Putin-Paşinyan görüşü Rusiya seçim etməyə tələsmir..

Analitika 10:12 08.04.2021

Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə aprel ayının 7-də baş tutan görüş Paşinyanın gözləntilərini doğrultdumu? Bir mənalı cavab vermək çətindir və iyun ayının 20-nə təyin olunmuş növbədənkənar parlament seçkilərindən sonra bu gedişlərin nəticə verdiyinin və ya vermədiyinin  şahidi olacağıq. Bu görüşdə isə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin müzakirəsindən tutmuş ikitərəfli əlaqələrə qədər çox böyük sahələri əhatə edən geniş gündəlik mövcud idi. Amma Putin üçün əsas məsələ Dağlıq Qarabağ və onun ətrafında vəziyyətin normallaşdırılması hesab olunurdu. Bunu o özü görüş haqqında danışarkən bəyan etmişdir. Putin, fürsətdən istifadə edib, görüş təklifini qəbul etdiyinə görə Paşinyana təşəkkür etdi. Amma bu təşəkkürü ilə həm Rusiya, həm də maraqlı dövlətlərin ictimaiyyəti qarşısında qeyri səmimi olduğunu büruzə verib. Axı regionda baş verən prosesləri analiz etmək qabiliyyətinə malik şəxslərə bu görüş üçün kimin daha çox can atdığı heç də sirr deyil. 5 ay bundan qabaq Paşinyanın Moskvada qapı dalında gözləməyə məcbur edilməsi də heç kimin yadından çıxmayıb.

Amma Putinin bu təşəkkürü elə ilk andan görüşün məqsədi haqqında fikir yürütməyə imkan yaradır: Putin iyunun 20-nə təyin olunmuş növbədənkənar seçkilərdə Paşinyanın daha çox səs toplaması haqqında düşünür və seçkiyə qədər olan müddətdə onun nüfuzunun artırılması istiqamətində təşəbbüslər edəcək. Deməli, Paşinyan Putin və Rusiya höküməti tərəfindən tələb olunan bütün məsələlərdə güzəştə gedib.

“İkitərəfli münasibətlərə gəlincə, mən onları sadalayıb əlaqələrimizin nə qədər dərinə işləyərək həqiqətən strateji səciyyə daşıdığını demək istəmirəm. Bizim nəzərəçarpacaq dövriyyəmiz var. Amma ötən il müəyyən  səbəblər üzündən azalmalar müşahidə edirik. İnanıram ki, lap yaxın vaxtlarda  biz bunu bərpa edib daha da inkişaf etdirəcəyik”, - Putin deyib.

Amma Putinin Paşinyanı Moskvaya çağırmaqda əsas səbəb heç də iki ölkə arasında mal dövriyyəsinin artırılması yollarını müzakirə etmək deyildi. Putin daha ciddi məsələləri gündəliyə qoymuşdu və elə buna görə də görüş 3 saatdan artıq davam etdi. O hər şeydən əvvəl Paşinyandan “İskəndər” raketləri ilə bağlı dediyi xoşagəlməz ifadələrlə Rusiya hərbi-sənaye kompleksinə vurduğu ziyan haqqında izahat istədi və bu ləkənin təmizlənməsi üçün erməni baş nazirdən təsirli addımlar atmağı tələb etdi. Bu addımların da Rusiyadan yeni hərbi texnka alınmasından ibarət olacağı heç kimdə şübhə yaratmır. Hər alınan silah partiyasının Ermənistana təqdim olunması zamanı Paşinyan Rusiya silahının üstünlükləri barədə mədhiyyələr oxumağa məcbur ediləcək.

Paşinyanın görüşə getməzdən qabaq Rusiyadan hərbi texnika alınmasının gündəlikdə olduğunu elan etməsi dediklərimizin əyani sübutudur.

Putin Dağlıq Qarabağ və onun ətrafındakı vəziyyətin müzakirə mövzusu olmasını deməklə heç də Rusiya sülhməramlılarının fəaliyyəti ətrafında gedən prosesləri nəzərdə tutmurdu. Onu ən çox maraqlandıran üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya xətlərinin açılması məsələsidir. Bu Rusiya üçün Qafqaz və Yaxın Şərqlə əlaqələrin intensivləşdirilməsində  ikinci nəfəs səciyyəsi daşıyır. Ermənistandan keçərək Türkiyə və İranı birləşdirəcək yeni kommunikasiya xətləri Rusiyanın iqtisadi vəziyyətinin inkişafında və ona tətbiq olunan sanksiyaların təsirinin azaldılmasında  əhəmiyyətli rol oynayacaq.

Heç şübhəsiz, Putin Paşinyandan Ermənistan iqtisadiyyatına Rusiya tərəfindən edilən investisiyalar üçün hesabat da tələb edib.

Rusiyanın bu qədər tələbi qarşısında Paşinyan da əliboş deyildi. Amma onun bütün xahişlərini  toplamaqla bir nəticəyə gəlmək mümkündür. Bu gün Paşinyanı ən çox narahat edən məsələ iyun ayının 20-nə nəzərdə tutulmuş seçkilərdə Rusiyanın xeyir-duasına nail olmaq. Məlum olduğu kimi, Rusiya bu seçkilərdə öz favoritini elan etməkdə tələsmir və Kremlin yaxın tərəfdaşı olan eks-prezident Robert Koçaryanla da “dilxoşluq” etməkdə davam edir. Görünən budur ki, Paşinyanın indiki halda Rusiyaya təklif etdikləri Koçaryanın verə biləcəyindən daha qiymətlidir. Amma vəziyyət seçkilərə qədər belə davam edə biləcəkmi? Seçkilərə bir neçə gün qalmış Nikol təsadüfən ağzından Rusiya əleyhinə hər hansı bir xoşagəlməz ifadə çıxarmayacaq ki?

Paşinyan Putinlə Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının fəaliyyəti  ətrafında bəzi məsələləri müzakirə etmək istədiyini bildirib. Bundan başqa onun həll etməyə çalışdığı Azərbaycan həbsxanalarında hökm gözləyən erməni terrorçuların Ermənistana qaytarılmasıdır. Məlum olduğu kimi, Ermənistanın bu terrorçuları hərbi əsir kimi dünya ictimaiyyətinə təqdim etməsinə baxmayaraq, Azərbaycanın haqlı izahatı qarşısında söz tapa bilmirlər. Ona görə də bu şəxslərin azad edilməsi məsələsini Rusiyanın öhdəsinə buraxmaq istəyirlər.Təbii ki, Rusiya bu məsələdə Azərbaycana müəyyən təsir göstərə bilər. Amma Azərbaycanın da bu tələb qarşısında irəli sürdüyü məsələlər var ki, onlar yerinə yetirilmədən terrorçuların azad olunması öz həllini tapmayacaq. Amma Rusiya seçkilərdə Paşinyanın üzərində dayandığını qətiləşdirsə Azərbaycanı razı sala biləcək mexanizmləri işə salacaq.

Əlimusa İbrahimov

Politoloq

No description available.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Hamısı