“Ermənistan Azərbaycan qarşısında razılığı pozub” Politoloq İrəvana gələn boş təyyarədən danışdı

Analitika 14:57 09.04.2021

Dünən gecə radələrində Rusiyanın Rostov şəhərindən qalxan təyyarə Bakıdan keçərək Ermənistanın Erebuni hava limanına eniş edib. Erməni mətbuatı Azərbaycanın həbs etdiyi terrorçuların gəlməsini xəbər versə də, təyyarədə onlardan əsər-əlamət olmayıb. Təyyarədə ancaq Rusiya sülhməramlı kontingentinin komandanı general Rüstəm Muradov olub.

Baş verən hadisə bir çox suallar və müəmmalar yaradır. Mətbuatda verilən məlumatlardan çıxış edərək, mülahizə irəli yürütdükdə anlaşmazlığın olduğunu bilmək olar. Bu gün isə Azərbaycana Rusiyanın Baş prokuroru İqor Krasnovun gəlişi də xüsusi diqqət çəkən məqamlardan biridir.

Eurasia Diary Ermənistana gələn boş təyyarənin pərdəarxası məqamları ilə politoloq Adıgözəl Məmmədovun fikirlərini alıb.

Politoloq bu hadisədə Azərbaycanın irəli sürdüyü öhdəliklərin yerinə yetirilməməsini səbəb kimi göstərib.

“Azərbaycan və Ermənistan nümayəndələrinin Rusiya səlahiyyətləri arasında gedən danışıqlar qısa müddət ərzində aparılmır. Bu proses bəlkə də 20 gündən artıq müddətdir ki, gedir. Moskvada ümumi danışıqlar, onun predmeti, qarşılıqlı istəklər, yəni Azərbaycan nəyin müqabilində girovları qaytara bilər kimi məsələlər müzakirə olunur. Hiss olunan odur ki, Azərbaycan tərəfi qarşısında götürülən öhdəliklər son məqamda pozulub. Çünki bu bir-iki gün ərzində müzakirə edilə bilən və həll olunan problem deyil. Tərəflərin rəhbərliyi səviyyəsində müzakirələrdə yaranan razılığın pozulmasını səbəb kimi görürəm. Burada isə uduzan tərəf Ermənistandır. Rusiyanın özünü də pis vəziyyətdə qoyur”, deyə politoloq qeyd edib.

Adıgözəl Məmmədov Azərbaycanın dövlətimizə, milli təhlükəsizliyimizə təhdid yaradan silahlıları beynəlxalq hüquqa, Cenevrə İnsan Hüquqları Konvensiyasına görə terrorçu kimi mühakimə etmək ixtiyarı olduğunu bildirib. O, praktikada fərqli təcrübələrin də olduğunu deyib: “Lakin beynəlxalq praktikaya baxsaq, bu cür məsələlərin milli maraqlar çərçivəsində müzakirə predmetinə çevrildiyini görə bilərik. Faktiki olaraq, Ermənistan tərəfi son məqamda miskin niyyətini əl çəkməyib. Azərbaycanın hansı tələbi irəli sürdüyünü biz bilmirik. Lakin faktiki olaraq Ermənistan tərəfi son məqamda miskin niyyətini əl çəkməyib. Burada mina xəritəsi, müəyyən mövqelərdən geri çəkilməsi, Laçın koridorunda Azərbaycanın icazəsi olmadan hansısa qüvvənin keçməsinə imkan verilməməsi və hətta bundan yüksək tələblər də ola bilər. Cənab prezident Rusiya sülhməramlılarına Laçın koridoru ilə bağlı öz iradını bildirmişdi. Bu da tələblər içərisindədir. Azərbaycanın strateji maraqları var və bu istiqamətdə çox ciddi hazırlıqlar gedir. Şərtlərə əməl olunmasa Azərbaycan daxil olmaqla digər tərəflər bəyannamədən çıxa bilər. Bu Azərbaycanın tam hüququdur. Çünki bu sənəddə dövlət başçılarının imzaları var, onlar öhdəliklər və səlahiyyətlər götürüblər”.

Şuşada “İskəndər” raketinin qalıqlarının tapılması, Rusiya müdafiə nazirinin müavini general Dimitri Bulqakovun Qarabağa səfəri kimi son baş verən hadisələri nəzərdən keçirərək, Azərbaycan ilə Rusiya arasında narazılığın olduğunu söyləyənlər var. Politoloq iki ölkə arasında münasibətlərin həmişə rəvan olmadığını vurğulayıb.

“Azərbaycan öz milli maraqlarından çıxış edərək Rusiya ilə mövcud reallıqlardan baxımından məntiqi münasibətlər saxlayıb. Zaman-zaman bu münasibətlər çox sıx əməkdaşlıq səviyyəsinə də qalxıb. Müəyyən vaxtlarda isə Azərbaycan öz kəskin sözünü deyib. Rusiyanın mövqeyini nəzərdən keçirək. Ermənistan daxilində ictimai siyasi qüvvələrin 90%-i anti-Rusiya meyllidir. Hətta erməni politoloqlarının böyük əksəriyyəti 44günlük müharibədə məğlubiyyəti Rusiyanın üzərinə yıxır ki, onlara dəstək verməyib. Qeyd edək ki, Rusiya yalnız KTMT çərçivəsində Ermənistan ərazisinə hücum olardısa müdaxilə edə bilərdi. Ermənistanın mövcud reallığında ruspərəst dairələrin hakimiyyətə gəlməsi müşkülə çevrilib. Moskva anti-Rusiya qüvvələrlə işləmək məcburiyyətində qalıb. Bəzi qüvvələr isə Ermənistan dövlətçiliyinin ölməsini bəyan edərək Rusiyanın tərkibinə girməyə də razıdırlar. Buraya Ermənistan Elmlər Akademiyasının üzvləri də daxildir. Kreml bu qüvvələrin də baxışlarını hesablayaraq regionda öz siyasətinə düzəliş etməyə çalışır. Bəzən Rusiyanın korrektə etdiyi siyasət mövcud bəyannamənin şərtləri ilə uyğun düşmür. Bu da əlbəttə ki, Azərbaycan tərəfinin narazılığına səbəb olur”, deyə Adıgözəl Məmmədov fikrini bitirib.

Ülvi Əhmədli

Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO

Xəbər xətti

Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors - VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 3 gün bağlı olacaq
11:05 18.04.2024
Aytən Səfərovanın vəziyyəti açıqlanıb
11:00 18.04.2024
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
10:55 18.04.2024
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un SATILACAQ
10:50 18.04.2024
Yeni qanun qadınlara təzyiqi artıra bilər
Yeni qanun qadınlara təzyiqi artıra bilər
10:45 18.04.2024
Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
10:35 18.04.2024
Umud Mirzəyev: “Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini anbaan gözləyirdim”
10:30 18.04.2024
Satanovski: Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu başa çatıb
10:20 18.04.2024
Teslanın Hindistan planı
Teslanın Hindistan planı
10:15 18.04.2024
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
10:13 18.04.2024
Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO
10:10 18.04.2024
ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Hamısı