İndiyə kimi o qədər qeyri-real hesab edilənlər reallığa çevrilib ki... Politoloqdan Xankəndi açıqlaması

Analitika 17:52 07.04.2021

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev aprelin 6-da həm Azərbaycanı, həm də Ermənistanı silkələyən “twit” atıb. O, tezliklə Xankəndidə ofisinin fəaliyyət göstərəcəyini deyib. İcma sədri bildirib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir. Gəncəliyevin sözlərinə görə, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir və etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlindən gələni edəcək.

Qeyd edək ki, T.Gəncəliyevin bu bəyanatı Ermənistanda ciddi  narahatlıq doğurub. Çoxları bunu Azərbaycan tərəfinin söz verdiyi kimi üçrəngli bayrağı Xankəndiyə asmağa hazırlaşması kimi dəyərləndiriblər.

Amma ortada barışmağa məcbur olduğumuz reallıq var - Xankəndi hələlik Azərbaycanın nəzarətində deyil. Bu səbəbdən də, deputatın Xankəndidə ofisinin necə açacağı maraqlıdır. Ümumiyyətlə, bunu erməni cəmiyyətinə ötürülən mesaj kimi başa düşmək olarmı?

“9 noyabr bəyanatının yazılmamış və sözdə razılaşdırılmış hissələri çox ola bilər. Zaman keçdikcə həmin məqamlar nəzərə alınır və yada salınır”. Bunu mövzu ilə bağlı Eurasia Diary-yə şərh verən Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili bildirib.

“Bu istiqamətdə müəyyən addımlar meydana çıxır. Düşünürəm ki, Tural Gəncəliyevin də bu bəyanatı vaxtilə həmin bəyanatın imzalanması ərəfəsində razılaşdırılmış məsələlərə işarədir ki, biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Erməni tərəfi çalışır ki, bəyanatın şərtlərinin icrası üçün müəyyən maneələr yaratsın. Bu isə ümumilikdə sülh prosesinə böyük zərər verən bir məqamdır. Azərbaycan tərəfi də hazırda o zaman razılaşdırılmış məqamları bu formada yada salır və həmçinin rus sülhməramlılarına, yerli ermənilərə bir daha mesaj göndərir ki, əldə olunmuş razılıqlar icra olunmalıdır. Və mesaj verir ki, məqamlar bizim yadımızdadır və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".

Politoloq Xankəndidə belə bir ofisin açılmasının nə dərəcədə real olması barədə fikir bildirib: "Bir il əvvəl Qarabağ müharibəsinin mümkünlüyü barədə danışılanda çoxları düşünürdü ki, belə bir şey ola bilməz. Daha sonra Azərbaycan tərəfinin bu cür qələbəsinə şübhə edən adamlar vardı. İndiyə qədər o qədər qeyri-real addım kimi qəbul edilən, “mümkün deyil” söylənilənlər həyata keçib ki. Düşünürəm ki, bu da o məqamlardan biridir".

Qeyd edək ki, Rusiya sülhməramlıları müharibədən sonra Xankəndini tərk edən erməni əhalinin bir hissəsini geri qaytarıb. Rusiya bu ərazidə təsir gücünə malikdir. Əhməd Əlili bununla əlaqədar söyləyib ki, Rusiya sülhməramlıları Xankəndinə qaytardıqları insanlar barədə məlumat versələr də, Qarabağa qaytardıqları həmin insanların yenidən Ermənistana geri qayıtması barədə məlumat verməyiblər: “Doğrudur, ilk günlərdə Ermənistandan xeyli adamın Qarabağa qaytarılması barədə raport verilirdi. Bilirik ki, müharibə zamanı itkin düşmüş əsgərlər hədsiz çox idi və onların valideynləri, qohumları Qarabağa kütləvi axın edirdilər. Rusiya sülhməramlılarının siyahılarında onları Qarabağa geri qayıdan ermənilər kimi göstərirdilər və bir müddətdən sonra həmin adamlar geri qayıdırdılar və yaxud da ki, bir qisim ermənilər var ki, onlar Xankəndinə gəlirdilər ləvazimatlarını götürüb yenidən Ermənistana qayıdırdılar”.

Politoloq, T.Gəncəliyevin bəyanatının “İskəndər” mövzusu ilə üst-üstə düşməsi barədə danışarkən qeyd edib ki, “İskəndər” mövzusuna bir mövzunun yaratdığı təzyiq nəticəsində meydana çıxan irəliləyiş kimi baxmaq olar: “Yəni “İskəndər” mövzusu göstərdi ki, Azərbaycan tərəfinin bildiyi məqamlar çoxdur və bəyanatın bu bəndləri icra olunmazsa, onlar da təzyiq vasitəsi kimi istifadə oluna bilər. Nəticədə hamının yadına düşdü ki, Azərbaycanlı icmanın Xankəndidə ofisi olmalıdır. Bu mövzu üst-üstə düşən təzyiq deyil, bir-birindən doğan nəticədir”.

Gülnar Səlimova


Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
Hamısı