla canını qurtarmağa çalışır.

Qeyd edək ki, beynəlxalq sənədlərə əsasən, Rusiyanın başqa bir dövlətə nüvə başlığı daşıya bilən “İskəndər-M” tipli raketləri satması qadağandır. Bu raketlərin Şuşaya atılması sülhməramlı qismində Azərbaycanla Ermənistanın arasında mövqe tutan Rusiyanın imicini sual altına salır.

Raketin Ermənistanda necə peyda olması və kim tərəfindən atılması kimi suallar hələ də öz cavabını tapmayıb. Rusiya isə vəziyyətdən çıxmaq üçün bu raketin Ermənistanın qeyri-qanuni yolla əldə etdiyini iddia edir. Bu cür strateji silahın “qanunsuz alver” obyektinə çevrilməsi özü-özlüyündə başqa bir müəmmadır.

Eurasia Diary “İskəndər-M” raketinin Şuşada tapılmasının siyasi nəticələri ilə bağlı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğludan şərh alıb.

Politoloq bu hadisənin Rusiyanın sülhməramlı missiyasına kölgə saldığı fikri ilə razılaşaraq, rusiyalı hərbçilərlə bağlı sualların günü-gündən artığını qeyd edib.

“Rusiya sülhməramlıları hələ “İskəndər” hadisəsindən başqa da müəmmalı hərəkətlər ediblər. Xankəndi hava limanında bayraqlarını asıblar. Bizim razılığımız olmamasına baxmayaraq, bu, onların hava limanından istifadə edəcəkləri anlamına gəlir. Rusiya müdafiə nazirinin müavinləri Bakıya gəlmədən birbaşa Xankəndinə gedir və orada modul tipli yaşayış məntəqəsinin açılışında iştirak edir. Anlaşmaya görə, orada 1960 nəfərlik heyət olmalıdır, ancaq belə görünür ki, say 5 mini ötür və bizə izahat verən yoxdur. Laçın tərəfindən kim istəyir keçir, rusiyalı hərbçilər heç nəyə nəzarət etmir. Dövlət başçısı da öz çıxışında bu barədə narahatlığını ifadə edib. Bütün bunlardan sonra üstəgəl “İskəndər” olayının çıxması çox böyük qalmaqaldır. Bu raketlərin Kremlin icazəsi olmadan verilməsinə şübhə edirəm. Digər bir sual isə raketlərin bizə kim tərəfindən atılmasıdır. Bilinmir ki, bu, erməni generalın tapşırığı ilə edilib, ya Rusiyanın Ermənistandakı hərbi bazasından atılıb. Çünki Şuşada tapılan qalıqlar Ermənistana verilməyən raketlərdir. Bu suallar açıq qalıb. Biz qalıqları göstəririk, onlar isə boyun qaçırır. Yəni inkar siyasətini yürüdürlər”, deyə politoloq söyləyib.

Rusiya Azərbaycanın ünvanladığı suallara hələlik heç bir əsaslı cavab verə bilməyib. Suallar qarşısında günahkarcasına səssiz qalan Moskvanın niyyəti qeyri-müəyyəndir. Elxan Şahinoğlu isə onların sükutunun əslində bir cavab olduğunu bildirib: “Cavabları aydındır, günahları var ki, səssiz qalıblar. Rusiya yalandan xəbər yayır ki, guya ermənilər bu raketləri gizli şəkildə əldə edib. Bu isə gözə kül üfürməkdir, diqqəti yayındırmaq məqsədini daşıyır. Bu iddia mümkün deyil. Rusiya dünyanın ən güclü kəşfiyyat orqanlarından birinə və ən yaxşı kosmik izləmə cihazlarına malik olan dövlətdir. Necə olur ki, zavoddan ən müasir raketləri oğurladılar, nə kəşfiyyatın xəbəri oldu, nə də kosmik izləmə cihazında göründü. Bu heç inandırıcı deyil”.

Azərbaycan bu raketlərlə bağlı hadisələrin gedişatından ciddi nəticələr çıxara bilər. Bir çox məqamlara işıq salan bu hadisə kimin kim olduğunu üzə çıxarır. Politoloq “İskəndər-M” müəmmasının Azərbaycanın siyasi seçiminin sürətləndirəcəyini bildirib. O, Rusiyanın sadəcə qonşu dövlət olduğunu, Moskva ilə regional əməkdaşlıqda maraqlı olduğumuzu vurğulayıb.

“Bizə qarşı bu cür silahdan istifadə edilibsə və bunun içində Rusiya varsa, biz  dostumuzun və düşmənimizin kim olduğunu ayırd etməliyik. Rusiya ilə əlaqələri davam etdirək, amma Türkiyə ilə hərbi ittifaqı mütləq mənada gücləndirməliyik. Biz Ermənistanla bacarmışıq, bacarırıq, müharibə də bunu göstərir. Amma qarşımızda Rusiya-Ermənistan ittifaqı olanda, işlərimiz çətinləşir. Gördüyünüz kimi, “İskəndər” raketi atılıb və heç cavab da vermək istəmirlər. Ona görə də biz bu məqamda Türkiyə ilə birgə hərəkət etməliyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Şuşaya səfər edəcək. Çox ciddi açıqlamalar edəcəyi gözlənilir. Rusiya sülhməramlılarının burada müvəqqəti qalması və Qarabağda Türkiyə hərbi qarnizonu yerləşdirilməsi ilə bağlı açıqlamalar gözləyirik. Biz bu məsələləri də həll etməliyik”, deyə Elxan Şahinoğlu şərhini tamamlayıb.

Ülvi Əhmədli

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Hamısı