Dağlıq Qarabağ Avropa Şurasının masasında Merkelin çıxışının pərdəarxası nədir?

Analitika 18:16 21.04.2021

Almaniyanın Kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasına videomüraciəti zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib.

O, Avropanın şərq sərhədlərində ərazi münaqişələrinin mövcudluğunun Avropanın təhlükəsizliyinə hədə olduğunu bildirib. Merkel suverenlik və ərazi bütövlüyünün şübhə altına alınmasının Avropanın dəyərlərinə zidd olduğunu vurğulayıb. Almaniya kansleri beynəlxalq hüquq normalarına əməl olunmasının vacibliyini və hüquqa dayanan sistemin əhəmiyyətini qeyd edib.

Almaniya hökumət başçısı suverenlik və ərazi bütövlüyü ilə bağlı danışarkən Dağlıq Qarabağın adını çəkib. Merkel Avropanın bu məsələlərdə həlledici rol oynamalı olduğunu bildirib.

Qərbin Rusiya ilə gərgin münasibətlər dövrü keçirdiyini nəzərə alsaq, bu vəziyyətin Azərbaycan və Cənubi Qafqaz üçün hansı nəticələr vəd etməsi maraq doğuran məsələlər içindədir. Merkel bəyanatında risklər, suverenlik və Avropanın rolunun artması kimi məsələləri vurğulayıb, bu fikirlərin pərdəarxasında nələr dayanır?

Eurasia Diary Merkelin bəyanatının şərhi üçün politoloq Şahin Cəfərlinin fikirlərini alıb.

Politoloq Almaniyanın heç bir zaman Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almadığını bildirib. O, bu barədə Almaniya parlamenti – Bundestaqın sənədlər imzaladığını da qeyd edib: “Burada da Azərbaycanın, eləcə də Gürcüstan və Ermənistanın ərazi bütövlüyünə dəstək nümayiş olunub. O cümlədən Avropa Şurasında və Avropa Parlamentində qəbul olunan bu tip qətnamələrdə də eyni şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Merkelin çıxışı əslində yenilik deyil”.

Almaniya kansleri Avropanın risk içində olduğunu vurğulayıb. Politoloq bu riskin ərazi münaqişələrinin Avropa təhlükəsizliyinə potensial hədə olması ilə izah edib.

“Avropa Birliyinin şərq sərhədlərində ərazi münaqişələrinin mövcudluğu və həllini tapmaması əlbəttə ki, Aİ maraqları baxımından təhlükə yaradır. Başlıca olaraq, Ukraynadakı böhranı göstərə bilərik. Çünki bu münaqişə yenidən alovlanarsa, böyük müharibə başlanarsa, bu, Avropa üçün birbaşa təhdiddir. Nəzərə alaq ki, Ukrayna Avropa İttifaqının 4 üzv ölkəsi ilə həmsərhəddir. Bu baxımdan, xüsusilə Ukraynadakı münaqişə Avropa təhlükəsizliyinə ciddi təhdiddir. O cümlədən digər münaqişələr, eləcə də bizim regionda mövcud olanlar da xüsusi önəm kəsb edir. Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlıq” proqramına üzvdür və sərhədlərinə yaxın yerləşir. Bundan əlavə, Rusiyanın aktiv şəkildə bu münaqişələrə cəlb olunması da Qərbi həmişə narahat edib”, deyə Şahin Cəfərli söyləyib.

Politoloq Avropa İttifaqının bu münaqişələrin həllində rolunun çox da böyük olmadığını və yetərsiz olduğunu düşünür: “Onlar Ukrayna münaqişəsinin həllində “Normandiya Formatı”nda iştirak edirlər və Minsk razılaşamalarının imzalanmasında da fəaliyyət göstəririlər.  Rusiya Avropa İttifaqının ciddi oyunçu kimi qəbul etmir. Biz bunu Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin Rusiyaya son səfəri zamanı da müşahidə etdik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov onu açıq-aşkar aşağılayıb. Avropa İttifaqının öz strateji gücün artırmasına və ABŞ ilə birgə hərəkət etməyə ehtiyacı var. Ayrıca Avropa İttifaqı qlobal münasibətlər sistemində bir qədər zəif və təsirsiz oyunçudur”.

Avropanın postsovet regionuna siyasi təsir cəhdləri hər zaman Rusiyanın neqativ addımları ilə qarşılaşıb. Politoloq baş verən münaqişələrin tarixçəsini yada salıb.

“2014-cü ildəki prezidenti Viktor Yanukoviçin Aİ ilə Assosiasiya Sazişini imzalamaqdan imtinası inqilabın başlama səbəbi olub. O, Rusiya ilə yaxınlaşmaq və Avrasiya İttifaqına üzv tutmaq yolunu seçdiyinə görə xalq ayağa qalxdı. Aydındır ki, Yanukoviçi bu yola təhrik edən əsas güc Rusiya idi. Eləcə də Moldovada da son illərdə qeyri-sabitliyin yaranması və Avropa inteqrasiyasının zəifləməsində Rusiyanın və rusiyameyilli qüvvələrin böyük rolu olub. 2008-ci ildə Gürcüstana qarşı müdaxilə də onun Avropa inteqrasiyasının əngəlləmək üçün edilib. Rusiya bu ölkələrin Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlığına etiraz etmir. Ancaq strateji səviyyədə tərəfdaşlıq qurmasına qısqanclıqla yanaşır. Həm Avropa İttifaqının həm ABŞ-ın postsovet dövlətlərinə müdaxilələrini qəbul etmir. Rusiyanın bu siyasətində hələ ki ciddi bir dəyişiklik baş verməyib”, deyə politoloq qeyd edib.

Yaranmış geosiyasi vəziyyətin Azərbaycanı hansı nəticələr doğuracağı əsas suallar içindədir. Politoloq Vladimir Putinin bu gün Federal Məclisdə çıxışında da yenidən Qərbə xəbərdarlıq etdiyini söyləyib. O, Putinin postsovet dövlətlərinin Qərb tərəfindən NATO və Aİ-yə daxil etmək niyyətlərindən çəkinmələrini bildirdiyini vurğulayıb. Politoloq Azərbaycanı üçün kifayət qədər mürəkkəb vəziyyət yarandığını qeyd edib.

“Rusiyanın regiona və xüsusilə Azərbaycan və Ermənistana təsiri çox böyükdür. Qarabağda sülhməramlı kontingentin yerləşməsindən sonra Moskvanın regiona təsir imkanları artıb. Bizim üçün isə bu məsələdən yaranan bir sıra  müəmmalar mövcuddur. Onların nə qədər müddətə burada qalması, Azərbaycanın beş ildən sonra onların getməsini istəməsi zamanı Rusiyanın hansı reaksiya verməsi, regionda Abxaziya və Cənubi Osetiya kimi modellərin yenidən tətbiqi ehtimalı kimi məqamlar ciddi narahatlıq doğurur. Qərbin Azərbaycan və Ermənistanda ciddi maraqları yoxdur. Onun bizə çox da ciddi önəm vermədikləri ortadadır. Əlbəttə əməkdaşlıq etmək istəyirlər, Azərbaycanla strateji Tərəfdaşlıq Müqaviləsi imzalamaq istəyirlər. Amma etiraf edək ki, Gürcüstan və Ukrayna qədər önəmi yoxdur”, deyə Şahin Cəfərli fikrini tamamlayıb.

Ülvi Əhmədli

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Hamısı