Rusiyanın istənilən cavabı narazılıqla qarşılanacaq, çünki ortaya yeni suallar çıxacaq Ekspert

Analitika 17:54 21.04.2021

Prezident İlham Əliyevin ötən gün Hacıqabula səfəri mühüm açıqlamalarla yadda qaldı. Onlardan biri də “İsgəndər-M” raketi barədə Rusiyadan heç bir rəsmi açıqlamanın verilməməsi ilə bağlı idi. 

Prezident məsələni növbəti dəfə qaldırdı və sual etdi: “İxrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bilirik ki, necə atılıb, nə vaxt atılıb və daha çox şey bilirik. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb”. 

Prezident, həmçinin bildirib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var və strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır.

Prezidentin bu məsələyə dəfələrlə qayıtmasının arxasında hansı mesaj dayana bilər? Strateji tərəfdaş hansı səbəbdən cavab verməkdən imtina edir? Və nəhayət, Prezident daha çox şey bilirik deyəndə nəyi nəzərdə tutur?

Eurasia Diary bu və digər suallarla hərbi ekspert Ədalət Verdiyevə müraciət edib.

Azerforum.com - “Bu müharibəni digərlərindən fərqləndirən əsas xüsusiyyət  ondan ibarətdir ki...”

Ə.Verdiyev bildirib ki, Azərbaycan “İsgəndər” məsələsindən həm Rusiya Müdafiə Nazirliyinə, həm də Ermənistana qarşı artıq təzyiq vasitəsi kimi istifadə edir: “Biz ortaya sual qoymuşuq. Lakin iki ölkə yığışıb bir suala cavab verə bilmir. Hind və Sakit okeanda qanadlı raketlərin buraxılışını izləyən və özünü qlobal güc kimi təqdim edən Rusiya bir suala aylardır ki, cavab tapa bilmir”.

Ekspert qeyd edib ki, “İsgəndər-M” raketləri nüvə başlıqları daşıdığına görə sıradan bir silah hesab olunmur və həmin silahların başqa ölkələrə idxal olunması beynəlxalq konvensiyalar ilə qadağandır: “Rusiya tərəfindən, üzərindən aylar keçməsinə baxmayaraq, bu məsələyə hələ də rəsmi münasibət bildirilməyib. Bildirilən münasibət isə Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı olub qənaətbəxş deyil.

Rusiyanın aydınlıq gətirməkdən imtina etməsi silahların verilib-verilməməsi ilə bağlı yumşaq formula tapa bilməməyi ilə əlaqədardır. Çünki belə bir silahın ötürülməsi beynəlxalq ictimaiyyətin narazılığına səbəb olacaq. Bu proseslərdə Ermənistan tərəfi də müəyyən məsuliyyət daşıyır. Çünki qadağan olunmuş bir silahın ixracı kimi idxalı da qadağandır. Həm Ermənistan, həm də Rusiya bu barədə BMT-nin silahlar reyestrinə və beynəlxalq təşkilatlara xəbər verməli idilər. Bu məlumatların olmaması və “İsgəndər-M” raketindən istifadə hər iki dövlətin beynəlxalq hüquq və normalara riayət etmədiyini göstərir”.

Ekspertin sözlərinə görə, Rusiya Azərbaycanın strateji əməkdaşı, Ermənistanın isə strateji tərəfdaşı hesab olunur və sülhməramlı kimi regiona daxil olmasına Azərbaycan tərəfi müsbət yanaşır: “Lakin əfsuslar olsun ki, biz Rusiyanın bu məsələlərdə öz bitərəfliyini və neytrallığını qoruyub saxlmasını müşahidə etmirik.

Prezidentin “biz daha çox şeylər bilirik” deyərkən, yəni, raketlərin kim tərəfindən və haradan atılmasını ortaya qoya bilərik demək istəyir. Bizim də, tərəfdaşlarımızın da radiolokasiya qurğuları və peykləri var və biz onlarda bu raketlərin haradan atılmasını və hara atılmasını rahat müşayiət edə bilərik”.

Ekspert əlavə edib ki, Rusiyanın istənilən cavabı tərəfimizdən narazılıqla qarşılanacaq: “Çünki ilkin olaraq, verilibsə niyə verilib və niyə ictimaiyyətə bəyan olunmayıb? İkinci olaraq, verilibsə niyə beynəlxalq konvensiyalara zidd silahlar verilib? O silahlar nüvə başlığı daşıya bilir. Və Ermənistan parlamentində nüvə tullantılarını Rusiyaya verməyək və özümüz ondan silah istehsal edərək Azərbaycana qarşı istifadə edək fikirləri dəfələrlə səslənib. Rusiya tərəfindən cavab belə ola bilər ki, bizdən xəbərsiz hansısa Ermənistan və ya Rusiya oliqarxları öz aralarında alqı-satqı ilə məşğul olublar. O zaman yeni bir sual meydana gələcək. Necə olur ki, nüvə başlığı daşıyan silah sisteminin alınıb-satılması və başqa ölkələrə ötürülməsi bu qədər rahat olsun? Rusiyanın pul ilə belə başqa ölkələrə satmadığı silahları hansısa bir erməni oliqarx rus bazalarından əldə edir və başqa ölkəyə ötürə bilir. Bu məsələdə Rusiya çox çıxılmaz vəziyyətdədir amma cavab vermək məcburiyyətindədir”.

Gülnar Səlimova

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
Hamısı