Zelenskinin Türkiyəyə səfəri Ukrayna-Rusiya böhranının aradan qaldırılmasına kömək edə biləcəkmi?

Analitika 10:08 12.04.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşünün nəticəsi olaraq “Krım platforması” ideyasını dəstəklədiyini bildirib.Türk lider bütün səviyyəli görüşlərdə Ukrayna ilə bağlı səsləndirdiyi fikirləri yenə də təkrar edərək Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini  ifadə edib.

Ukrayna Prezidenti Zelenski 9 aprel 2021-ci il tarixində Türkiyəyə səfərə getdi. Ukrayna ilə Rusiya arasında vəziyyətin daha da gərginləşdiyi bir dövrə təsadüf edən bu səfər həm Türkiyə, həm də Ukrayna baxımdan müxtəlif şəkildə yorumlandı.

Rusiyanın Suriya və Türkiyə ilə qarşı-qarşıya dayandığı digər nöqtələrdə ikincinin maraqları ilə hesablaşmadığı tez-tez manşetlərə daşınır. Bir çox siyasətçilər də Ukrayna ilə bu qədər yaxınlaşmanı Rusiyanın Türkiyəyə qarşı əməllərindən çəkindirmək məqsədini güddüyünü bildirirlər.

Zelenskinin səfərinin isə Rusiya ilə qarşıdurmanın müharibə səviyyəsinə çatacağı halda Türkiyənin özünü necə aparcağını öyrənmək baxımından çox əhəmiyyətli olduğunu düşünürlər.

Səfər çərçivəsində Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Bu Ərdoğanla Zelenskinin iki il ərzində dördüncü görüşü idi (Zelenski 2019-cu ilin avqustunda, 2021-ci ilin oktyabrında Türkiyədə səfərdə olub. Ərdoğan isə 2020-ci ilin fevralında Kiyevdə danışıqlar aparıb).

Diqqətəlayiq haldır ki, görüş ərəfəsində Ərdoğan Putinlə telefon əlaqəsi saxlayaraq Donbas ətrafında baş verən hadisələri müzakirə edib.

Zelenskinin Türkiyə səfərinin rəsmi səbəbi kimi Türkiyə ilə Ukrayna arasında olan Yüksək səviyyəli Strateji Şuranın sayca 9-cu iclasında iştirak etmək göstərilir. Müzakirə olunan məsələlərə diqqət yetirdikdə isə oraya daha fərqli və yeni mövzuların salındığını görürük.

Rəsmi məlumatlara görə Zelenski-Ərdoğan görüşündə Donbas ətrafında vəziyyət, hərbi sahədə əməkdaşlıq, “Krım Platforması”, iki ölkə arasında azad ticarət və turizm haqqında anlaşma müzakirə olunub. Qeyri-rəsmi məlumatlarda isə Ukraynada məskən salmış Gülənçilərin məsələsinin də müzakirə olunduğu bildirilir. Bəzi mənbələr isə Rusiya ilə müharibə ərəfəsində olan  Zelenskinin Ərdoğandan xeyir-dua almaq üçün getdiyini vurğulayırlar.

Rəsmi və qeyri-rəsmi məlumatları analiz edərək Zelenskinin Türkiyəyə son səfəri və ümumiyyətlə Türkiyə-Ukrayna arasında baş verən son hadisələrin nəyə hesablandığını analiz etməyə çalışaq.

Ekspertlər Zelenskinin Türkiyə səfərinin məqsədlərindən biri kimi, Ukrayna ordusunun döyüş qabiliyyətini yüksəltmək və Rusiyanın aqressiyasına qarşı davam gətirmək üçün Türkiyə istehsalı olan Bayraktar və Akıncı pilotsuz döyüş aparatlarını almaq istəməsini göstərirlər. Qarabağda Azərbaycanın apardığı və bu silahların geniş tətbiq olunduğu uğurlu müharibədən sonra Ukraynanın bu silahlara marağı artmışdır. Hətta yenə də qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə pilotsuz uçuş aparatlarının “fəaliyyətini” izləmək üçün Ukraynadan hərbçilərdən ibarət xüsusi qrup müharibə müddətində Azərbaycanda olmuşdur.

Ukraynanın Bayraktar və Akıncının əldə etdiyi barədə rəsmi məlumatlar mövcuddur. Böyük ehtimalla bu dəfə bu silahların birgə istehsalının gündəliyə salındığını söyləmək mümkündür. Çünki birgə istehsal hər iki tərəfin işinə yarayır. Ukrayna bu silahları daha ucuz əldə edir və eyni zamanda ordusunu kütləvi şəkildə bu silahlarla təchizinə nail olur. Türkiyə isə Urayna vasitəsi ilə daha modern pilotsuz uçuş aparatlarının istehsalını genişləndirir. Eyni zamanda bu sahədə əməkdaşlıq digər silahların – raket və hərbi təyyarələrin birgə istehsalına yol açır.

Bəlkə də bu əməkdaşlıq Türkiyənin Suriyada yeritdiyi siyasətə Ərdoğanın cavabı hesab oluna bilər. Çünki Türkiyənin maraq dairəsində olan bu ölkədə Rusiyanın oyun qaydalarına əməl etməməsi Ərdoğanı uzun müddətdir narahat edir. Digər tərəfdən, Ukrayna ilə əlaqələri tədricən inkişaf etdirməklə Ərdoğan Rusiyanı regionun digər bölgələrində də Türkiyənin maraqlarını tapdamaması barədə xəbərdarlıq edir. Xüsusilə, Azərbaycanda sülhməramlı missiyanın səlahiyyətlərinin və hərbçilərinin sayının daha da artırılması Türkiyə üçün “qırmızı xətt” anlamına gəlir. Türkiyə növbəti dəfə Rusiyanın yeritdiyi siyasətin qarşısında cavab vermək iqtidarında olduğunu nümayiş etdirir. Ekspertlərin fikrincə, sanksiyaların Rusiyaya təsirinin getdikcə artdığı şəraitdə Türkiyənin bu imkanları daha da genişlənir.

Görüşün və Strateji Şuranın iclasının yekunlarına görə aşağıdakı məsələləri əhatə edən bəyanat qəbul olunub:

Krım və “Krım Platforması”. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Krımın işğalını qəbul etmədiyini bir daha vurğulayır.

Diqqətəlayiq bir məsələdir ki, Rusiya ilə münasibətlərin ən yaxın olduğu dövrlərdə belə Türkiyə Krımla bağlı mövqeyini dəyişməmişdir. Krımın Rusiyaya birləşdirilməsinin ilk günündən Ərdaoğan Rusiyanın bu addımını işğal adlandırmış və yenə də adlandırmaqda davam edir. Bununla Ərdoğan dünya liderləri içərisində yeganə rəhbərdir ki, siyasətin mənfur sifətini qəbul etmir və hadisələrin axarına uyğun olaraq fikrini dəyişmir.

NATO. Ərdoğan Ukraynanın NATO-ya qəbulunu dəstəkləyir və bu sahədə ona yardım etməyə hazırdır. Bununla Türkiyə həm NATO-ya daxil olan ölkələr, həm də dünya dövlətləri arasında nüfuzunu möhkəmləndirməyi hədəfləyir. Ukrayna kimi geniş ərazi və 60 milyonluq əhalisi olan bir ölkənin Türkiyənin yardımı ilə bu təşkilata daxil olması bütün istiqamətlər üzrə türk dövlətinin faydasınadır.

Krım Tatarları ilə bağlı məsələlər həmişə Türkiyənin diqqət mərkəzindədir. Türkiyə dünyanın müxtəlif bölgələrində yaşayan türk toplumları ilə münasibətdə olduğu kimi Krım tatarları ilə də yaxından münasibətlər saxlayır və beynəlxalq şəraitin imkan verdiyi səviyyədə onlara yardım edir.

Hərbi sahədə əməkdaşlıq hər iki ölkənin  prioritet hesab etdikləri sfera hesab olunur. Əməkdaşlıq inkişaf etdirildikcə buraya yeni-yeni məsələlər daxil edilir. Ukrayna Amerika və Avropanın verə bilmədiyi silahlarla öz ordusunu Türkiyənin imkanları hesabına təchiz etməkdə maraqlıdır.

“Bizim əməkdaşlığımızın əsas elementi müdafiə sənayesi sahəsində əməkdaşlıqdır. Müdafiə və təhlükəsizlik məsələlərini əsas götürərək biz “2+2” ( hər iki ölkənin Xarici İşlər və Müdafiə Nazirlərinin başçıları) formatında işləməyə başladıq. Bununla ölkələrimiz arasında koordinasiyanı gücləndiririk. Ölkələrimiz arasındakı əməkdaşlıq üçüncü tərəfə qarşı çevrilən təşəbbüs hesab olunmamalıdır”- deyə Türkiyə prezidenti bəyan edib.

Donbasda vəziyyət də iki ölkə prezidentinin görüşü zamanı müzakirəyə çıxarılan məsələlərdən biri olub. Ərdoğan bu məsələdə Minsk razılaşmasını dəstəklədiyini bildirib və Ukraynanın şərqində gərginliyin aşağı salınmasının zəruriliyini vurğulayıb.

“Biz Şərqi Ukraynadakı vəziyyəti müzakirə etdik. İnanırıq ki, yaranmış böhranı siyasi, diplomatik yolla və beynəlxalq hüquq çərçivəsində həll etmək olar. Bizim istəyimiz odur ki, gərginlik və böhran tezliklə aradan qaldırılsın, Minsk anlaşması çərçivəsində yenidən sülhə nail olunsun. Bu prosesi dəstəkləməyə hazırıq”- deyə Ərdoğan bildirib.

Azad Ticarət Zonası da müzakirə olunub. Amma digər müzakirə olunan məsələlərlə müqayisədə bu sahədə ciddi irəliləyiş nəzərə çarpmır. Belə ki, Türk tərəfi Azad Ticarət Zonası ilə bağlı müqaviləsinə aqrar sektoru daxil etmək istəmir. Çünki o, güclü Ukrayna şirkətlərini ölkəyə buraxmaqda maraqlı deyil. Ukrayna da öz növbəsində Türkiyəni yüngül sənaye bazarına buraxmaq istəmir. Beləliklə bu müqavilə üzərində işlər hələ də davam etdirilməlidir.

 

Əlimusa İbrahimov

Politoloq

No description available.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
Hamısı