"Biz çalışmalıyıq ki, Qərblə Rusiya arasında olan qarşıdurmanın meydanına çevrilməyək" Tofiq Zülfüqarov

Analitika 17:48 20.04.2021

Bəzi Avropa dövlətləri artıq açıq şəkildə Rusiyanın dünyaya təhdid olduğunu bildirirlər. Qərblə Moskva arasındakı problemlər get-gedə kəskin qarşıdurma mərhələsinə qədəm qoyur. Artıq ölkələr arasında diplomatik müharibənin ilk işartılarını görmək mümkündür.

Bu fonda Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlvesin çağırışı xüsusi maraq doğurar. Eks-prezident Rusiyanı Hitler Almaniyası ilə müqayisə edərək, bu ölkənin vətəndaşlarının Avropa Birliyinə girişinin tam şəkildə qadağan edilməsini təklifini edib. O, bu addımın Avropa təhlükəsizliyi üçün olduqca vacib addım olduğunu deyib. İlves, rusiyalı ictimai xadimlərin ukraynalıları öldürmək və Qərbi cəzalandırmaq kimi çağırışı fonunda, bəyanatının o qədər də gurultulu olmadığını qeyd edib.

Rusiyanın İlvesə cavabı özünü gecikdirməyib. Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko İlvesə Rusiya vətəndaşlarının Türkiyə və Yunanıstanda turizmə necə fayda verdiklərini bu ölkələrin rəhbərlərindən soruşmağı məsləhət görüb.

Hər gün gərginləşən Rusiya-Qərb münasibətlərində daha bir nüans olan İlvesin çıxışı əslində nə qədər realdır? Avropa Rusiya ilə sərhədləri bağlamaq qərarı verə bilərmi? Bu münasibətlərin fonunda Azərbaycan öz maraqlarını necə təmin etməlidir?

Eurasia Diary bu sualların cavabını tapmaq üçün Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun fikirlərini alıb.

Keçmiş diplomat hələlik bu təklifin tam dəqiq və hazır mexanizm olduğunu hesab etmir. O, bunu daha çox Estoniya dövlətinin daxili siyasətinə aid olan məsələ kimi nəzərdən keçirir.

“Bu təklifin real olduğunu hesab etmirəm. Lakin hansısa siyasi mövqeyi əks etdirir. Mən özüm Tomas Hendrikslə Estoniyada fəaliyyət göstərdiyim zaman tanış olmuşam. O, ənənəvi qərbyönümlü siyasətçidir. Uzun müddət Azadlıq radiosunda Pol Qoblun (Azadlıq Radiosunun direktor müavini) müavini olub. Onun Azərbaycana olan münasibəti də çox yaxşıdır. İlvesin nənəsinin karaim türkü olduğu da deyilir. Ümumilikdə götürsək bu təklif sırf Estoniya siyasi mühitinə aiddir. Hələlik onun daha yüksək dairələrdə ciddi şəkildə müzakirə olunacağını hesab etmirəm. Hər şeyi gələcək göstərəcək”, deyə keçmiş XİN başçısı söyləyib.

Politoloq Qərb dövlətləri ilə Rusiya arasında baş verən hadisələrin nizamlı proses halını aldığını düşünür. O, sanksiyaların ümumi bir mövqedən çıxış etdiyini hesab edir. Tofiq Zülfüqarov baş verənlərin Azərbaycan üçün olduqca vacib və izlənməli olduğunu vurğulayıb: “Bizə isə ən maraqlısı odur ki, bu proses ölkəmizə necə təsir edəcək. Qarşıdurmanın uzunmüddətli trend olacağını düşünürəm. Biz görürük ki, bu vəziyyət istər istəməz həmsədrlər arasında münasibətlərə də şamil olunacaq. Bu baxımdan vəziyyəti ciddi şəkildə izləməliyik. Biz problemləri qabaqcadan görməliyik ki, ziyan gətirməsin. Azərbaycanın siyasətində Qərb ölkələri ilə geniş əməkdaşlıq var, digər tərəfdən isə Rusiya bizim qonşumuzdur. Digər element budur ki, Rusiya və Türkiyənin hərbi siyasətində regional əməkdaşlıq da reallıqdır. Bunu biz Qarabağda görürük. Ümumi olaraq, baş verən hadisələr bizim üçün də aktualdır”.

Azərbaycan öz milli maraqlarını Qərblə Rusiya arasında baş verən qarşıdurmada necə təmin edə bilər? Politoloq Azərbaycanın böyük güclərin qarşıdurma meydanına çevrilməməli olduğunu deyib.

“Azərbaycanın təhlükəsizliyi və stabil inkişaf üçün biz Qərblə Rusiya arasında olan qarşıdurmanın meydanına çevrilməməyə çalışmalıyıq. Bu strategiyanın əsas məsələsidir. Onlar həm Sovet vaxtında, həm də digər dövrlərdə birbaşa qarşıdurmaya girmirlər. Onlar bu və ya digər bölgələrdə bir-birlərinə qarşı siyasət aparırlar. Müharibələr də baş verir. Sovet İttifaqı ilə Qərb bir-biri ilə vuruşan müxtəlif qüvvələrə dəstək veriblər. Biz çalışmalıyıq ki, bu qarşıdurma bizdən uzaq olsun. Burada bir məsələni də qeyd etmək lazımdır. Cənubi Qafqazda stabillik əldə olunub və onun əsas elementi Türkiyə-Rusiya tandemidir. Onlar arasında müvəqqəti olsa da, konsensus var. Qərblə Rusiya arasında qarşıdurma olanda, onların başı öz işləri ilə məşğul olmağa qarışacaq. Biz isə bu vəziyyətdən və Cənubi Qafqazda yaranan vəziyyətdən istifadə edə bilərik. Amma təbii ki, Qərblə əlaqələrin də inkişafına fikir verməliyik. Ümumiyyətlə, böyük olmayan ölkələrin hamısı xarici siyasətdə balanslaşdırma mövqeyindən çıxış edir”, deyə Tofiq Zülfüqarov fikrini bitirib.

Ülvi Əhmədli

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Hamısı