İki günə hər şey dəyişə bilər Donbasın taleyi Rusiya Federal Məclisində həll olunacaq

Analitika 20:49 19.04.2021

Rusiya ilə Qərb arasında gərginlik sürətlə artmaqda davam edir. Belə ki, gərginliyin səviyyəsi artıq diplomatik müstəvidə ən yüksək səviyyədə özünü göstərir. ABŞ, Çexiya, Polşa ilə qarşılıqlı olaraq diplomatların geri çağrılması və “persono non qrata” elan edilməsi bunun göstəricisidir.

Donbas və Luqansk ətrafında Ukrayna hərbi kontingentinin hazır vəziyyətə gətirilməsi, NATO gəmilərinin Qara dənizə göndərilməsi Rusiyanın ciddi reaksiyasına səbəb olub. Rusiya cənub-şərq istiqamətində 200 minə yaxın şəxsi heyəti toplayıb. Bununla bərabər həmin bölgələrə “İskəndər” raketləri da daxil olmaqla ən müasir silahlar cəmlənib.

Regionda diplomatik qarşıdurmanın və hərbi atmosferin artması gələcəyə dair müsbət nəticələr vəd etmir.

Eurasia Diary Rusiya-Qərb qarşıdurmasının mümkün nəticələri ilə bağlı politoloq Engin Özerin fikirlərini alıb.

Politoloq Qərb ilə Rusiya arasında “diplomatik savaş”ın onsuz da mövcud olduğunu bildirib: “Obama dövründə bir sıra rus diplomatı ölkədən çıxarılıb. ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının bir neçəsi dayandırılıb. Bir çox ölkələrlə oxşar hadisələr baş verib. Məsələn, buraya Böyük Britaniyanı aid etmək olar. Yəni, bu yeni hadisə deyil. Bildiyiniz kimi Polşa ilə Belarus arasında da diplomatik böhran var. Çexiyaya gəldikdə isə ənənəvi olaraq Çexiyada anti-Rusiya abı-havası mövcud olub. Bunun üçün də Praqanın belə bir qərar verməsini sadəcə Qərbə aid etməyək. Təbii ki, gərginlik artır. Diplomatların geri çəkilməsi müharibəyə işarə deyil, bəzən gərginliyin azalmasına da səbəb olur”.

Baş verən diplomatik gərginliyin təsir dairəsinin hara qədər genişlənə biləcəyi xüsusi maraq doğurur. Avropa İttifaqının aparıcı dövlətləri olan Böyük Britaniya, Almaniya və Fransa bu hadisələrdə hələ ki yer almır. Amma politoloq Britaniyanın onsuz da bu işin içində olduğunu qeyd edib. O, Londonun rusiyalı diplomatları ölkədən qova biləcəyini ehtimal edib.

“Almaniyanın bu gün üçün bunu edəcəyini hesab etmirəm. Lakin bu yaxınlarda Almaniya müdafiə naziri Rusiyanı Avropaya təhdid olduğunu söyləyib. Bu çox önəmli açıqlamadır, çünki bu vaxta qədər Almaniya belə bir fikir səsləndirməyib. Fransadan isə Rusiyaya qarşı diplomatik tədbirlər gözləmirəm. Çünki Fransa şirkətlərinin Rusiyada böyük sərmayələri var. Bu çox da asan dəyişilə bilən siyasət deyil”, deyə Engin Özer söyləyib.

2014-cü ildən bəri Ukrayna separatçı qüvvələr ilə müharibə içindədir. Son zamanlarda cəbhədən ölüm xəbərləri artmaqdadır. Politoloq bu məqamlarda Rusiya və Ukraynanın hansı ssenari üzrə gedəcəyinə toxunub: “Aprel ayının 21-də Vladimir Putinin Federal Məclisə müraciəti olacaq. Putinin çıxışında Ukraynada yerləşən iki separatçı rejimin müstəqilliyini tanıyacağını bəyan etməsini gözləyirəm. Bundan sonra isə Rusiya hərbçiləri bölgəyə daxil olacaqlar. Beləliklə, qarşıdurma ehtimalı azalacaq. Çünki Rusiya əsgərlərinin daxil olacağı təqdirdə Ukrayna qarşıdurmaya getməyəcək”.

Politoloq Rusiya ordusunun Donbasa göndərilməsini sanksiyaların tətbiqi üçün kifayət hesab edir. Onun fikrinə görə, bu addım işğala bərabərdir.

“ABŞ-ın “Şimal Axını-2” layihəsini dayandırması üçün Rusiyanın Donbası rəsmi şəkildə işğal etməyi lazımdır. Yəni Rusiya ordusunun rəsmi olaraq Donbasa girməsi deməkdir. Yalnız belə olduqda Aİ Şurası sanksiyalar tətbiq edərək “Şimal Axını-2” layihəsini dayandırıb, Rusiyadan idxal edilən qazın həcmini azalda bilər. Bu işdə ən çox istəkli olan ABŞ və bir sıra Aİ ölkələridir. Avropa ölkələrindən Polşa, Çexiya və Böyük Britaniya bu prosesdə əsas maraqlı olan dövlətlərdir. Sanksiyalar üçün mütləq deyil ki, hərbi qarşıdurma olsun, Rusiya hərbçiləri separatçıların torpaqlarına daxil olmağı kifayətdir”, deyə politoloq deyib.

Engin Özer Rusiya rəhbərliyinin sanksiyaları gözə aldığını və geosiyasi maraqlarını buna qurban verməyəcəyini düşünür: “Putin gələcəkdə baş verə biləcək hadisələri nəzərə alır. Belə ki, iki separatçı rejimi tanıyıb hərbi razılıqla oraya ordusunu göndərəcək. Donetsk və Luqanskın mövcud sərhədlərini genişlədəcəyini düşünmürəm. Ən çoxu Mariupolu ələ keçirə bilərlər. Bəzi mütəxəssislərin dediyi kimi Odessaya qədər uzanacağını düşünmürəm. Əgər ora girməsələr və mövcud sərhədlərdə qalsa, bu məsələ bu cür də həll olunar”.

Rusiyanın Ukraynada aqressiv siyasətinə Avropa İttifaqı sadəcə sanksiyalarla kifayətlənəcəkmi sualına cavab verən politoloq 2008-ci ildə baş verən hadisələri xatırladıb.

“Bu ssenari 2008-ci ildə Abxaziyada da yaşanmışdı. O zaman hətta Rusiya Abxaziyanı ordu ora girdikdən sonra tanıdı. Qərb isə heç nə edə bilmədi. İndi də Donetsk və Luqanskı tanımayıb girərsə belə, yenə də qarşıdurma olmaz. Çünki Ukrayna Rusiya ordusu müdaxilə edərsə, savaşmayacağıq demişdi. Qərbin istədiyi sadəcə sanksiyaları tətbiq etməkdir”, deyə Engin Özer fikrini tamamlayıb.

Ülvi Əhmədli

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
17:40 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hamısı