"Putin Paşinyanın əlinə oynayacaq, Ermənistan onsuz da Rusiyanın protektoratıdır" Tofiq Abbasov

Analitika 17:25 08.04.2021

Aprelin 7-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Qeyd edək ki, bu görüş Azərbaycanda, Ermənistan və Rusiya ilə yanaşı bütün dünyada maraq doğurur, diqqətlə izlənilirdi. Çünki bu, Paşinyanın “İskəndər” raketləri və Su-30-M təyyarələri ilə bağlı verdiyi qalmaqallı bəyanat, eləcə də Şuşada “İskəndər” raketinin qalıqlarının tapılmasından sonra Putinlə ilk görüşü idi. Bundan əlavə, həm daxili siyasətdəki gərginlik, həm də Qarabağ ətrafında cərəyan edən hadisələr Paşinyanın həyəcanını birə-beş artırmışdı. Cümlələri qarışdırmamaq üçün tez-tez masanın üzərinə qoyduğu qeyd dəftərçəsinə baxan Paşinyan bu görüşün əhəmiyyətini çox gözəl anlayırdı. Rusiya silahlarını pisləyən Ermənistanın hökumət başçısı nədənsə Moskva ilə xüsusilə hərbi sahədə əməkdaşlıqdan böyük həvəslə danışırdı.

Görüşdə əsas müzakirə mövzusu ikitərəfli əməkdaşlığın gücləndirilməsi, Qarabağda stabilliyin qorunması kimi məsələlər olub. Görüşün nəticələri haqqında danışan Paşinyan öz məmnunluğunu ifadə edib.

Eurasia Diary Putin-Paşinyan görüşünün mümkün nəticələri və regiona təsiri ilə bağlı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Növbədənkənar seçkilərin keçirilməsi üçün Nikol Paşinyan bu ay istefa vermək məcburiyyətindədir. Hakimiyyət uğrunda mübarizədə Paşinyan keçmiş prezident Robert Koçaryan və onun komandası ilə qarşılaşıb. Görüş zamanı Putinin bu məsələ ilə bağlı Paşinyana hansı sözlər deməsi ciddi maraq doğurur. Politoloq Ermənistanda mövcud vəziyyətin tam olaraq Rusiyanın nəzarətində olduğunu bildirib. O, Paşinyan-Koçaryan mübarizəsinə toxunaraq Rusiyanın seçimini şərh edib.

“Ermənistan daxilində iqtidar ilə Robert Koçaryan arasında hakimiyyət uğrunda mübarizə gedir. Digər müxalif fiqurlardan olan Vazgen Manukyan bir o qədər də uğurlu olacağı gözlənilmir. Manukyan köhnə sistemin qalığıdır. Düzdür Koçaryan da eyni qəbildəndir, lakin onun aktivində 2 dəfə prezidentlik var. Koçaryan öz qətiyyətinə görə də digərlərindən seçilir. Xatırladım ki, Paşinyandan əvvəl Koçaryan Moskvaya səfər etmişdi. Bundan başqa o, Rusiyada biznesə də malikdir. Lakin bütün bunlar bizə Rusiyanın Koçaryanın əlinə oynayacağına düşünməyə əsas vermir. Mən düşünürəm ki, Moskva Paşinyana sərmayə qoyacaq. Paşinyanın son hərəkətləri göstərir ki, Rusiya onu nəzarətə ala bilib. Bu ağır vaxtlarda nə Qərb, nə də Soros fondu onun dadına yetişmədi. Rusiya da göstərdi ki, hara gedirsən get, sonunda bura dönəcəksən. Paşinyan həm üçtərəfli sazişlərə imza atıb, həm hazırda hakimiyyətdə olan adamdır, həm də Ermənistan siyasətində düzəlişlərə ehtiyacın olmasını göz önünə gətirən adamdır. O, Türkiyə ilə Azərbaycana arasında münasibətlərin normallaşmasından qorxmadan danışıb. Bu baxımdan Paşinyan daha perspektivli görünür. Paşinyan qalib gəlsə belə, Rusiya onun Türkiyə istiqamətində fəallığını azaldacaq”, deyə politoloq söyləyib.

Rusiyadan demək olar ki, bütün sahələrdə asılı olan Ermənistan “əməkdaşlığ”ın artırılmasında maraqlı olduğunu ifadə edib. Tofiq Abbasovun fikrincə, hətta Paşinyan qəbul etmək istəsə də, istəməsə də Ermənistan Rusiyanın protektoratıdır: “Ermənistanda fəaliyyət göstərən əsas işgüzar şirkətləri Rusiya ilə bağlıdır. Faktiki olaraq, Ermənistanın ipi Moskvanın əlindədir. Kreml də istədiyi kimi onu idarə edir. Buna görə də, Paşinyan seçki öncəsi Rusiyaya pənah apardı. O, artıq gördü ki, başqa yol yoxdur. Ona görə də, hər şeyə hazır olduğunu bildirdi. Burada əsas məsələ odur ki, Paşinyan silahlı əsirlərlə bağlı fikrini ifadə edəndə, Putin burada Azərbaycanla danışıqlar aparmağın vacibliyini qeyd edib”.

Rusiya və Ermənistan liderlərinin görüşünün Azərbaycana necə təsir edəcəyi də önəmli məqamlardan biridir. Politoloq Azərbaycanın siyasətinin Ermənistan-Rusiya xəttindən asılı olmadığını bildirib.

“Azərbaycan heç bir bloklara, birliklərə qatılmır. Özünün müstəqilliyini elan edir və ən böyük üstünlüyü üçtərəfli formata verdiyini bildirir. Bu baxımdan bizim Rusiya ilə münasibətlərimiz daha işləkdir. Əgər sual verilsə ki, Rusiya üçün Azərbaycan, yoxsa Ermənistan daha vacibdir, cavab birmənalı olaraq Azərbaycan olar. Ona görə yox ki, bizim zəngin iqtisadi potensialımız var. Söhbət həm də Rusiyanın Azərbaycandan gözləntilərinin böyük olmasından gedir. Şimal-Cənub dəhlizi Rusiya üçün son dərəcə əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycan və Rusiya liderləri arasında şəxsi əlaqələr mövcuddur. Nəzərə alsaq ki, son dövrlərdə dövlətlərarası münasibətlərdə liderlər arası şəxsi münasibətlərin çox böyük əhəmiyyəti var, sadaladığımız amilin mahiyyəti anlaşılandır. Buna görə də, Ermənistan Rusiya istiqamətində hansı nailiyyəti əldə edir etsin, Azərbaycanın öz prioritetləri var və biz digər təsirlərin təhlükə kəsb etmədiyini göstəririk. Təbii ki, biz mövcud reallıqları hesaba alırıq, lakin bizim də özümüzə məxsus sığortalayıcı mexanizmlərimiz var. Ermənistanla müharibədə göstərdik ki, biz sözümüzün üstündə necə dayanırıq. Azərbaycanın Ermənistanla bağlı qəti mövqeyi var. Bu, ondan ibarətdir ki, Ermənistan öz dağıdıcı, faşist siyasətindən geri çəkilməsə, heç bir münasibətdən söz gedə bilməz. Rusiya istəsə də Azərbaycanın məramını dəyişə bilməz”, deyə Tofiq Abbasov fikrini tamamlayıb.

Ülvi Əhmədli

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
Hamısı